Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7175/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Zaur Qurbanovun iştirakı ilə, İddiaçı Əliniyaz oğlunun Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə hesablanmış 2.047 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 1.620 manat borc silinsin. İddianın qalan hissədi təmin olunmayıb. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci intansiya məhkəməsi tərəfindən silinmiş 1.620 manat borc cavabdehin tərtib etdiyi xx.xx.2018-ci il tarixli akta (iş v. 30) əsasən hesablanıb. Həmin aktda qeyd olunub ki, sayğaca baxış keçirilən zaman onun çıxış plastmas borusunun deşici alətlə deşildiyi müəyyən olunub. Daha sonra sayğacının sıradan çıxmasına görə hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi iddiaçıya borc hesablanıb, bu barədə müvafiq sənəd (iş v. 31) tərtib olunub. Lakin iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən heç bir sübut yoxdur, sayğac onun yaşayış sahəsindən kənarda yerləşdiyinə görə o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlnaılısn. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7175/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7175/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver