Məhkəmə qərarları › İş №2(103)-717/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-717/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-717/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı1 İKB ASC-nin cavabdehlər İddiaçı2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamədən cavabdeh İddiaçı2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1, cavabdeh İddiaçı2 vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 81.703,21 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 60.467,52 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 2.914,27 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi ilə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun cavabdeh İddiaçı2 tutularaq ona (iddiaçı Banka) ödənilməsi, tutmanın ipoteka predmetinə - iş üzrə digər Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina № 2 “A”-da yerləşən 59 №-li mənzilə (yeni qaydalar ilə olan ünvan: AZ1111, ünvan 1əmin mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə oluna biləcək vəsait yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsi, həmin məbləğ kredit borcunun ödənilməsinə kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ödənilməsi məqsədi ilə qətnamənin ümumi qaydada icra edilməsi, mənzil açıq hərracdan satıldıqdan 1 ay sonra iş üzrə cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2, Bank ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən illik 25 faiz dərəcəsi ilə Bankdan 84 ay müddətinə 86.000 ABŞ dolları məbləğində pulu borc almışdır. İş üzrə digər cavabdeh olan Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə İddiaçı2 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına təminat verərək özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onlar ilə Bank arasında xx.xx.2014-cü il tarixdə notarial qaydada “İpoteka müqaviləsi” bağlanmışdır. “İpoteka müqaviləsi” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – DƏDRX) tərəfindən reyestrdə qeydə alınmışdır. Qeyd edilənlərə baxmayaraq İddiaçı2 Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yeri yetirməmiş, kredit borcunu razılaşdırılmış qaydada, yəni aybaay və hissəhissə Banka ödəməmişdir. Nəticədə onun Banka 81.703,21 ABŞ dolları məbləğində əsas kredit borcu, 60.467,52 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank, onunla İddiaçı2 arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq İddiaçı2 2.914,27 ABŞ dolları məbləğində dəbbə (cərimə) hesablamışdır. Bank tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq İddiaçı2 borcu ödəməmişdir. Bundan sonra Bank tələbin ipoteka predmetinə yönəldilməsi proseduruna başlamış, bununla əlaqədar olaraq DƏDRX-nə müvafiq ərizə vermiş, borcalan İddiaçı2 və ipoteka qoyan Cavabdeh1 müvafiq bildirişlər göndərmiş və nəhayət hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat, “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması 10 manat dövlət rüsumu, “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün 20 manat xidmət haqqı ödənilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank və cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 81.703,21 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 60.467,52 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbənin (cərimənin) azaldılmasını və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 500 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə təyin ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, iddia ərizəsinin məhkəməyə verilməsi ilə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat, “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə bildirişin” qeydiyyata alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat məbləğində pulun cavabdeh İddiaçı2 tutularaq iddiaçı Banka ödənilməsi, tutmanın ipoteka predmetinə - iş üzrə digər Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini, həmin mənzilin açıq hərracdan ilkin satış qiyməti 138.000 manat müəyyən edilməklə satılmasını, mənzilin satışından əldə oluna biləcək vəsaitin yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilməsini, bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh1 ödənilməsini, mənzil açıq hərracdan satıldığı halda iş üzrə cavabdehlərin 1 aydan gec olmayaraq mənzildən çıxarılmalarını və mənzilin boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh İddiaçı2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 13182/2019) ilə apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamənin dəyişdirilmədən saxlanmasını qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı2 verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-4534/2020) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməyə göndərilməsini qərara alınmışdır. Bu səbəbdən hazırki işə, cavabdeh İddiaçı2 verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında (təkrar) baxılan zamanı cavabdeh İddiaçı2 vəkili (nümayəndəsi) Vəkil ərizə ilə Məhkəməyə müraciət edərək təmsil etdiyi şəxsin apellyasiya şikayətinin bir hissəsindən, yəni Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə” nəticəsinə aid olan hissəsindən imtina etdiyi etdiyini bildirmiş və həmin hissədə apellyasiya baxışı icraatına xitam verilməsini xahiş etmişdir. Bunu nəzərə almış Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla cavabdeh İddiaçı2 apellyasiya şikayətindən qismən imtinasının qəbul edilməsini, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən İddiaçı2 verdiyi apellyasiya şikayətinin bir hissəsi – Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə” nəticəsinə aid olan hissəsi üzrə apellyasiya icraatına xitam verilməsini qərara almışdır. İşə yenidən baxan Məhkəmə qeyd edir ki, apellyasiya baxışında qalmış hissədə apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əsas və faiz borcunun məbləği şişirdilmişdir. İş üzrə ekspertiza tərəfindən verilmiş rəy səhvdir. Ekspert məbləğləri düzgün hesablamamışdır. Cavabdeh İddiaçı2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələblərinin bir qismi təmin edilməsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh İddiaçı2 isə apellyasiya şikayətinin bir hissəsindən imtina etmiş və Rayon Məhkəməsinin qətnaməsini əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi barədə nəticəni hissəsində mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətini apellyasiya baxışında qalmış hissəsinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı bank ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsindən”, həmin tarixli “Kassa məxaric orderindən” və işdə olan sənədlərdən görünür ki, İddiaçı2 illik 25 faiz dərəcəsi ilə Bankdan 84 ay müddətinə 86.000 ABŞ dolları məbləğində pulu borc almışdır. İşdə olan sənədlərdən və apellyasiya şikayətinin məzmunundan görünür ki, İddiaçı2 Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yeri yetirməmiş, kredit borcunu razılaşdırılmış qaydada, yəni aybaay və hissə-hissə Banka ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən İddiaçı2 iddiaçı Banka 81.703,21 ABŞ dolları məbləğində əsas kredit borcu, 60.467,52 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bankın İddiaçı2 ünvanlandığı xəbərdarlıq məktublarından görünür ki, Bank borcun ödənilməsini İddiaçı2 tələb etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdeh (borcalan) İddiaçı2 kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş və o, ümumiyyətlə Banka borcunun olmasını inkar etmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh İddiaçı2 onunla iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. İşin mübahisə doğuran məqamı cavabdeh İddiaçı2 Bankın xeyrinə tutulmalı olan əsas kredit borcunun və faiz borcunun məbləğidir. İşə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın iddia ərizəsi ilə cavabdeh İddiaçı2 tutulması xahiş edilən borc məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2019-cu il tarixli, 28775 nömrəli rəyindən görünür ki, iddiaçı Bank ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarixə İddiaçı2 Banka olan əsas kredit borcu 81.760,7 ABŞ dolları, faiz borcu 60.468,85 ABŞ dolları məbləğindədir. Rayon Məhkəməsi ekspert rəyini əsaslı hesab edərək cavabdeh İddiaçı2 Bankın xeyrinə tutulmalı olan məbləğləri rəyə uyğun müəyyən etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmayan İddiaçı2 apellyasiya şikayətində bildirir ki, əsas və faiz borcunun məbləği şişirdilmişdir; ekspertiza tərəfindən verilmiş rəy səhvdir; ekspert məbləğləri düzgün hesablamamışdır. Məhkəmə cavabdeh İddiaçı2 apellyasiya şikayətində göstərdiyi dəlilləri, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında göstərilən tələbləri nəzərə alaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2021-ci il tarixli, 9/5969 saylı rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 21-G-1- 0-610-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, iddia ərizəsində borcun hesablandığı xx.xx.2018-ci il tarixə İddiaçı2 iddiaçı Banka olan əsas borcu 81.760,7 ABŞ dolları, faiz borcu 54.280,02 ABŞ dolları, xx.xx.2018-ci il tarixə isə əsas borcu 81.760,7 ABŞ dolları, faiz borcu 60.468,85 ABŞ dolları məbləğindədir. Məhkəmə, verilmiş bu rəyin əsaslılığına hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə Məhkəməyə sübut təqdim edilmədiyinə görə, həmin rəyi mötəbər sübut kimi qəbul edir. Ekspert rəyindən görünür ki, ümumi borcun məbləği Bankın tələb etdiyi məbləğdən yuxarıdır. MPM-nin 218.3-cü maddəsinin mənasına görə isə, məhkəmə verilmiş iddia tələbi həcmində qətnamə çıxarır. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun məbləğini 81.703,21 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunu isə 60.467,52 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin əsas və faiz borcunun məbləğinin şişirdilməsi barədə dəlili əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar