Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7164/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-99/2022 saylı qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin ərizəsinə dair icraat üzrə (Açar sözlər: qətnamənin izah edilməsi barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-99/2022 saylı qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin ərizəsinə dair icraat üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı X1 hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-99/2022 saylı qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 hüquqi varisləri X4 və X2 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 8 saylı evin X6 və X3 təhvil verilməsi qət edilmişdir.
2. Hazırda Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayev ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-99/2022 saylı icra sənədinə izah verilməsini məhkəmədən xahiş edir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı xx.xx.2022-ci il tarlixli icra vərəqəsi xx.xx.2023-ci il tarixində Abşeron Rayon İcra şöbənin icraatına daxil olmuş və əmlakın olduğu yer üzrə xx.xx.2023- cü il tarixində Sabunçu rayon İcra Şöbəsinin icraatına göndərilmişdir. İcra sənədində qeyd olunan ünvan 1 ünvanında yerləşən 8 saylı evin çıxarışında evin 0.0104 ha sahədə yerləşdiyi, habelə tələbkar tərəfindən boşaldılması istənilən digər torpaq sahəsinin isə ünvan 1 ünvanında yerləşən 8 saylı evə məxsus olmayan (ƏMDK-nın **********95-10301 saylı reyestr nömrəli çıxarışına əsasən) torpaq sahəsi olduğu müəyyən edilmişdir. Tələbkar xx.xx.2023-cü il tarixində şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin icrası zamanı ünvan 1 ünvanında yerləşən 8 saylı evlə yanaşı, çıxarışda qeyd olunmayan digər torpaq sahəsinin də boşaldılaraq ona təhvil verilməsini və arada olan daş hasarın sökülməsini xahiş etmiş və icra sənədinin icrasının yalnız bu halda tam olunacağını bildirmişdir. Beləliklə, sözügedən icra vərəqəsində qeyd olunan tələbin ünvan 1 ünvanında yerləşən 8 saylı evə məxsus olmayan digər torpaq sahəsinin tələbkara təhvil verilməsi və həmin sahələr arasında olan hasarın sökülməsi kimi başa düşülüb-düşülməməsi məsələsinə izah verilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-99/2022 saylı qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, izah verilməsi xahiş edilən qətnamənin nəticə hissəsi kifayət qədər aydın ifadə edilmişdir və ona əlavə izah verilməsi zərurəti yoxdur. Hətta sözügedən qətnamə yuxarı – apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən mülki və prosessual qanunvericiliyə uyğun qiymətləndirilmiş və nəticə etibarı ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Belə ki, izah verilməsi xahiş olunan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-99/2022 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5605/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, sonuncudan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1546/2023 saylı qərarı ilə təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Digər tərəfdən iddia tələbi cavabddehlərin ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, həmin evin boşaldılaraq təhvil verilməsi barədə olmuş, məhkəmə tərəfindən araşdırma və hüquqi dəyərləndirmə həmin ev barəsində aparılmışdır. Hazırkı ərizədə izah verilməsi xahiş olunan ünvan 1 ünvanında yerləşən 8 saylı evə məxsus olmayan digər torpaq sahəsi və həmin sahələr arasında olan hasarın sökülməsi barədə xüsusatlar həmin məhkəmə baxışının predmeti olmadığından, məhkəmə tərəfindən həmin hissələrə ümumiyyətlə qiymət verilməmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı X1 hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası barədə izah vermənin mümkünsüzlüyünə dair gəldiyi nəticələri daşınmaz əşyanın alqı-satqı müqaviləsinin mahiyyəti və müddəalarına zidd olmaqla yanaşı, qanunun analogiyası tələblərinin tətbiqi baxımından da əsassız və ədalətsizdir. Belə ki, mülki iş materiallarında olan AN-1 № ******* seriya nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcı-mərhum İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Eləcə də, işdə olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin **********95-10301 reyestr nömrəli texniki pasportundan görünür ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi Musa Nağıyev küçəsi ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi 0,0928 ha-dan ibarət olmaqla, həmin torpaqda yaşayış evindən istifadə üçün zəruri olan su hovuzu mövcuddur ki, bu da yaşayış evindən xeyli uzaq məsafədə həmin torpaq sahəsində yerləşməklə yardımçı tikili kimi evdən istifadə üçün zəruri bir vasitədir. Həmçinin həmin qurumun Sabunçu Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-8960 saylı məktubundan da görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir və həmin evin yerləşdiyi istifadədə olan 0,0928 ha torpaq sahəsi **********95-10301 reyestr nömrəsinə əsasən bu evin yerləşdiyi torpaq sahəsinə aiddir. Daşınmaz əmlaka, eləcə də, tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən, həmin tikilinin yerləşdiyi torpaq sahəsinə də hüquq əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə yeni mülkiyyətçiyə keçir. Fərdi yaşayış evinin tələbkara (iddiaçıya) təhvil verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı həmin yaşayış evinin istifadəsində olan torpaq sahəsi və bu torpaq sahəsində yerləşən, evdən istifadə üçün zəruri olan su hovuzu ilə birlikdə qeyd olunan əşyaların iddiaçıya təhvil verilməli olmasını özündə ehtiva edir. Bu baxımdan məhkəmə sözügedən yaşayış evinin, istifadədə olan torpaq sahəsi və orada yerləşən evdən istifadə üçün zəruri vasitə olan su hovuzu ilə birlikdə tələbkara (iddiaçıya) təhvil verilməsi kimi başa düşülməsinə dair öz qərarında izah verməməkdə haqlı olmamışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 99/2022 saylı saylı qərardadından iddiaçı X1 hüquqi varisi X4 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı xx.xx.2022-ci il tarlixli icra sənədinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 hüquqi varisləri X4 və X2 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 8 saylı evin X6 və X3 təhvil verilməsi müəyyən edilmişdir.
14. İcra məmuru qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək, mübahisə predmeti olan evlə yanaşı çıxarışda qeyd olunmayan digər torpaq sahəsinin də boşaldılaraq ona təhvil verilməsini və arada olan daş hasarın sökülməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi cavabdehlərin ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılmaları, həmin evin boşaldılaraq təhvil verilməsi ilə bağlı olmuşdur, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bu barədə tələbinə baxılaraq hüquqi qiymət verilmişdir, qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır.
16. Tələbkar şikayətinin dəlili olaraq qeyd edir ki, tərəflər arasında olan imzalanmış alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 8 saylı evlə yanaşı yardımçı vasitələr də tələbkarın istifadəsinə verilmişdir.
17. Məhkəmə kollegiyası tələbkarın şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə alqı-satqı müqaviləsinin predmeti olan əmlakların ona təhvil verilməsi tələbi ilə bağlı deyil, yalnız ünvan 1 ünvanında yerləşən 8 saylı evin təhvil verilməsi ilə bağlı müraciət edildiyi üçün alqı-satqı müqaviləsinin digər şərtləri mübahisə predmeti olmamışdır.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Rəşad Mustafayevin qətnaməyə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev