Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7170/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7170/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X12 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Elm və Təhsil İşçiləri İttifaqı Respublika Komitəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidməti olmaqla “əmrin ləğv edilməsi, işə bərpa və məcuri iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3217/2025 nömrəli 26 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ETN Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69B-1-280K/2025 saylı İntizam tənbehinin tətbiq edilməsi barədə əmrinin surətindən görünür ki, Ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində xx.xx.2025-ci il tarixində Beyləqan rayonu İlham Quliyev adına Mil Qəsəbə tam orta ümumtəhsil məktəbində keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X19”sinin 5.6.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 may 2025-ci il tarixdən ləğv edilmişdir.
2. ATİAHİ Sabirabad Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən MMRTİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasının 21 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.
3. 31 oktaybr, 1 və 4 noyabr 2024-cü il tarixlərində Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış yoxlama zamanı tərtib edilmiş aktın surətindən görünür ki, məktəbdə şagirdlərin davamiyyəti yoxlanılarkən birinci növbədə məktəb üzrə İ-Xİ siniflərdə 414 nəfər şagirddən 358 nəfər (təxminən 88,6%) şagird dərslərdə iştirak etdiyi, 01 noyabr 2024-cü il tarixində birinci dərsin başlandığı andan (08:30-da) dərs bitənədək məktəb üzrə ilk 45 dəqiqə müddətində 44 nəfər şagirdin ilk dərsə gecikdiyi müəyyən edilmişdir. İşçilərin əmək intizamı yoxlanılarkən 31 oktyabr, 01 noyabr və 04 noyabr 2024-cü il tarixlərində məktəbin kimya müəllimi X22, Azərbaycan dili müəllimi X37 isə 31 oktyabr 2024-cü il tarixində, 01 noyabr 2024-cü il tarixində isə X8 işdə olmadığı, 31 oktyabr 2024-cü il tarixində boş olan dərs ssatlarının müəllimlər tərəfindən əvəz olunmadığı müəyyən edilmişdir. Texniki heyətin əmək intizamı yoxlanılarkən məktəbin laborantı X6 ay ərzində 7-8 dəfə işə gəldiyi, məktəbin 0,5 ştat vahidi sobayandıranı X32 işə gəlmədiyi, məktəbin dülgəri X45 işə gəlsə də vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilmişdir. 31 oktyabr 2024-cü il tarixində İXab,Xab və Xlab siniflərində təhsil alan, dərslərdə həmin siniflər üzrə iştirak edən 92 nəfər şagirddən 4 nəfər şagird dərs cədvəli üzrə 2- 3 kitab gətirsə də, qalan şagirdlərdən heç kim cədvəl üzrə dərslikləri və həmin dərslərə aid dəftərlərinin çatandalrında olmadığı, şagirdlərin məktəbə dərslik və qeyd dəftərləri gətirmədiyi aşkar edilmişdir. Məktəbin inzibati bnasında 17 otaq mövcüddur. Onlardan 12-si tədrisin aparılması üçün sinif otağı, 1 otaq direktor otağı, 1 otaq müəllimlər otağı, 1 otaq kitabxana, 1 otaq kompyuter otağı, 1 otaqdan isə bufet kimi istifadə olunduğu müəyyən edilmişdir. Məktəb iki növbədə fəaliyyət göstərir. Bir məktəbəhazırlıq qrupu, 23 sinif komlekti və 1 fərdi təhsil sinifi mövcuddur. Birinci növbədə Oz məktəbhazırlıq qrupu, lab, Vlla, Vİllab, İXab, Xab, Xlab və Vİlf sinfi olmaqla 13 sinifdə tədris (12 otaqda) aparıldığı, ikinci növbədə isə llab, İllab, İVab, Vab, Viab, Vİlb sinfi olmaqla 11 sinifdə tədris 11 sinif otağında aparıldığı, birinci növbədə boş sinif otağının olmadığı, ikinci növbədə 1 boş sinif otağı qalmasına baxmayaraq, məktəbin maddi-texniki bazası imkan vermədiyi halda 13 sinifdə ingilis dili və fiziki tərbiyə dərslərinin bölündüyü, dərsdənkənar məşğələlərin (dərsdənkənar məşğələ cədvəlinin olmadığı) və dərnəy məşğələlərinin təşkil edildiyi, lakın bölünmə dərslərin, dərsdənkənar məşğələlərin və dərnəy məşğələlərin tədris edilmədiyi, həmin dərs saatlarının həvalə olunduğu müəllimlərin həmin saatlara görə əmək haqqı aldığı və bu halların əvvəlki tədris illərində də baş verdiyi aşkar edilmişdir. Vİlf sinifində təhsil alan X33 7 tədris ili ərzində fərdi təhsil alsa da, hərif tanımadığı, özünü ifadə edə bilmədiyi, müəllimlərinin bəzilərinin adını çəksə də onları tanımadığı, cari tədris ilində müəllimlərin fərdi təhsilə görə həvalə olunmuş dərs saatlarına görə illik prespektiv palanlarının olmadığı, şagirdin psixoloji durumunda problem olsa da fərdi təhsilə cəlb edilərək, biliyinin formal qiymətləndirildiyi və sinifdən-sinifə keçirildiyi müəyyən edilmişdir. Xa və Xla sinifləri təmayül sinifləri kimi fəaliyyət göstərsə də, təmayül sinifləri yaradılarkən şagirdlər arasında təmayül siniflərinin profilini müəyyənləşdirmək üçün sorğuların keçirilmədiyi, şagird və onların valdeyinlərinin fikirlərinin öyrənilmədiyi, Xa sinifində təhsil alan bütün şagirdlərin, Xla sinfində təhsil alan 14 şagirddən 9 nəfərin hansı təmayül sinifində təhsil aldığını bilmədiyi, təmayül siniflərinin yaradılmasında məqsədin 26 nəfər və 27 nəfər şagirdlərlə paralel siniflərin açılmasının olduğu aşkar edilmişdir. 01 dekabr 2023-cü il tarixindən dəfələrlə dərslər əvəz edilsədə məktəbin buraxılan və əvəzedilən dərslərin uçotu kitabında hər hansı bir qeyd aparılmamışdır. Doğuşa və hamiləliyə görə sosial məzuniyyətdə olan məktəbin fizika müəllimi Ağayeva əfsanə Fuad qızının 23,5 saat dərs saatının 12 saatı məktəbin ixtisasca fizika müəllimi olan təlimtərbiyə işləri üzrə direktor müavini X13, 11,5 saat fizika dərs saatı məktəbin texnologiya müəllimi X23 həvalə olunsa da, fizika dərslərinin qeyri-ixtisas fənn müəlliminə verilsə də Regional Təhsil İdarəsindən bu barədə razılığ alınmamışdır. Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini dərsdinləmələrdə iştirak etdiklərini vurğulasalarda, təsdiqedici sənədlərin olmadığı müəyyən edilmişdir. Müəllimlərin illik prespektiv proqramları seçmə qaydada yoxlanılarkən müəllimlərin proqramları olsada proqramların təsdiqlənmədiyi, proqramlarda Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli 3-29/3-2- 411F/2024 nömrəliəmrinin 3.1 bəndində nəzərdə tutulan müddəaların əks olunmadığı, həmin əmrin digər müddəalarının icrası ilə bağlı bu günədək hər hansı bir fəaliyyətin göstərilmədiyi müəyyən edilmişdir. Məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının fəaliyyət planları olsa da formal tərtib edildiyi, sinif rəhbərlərinin və məktəbin fəaliyyət planının olmadığı müəyyən edilmişdir. Metodbirləşmələrnin fəaliyyəti seçmə qaydada yoxlanılarkən metodbirləşmə rəhbərlərinin fəliyyət planının olsa da, keçirilmiş iclasların protokolunda əks olunan məslələrin müzakirəsi səthi aparılmışdır. 2024-2025-cü tədris ilində bir dəfə metodbirləşmə iclasının keçirildiyi müəyyən edilmişdir. Məktəbdaxili qiymətləndirmənin formal şəkildə aparıldığı, 2023-2024-cü tədris ilinə aid Böyük summativ qiymətləndirilmə aparıldığı qeyd olunsa da, həmin dövr üçün qiymətləndirmə vasitələrinin olmadığı müəyyən edilmişdir. Məktəb üzrə tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına baxış keçirilərkən kitabın mədaxil hissəsində 2023-2024-cü tədris ilinə aid, məxaric hissəsində isə ümumiyyətlə heç bir qeydin aparılmadığı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında isə 2018-2019-cü tədris ilindən sonra, məxaric hissədə isə ümumiyyətlə, 2023-2024-cü tədris ilində umumi orta təhsil haqqında attestat almış şagirdlərdən 32 nəfərindən 24 nəfərinin illik qiymətləri və saatların miqdarı yazılmamışdır. Məktəbin sonuncu əmr kitabı 16 sentyabr 2024-cü il tarixindən sonra yazılmamışdır. Şagird təhlükəsizliyi, 2024-2025-ci tədris ilində "Anım Günü", "8 noyabr Zəfər Günü", "Bayraq Günü" ilə bağlı tədbirlərin keçirilməsi barədə əmr verilmədiyi aşkar edilmişdir. Məktəbin pedaqoji şurasınının protokolu kitabına baxış keçirilərkən dərs ilinin əvvəlində ilk şuranın gündəliyində duran məslələrdə Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəliəmrində nəzərdə tutulan məsələlər müzakirə olunmadığı müəyyən edilmişdir. Aktın doğruluğunu təsdiq edənlər arasında İddiaçı imza etmişdir.
4. Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli işdə hesab olunma barədə əmrinin surətindən görünür ki, Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı xx.xx.2025-ci il tarixdə işdə hesab olunmuşdur.
5. Füzuli rayon prokurorluğunun böyük müstəntiqi, X7 xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Füzuli Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Xəstə xidmətlər şöbəsinin müdir müavini vəzifəsində işləyən X24 xx.xx.2025-ci il tarixdə ona müraciət edən İddiaçı Mərkəzi Xəstəxananın həkimlərinin göstərişi ilə müəyyən müqddət Aralıqlarında ambulator müalicə almasını təsdiq edən arayışları tərtib edərək ona təqdim etməsi barədə xahişi üzrə 6-cı gün, yəni qeyri-iş günü olması ilə əlaqədar Mərkəzi Xəstəxananın direktoru işə çıxmadığından direktorun elektron imzası ilə sözügedən məzmunlu 2 arayışı saxtalaşdıraraq pdf formatında Whatsapp ani yazışma proqramı vasitəsilə İddiaçı göndərmişdir. Aparılmış ilkin araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Elgün İsmayılovun tərtib etdiyi sözügedən arayışların məzmununda qeyd olunan məlumatlar təhrif edilməmiş, həqiqi məlumatlardır.Nəzərə alınmalıdır ki, X24 tərtib etdiyi saxta arayışların məzmununa yalan məlumatlar daxil etməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin arayışlardan istifadə edərkən arayışların saxta olduğunu bilməmişdir.
6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Beyləqan rayon prokurorunun köməkçisi X14 xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbin sabiq direktoru İddiaçı tərəfindən dövlət büdcəsinə vurulan ziyan tamamilə ödənildiyinə görə onun barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbin müəllimləri X34, X15, X20, X46, X22, X25, X16, X17, X39, X26, X27, X28, X35, X29, X36, X37, X47, X30 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkibi olmadığına görə həmin şəxslərin barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün ödənilmiş ümumillikdə 8131,25 ( səkkiz min yüz otuz bir manat, iyirmi beş qəpik) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülmüşdür.
7. Azərbaycan Təhsil İşçiləri X51 Respublika Komitəsinin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının ETN-nin Regional təhsil idarələrinin rəhbərlərinə ünvanlandığı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Tehsil İşçiləri X31 Nizamnaməsinin 6.5-ci bəndinin tələblərinə əsasən üzvlər əsasi iş yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürüldüyündən, rəhbərlik etdikləri regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin rəhbər işçilərinin əsas İş yerləri üzrə HK həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülmələri üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
8. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında X1 müraciət etmiş və ona “Digər dəmir defisitli anemiyalar, Qan azlığı təzyiq düşmə” diaqnozu qoyulmuşdur. İddiaçı X2 göstərişi ilə 30 (otuz) günlük ev şəratində müalicə alması məsləhət görülmüşdür.
9. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkimi terapevti X18 müraciət etmiş və ona “xroniki bronxitin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdən evə göndərilərək 21 günlük ambulator müalicə alması məsləhət görülmüşdür.
10. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025 tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2025-ci il.
11. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025 tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2025-ci il.
12. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-xx.xx.2025-ci il il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2025-ci il.
13. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2024-cü il.
14. SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2024-cü il.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29- 69/3-1-280K/2025 nömrəli Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və 07 may 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2006–2010-cu illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai sinfin metodikası və pedaqogikası” ixtisası üzrə təhsil almış və həmin ildən (2010-cu ildən) Beyləqan rayonu, İ. Quliyev adına Mil qəsəbə tam orta məktəbdə müəllimə, 2016-cı ildən həmin tam orta məktəbdə direktor əvəzi, 2022-ci ildən isə Mil-Muğan Regional Təhsil İdarəsinin keçirdiyi direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq direktor vəzifəsinə təyin olunmuşdur; işlədiyi məktəbdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtında yerinə yetirmiş, məktəbdə təlim-tərbiyə prosesini səmərəli təşkil etmiş və sənədləşmə işlərini qanunvericiliyin tələblərinə əsasən aparmışdır; işlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamış, cəza və ya intizam tənbehi almamış və əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmişdir; iddia ərizəsinin tam aydın olması üçün ətraflı yazmaq məcburiyyətində olduğunu bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri (indiki Şirvan-Salyan Regional Təhsil İdarəsinin Keyfiyyət sektoru) Mahir Zahidov onu idarəyə dəvət edərək direktor müavini X40 barəsində qanunsuz və qərəzli xasiyyətnamə təqdim etməsini tələb etmişdir; buna etiraz etmiş və həmin şəxsin savadlı, tərbiyəli və layiqli əməkdaş olduğunu bildirmişdir; daha sonra bir neçə dəfə Mahir Zahidov eyni qanunsuz tapşırığını onun icra etməsini təkid etmiş, hər dəfə etiraz etmişdir; xx.xx.2024-cü il tarixdə Mahir Zahidov məktəbə gəlmiş və orada yenidən onun tələb etdiyi formada xasiyyətnamə verməsini tələb etmiş, İddiaçı etiraz etmişdir; Mahir Zahidov isə hər kəsin qarşısında onu təhqir və təhdid etmiş, işinə son verəcəyini, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını bildirməklə hədələmişdir; bu hadisələrdə məktəbdəki müəllim və şagirdlər şahiddir, lakin hər kəs işini itirməkdən qorxduğu üçün tədbir görməmişdir; xx.xx.2024-cü il tarixdə Mahir Zahidovun qanunsuz tapşırığını icra etmədiyi üçün həmin tarixdən məktəbdə monitorinq başlamışdır və monitorinq başlanan zaman tarifləşmə cədvəlinin olmadığını M. Zahidovun nəzərinə çatdırmışdır; bütün bunlara əhəmiyyət verməyən M. Zahidov bir çox kobud pozuntulara yol verərək, hətta yoxlama apardığı müəllimlər otağında olan kameraların yaddaş blokunu söküb özü ilə aparmışdır; monitorinqdən sonra ona maliyyə sektorunun müdiri Rahim Hüseynov tərəfindən dəvət edilib, monitorinq zamanı ciddi maliyyə pozuntularının aşkar olunduğu bildirilmişdir; bundan sonra M. Zahidov ona ya ərizə yazıb öz xoşu ilə çıxmasını, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını və sənədlərini Respublika Prokurorluğuna göndərəcəyini bildirmişdir; İddiaçı öz etirazını bildirərək qəbula gedəcəyini və heç bir nöqsanının olmadığını demişdir; dəfələrlə Rəşad Musayevin qəbulunda olmuş, lakin R. Musayev də M.Zahidovun tərəfini saxlamış və ona “ya sən ərizə yazıb çıxacaqsan, ya da mən səni çıxaracağam; sən artıq heç cürə işləyə bilməzsən; mən buna imkan verməyəcəyəm” demişdir; cənab nazirin qəbuluna düşmək istədiyi halda müxtəlif vasitələrlə M. Zahidovun onu qəbulda iştirak etməyə qoymadığı və süni əngəllər yaratdığı ilə bağlı şahidləri vardır; direktor müavini X3 kadr olaraq qeyd olunmuş və onun direktorların işə qəbul müsabiqəsində Beyləqan, eləcə də İmişli, Saatlı və Sabirabad rayonları üzrə ən yüksək bal topladığı və seçdiyi vakant məktəbin satılan məktəblərdən olduğu vurğulanmışdır; M.Zahidovun D.Salatın barədə mənfi xasiyyətnamə istəməsi onun istəyinə zidd hesab edilmişdir; bütün bunların İddiaçı pis təsir etdiyi və sağlamlığında problemlər yaratdığı bildirilmişdir; xx.xx.2024-cü il tarixdə sağlamlığında yaranmış problemlərə görə müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən xəstəlik məzuniyyətinə çıxmalı olmuş və müvafiq olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasından təqdim edilən arayış və xəstəlik vərəqələrini aidiyyatı üzrə tabe olduğu Mil-Muğan Təhsil İdarəsinə təqdim etmişdir; xx.xx.2025-ci il tarixdə işə çıxmağına dair ərizə ilə müraciət etmiş və Mil- Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin xx.xx.2025-ci il tarixli 3-29- 41/3-1-250/K/2025 nömrəli əmri ilə işdə hesab olunmaması barədə əmr verildikdən sonra həmin tarixdən işə çıxmışdır; xx.xx.2025-ci il tarixdə Regional Təhsil İdarəsinə dəvət olunmuş və ona ATİAHİ Sabirabad Rayon Komitəsinin nəznində fəaliyyət göstərən MMRTİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixdə iclasının olacağı və orada iştirak etməsi bildirilmişdir; qeyd olunmuşdur ki, işlədiyi məktəb Azərbaycan Təhsil İşçiləri X31 Beyləqan Rayon Komitəsinə tabe olmasına baxmayaraq, onu Sabirabad rayon Komitəsinin nəznində fəaliyyət göstərən komitənin iclasına dəvət etmişlər və həmin təşkilatın sədri Fərahim Nağıyevdir ki, o, Rəşad Musayevin qaynıdır; iclasın nəticəsinin əvvəlcədən məlum olduğu bildirilmişdir; iclasda Mil-Muğan Təhsil İdarəsinin əməkdaşları tərəfindən 31 oktyabr, 1 və 4 noyabr 2024-cü il tarixlərində keçirilmiş monitorinqin nəticələrinin müzakirə edildiyi və üzvlər tərəfindən tam imzalanmamış iclas protokoluna əsasən guya onun əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini düzgün icra etməməsi nəticəsində bir sıra ciddi nöqsanlara yol verdiyi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi və əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin məqsədəuyğun hesab olunduğu barədə qərar qəbul olunduğu, ona izahat vermək və müdafiə olunmaq imkanı yaradılmadığı bildirilmişdir; elə həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 3-29-69/3-1-280K/2025 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi bildirilmişdir; xüsusilə vurğulanmışdır ki, iclasda xəstəlik vərəqəsinin olmaması iddiası olsa da, həmin günləri əhatə edən Füzuli rayon Mərkəzi Xəstəxanasının təsdiqli arayışına baxmayaraq, onu nəzərə almadan qərəzli şəkildə onun əmək müqaviləsinə göstərilən maddə ilə xitam verildiyi qənaətinə gəlmişdir; Mil-Muğan Regional Təhsil İdarəsi müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstəlik barədə arayışın qanuni olub-olmaması barədə sorğu göndərmiş və həmin sorğuya xəstəxanadan xx.xx.2025-ci il tarixdə cavab gəldiyi halda, sorğuya cavabı gözləmədən müvafiq əmri verdikləri göstərilmişdir; Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-136/2-i-xx-xx/2024 saylı arayışına əsasən (xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək), xx.xx.2025ci il tarixli 18- 1-36/2-Q-31-266/2025 saylı arayışına əsasən (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) və xx.xx.2025-ci il tarixli 18-1-36/2-i-xx-xx/2025 saylı arayışına əsasən (5 gün müddətində) ona təqdim edilmiş arayışlar mövcud olmuşdur; bundan əlavə, Füzuli Rayon Mərkəzi Xəstəxanasından təqdim edilmiş arayışın tarixlərində qüsur olduğunu və arayışı aldıqdan sonra Təhsil İdarəsinə təqdim etdikdən sonra bununla bağlı müəyyən etmələr etdiyini və dərhal Təhsil İdarəsinin əməkdaşına məlumat verdiyini bildirmişdir; sonradan həmin arayışın saxta olmasından şübhələndiyi üçün özü Füzuli rayon prokurorluğuna müraciət etmiş və müraciət əsasında prokurorluqda aparılan araşdırmada Füzuli rayon Mərkəzi Xəstəxanasının əməkdaşı X11 əməlinin cinayət tərkibi təşkil etdiyi müəyyən edilərək, əməl az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsi tətbiq olunmaqla onun barəsində cinayət işinin başlanması 24 may 2025-ci il tarixdə rədd edilmişdir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-280K/2025 nömrəli əmri əsassız və qanunsuz hesab edilmiş, əmrdə əsas göstərilmiş “əmək funksiyasının yerinə yetirilməməsi” və “xəstəlik vərəqəsi təqdim edilməməsi” halları həqiqəti əks etdirmədiyi bildirilmişdir; tibbi arayışlarla sübut olunmuş əmək qabiliyyətinin məhdudluğunun nəzərə alınmadığı, 2024-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək Füzuli rayon Mərkəzi Xəstəxanasından bir neçə tibbi arayış təqdim etdiyi və bu sənədlərlə müvəqqəti əmək qabiliyyətinin məhdudluğunun rəsmi təsdiq edildiyi; əmək funksiyasının pozulması iddiasının əsassız və tam araşdırma aparılmadan irəli sürüldüyü, əmək intizamının kobud şəkildə pozulması kimi iddiaların heç bir konkret hüquqi araşdırma və intizam tədbirinin tətbiqi qaydalarına əməl edilmədən əsaslandırıldığı, Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun araşdırma, izahatın alınması və intizam tədbirləri prosedurunun həyata keçirilmədiyi və əmrin verilməsinin Əmək Məcəlləsinə zidd olduğu qeyd edilmişdir; vurğulanmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız əmək funksiyasının dəfələrlə pozulması, əsaslandırılmış araşdırma və xəbərdarlıqlar əsasında tətbiq edilə bilər ki, bu konkret halda mövcud olmamışdır; məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməli olduğu, Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən qanunsuz işdən çıxarılmış şəxs işə bərpa edilərsə, o işdən çıxarıldığı gündən etibarən işə bərpa edildiyi günədək olan dövr üçün orta əmək haqqı almalı olduğu barədə tələb irəli sürülmüşdür. Onun barəsində cavabdeh “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi” tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-280K/2025 nömrəli işdən azad edilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndləri, 69-cu maddəsinin 7-ci hissəsi, 76-cı maddəsi, 77-ci maddəsinin 2ci və 3-cü hissələri və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmaqla verilmişdir.
17. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. İddiaçı ərizəsində bildirir ki, o, əmək funksiyası və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini düzgün icra etdiyi və heç bir ciddi nöqsana yol vermədiyi təqdirdə xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, Agentliyin MilMuğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-41/3-2-72F/2024 nömrəli əmrinə əsasən Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbində rəhbərlik və nəzarətin, təlim-tərbiyə prosesinin səmərəli təşkilinin və sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi məqsədilə 31 oktyabr - 04 noyabr 2024-cü il tarixlərində yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlamışdır. Belə ki: - Monitorinq zamanı Tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli 3-29/3-2 411F/ 2024 nömrəli əmrinin tələbləri yoxlanılarkən məktəbin iki növbədə fəaliyyət göstərdiyi, bir məktəbəhazırlıq qrupu, 23 sinif komplekti və 1 fərdi təhsil sinifi mövcud olduğu, birinci növbədə 0z məktəbhazırlıq qrupu, İab, Vİa, V İab, İXab, Xab, Xİab və Vİf sinfi olmaqla 13 sinifdə tədris aparıldığı (12 tədris otağı var), ikinci növbədə isə İab, İab, İVab, Vab, Vİab, Vİb sinfi olmaqla 11 sinifdə, yəni 11 sinif otağında tədrisin aparıldığı, birinci növbədə boş sinif otağının olmadığı, ikinci növbədə 1 boş sinif otağı qalmasına baxmayaraq, məktəbin maddi-texniki bazası imkan vermədiyi halda 13 sinifdə ingilis dili və fiziki tərbiyə dərslərinin bölündüyü, dərsdənkənar məğələlərin (dərsdənkənar məşğələ cədvəlinin olmadığı) və dərnəy məşğələlərinin təşkil edildiyi, lakın bölünmə dərslərin, dərsdənkənar məşğələlərin, dərnəy məşğələlərin tədris edilmədiyi, həmin dərs saatlarının həvalə olunduğu müəlimlərin həmin saatlara görə əmək haqqı aldığı, nəticədə dövlət büdcəsindən cari tədris ili ərzində 4053.55 manat məbləğin əsassız olaraq xərcləndiyi aşkar edilmişdir. Məktəbin riyaziyyat müə limi X15 izahatında 2012-ci ildən müəlim kimi fəaliyyət göstərdiyini, 2024-2025-ci və əvvəlki tədris i lərində ona dərsdənkənar məşğələlərin həvalə olunduğu, sinif otaqlarının çatışmazlığı səbəbindən dərsdənkənar məşğələləri tədris etmədiyi, həmin saatlara görə hər ay əmək haqqı aldığı, dərsdənkənar məşğələ saatlarına görə aldığı əmək haqqını tam həcmdə məktəbin direktoru İddiaçı verdiyini qeyd etmişdir. Məktəbin informatika müəlimi X29 izahatında 2023-2024-cü və 2024-2025-ci tədris işlərində ona dərsdənkənar məşğələ saatlarının həvalə olunduğunu, sinif otaqlarının çatışmazlığı səbəbindən həmin dərsləri tədris etmədiyini, lakin əmək haqqı aldığını, hər ay həmin saatlara görə aldığı əmək haqqını direktora verdiyini bildirmişdir. Məktəbin coğrafiya müəllimi X17 2024-2025-ci tədris ilində ona həvalə olunmuş 4 saat dərsdənkənar məşğələ saatlarından və əmək haqqına həmin saatlara görə ödənilmiş məbləğ barədə məlumatsız olduğunu qeyd etmişdir. - Fərdi təhsilin təşkili Qaydalarının tələbləri yoxlanılarkən Vİf sinifində təhsil alan X33 fərdi təhsil alsa da, müəlimlərinin bəzilərinin adını çəksə də onları tanımadığı, cari tədris ilində müə limlərin fərdi təhsilə görə həvalə olunmuş dərs saatlarına görə illik prespektiv planlarının olmadığı, biliyinin formal qiymətləndirildiyi və sinifdən-sinifə keçirldiyi nəticədə dövlət büdcəsindən əsassız olaraq 2024 2025-ci tədris ili ərzində 795.24 manat məbləğin əsassız olaraq xərcləndiyi müəyyən edilmişdir. - Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2024-2025-ci tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmrinin tələbləri yoxlanılarkən Xa və Xİa siniflərinin təmayül sinifləri kimi fəaliyyət göstərsə də, təmayül sinifləri yaradılarkən şagirdlər arasında təmayül siniflərinin profilini müəyyənləşdirmək üçün sorğuların keçirilmədiyi, şagird və onların valdeyinlərinin fikirlərinin öyrənilmədiyi, Xa sinifində təhsil alan bütün şagirdlərin, Xİa sinfində təhsil alan 14 şagirddən 9 nəfərin hansı təmayül sinifində təhsil aldığını bilmədiyi, təmayül siniflərinin yaradılmasında məqsədin 26 nəfər və 27 nəfər şagirdlərlə paralel siniflərin açılmasının olduğu (direktorun izahatına əsasən), nəticədə 2024-2025-ci tədris ili ərzində 5552.21 manat məbləğin dövlət büdcəsindən əsassız olaraq xərcləndiyi aşkar edilmişdir. 2. İddiaçı ərizəsində qeyd edir ki, fəaliyyət dövründə öhdəsinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmiş, məktəbdə təlim-tərbiyə prosesini səmərəli şəkildə idarə etmiş və sənədləşmə işlərini qanunvericiliyin tələblərinə əsasən aparmışdır. Bildirmək istərdik ki, keçirilmiş yoxlama nəticəsində İXab, Xab və Xİab siniflərində təhsil alan, dərslərdə həmin siniflər üzrə iştirak edən 92 nəfər şagirddən 4 nəfər şagird dərs cədvəli üzrə 2-3 kitab gətirsə də, qalan şagirdlərdən heç kim cədvəl üzrə dərslikləri və həmin dərslərə aid dəftərlərinin çatantalarında olmadığı, şagirdlərin məktəbə dərslik və qeyd dəftərləri gətirmədiyi aşkar olunmuşdur. Əlavə olaraq, dəfələrlə dərslər əvəz edilsədə məktəbin buraxılan və əvəzedilən dərslərin uçotu kitabında hər hansı bir qeyd aparılmamış, məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini dərs dinləmələrdə iştirak etdiklərini vurğulasalarda, təsdiqedici sənədlərin olmadığı müəyyən edilmiş, məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının fəaliyyət planları olsa da, formal tərtib edildiyi, sinif rəhbərlərinin və məktəbin fəaliyyət planının olmadığı müəyyən edilmişdir. 3. Ərizədə qeyd edilir ki, iddiaçının səhhətində yaranmış problemlərlə əlaqədar müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən- xəstəliyə görə məzuniyyətə çıxmışdır. İddiaçı 18 noyabr 2024-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqələri və müvafiq arayışların bəzilərini korlanmış vəziyyətdə işə çıxdıqdan sonra regional təhsil idarəsinə təqdim etmiş, Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilmiş 05 yanvar 2025-ci il tarixli 18-1-36/2-i-xx-xx/2024 nömrəli arayışa əsasən 09 dekabr 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək, Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilmiş 12 fevral 2025-ci il tarixli 18-1-36/2-Q-31- 266/2025 nömrəli arayışa əsasən 06 yanvar 2025-ci il tarixdan 30 gün müddətinə, Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilmiş 11 may 2025-ci il tarixli 18-1-36/2-ixx-xx/2025 nömrəli arayışa əsasən 05 fevral 2025-ci il tarixdən 5 gün müddətinə yalnız arayışlar əsasında işə gəlməmiş, həmin tarixlər üzrə əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqəsini təqdim etməmişdir. Göründüyü kimi iddiaçı əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqəsi olmadan üzrsüz səbəbdən işdə olmamış, həmin vərəqəni təqdim edəcəyi ilə bağlı yalan məlumat vermiş, bununla da əmək vəzifələrini kobud surətdə pozmuşdur. 4. İşçinin 07 may 2025-ci il tarixində əmək münasibətlərinə xitam verildiyi halda, onun 08 may 2025-ci il tarixində təqdim etdiyi hər hansı arayış artıq hüquqi qüvvəyə malik deyil. Belə ki, əmək münasibətlərinə xitam verildikdən sonra təqdim olunan sənədlər hüquqi mahiyyət daşımır və işəgötürən üçün heç bir öhdəlik yaratmır. Bu hal əmək qanunvericiliyinin müddəalarına uyğun olaraq, gec təqdim edilmiş sənədin hüquqi nəticə doğurmadığını və yalnız formal xarakter daşıdığını göstərir. Nəticə etibarilə, qeyd olunan arayışın təqdim edilmə vaxtı onun hüquqi qüvvəsini istisna edir və bu səbəbdən həmin sənəd əsasında hər hansı qərarın dəyişdirilməsi əsassızdır. 5. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə Həmkarlar İttifaqı Komitəsini “tabe olmadığı qurum” göstərməyə cəhd göstərsə də, bu yanaşma hüquqi baxımdan tamamilə əsassızdır. Əksinə, mövcud sənədlər və hüquqi tənzimləmələr əsasında müəyyən edilir ki, iddiaçının özü Həmkarlar İttifaqının üzvü kimi bu təşkilat qarşısında müəyyən hüquq və vəzifələr daşıyır və onun fəaliyyətinə, qərarlarına riayət etməlidir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmkarlar ittifaqının üzvü olan şəxslər bu təşkilatın nizamnaməsinə tabe olur, onun qərarlarını və daxili qaydalarını yerinə yetirməyə borcludur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Ko legiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qu luqçu vəzifələrinin Vahid Tarif Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Ko legiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X78 Sorğu Kitabçası”na əsasən, ümumi təhsil müəssisəsinin direktorunun fəaliyyətinin əsas məqsədi məktəbin idarə edilməsidir. Direktor məktəbin inkişaf proqramını hazırlamalı, pedaqoji işçilərinin fəaliyyətini təhlil etməli və məktəbdaxili qiymətləndirmə həyata keçirməlidir. Tədrisin müasir metodları ilə təşkilatı tədbirlər görməli və pedaqoji şuraya rəhbərlik etməlidir. Sorğu Kitabçası əsasən, Direktor həmçinin tədris planı və proqramlarının yerinə yetirilməsini təmin etməli, sinifdənkənar və məktəbdənkənar işlərin təşkili üzərində nəzarət etməli və müxtəlif vacib məsələlərlə bağlı dövlət orqanları ilə əlaqə qurmalıdır. Məktəbin işçilərinin seçilməsi, yerləşdirilməsi, vəzifə təlimatları və əmək müqavilələri ilə bağlı məsələləri həll etməli, müvafiq intizam tənbehləri və həvəsləndirmə tədbirləri görməlidir. Bundan başqa, direktor məktəb sənədlərinin düzgün aparılmasını təmin etməli, məlumat bazalarının düzgün doldurulmasını və hesabatların hazırlanmasını nəzarət etməlidir. Dövlət və müəssisə büdcəsindən istifadəni səmərəli təşkil etməli və avadanlığın düzgün istifadə olunmasına nəzarət etməlidir. Daxili intizam qaydalarına riayət edilməsi və müəlimlərin etik davranışlarına əməl olunmasına da məsuliyyət daşıyır. Direktor işçilərə verilən tapşırıqları və onların əmək qanunvericiliyinə uyğunluğunu nəzarətdə saxlamalı, nəticədə tədris prosesinin düzgün və effektiv aparılmasını təmin etməli, kadrların seçilməsi, yerləşdirilməsi və təlimi üzrə qərarlar qəbul etməli, İşçilərin peşəkar inkişafını təmin etməli və onların ixtisasartırma prosesini izləməlidir. Pedaqoji heyət arasında əməkdaşlıq və kommunikasiya şəraitini yaradır. Əmək intizamını və etik davranış qaydalarına riayət olunmasını təmin edir. Sorğu Kitabçasına əsasən, Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında qərarının 5.13-cü bəndinə əsasən, Direktor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir. Direktorun fəaliyyətinin təşkili qaydası, Nazirliyin təsdiq etdiyi əsasnamə və məktəbin nizamnaməsi ilə müəyyən edilir. Nümunəvi Nizamnamənin 5.15-ci bəndinə əsasən, Direktorun vəzifələri arasında məktəbin cari fəaliyyətinə rəhbərlik etmək və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşımaq, dövlət orqanları və digər qurumlarla əlaqələri təmsil etmək, təlimtərbiyə prosesinin düzgün təşkili və monitorinqini həyata keçirmək, sağlam və təhlükəsiz tədris mühiti yaratmaq, daxili sərəncam və əmrlər vermək, maliyyə hesabatları təqdim etmək, intizam qaydalarını təsdiq etmək, Pedaqoji Şuranın qərarlarını təsdiq etmək, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirmək, işçiləri təyin etmək, özünün və ümumi təhsil müəssisəsinin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək; Pedaqoji Şura qarşısında ümumi təhsil müəssisəsinin tədris məsələlərinə dair və tabe olduğu dövlət orqanı (qurumu) qarşısında ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar vermək; ümumi təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək; ümumi təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək, Nümunəvi Nizamnamənin 3.1.30-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; məktəbin əmlakından məqsədli istifadəni təmin etmək və məktəbin fəaliyyətini əlaqəli qurumlarla birlikdə idarə etmək yer alır. Əlavə olaraq, direktor komissiyalar və işçi qruplar yarada, kargüzarlıq və arxiv işini təşkil edə, müraciətləri qəbul edə və auditor yoxlamalarına nəzarət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcələsinin 10cu maddəsinin “a”, “b” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcələnin 11-ci maddəsinin 1-ci bəndinin “b” və “d” bəndlərinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: bu Məcələ ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək. Həmin Məcələnin 57-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X4 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Həmin Məcələnin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcə lənin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcələnin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, bu Məcələnin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək ko lektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcələnin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcə ləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 2(102)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolegiyasının Qərarınının (3 ulduzlu) 36-cı hissəsində qeyd edir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. X69 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbin direktoru İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlimtərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyinə, əmək qanunvericiliyini, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğuna görə o, Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3217/2025 nömrəli 26 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.
19. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək funksiyalarını kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, Əmək Məcəlləsinin 10, 11-ci maddənin “b” bəndinə, 19, 70-ci maddənin “ç” bəndinə, 71-ci maddənin 2-ci bəndinə, 71.3, 80-ci maddənin 1 və 2-ci hissələrinə, 83-cü maddənin 1 və 2-ci hissələrinə, 186-cı maddənin 2-ci hissəsinə, 311, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
22. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının işində hər hansı nöqsan olmamış, öz vəzifələrini layiqincə yerinə yetirmişdir. Lakin məhkəmə əsassız olaraq öz qətnaməsində İddiaçı peşəkarlıq səviyyəsinin, müsbət xarakterizə edilməsinin mövcud olmadığı qənaətinə gəlmişdir. Həmçinin məhkəmə bu qənaətə nəyə əsasən gəldiyini də əsaslandırmamışdır. İddiaçı elm və təhsil sahəsində uzun illər müsbət xarakterizə edilmiş davranışı olmasa, həmçinin peşəkar olmasa idi, o, imtahanda yüksək nəticə əldə edərək direktor vəzifəsinə layiq görülməzdi və bu vəzifəni illərlə icra etməzdi. İddiaçı işdən çıxarılmasına əsas olan 72-ci maddədə göstərilən hallar yoxdur. Belə ki, onun öz vəzifəsini icra etdiyi dövrdə təqsirli hərəkəti olmamış, yalnız üzrlü səbəblərdən iş gününü buraxmışdır. Bununla bağlı əmək qabiliyyətinin olmaması vərəqələri və arayışlar da iş materiallarında mövcuddur. Mil-Muğan Regional Təhsil İdarəsi müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstəlik barədə arayışın qanuni olub-olmaması barədə iddiaçı tərəfindən sorğu göndərilmiş və həmin sorğuya xəstəxanadan xx.xx.2025-ci il tarixdə cavab gəlmiş, lakin sorğuya cavabı gözləmədən müvafiq əmri verilmişdir. Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-136/2-i-xx-xx/2024 saylı arayışına əsasən (xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək), xx.xx.2025ci il tarixli 18- 1-36/2- Q-31-266/2025 saylı arayışına əsasən (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) və xx.xx.2025-ci il tarixli 18-1-36/2-i-xx-xx/2025 saylı arayışına əsasən (5 gün müddətində) ona təqdim edilmiş arayışlar mövcuddur. Bundan əlavə, Füzuli Rayon Mərkəzi Xəstəxanasının verdiyi arayışın tarixlərində uyğunsuzluqlar olduğu, o arayışı aldıqdan sonra Təhsil İdarəsinətəqdim edib məlumatı dəqiqləşdirdiyi və bunu dərhal Təhsil İdarəsinin əməkdaşına məlumat verdiyini bildirmişdir. Sonradan həmin arayışın saxta olmasından şübhələndiyi üçün özü Füzuli rayon prokurorluğuna müraciət etmiş və müraciət əsasında prokurorluqda aparılan araşdırmada Füzuli rayon Mərkəzi Xəstəxanasının əməkdaşı İsmayılov ElgünMənsur oğlunun əməlinin cinayət tərkibi təşkil etdiyi müəyyən edilərək, əməl az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsi tətbiq olunmaqla onun barəsində cinayət işinin başlanması 24 may 2025-ci il tarixdə rədd edilmişdir. Bundan əlavə həmin qərarda da göstərilmişdir ki, arayışların məzmununda təhrif edilmələr olmamış, məlumatlar düzgün olmuşdur. İddiaçı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin nəzdində olan Həmkarlar İttifaqı Komitəsinə üzvdür, onun aylıq əmək haqqından tutulmalar məhz həmin Komitəyə köçürülür. Lakin onun əmək müqaviləsinə xitam verilməsi zamanı Sabirabad Rayon Komitəsinin nəznində fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsi iştirak etmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsi ilk həmkarlar təşkilatına üzv olması barədə özünün ərizəsi var. Qeyd ediri ki, həmin ərizə İddiaçı tərəfindən verilmiş olsa da, ərizə hərəkətsiz qalmış, nəticədə öz hüquqi qüvvəsini itirmiş, yenə də tutulmalar Beyləqan Komitəsi üzrə həmkarlar ittifaqına köçürülmüşdür. Bununla bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sorğuya cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli 21 nömrəli məktubda, həmçinin xx.xx.2025-ci il tarixli 22 №-li məktubda da qeyd olunmuşdur ki, İddiaçı işlədiyi müddətdə əmək haqqından tutulan üzvlük haqqı yalnız ETİHİ Beyləqan Komitəsinə köçürülmüşdür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
28. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.
29. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
32. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
33. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
34. Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
35. Maddə 186.1 İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
36. Maddə 186.2, “ç” bəndi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək intizam tənbehlərindən birini verə bilər.
37. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
38. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.
39. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
48. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 2016-cı ildən Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru vəzifəsinə keçirilmiş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı iddia edir ki, işdən çıxarılma barədə əmr qanunsuz olmuş, həmin əmr əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əsaslandırılmamış, həmçinin müvafiq prosedur qaydalar qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır.
49. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının tələblərini aşağıda qeyd edilən dörd fərqli dəlil əsasında araşdırmışdır: Əmək funksiyasının pozulması qənaətinə əsassız və tam araşdırma aparılmadan, yəni hər hansı zərurət olmadığı təqdirdə qərəzli olaraq aparılmış monitorinq nəticəsində gəlinmişdir; iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən onun müvəqqəti əmək qabiliyyətsiz olmasını təsdiq edən xəstəlik vərəqələri, arayışları sübut olaraq qəbul edilməmişdir; Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız işçi tərəfindən əmək funksiyası dəfələrlə pozulması halında müvafiq əsaslandırılmış araşdırma ve xəbərdarlıqlar əsasında tətbiq edilə bilərdi; iddiaçıya məxsus əmək kitabçasında istər işə qəbul, istərsə də əmək müqaviləsinə xitam verilmə barədə qeydlərdə onu imzalamağa səlahiyyəti olan şəxs (vəzifəli şəxs) tərəfindən imza edilməmiş və möhürlə təsdiq edilməmişdir.
50. Kollegiya iddiaçının direktoru olduğu Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə 31 oktyabr, 1 və 4 noyabr 2024-cü il tarixlərində aparılmış yoxlama zamanı tərtib edilmiş və iddiaçının özünün də doğruluğunu imzası ilə təsdiq etdiyi aktlara münasibətdə qeyd edir ki, iddiaçı bir müəllim-pedaqoq kimi peşəkar olması, onun eyni zamanda direktor kimi peşəkarmükəmməl olmasını ehtiva etmir.
51. Aparılmış yoxlama-montorinq nəticəsində Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon prokurorluğuna müraciət etmiş, Beyləqan rayon prokurorunun köməkçisi X14 xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işin başlanması rədd olunmuşdur.
52. Qərardan görünür ki, aparılan araşdırma zamanı İddiaçı xeyli miqdarda – 10401 manat pulu mənimsədiyi, yəni etibar edilən əmlakı talaması öz təsdiqini tapmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və bu səbəbdən o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.
53. Lakin onun tərəfindən dövlət büdcəsinə vurulan ziyan tamamilə ödənildiyinə görə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir.
54. Kollegiya qeyd edir ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması özü kobud pozuntu hesab edilir. Dəymiş ziyanın ödənilməsi isə şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmaqla, törədilmiş təqsirli hərəkətin kobud pozuntu kimi qiymətləndirilməsini istisna etmir.
55. Bundan əlavə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, aparılmış yoxlamadan qısa müddət sonra iddiaçı davamlı olaraq “xəstələnmiş”dir. Belə ki, hər dəfə fəqli diaqnozlarla işdən azad edilmiş və sonuncu ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi 21 aprel 2025-ci il tarixədək davam etmişdir. İşə başlamalı olduğu gün 22 aprel 2025-ci il tarixi göstərilmişdir.
56. Kollegiya həmçinin vurğulayır ki, iddiaçı barədə prokurorluqda araşdırma aparılarkən o, 18 noyabr 2024-cü il tarixdə, yəni kəskin respirator virus infeksiyası diaqnozu ilə əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad olduğu gün aparmışdır.
57. Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli işdə hesab olunma barədə əmrinin surətindən görünür ki, Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı xx.xx.2025-ci il tarixdə işdə hesab olunmuşdur.
58. Kollegiya qeyd edir ki, işçinin əmək qabiliyyətinin itirilməsi hər hansı arayışla deyil, yalnız əmək qabiliyyətinin olmaması vərəqəsi ilə müəyyən olunur və təsdiq olunur.
59. İş materillarından da göründüyü kimi, İddiaçı xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında həkim X18 müraciət etmiş və ona “Digər dəmir defisitli anemiyalar, Qan azlığı təzyiq düşmə” diaqnozu qoyulmuşdur. İddiaçı X2 göstərişi ilə 30 (otuz) günlük ev şəratində müalicə alması məsləhət görülmüşdür. Həmçinin xx.xx.2024-cü il tarixdə eyni qaydada və eyni həkim tərəfindən ona “xroniki bronxitin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdən evə göndərilərək 21 günlük ambulator müalicə alması məsləhət görülmüşdür.
60. Göründüyü kimi eyni həkim onun diaqnozlarını təyin etmiş, ev şəratində, digər halda isə ambulator müalicə almasını məsləhət görmüşdür. Kollegiya iddiaçının rəsmi sənədləşdirmə işləri aparmadan həkimin “məsləhətini” icra etməsi, onun işdən qəsdən yayınması, heç bir üzürlü səbəb olmadan həmin dövr ərzində işə gəlməməsi kimi qiymətləndirir.
61. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində isə işçinin heç bir üzrlü səbəb olmadan bütün (bir) iş günü işə gəlməməsini işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi nəzərdə tutulur. Yəni, işçinin heç bir üzrü səbəb olmadan cəmi 1 iş günü işə gəlməməsi artıq kobud intizam xətası hesab olunur və işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsasdır.
62. Belə olduqda isə iddiaçının bu hərəkəti (hərəkətsizliyi) Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə uyğun gəlmiş olur ki, bu hal həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilməsi əsası yaradır.
63. Əmək kitabçasında səlahiyyəti olmayan şəxsin müvafiq qeyd aparmasına münasibətdə kollegiya qeyd edir ki, hazırki halda əmək kitabçasındaki qeydlər mübahisə predmetini təşkil etmir. Mübahisə predmeti 07 may 2025-ci il tarixli əmrdir ki, o da öz növbəsində qanuni və əsaslı olmuşdur. Müvafiq düzəlişlərin aparılması məqsədi iddiaçı özü işəgötürənə müraciət edə bilər.
64. Əmək qanunvericiliyi işəgötürənin üzərinə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla ləğv etməmişdən əvvəl həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmək və təşkilatın qabaqcadan razılığını almaq vəzifəsini qoyur. Hazırki iş üzrə də cavabdeh tərəfindən qanunvericiliyin bu tələblərinə riayət edilmişdir.
65. Cavabdeh tərəfindən qeyd edilən vəzifələr yerinə yetirildiyinə və iddiaçının Mil- Muğan Regional Təhsil İdarəsi ilk Həmkarlar təşkilatının sədrinin ona qarşı qərəzi olduğuna (Mil-Muğan Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri ilə qohumluq əlaqəsi və digər hallara) görə məhz həmin təşkilatın razılığının alınması kimi hallar mötəbər dəlillərlə sübut olunmadığına görə, iddiaçının hansı həmkarlar təşkilatının üzvü olmasının, o cümlədən xx.xx.2025-ci il tarixli X51 Respublika Komitəsinin məktubunun tədqiqi iş üzrə əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsi ilk həmkarlar təşkilatına üzv olması barədə özünün ərizəsi var. İddiaçı Həmkarlar Təşkilatının iclasında iştirak etmiş və izahat vermişdir. Eləcə də xx.xx.2025-ci il tarixdən sonra iddiaçı işə çıxmamışdır, ona görə də onun əsas iş yeri üzrə ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülməsi mümkün deyildir. İddiaçı Mil-Muğan Regional Təhsil İdarəsi ilk Həmkarlar təşkilatının üzvü olmuş, cavabdeh də haqlı olaraq həmin təşkilata müraciət etmişdir. Kollegiya bu məsələdə heç bir pozuntu görmür.
66. Göründüyü kimi iddiaçı özü etiraf edərək, istinad edilən əməlləri törətdiyini qəbul etmişdir. Hazırda yalnız formal əsaslarla əmrin ləğv edilməsini xahiş edir.
67. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
68. İddiaçı tərəfindən nöqsanlara yol verilməsi öz təsdiqini tapmışdır.
69. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur.
70. Apelyasiya şikayətinin dəlilləri əsassız və formal olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3217/2025 nömrəli iş üzrə 26 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.