Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7162/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidamətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya (məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidamətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilmklə) qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-993/2022 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat
1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya (məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC və “Kaspian-İnşaat MB“ MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Caspian İnşaat MB" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına aparılmış qeydin və xx.xx.2021ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m.) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 993/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilmiş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş 135.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeydin və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 993/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmiş və cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 şikayət verərək qərardadın ləğv edilməsini və "xxxx" MTK-nın apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddəti bərpa edən məhkəmə heç nəzərə almamışdır ki, özü tərəfindən xx.xx.2022-ci il tarixində qətnamə qəbul edilmiş, 2023-cü ilin yanvar və fevral aylarında qətnaməyə izah verilmiş, xx.xx.2023cü ildə isə qətnamə Cavabdeh2 tərəfindən icra olunmuşdur. Digər cavabdeh, yəni "xxxx" MTK tərəfindən qətnamənin icra edilməməsi səbəbindən qəsdlə uzadılır. Eyni zamanda, müddəti bərpa edən məhkəmə nəzərə almamışdır ki, "xxxx" MTK ilə "xxxx" MMC-nin hüquqi ünvanları eynidir, habelə onların vəkili eyni şəxsdir (məhkəmə prosesində vəkil Nümayəndə1 bildirmişdir ki, "xxxx" MMC ilə "xxxx" MTK eyni şəxsdir ona görə də bir nəfərin iştirakı yetərlidir). Bununla yanaşı, məhkəmə qətnamənin qəbulundan 8 ay keçməsinə baxmayaraq onun icrası ilə maraqlanmamış (Yasamal rayon icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilmiş, borcluya xəbərdarlıq edilmiş, məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur), halbuki qətnamənin icra olunması ilə bağlı məsələlər birbaşa qətnaməni qəbul edən hakimin vəzifəsidir. Həmçinin, hakim ərizə barədə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq etməmişdir. Bu isə ona dəlalət edir ki, hakim işə qərəzli baxmış, əks halda məhkəmə iclasının yeri və vaxtı barədə bizə məlumat versəydi müvafiq sübutları məhkəməyə təqdim edərdilər.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(004)-993/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Mülki işin materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iş üzrə cavabdeh "xxxx" MTK-nın ünvanına poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə göndərilmiş, lakin ona çatdırılmadan xx.xx.2023-cü il tarixdə məhkəməyə geri qayıtmışdır. Bundan sonra cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona rəsmi qaydada təqdim edilməsini və onun elektron kabinetə əlavə edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə elektron kabinetə xx.xx.2023-cü il tarixdə əlavə olunduğundan o, qətnamənin surətinin əldə etmiş və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
14. İşdən göründüyü kimi, cavabdeh "xxxx" MTK-nın qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2023-cü il tarixdə MTK-nın rəhbəri vəzifəsinə təyin olunmuş və həmin tarixdən sonra müvafiq qətnaməni əldə etdiyindən apelyasiya şikayətini vaxtında vermək imkanı olmamışdır.
15. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Caspian İnşaat MB” MTK ilə "xxxx" MMC fərqli hüquqi şəxslərdilər. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərin hər birinə rəsmi qaydada verilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 993/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov