Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7165/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbinə dair» ilkin, iddiaçı X3 cavabdeh İddiaçı qarşı «istifadə hüququnun tanınması tələbinə dair» qarşılıqlı iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2030/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı (tələbinin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və ona məxsus əşyaların, (Blomberg 7 kq-lıq paltaryuyan maşın - 1 ədəd,Blomberg soyuducu - 1 ədəd, Tefal ətçəkən maşın - 1 ədəd, mətbəx üçün hava sorucu qurğu - 1 ədəd,Samsung tozsoran aparatı - 1 ədəd, Jowissa elektrik sobası - 1 ədəd, Grundig 32 diaqonallı televizor - 1 ədəd,Dvd player- 1 ədəd,Qonaq otağı üçün 8 lampalı lüstur- 1 ədəd,Yataq otağı üçün 3 lampalı lüstur- 1 ədəd, Mətbəx üçün jalüz, Qonaq otağı üçün qarniz, pərdələri ilə birlikdə - 2 ədəd, yataq otağı üçün qarniz, pərdələri ilə birlikdə - 1 ədəd, Künc divanı (açılıb bağlanan) - 1 ədəd, Televizor altlığı - 1 ədəd,Uşaq çarpayısı - 1 ədəd,Uşaq yedirtmək üçün oturacaq - 1 ədəd, Xalça - 2 ədəd, Uşaq yeriməsi üçün oturacaq - 1 ədəd,Tefal ütü - 1 ədəd, Ütü stolu - 1 ədəd, 9 dolablı mətbəx meveli - 1 ədəd, Stol dəsti, 6 ədəd stulu ilə birlikdə - 1 ədəd,2 dolablı, güzgülü qab-qacaq yığmaq üçün mebel - 1 ədəd,3 dolablı, şüşəli, qab-qacaq yığmaq üçün mebel - 1 ədəd, 2 dolablı, güzgülü, kosmetika üçün mebel - 1 ədəd, uşaq paltarlarını yığmaq üçün çarpayı yanlığı mebel - 1 ədəd, 2 nəfərlik yataq çarpayısı, yan dolabları ilə birlikdə - 1 ədəd, Yataq otağında, 1 qapısı şüşə olmaqla, 2 qapılı mebel - 1 ədəd, Şəxsi istifadə üçün paltarlar (qadın, uşaq), Bıçaq dəsti - 1 ədəd, Çəngəl-qaşıq dəsti qutuda - 1 ədəd,Xrustal stəkan dəsti - 1 ədəd, Stəkan dəsti - 2 ədəd, Vaza dəsti - 2 ədəd, Qab-qacaq dəsti - 2 ədəd) fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh X6 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsinə və ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə onun, X3 istifadə hüququnun tanınması, eyni zamanda azyaşlı övladı X7 ilə birlikdə qeyd olunan ünvanda yerləşən yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: xx.xx.2017-ci il tarixdə Əhmədov Böyükağa Hacıkərim oğlu tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı bağışlanmış (səh.8); və xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir (səh.9); ünvanda İddiaçı xx.xx.2017-ci ildən, eləcə də, X6 və X7 qeydiyyatdadırlar (səh.10); İddiaçı ilə X6 arasında olan nikahın ləğvi xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır (səh.11); X1 Səneyəsi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda xx.xx.2012-ci il tarixdən hal-hazıradək işləyir, ümumi iş stajı 7 il 3 aydır, aylıq əmək haqqı olaraq 360 manat vəzifə maaşı alır (səh.33). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2030/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və əşyaların mənzildən çıxarılması tələbi təmin edilmiş, X3 cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə; X10 Məhkəməsinin "Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndinə; Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mülki, həm də ailə qanunvericiliyi (nigah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) və başqa razılaşma olmadığından, nigah pozulduğundan, etibarlı ailə münasibətləri artıq mövcud olmadığından, cavabdehin faktiki olaraq 2 il müddətində iddiaçıya məxsus evdə qalmadığını nəzərə alaraq yaşayış sahəsinə real ehtiyacının olmaması kimi qiymətləndirilməli, Mənzil Məcəlləsinin 30.4-cü maddəsini İİ hissəsinin hazırki mübahisəyə tətbiq edilməsinə zərurət yoxdur. Cavabdeh və uşağının mübahisəli evdə qeydiyyatda olmaqları da onların həmin evə olan istifadə hüquqlarının saxlanılması üçün hüquqi əsas yaratmır. Cavabdeh hazırda iddiaçının keçmiş ailə üzvü statusundadır və onunla yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi üçün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmadığından qeydiyyatı da formal xarakter daşıyır. Cavabdehə məxsus cehiz əşyaları iddiaçının evində öz əşyalarını yerləşdirməyinə, mülkiyyətindən istədiyi kimi istifadə etməyinə, onun üzərində sərəncam verməyinə məhdudiyyət yaratması, həmçinin cavabdehə məxsus əşyaların və avadanlıqların bu yaşayış evində olması, onların qorunub - saxlanması, yanğından mühafizə olunması kimi iddiaçının üzərinə əlavə məsuliyyət müəyyən edilməsi mülkiyyətçinin öz mülkiyyəti üzərində olan hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır ki, bu da qanunla yol verilməzdir. İlk iddia təmin edildiyindən qarşılıqlı iddia əsaslı sayıla bilməz. Həmçinin də, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (evə istifadə hüququnun olması, xx xxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən zorla, məcburi şəkildə birgə yaşadıqları evdən çıxarılması, sözün əsl mənasında evdən qovulması, evdən çıxmağının könüllü olmaması, onun iddiaçının mülkiyyətində olan yaşayış evinə ehtiyacları olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu əsasla qarşılıqlı iddia təmin edilə bilməz. Cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-2030/2020 saylı qətnaməsini ləğv edərək, ilk iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30; Mülki Prosessual Məcəllənin 217, 384, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, xx xxxxx 2015-ci il tarixdə ilk iddia üzrə iddiaçı ilə rəsmi nikaha girmişlər. Birgə nikahdan xx xxxx 2016-cı il təvəllüdlü X7 adlı övladları vardır. Bir müddət ailə münasibətləri normal olmuş, lakin sonradan fikir ayrılıqları və mübahisələr başlamış, ailənin saxlanılması mümkün olmamışdır. İlk iddia üzrə iddiaçının nikahın pozulması tələbinə dair iddiası əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan övladı onun himayəsinə verilmişdir. İlk iddia üzrə iddiaçı ilə birgə yaşadıqları yaşayış evi iddiaçının atası tərəfindən birgə nikah dövründə ona bağışlanmış və hazırda iddiaçının mülkiyyətindədir. Nikah dövründə birgə təsərrüfatları bu evdə olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən zorla, məcburi şəkildə birgə yaşadığı evdən çıxarılmış, sözün əsl mənasında evdən qovulmuşdur. Evdən çıxmağı könüllü olmamışdır. Həmin vaxtdan bugünə qədər də azyaşlı övladı ilə birlikdə hər dəfə bir qohumunun evində qalmaq məcburiyyətində olmuşdur. Yəni daimi yaşaya biləcəyi normal yaşayış şəraiti yoxdur. Nikahdan sonra hazırda iddiaçının mülkiyyətində olan yaşayış evi üzrə qeydiyyata alınmış, yəni mülkiyyətçinin razılığı ilə evdən istifadə hüququ yaranmışdır. İddiaçı isə hazırda onun qeydiyyatdan çıxarılması üçün iddia qaldırmaqla evdən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Yəni dolayısı ilə iddiaçı onun evdən istifadə hüququnun olmasını etiraf edir. Həqiqətən də hal-hazırda övladı ilə birlikdə daimi yaşamağa evi yoxdur, iddiaçının mülkiyyətində olan yaşayış evinə ehtiyacı vardır, bu birgə nikahdan olan övladının normal fərd kimi yetişməsi üçün də olduqca vacibdir. Məhkəmə araşdırması zamanı dəfələrlə məhkəməyə bildirilmişdir ki, iddiaçıya məxsus evdən könüllü deyil, zorla məcburi şəkildə çıxarılmışdır. Lakin məhkəmə bu halın araşdırılmasında maraqlı olmamış, iddiaçının izahatlarına və formal mülahizələrə əsasən yekun qənaətə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin 2 il 8 aydır ki, mübahisəli ünvanda yaşamadığını, atasıgildə yaşadığını, ona cehiz əşyalarını aparmaq üçün xəbər göndərdiyini, cavabdehə Zabrat qəsəbəsində eyni şəraitli evlə təmin edilməsini təklif etdiyini, lakin cavabdehin imtina etdiyini, öz atasıgilə yaxın yerdə, Əhmədlidə onun adına ev almasını istədiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X8 apellyasiya şikayətini müdafiə edərək, tərəflər evləndikdən sonra cavabdehin başqa evə gəlin köçdüyünü, sonradan mübahisəli evi təmir edib köçdüklərini, cavabdehin uşaqla həmin evdə eydiyyatda olduğunu, evin 5 otaqdan ibarət olduğunu, cehizlərinin də orada olduğunu, mülkiyyətçinin keçmiş ailə üzvü olaraq Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, istifadə hüququnun olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Azərbaycan Respublikası MM-nin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4; MM-in 6, 152 -157; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 82.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin əsassız və sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X4 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2030/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7165/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7165/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver