Məhkəmə qərarları › İş №2(103)-7158/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7158/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7158/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı ilk iddiası və Cavabdeh İddiaçı İB-nə qarşı qarşılıqlı iddiası üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi, borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, xx.xx.2020-ci il ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt əsasında 327,86 manat, aktlar əsasında ümumilikdə 1206,26 manat məbləğində borc hesablanmışdır. İlkin iddia üzrə cavabdeh tərəfindən həyata keçirilmiş aylıq ödəmələr nəticəsində iddiaçı “Azəriqaz"’ İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 2650,39 manat təşkil etməkdədir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş akt üzrə yaranmış 1206,26 manat, 1381,63 manat cari borc və 62,50 manat yeni tarifə keçidlə əlaqədar olmaqla ümumilikdə 2650,39 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 46,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2997,43 manat (iki min doqquz yüz doxsan yeddi manat qırx üç qəpik) manat manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı təbii qazdan qanunsuz istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, 28,02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 327,86 manat ümumilikdə 2997,43 (iki min doqquz yüz doxsan yeddi) manat aktların ləğvi və əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də xx.xx.2011-ci il tarixində 192 nömrəli «Qaz paylayrcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəfər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz"’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz"’ İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********30000 nömrəl abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nm tələblərinə əməl etmək), “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz"’ İB-nin əməkdaşları tərəfindən Birliyin balans vəistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və aktlar Birliyin əməkdaşları tərəfndən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfndən ‘Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt əsasında 327,86 manat, aktlar əsasında ümumilikdə 1206,26 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmənin nəzərinə bunu da çatdırmaq istəyirik ki, cavabdehin yuxarıda qeyd olunan aktlardan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 1381,63 manat, yeni tarifə keçid ilə əlaqədar 62,50 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilmiş aylıq ödəmələr nəticəsində iddiaçı “Azəriqaz"’ İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 2650,39 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz"’ İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı İB-in nümayəndələri tərəfindən fərdi yaşayış evinin qaz xəttinə onun iştirakı olmadan baxış keçirilmiş, imza olmadan, hal şahidlərinin iştirakı imzası olmadan akt tərtib olunmuşdur. İddiaçı İB-nin nümayəndələri tərəfindən akt tərtib edilərkən qeyd olunan evdə təbii qazdan qeyri-qanuni istifadə faktı olmamışdır. Bu fakla bağlı əgər təbii qazdan qanunsuz istifadə olunurdusa nəyə görə İddiaçı İB-in Sabunçu QİS-nin qəza xidmətinin sim aktı yoxdur? Bundan başqa İddiaçı İB tərəfindən aidiyyatı üzrə polisə müraciət olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2 mladdəsinə əsasən təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə hər hansı bir akt tərtib olunmamışdır. Azərbaycan Respublikası MM-nin 373.2- ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğu halda İddiaçı İB yi iddia müddətini bitirmişdir

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5278/23 saylı iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 97.20 (doxsan yeddi manat, iyirmi qəpik) manat akt üzrə borc, 1255.44 (bir min iki yüz əlli beş manat, qırx dört qəpik) manat sərfiyyat borcu, 62.50 (almış iki manat əlli qəpik) manat yeni tarif keçidi ilə əlaqədar yaranmış borc və 50 (əlli) manat vəkil xərci və 35 (otuz beş) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması, cavabdeh İddiaçı İB tərəfindən iddiaçı Cavabdeh məxsus abonent koduna xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 486 manat, xx.xx.2020-ci tarixli ******* saylı akt üzrə hesablanmış 295.20 borc cəmi 781.2 (yeddi yüz səksən bir manat iyirmi qəpik) manat borc silinməsi, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə ilkin iddia tələbinin xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə yazılmış borcun tutulması qarşılıqlı iddia tələbi üzrə isə sözügedən akt üzrə yazılmış 327.86 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözü gedən akt və həmin akta əsasən abonentə hesablanmış cəriməyə dair tələbnamə mülki işin matriallarına əlavə edilmədiyindən, aktın mövcud olması və aktın hansı səbəblərdən və kim tərəfindən tərtib edilməsi məhkəməyə məlum olmadığından həmin akt üzrə hesablanmış borcun tutulmasına və həmin akt üzrə yazılmış cərimənin silinməsinə dair ilkiin və qarşılıqlı iddia tələbləri təmin edilə bilməz.

8. Məhkəmə iddia tələblərinin xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci tarixli ******* saylı aktlar əsasında yazılmış cərimənin cavabdehdən və həmin aktlar əsasında yazılmış cərimənin silinməsinə dair ilkin və qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı aktda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə 2-ci dəfə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktın düzgünlüyünə şübhə yaradır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda istehlkçı tərəfindən ikinvi dəfə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2020- ci il tarixli ******* saylı aktı üzrə borc hesablanmalıdır. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı aktı üzrə də hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil 30 gün hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x12x30=432m3, 1.5x12x30=540m3 olmaqla, cəmi 972 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 97.20 manat məbələğində olması müəyyən edilir. xx.xx.2020-ci il tarixli ******* saylı akt və həmin akta əsasən abonentə hesablanmış cəriməyə dair tələbnamə mülki işin matriallarına əlavə edilmədiyindən, aktın mövcud olması və aktın hansı səbəblərdən və kim tərəfindən tərtib edilməsi məhkəməyə məlum olmadığından həmin akt üzrə hesablanmış borcun tutulmasına dair iddia tələbi təmin edilə bilməz.

9. Kənar qaz xəttindən istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı aktı üzrə də hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 90 gün deyil 30 gün hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x12x30=432m3 , 1.5x12x30=540m3 olmaqla, cəmi 972 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 97.20 manat məbələğində olması müəyyən edilir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə ilk iddia tələbini 97.20 manat həcmində təmin etmişdir.

10. Bundan başqa məhkəmə ilk iddia tələbinin 1381.63 manat sərfiyyat borcunun və 62.50 manat yeni tarif kaçidi ilə əlaəqdar yaranmış borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə dilmiş saldodan görünür ki, ilk iddia üzrə cavabdehin 2020-ci ilin sonu üçün 305.90 manat sərfiyyat borcu 2021-ci ilin sonu üçün 901.90 manat sərfiyyat borcu və 2022-ci ilin yanvar ayı üçün isə 77.64 manat sərfiyyat borcu mövcuddur. (305.9+901.9+77.64=1285.44 manat) qeyd edilən borc məbləğindən 2021-ci ilin sonu üçün 30 manat ödəniş edilmişdir. 1285.44- 30=1255.44 manat borc.

11. Belə olan halda məhkəmə iddia tələbinin 1381.63 manat sərfiyyat borcunun tutulmasını qismən 1255.44 manat olan hissədə təmin etmişdir.

12. Bundan başqa, məhkəmə ilk iddia tələbinin 62.50 manat yeni tarif keçidi ilə əlaəqdar yaranmış borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən borcun 10.70 manat olan hissəsi 2020-ci ilin sonu üşün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olunmuş borc, 51.80 manat olan hissəsi isə 2021-ci ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaəqdar borc olduğundan (10.70+51.80=62.50) manat iddia tələbi həmin hissədə təmin edilməlidir

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1096, 1097.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2nın 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. İlk iddia üzrə iddiaçı Azəriqaz İB birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən ilkin iddia üzrə cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması, eyni zamanda da sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Bildiririk ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəfimizdən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

22. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”:

23. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı ilk iddianın rədd edilən və qarşılıqlı iddianın təmin olunan hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir (maddə 13.8-1).

28. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Lakin ilkin iddia üzrə cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehdən vurulmuş zərərin ödənilməsini xx.xx.2020-ci il ci il tarixli ******* saylı, xx.xx.2020-ci tarixli ******* saylı və xx.xx.2020-ci tarixli ******* saylı aktlar əsasında tərtib edilmiş tələbnamə ilə tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar