Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7154/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakı ilə, ünvan 3anov Rayon Məhkəməsinin 2(005)-751/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və kirayə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsini və cavabdehlər tərəfindən 4500 (dörd min beş yüz) manat məbləğində pulun və kirayə haqqı kimi ödədiyi 2400 (iki min dörd yüz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşamışdır. Həmin ev onların ailəsinə mərhum atası Rizvan Əhmədzadə tərəfindən qalmışdır. Təxminən 2005-2006-cı illərdə anası Cavabdeh1 göstərilən evi sataraq əldə olunan vəsaitlə ailəsi üçün yeni ünvanda, ünvan 3anov rayonu Xətai prospekti ev 29 ünvanında yerləşən 22 və 23 saylı mənzilləri almışdır. O və anası Cavabdeh1 o cümlədən qardaşları Cavabdeh2 və R.R.Əhmədzadə ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Digər 23 saylı mənzilin isə 1 otaqdan ibarət hissəsi onlarda qalmaqla digər hissəsi satılmışdır. O, bu illər ərzində yuxarıda qeyd etdiyi ünvanda böyümüşdür, uzun illər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. 2017-ci ildə "xxxx" MTK ilə cavabdeh 2017-ci il tarixdə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə anası Cavabdeh1 qeydiyyatda olmaqla yaşadıqları ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22-ni və göstərilən mənzilin divar qonşuluğunda yerləşən, onlara məxsus olan 23 saylı mənzili "xxxx" MTK-ya təhvil vermiş, sonuncu isə öz növbəsində həmin evlər söküldükdən sonra yerlərində tikiləcək, hazırda ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzili və yenə 1-ci blok 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 79 saylı mənzilləri onların ailəyə təhvil verməyi üzərinə götürmüşdür. Həmçinin MTK yeni binada mənzillər təhvil verilənədək ev sakinlərinin müvəqqəti kirayədə yaşaması üçün aylıq kirayə pulu da ödəmə öhdəliyi də götürmüşdür. Həmin məbləğ aylıq 500 manatdan ibarət olub və ödənildiyi 3 il ərzində cavabdehlər tərəfindən ona həmin puldan heç bir vəsait ödənilməmişdir. Bu illər ərzində öz vəsaiti hesabına mənzil ehtiyaclarını təmin etmişdir. Müqavilə bağlandıqdan sonra qeydiyyatda olduğu ünvan da daxil olmaqla mənzillər sökülmüş və 2020-ci ildə yerlərində tikilən yeni bina MTK tərəfindən istifadəyə təhvil verilmişdir. MTK ilə cavabdeh arasında bağlanmış əvəzləşdirmə müqaviləsi yuxarıda göstərdiyi qaydada icra olunmuş və ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 71 saylı mənzil və 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzil onların ailəyə təhvil verilmişdir. Mənzillər təhvil verildikdən dərhal sonra təxminən 2 ay bundan əvvəl xəbəri olmuşdur ki, ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzil cavabdehlər tərəfindən artıq satılmışdır. Beləliklə də nəticədə onun mənzil hüquqları pozulmuşdur. Belə ki, ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22 ünvanındakı evin sökülməsi və əvəzində yeni mənzil verilməsi ilə bağlı müqavilə onun iştirakı olmadan, razılığı notarial qaydada tələb olunmadan bağlanmışdır. Hansı ki, o ailə üzvü olduğu üçün, həmin evdə qeydiyyatda olduğu və faktiki olaraq da həmin ünvanda yaşadığı üçün qanunvericiliyin tələbinə görə onun razılığı əldə edilməli və ya istifadə hüququndan imtina etdiyi üçün ədalətli kompensasiya məbləği ilə təmin edilməliydi ki, başqa yerdə yaşamaq üçün ev əldə edə bilsin. ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 12-ci mərtəbədə yerləşən 79 saylı mənzilə məhkəmə qaydasında yaşayış sahəsindən istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməyi təmin edilməlidir. Bundan başqa MTK tərəfindən 3 il ərzində aylıq 500 manat kirayə haqqı verildiyini və cavabdehlər tərəfindən həmin məbləğdən ona həmin vəsaitdən verilmədiyini nəzərə alaraq müvafiq olaraq 4500 manat pulun cavabdehlərdən alınaraq ona verilməlidir. Bundan başqa mənzil MTK tərəfindən 2020-ci ilin may ayından təhvil verilib, lakin həmin vaxtdan indiyə qədər həmin mənzildə köçüb yaşayır və aylıq kirayə haqqı olar 400 (dörd yüz) manat pul ödəyir. Hal- hazıradək 2400 (iki min dörd yüz) manat kirayə haqqı olaraq ödəmişdir. Hazırda da kirayədə qalır. Hesab edir ki, bu vəziyyətin yaranmasında cavabdeh tərəf məsuliyyət daşıdığından ona dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. ünvan 3anov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(005)-751/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının mülkiyyətində evi olması məsələsini aydınlaşdırmamışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili İ.V.İsmayılov apellyasiya şikayətini müdafiə etdilər və ünvan 3anov Rayon Məhkəməsinin 2(005)-751/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 oğludur. Dİgər cavabdehlər isə iddiaçının qardaşlarıdır. ünvan 5 ünvanı ilkin olaraq 02.07.1992-ci il tarixdə iddiaçının atası X2 adına qeydə alınmışdır. 13.09.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında sözügedən mənzil Cavabdeh1, X4, Cavabdeh2 və İddiaçı adlarına qeydiyyata alınmışdır. 22.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X1. ünvan 6 ünvanında yerləşən mənzil 19.04.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə qeydiyyata düşmüşlər. "xxxx" MTK ilə Cavabdeh1 arasında 2017-ci il tarixdə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Əvəzləşdirmə müqaviləsinin şərtlərinə görə Cavabdeh1 qeydiyyatda olmaqla yaşadıqları ünvan 3anov rayonu Xətai prospekti ev 29, mənzil 22-ni və göstərilən mənzilin divar qonşuluğunda yerləşən, 23 saylı mənzili "xxxx" MTK-ya təhvil vermiş, sonuncu isə öz növbəsində həmin evlər söküldükdən sonra yerlərində tikiləcək, hazırda ünvan 1 ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində yerləşən 1 otaqlı 71 saylı mənzili və yenə 1-ci blok 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 79 saylı mənzilləri onların ailəyə təhvil verməyi üzərinə götürmüşdür. İş materiallarında olan 17.11.2020-ci il tarixli DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A (Qarabağ küçəsi, ev 44,46,48,48A) 79 saylı mənzil 32 nömrəli, "xxxx" MTK tərəfindən verilmiş 32 nömrəli, 11.09.2020-ci il tarixli maliyyə arayışına, 32 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən 07.10.2020-ci il tarixində ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 48A (Qarabağ küçəsi, ev 44,46,48,48A) 71 saylı mənzil "Poleks” MTK tərəfindən verilmiş 31 nömrəli, 11.09.2020-ci il tarixli maliyyə arayışına, 31 nömrəli 11.09.2020-ci il tarixli protokoldan çıxarışa əsasən 23.09.2020-ci il tarixində ilkin olaraq Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Lakin sözügedən mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş, 28.09.2020-ci il tarixli, 4Ə-1467 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən - 12.10.2020 X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarını rəhbər tutaraq və tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İddiaçı yaşayış sahəsinə ehtiyacı mövcud deyildir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01.11.2017-ci il tarixdə **********1910301 reyetstr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində digər yaşayış sahəsinin olması onun yaşayış sahəsindən istifadə hüququ ilə başqasının mülkiyyət hüququnun məhdudlaşdırılmasını aradan qaldırır. Ona görə də, İddiaçı iddia tələbi təmin edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə köçürülməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən, İddiaçı ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. ünvan 3anov Rayon Məhkəməsinin 2(005)-751/2021 saylı mülki iş üzrə qəbul etdiyi 13 aprel 2021-ci il tarixli qətnaməsi iddianın qismən, İddiaçı ünvan 1 ünvanında olan binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7154/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7154/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver