Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-716/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə X8 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Məmmədovadan katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X17, Cavabdeh Hacıyev Samı̇ r Xəlı̇ l oğlunun, Cavabdeh3 nümayəndəsi və vəkili X14 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 saylı qətnaməsindən cavabdehlər Babayeva Dı̇ larə Ağarza qızı, Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1; 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X18, Cavabdeh2 və X4 qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-113/2015 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Zəkəriyyə oğlunun və İddiaçı2 cavabdeh X7, Cavabdeh3 və Cavabdeh2 qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddiaları qismən təmin edilmiş, 3041,66 manat pulun X2, Cavabdeh3 və Cavabdeh2 paylarına müvafıq qaydada tutulub İddiaçı1 Zəkəriyyə oğluna ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatının iddiaçılara aid edilməsi, qalan 1 manatının isə cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət olunmuşdur. İddiaçılar həmin qətnamə ilə razı olmamış, apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Zəkəriyyə oğlunun və İddiaçı2 birgə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-113/2015 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı1 Zəkəriyyə oğlunun və İddiaçı2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələblərinə dair iddiaları qismən təmin olunmuş, “xxxx” Mənzil Tikinti Kooperativindən mənfəət qismində 335.420,0 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) alınaraq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi; “xxxx” Mənzil Tikinti Kooperativindən ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı2 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1683/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılaraq, qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyev xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə məhkəməyə müraciət edərək, icra tədbirləri nəticəsində “xxxx” MTK-nın fəaliyyətinin dayandırıldığını və rəhbəri Samir Əliyevin xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, MTK-nın bank hesablarında pul vəsaitinin, habelə əmlaklarının olmadığının müəyyən olunduğunu bildirmiş, buna görə də MTKnın üzvlərinin və ya təsisçilərinin icra sənədi üzrə borclu qismində tanınıbtanınmaması, habelə onların əmlak məsuliyyətinin həcmi məsələlərinə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-674/2017 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-674/2017 nömrəli icra sənədinə izah verilməsinə dair Nəsimi rayon icra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyevin ərizəsi təmin edilməmişdir. Bu zaman məhkəmə kollegiyası öz qərardadında qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur və Mülki Məcəllənin 110-3.4-cü maddəsinin tətbiq olunub-olunmayacağı icra sənədinə izah verilməsi yolu ilə deyil, müstəqil məhkəmə araşdırması çərçivəsində müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. İcra məmurunun xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna da belə izahın verilməsi mümkün deyildir. Belə ki, mülki qanunvericiliyə uyğun olaraq kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir və kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. “xxxx” MTK-nın nizamnaməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2005-ci il tarixli “xxxx” MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yenitəsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış “xxxx” MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmiş, həmin təsis müqavilənin 4cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MTK-nın təsisçiləri Əlizadə X13 Samir Xəlil oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X10r. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X19 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - X18 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, onun birinci növbə vərəsələri - arvadı Babayeva X20 və oğlu Cavabdeh6dur. İddiaçılar hesab edirlər ki, onlar yuxarıda qeyd olunmuş məbləğlərdə pul vəsaitləri cavabdehlərdən tələb etməkdə haqlıdırlar. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaiti; həmçinin “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaiti subsidiar qaydada “xxxx” MTK-nın təsisçiləri olan- cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X5 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət olunmuşdur. Cavabdehlər Babayeva Dı̇ larə Ağarza qızı, Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Babayeva Dı̇ larə Ağarza qızı öz apellyasiya şikayətini onunla əsaslandırır ki, Yasamal rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edən zaman qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur. Belə ki, o, iş üzrə cavabdehlər siyahısına daxil edilmiş, mərhum X21 vərəsəsi kimi qeyd edilsə də, onun vərəsəsi olmağını təsdiq edən hər hansı bir sənəd işin içinə əlavə edilmədiyi halda, onun da cavabdehlər sırasına daxil edilməyi və məhkəmənin bunu nəzərə almaması qanunvericiliyin tələblərinə tamamilə ziddir. Eyni zamanda mübahisə predmeti olan pul məbləği “xxxx” Mənzil Tikinti Korperativinin öhdəliyi əsasında yaranmışdır və onun ”xxxx” MTK ilə heç bir bağlılığı olmamasına da məhkəmənin" diqqət yetirməməsi qanunvericiliyin tələblərinə zidd qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, vəkili X22 Bakı şəhəri 14 saylı notariat ofisinə mərhum X5 vərəsələrinin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi barədə sorğu vermiş, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubla sorğuya cavab verilmişdir. Məktubda qeyd olunur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş, X5 adına vərəsəlik işinin, açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir (məktubunun surəti əlavə olunur). Bu isə onun mərhum X11 vərəsəsi olmadığını təsdiq edən rəsmi dövlət sənədidir. Bundan başqa, məhkəmə tərəfindən hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxaran başqa bir prosessual pozuntuya yol verilmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, o, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişdir. Lakin nə ona, nə də işdə iştirak edən vəkili X15 bu barədə heç bir bildiriş gəlməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa qeyd edir ki, iş üzrə hüquqlarını müdafiə edən nümayəndə və vəkili X12 da barəsində iş materiallarıda məlumat olsa da, məhkəmə iclası barədə məlumat ona da verilməmişdir. Bundan əlavə, onunla mərhum X18 arasında xx.xx.2014-cü il tarixdə nikah qeydə alınmışdır ( № 1764 ilə qeyd edilmişdir). Həmin nikah qeydə alınmazdan əvvəlki dövrlərdə o, öz vəsaiti hesabına müxtəlif əmlaklar əldə etmişdir (müvafiq çıxarışların surəti əlavə olunur). Lakin məhkəmə tərəfindən həmin əmlaklar üzərinə də həbs qoyulmuşdur. Bu isə qanunvericilik normalarına tamamilə ziddir və hesab edir ki, məhkəmənin bu işdə qərəzli mövqe nümayiş etdirdiyini sübut edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan, əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bundan başqa, iddiaçıların iddia ərizəsinin əsassız olduğunu göstərən mülki qanunvericiliyin daha bir norması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisə predmeti olan pul məbləği “xxxx” Mənzil Tikinti Korperativinin öhdəliyi əsasında yaranmışdır. Belə olan halda isə korperativin borcları üçün korperativ üzvlərinin əmlakına dair tələb irəli sürülməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 110-3.1-ci maddəsinin tələbinə əsasən Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə tələblərinə tamamilə ziddir. Eyni zamanda mübahisə predmeti olan pul məbləği “xxxx” Mənzil Tikinti Korperativinin öhdəliyi əsasında yaranmışdır və onun “xxxx” MTK ilə heç bir bağlılığının olmamasına da məhkəmənin diqqət yetirməməsi qanunvericiliyin tələblərinə zidd qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, vəkili X22 Bakı şəhəri 14 saylı notariat ofisinə mərhum X5 vərəsələrinin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi barədə sorğu vermiş, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubla sorğuya cavab verilmişdir. Məktubda qeyd olunur ki, Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş, X5 adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir (məktubun surəti əlavə olunur). Bu isə onun mərhum X5 vərəsəsi olmadığını təsdiq edən rəsmi dövlət sənədidir. Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğlu öz apellyasiya şikayətlərini onunla əsaslandırırlar ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi ilə çıxış edərkən unutmuşlar ki, cavabdehlər də, iddiaçılar kimi “xxxx” MTK-da təsisçidirlər və Ali məhkəmənin qərarı ilə müəyyən edilən mənfəətdən onlara da pay çatır. Eyni zamanda İddiaçı1 da “xxxx” MTK-nın təsisçisi kimi subsidiar qaydada məsuliyyət daşıyır və MTKnın onun qarşısında olan öhdəlikləri kimi, onun da MTK qarşısında öhdəlikləri var. Ən azından o iddia tələbi ilə çıxış edərkən özünə aid hissədə olan öhdəlikləri əvəzləşdirməli və yerdə qalan məbləğdə başqa təsisçilərə qarşı iddia tələbi ilə çıxış etməli idi. Bundan əlavə tərəflərindən Yasamal rayon məhkəməsində hazırki iddiaçılara və digər təsisçilərə qarşı tərəflərindən iddia qaldırılıb və hesab olunur ki, həmin işlə hazırki apellyasiya şikayəti bir-biri ilə qarşılıqlı əlaqadə olduğu üçün işlər birləşdirilməlidir. xx.xx.2005-ci il tarixli “xxxx” MTK-nın təsisçilərinin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən görünür ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 sayla Dövlət Qeydiyyatına alınmış “xxxx” MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitlərinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmiş, həmin təsis müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. xx.xx.2013-cü il tarixli **********658100 saylı Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin təsisçiləri İddiaçı1, Cavabdeh1. Cavabdeh3, Cavabdeh2, X16 və Cavabdeh4dır. Bakı səhər Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan görünür ki, təsisçilərdən X16 xx.xx.2017-ci il tarixdə ölmüş, Cavabdeh5 onun həyat yoldaşı, Cavabdeh6 isə onun oğludur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 hesab etmişlər ki, “xxxx” MTK-nın Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli 2(1031-674/2017 saylı qətnaməsi ilə onlara ödənilməli olan mənfəət qismində 335420 manatın, təhvil verilməyən mənzillərə görə 172000 ABŞ dollarının və 143000 ABŞ dollarının cavabdehlər kimi həm də onlardan tutulması barədə iddiaları əsaslıdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3444/2019 saylı qətnaməsi ilə cavabdehlərin iddiadı təmin edilmişdir. Belə olan halda cavabdehlər nəzərə almırlar ki, Cavabdeh3 və Cavabdeh1 da “xxxx” MTK-nın təsisçiləri olduğundan 5594/5859 saylı, xx xxxx 2017-ci il tarixli Ekspert Rəyi ilə müəyyən edilən 3.354,200,04 manat “xxxx” MTK-nın gəlirindən müvafiq olaraq MTK-dakı təsisçi paylarına görə 30 % Cavabdeh3 və 10 % Cavabdeh1 çatır. Belə ki, həmin şəxslər də “xxxx” MTK-da təsisçidirlər və Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən və Ali məhkəmənin qərarı ilə qüvvədə qalan 3.354.200,04 manat mənfəət qismində vəsaitdən öz təsisçi paylarına uyğun olar Cavabdeh3 30 %, yəni 1.006.260,01 manat, Cavabdeh1 isə 10 %, yəni 335.420 manat almalıdır. Bundan əlavə cavabdehlərdən İddiaçı1 və İddiaçı2 onlarla danışıqlarında bildirirlər ki, onlara qarşı heç bir iddia və tələbləri yoxdur. Lakin bununla əlaqədar tam və lazımi qaydada rəsmiləşdirmə işləri aparmırlar. Onlar heç zaman kooperativin işlərinə cəlb olunmamış, ümumi yığıncağın iclasları çağırılmayıb və ya əgər çağırılıbsa da, orada onların iştirakları təmin edilməyib və yetərsay olmayıb. Necə olur ki, bütün mənzillərin və qeyri-yaşayış sahələrinin satılmasında onların iştirakları, kooperativin üzvü olduğu yada düşmür, lakin kooperativin öhdəlikləri olanda onlar məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hacıyev Samı̇ r Xəlı̇ l oğlu apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili X23 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X24 apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehlər iddiaçılara bir qəpik də olsun pul verməyiblər. Onlar bu işi hər vasitə ilə süründürməyə çalışırlar. İddiaçılar qüvvədə olan məhkəmə qərarına əsasən öz pullarını ala bilmirlər. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbi haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehlər Babayeva Dı̇ larə Ağarza qızı, Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğluna aid təmin edilən hissələrdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, cavabdehlər Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğlunun apellyasiya şikayətləri təmin edilməməli, cavabdeh Babayeva Dı̇ larə Ağarza qızının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdeh Babayeva Dı̇ larə Ağarza qızına aid hissədə ləğv olunmalı, ona münasibətdə iddia təmin edilməməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırılması zamanı işin faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-113/2015 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Zəkəriyyə oğlunun və İddiaçı2 cavabdeh X7, Cavabdeh3 və Cavabdeh2 qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələbinə dair iddiaları qismən təmin edilmiş, 3041,66 manat pulun X2, Cavabdeh3 və Cavabdeh2 paylarına müvafıq qaydada tutulub İddiaçı1 Zəkəriyyə oğluna ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatının iddiaçılara aid edilməsi, qalan 1 manatının isə cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 Zəkəriyyə oğlunun və İddiaçı2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-113/2015 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı1 Zəkəriyyə oğlunun və İddiaçı2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “təsisçi və pay hüququnun təmin edilməsi, pay hissəsi ilə müəyyən olunan mənfəətin, habelə zərərin ödənilməsi və mənzillərə görə verilmiş pulun qaytarılması” tələblərinə dair iddiaları qismən təmin olunmuş, “xxxx” Mənzil Tikinti Kooperativindən mənfəət qismində 335.420,0 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) alınaraq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi; “xxxx” Mənzil Tikinti Kooperativindən ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) İddiaçı2 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1683/2018 nömrəli qərarı əsasında qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək, icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyev xx.xx.2018-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə məhkəməyə müraciət edərək, icra tədbirləri nəticəsində “xxxx” MTK-nın fəaliyyətinin dayandırıldığını və rəhbəri Samir Əliyevin xx.xx.2017-ci il tarixdə vəfat etdiyini, MTK-nın bank hesablarında pul vəsaitinin, habelə əmlaklarının olmadığının müəyyən olunduğunu bildirmiş, buna görə də MTK-nın üzvlərinin və ya təsisçilərinin icra sənədi üzrə borclu qismində tanınıb-tanınmaması, habelə onların əmlak məsuliyyətinin həcmi məsələlərinə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-674/2017 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-674/2017 nömrəli iş üzrə verdiyi xx.xx.2018-ci il tarixli icra sənədinə izah verilməsinə dair Nəsimi rayon icra və probasiya şöbəsinin rəis əvəzi Yavər Allahverdiyevin ərizəsi təmin edilməmişdir. Bu zaman məhkəmə kollegiyası öz qərardadında qeyd etmişdir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur və Mülki Məcəllənin 110-3.4-cü maddəsinin tətbiq olunub-olunmayacağı icra sənədinə izah verilməsi yolu ilə deyil, müstəqil məhkəmə araşdırması çərçivəsində müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. İcra məmurunun xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna də belə izahın verilməsi mümkün deyildir. Bundan sonra iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 12 saylı X26 xx.xx.2019-cu il tarixli **********09 nömrəli məktubundan müəyyən edilir ki, Cavabdeh1 adına paylı mülkiyyət hüququ üzrə ünvan 1 saylı ünvanda fərdi yaşayış evi, ünvan 2 saylı ünvanda, ünvan 3 saylı ünvanda mənzillər, Abşeron rayon Saray qəsəbəsində 3.1065 ha əkin, Xaçmaş rayonu Seyidlikəndyeri kəndində 0.08 ha həyətyanı torpaq sahələri, Cavabdeh3 adına ünvan 5 saylı ünvanda, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 22 saylı ünvanda mənzillər, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.12 ha həyətyanı torpaq sahəsi, Cavabdeh5 adına Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 49B/43 saylı ünvanda, ünvan 9 saylı ünvanda, ünvan 10 saylı ünvanda mənzillər, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.04 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.12 ha həyətyanı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Digər şəxslərin (cavabdehlərin) adlarına Respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. “xxxx” MTK-nın nizamnəməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli “xxxx” MTK-nın təsisçilərin dəyişməsi ilə əlaqədar yeni təsis müqaviləsindən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə 0105-P146-43660 nömrəsi ilə qeydiyyata alınmış “xxxx” MTK-nın fəaliyyəti ilə bağlı maliyyə ehtiyaclarının təmin edilməsi məqsədlərinin həyata keçirilməsi üçün təsisçilər arasında maliyyə vəsaitinin cəlb olunmasına dair xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış, tərəflərin hüquqi vəziyyəti və paylara müvafiq gəlirləri müəyyən edilməsi xx.xx.2005-ci il tarixli müqavilə ilə dəqiqləşdirilmişdir. Həmin təsis müqavilənin 4-cü bəndində göstərilmişdir ki, tərəflər kooperativin idarə olunmasını ümumi razılıq əsasında həyata keçirirlər və kooperativin öhdəlikləri üzrə onlara mənsub bütün əmlakları ilə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MTK-nın təsisçiləri İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X10r. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X19 tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - X18 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir, onun həyat yoldaşı Cavabdeh5 və oğlu Cavabdeh6dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Mülki Məcəllənin 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. MM-nin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. MM-nin 110-3, 110.4-cü maddələrinin, “xxxx” Mənzil Tikinti Kooperativinin nizamnaməsinin 5.10-cu bəndinin, “xxxx” Mənzil Tikinti Kooperativinin təsis müqaviləsinin 4-cü bəndinin tələblərini nəzərə alaraq, sübutlara məcmu halında qiymət verərək kollegiya hesab edir ki, qətnamə iddia tələbinin cavabdehlər Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğluna aid təmin edilən hissədə əsaslıdır. Lakin, məhkəmə iddianı Cavabdeh5 aid hissədə təmin edərkən, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə Cavabdeh5 xx xxxxxx 2014-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İşdə olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh5 adına rəsmi reyestrdə qeydə alınmış Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 49B/43 saylı ünvanda, ünvan 9 saylı ünvanda, ünvan 10 saylı ünvanda mənzillər, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.04 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.12 ha həyətyanı, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 0.12 ha həyətyanı torpaq sahələri nikahdan əvvəl əldə olunduqları üçün Cavabdeh5 şəxsi mülkiyyəti olmaqla, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. MM-nin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bundan əlavə Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 1598 nömrəli məktubuna əsasən Bakı şəhəri 14 saylı notariat ofisinə aid olan vərəsəliyin uçot kitabına, həmçinin elektron notariat informasiya sisteminə baxış keçirilmiş, X5 adına vərəsəlik işinin açılması ilə bağlı vərəsələrin müraciət etmələri aşkar edilməmişdir. Bu səbəbdən də, mərhum X9 vərəsələrinin dairəsini müəyyən etmək imkanları xaricindədir. Qeyd olunarlara əsasən kollegiya hesab edir ki, Cavabdeh5 mərhum X3 miras aktiv qalması, həmin aktivdən pay alması ilə bağlı sübutlar müəyyən olunmadığından, o, mərhum X1 münasibətdə cavabdeh olan şəxs deyildir. Buna görə də, qətnamə Cavabdeh5 aid hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğluna aid hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğluna aid hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Cavabdehlər Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğluna aid hissədə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin onlara aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Hacıyev Samı̇ r Xəlı̇ l oğlu və Əlı̇ yev Cahangı̇ r Tofı̇ q oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Babayeva Dı̇ larə Ağarza qızının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-3444/2019 saylı qətnaməsi cavabdeh Babayeva Dı̇ larə Ağarza qızına qarşı iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi cavabdeh Babayeva Dı̇ larə Ağarza qızına aid hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-716/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-716/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver