Məhkəmə qərarları › İş №2(103)-7172/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7172/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7172/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyana görə pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-2520/2019 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(008)- 2520/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 7000 manat borc alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnaməni ləğv edib işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2520/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsinə dair ərizədən imtina edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-2520/2019 saylı qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün iş məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 2520/2019 saylı qərardadı ilə Cavabdeh xx xxx 2019-cu il tarixli 2(008)-2520/2019 saylı qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Hazırda həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və ya şikayətin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin surətinin ona göndərilməsi müəyyən olunmamış, qətnamənin ona çatması ilə bağlı hər hansı sübut yoxdur. Qətnamənin mövcudluğundan icraata başlamaq haqqında qərar daxil olduqda məlumatı olmuşdur. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan reyestrin surətindən göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(008)-2520/2019 saylı qiyabi qətnaməsinin surəti Cavabdeh xx xxx 2019-cu il tarixdə göndərildiyi halda, sonuncu həmin qətnamənin ləğvinə dair ərizə ilə məhkəməyə xx xxxx 2019-cu il tarixdə müraciət etmiş, bununla da 10 günlük müddəti ötürmüşdür. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti yalnışdır. Hazırki iş materialları ilə müəyyən olunur ki, məhkəmənin xx xxx 2019-cu il tarixli qiyabi qətnaməsi rabitə orqanı vasitəsilə cavabdehin qeydiyyada olduğu ünvana (ünvan 1 göndərilmiş, lakin cavabdeh tərəfindən qiyabi qətnamənin alınmasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Göründüyü kimi, cavabdeh qətnamə rəsmi qaydada ona verildikdən sonra 10 gün müddətində ərizə verməyə haqlıdır. Məhkəmənin xx.xx.2019-cu il tarixdə qətnaməni göndərməsi cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizə verməsi üçün müddətin həmin tarixdən hesablanması anlamına gəlmir, cavabdehin isə qətnaməni alması barədə iş materiallarında hər hansı sübut yoxdur. Odur ki, məhkəmənin həmin tarixi əsas götürməklə MPM-nin 244-cü maddəsinə əsasən cavabdehin müddəti ötürməsi əsası ilə ərizəni rədd etməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Ərizəyə yenidən baxılması üçün işin məhkəməyə qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadında da həmçinin göstərilmişdir ki, cavabdeh tərəfindən qiyabi qətnamənin alınmasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Lakin ərizəyə yenidən baxıldığı zaman məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və cavabdehin ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli 2(008)-2520/2019 saylı qərardad ləğv edilsin və qiyabi qətnamənin ləğv edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar