Məhkəmə qərarları › İş №2(103)-7159/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7159/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7159/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı Mail oğlunun Cavabdeh2 və Bakı şəhəri 26 saylı notariat kontorunun xüsusi notariusu X3 qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4134/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mail oğlu Cavabdeh2 və Bakı şəhəri, 26 saylı notariat kontorunun xüsusi notariusu X3 qarşı İddiaçı Mail oğlu və Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 saylı evin 14 nömrəli mənzilinin satılması barədə bağlanılmış və Bakı şəhəri 26 saylı Notariat Kontorunun xüsusi notariusu X4 tərəfindən xx.xx.2018-ci il tarixdə reyestr 4Ə-48 nömrə ilə qeydə alınmış AN İ ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri görülməsi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 saylı evin 14 nömrəli mənzilinin özgəninkiləşdirilməsi, satılması və 3-cü şəxslərin müəyyən hərəkətlər edilməsindən çəkindirilməsi və mənzil üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4134/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının MPM-in 157-158-ci maddələrinə istinadən) ərizə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 48 saylı evin 14 nömrəli mənzilinin üzərinə həbs qoyularaq, mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh2 qərardaddan (Azərbaycan Respublikasının MPM-nin 157-158, 267- 269-cu maddələrinə və işin mahiyyətinə aid dəlillərə istinadən) şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4134/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4134/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmiş və sədrlik edənin iş üzrə izahları ilə bağlı hüquqi məsələlərin ona artıq aydın olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti qəbul etməyərək, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq Bakı şəhəri 26 saylı notariat kontorunun xüsusi notariusu X2iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının ərizəsini araşdırıb və Azərbaycan Respublikasının MPM-nin 157, 158.1.3, 158.3, 158.4, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, işin mahiyyətinə aid şikayətin dəlilləri üzrə qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, bu növdə iddianın təmini tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmır, habelə mülki hüquq subyektlərinin bərabərliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyinə və tarazlığının təmin edilməsinə xidmət etmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-159, 263 və 400-cü maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4134/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar