Məhkəmə qərarları › İş №2(103)-7179/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7179/2022

03.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7179/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(006)- 160/2022 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən mülkiyyətində olmuş Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 8, mənzil 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasından ona verilməli olan layihəyə uyğun, ümumi sahəsi 120 kv.m. təşkil edən 3 otaqlı təmirli mənzilin dəyəri kimi 216.000 manatın, cavabdehlə aralarında olan xx.xx.2017-ci il tarixli müqavilə əsasında mənzilin ona təhvil verilən günədək verilməli olan 500 manat kirayə haqqının 2021-ci ilin yanvar ayından başlayaraq pulun tam ödənildiyi günədək hər ay 500 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(006)- 160/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 03 may 2017-ci il tarixli müqavilə üzrə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə 216.000 manat pulun tutulması, mənzilin dəyəri olan 216.000 manat məbləğində pulun 2021-ci ilin yanvar ayından hesablanmaqla Cavabdeh MMC tərəfindən iddiaçı X3 verilənədək hər ay 500 manat olmaqla kirayə haqqının ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh MMCdən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, tam razılığa gəldikləri üçün barışıq sazişinin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində aşağıdakılar göstərilmişdir:

1. Nəsimi Rayon Məhkəməsinin 2(006)-160/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş, Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 03 may 2017-ci il tarixli müqavilə üzrə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə 216.000 (iki yüz on altı) manatın və mənzilin dəyəri olan 216.000 (iki yüz on altı) manat məbləğində pulun 2021-ci ilin yanvar ayından hesablanmaqla Cavabdeh MMC tərəfindən iddiaçı X3 verilənədək hər ay 500 (beş yüz) manat olmaqla kirayə haqqı ödənilməsi tələbi üzrə Cavabdeh MMC İddiaçı 200.000 (iki yüz min) manat pul ödəyəcəkdir.

2. Razılaşdırılmış 200.000 (iki yüz min) manat pul vəsaitindən ilkin olaraq Cavabdeh MMC 20.000 (iyirmi min) manat ödəyəcəkdir.

3. Qalan 180.000 (bir yüz səksən min) manat pul vəsaiti iddiaçıya təklif vedilmiş mənzil satılarsa, mənzilin satışından sonra dərhal, mənzil satılmadıqda isə 10 ay müddətində tam olaraq ödəniləcəkdir.

4. Tərəflər razılaşırlar ki, Cavabdeh MMC 10 ay müddətində pulu tam ödəməsə, ödənilməli olan pul vəsaitinin 5 faizi məbləğində gecikdirilmiş günlər üçün dəbbə pulu ödəyəcəkdir.

5. Tərəflər bu saziş məhkəmə tərəfindən təstiq olunduğu andan etibarən bir- birinə qarşı mübahisəli mənzillə bağlı olan bütün iddialarından imtina etməyi öhdələrinə götürürlər. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 261-262-ci maddələrinin mahiyyəti izah olunmuşdur. Eyni zamanda məxaric xəzinə orderinin surəti təqdim edilmişdir, xx.xx.2022-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, barışıq sazişi əsasında xx.xx.2022-ci il tarixində 20000 manat İddiaçı verilmişdir. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Nəsimi Rayon Məhkəməsinin 2(006)-160/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş, Cavabdeh MMC-dən iddiaçı X2 xeyrinə 03 may 2017-ci il tarixli müqavilə üzrə mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvəzinə 216.000 (iki yüz on altı) manatın və mənzilin dəyəri olan 216.000 (iki yüz on altı) manat məbləğində pulun 2021-ci ilin yanvar ayından hesablanmaqla Cavabdeh MMC tərəfindən iddiaçı X3 verilənədək hər ay 500 (beş yüz) manat olmaqla kirayə haqqı ödənilməsi tələbi üzrə Cavabdeh MMC İddiaçı 200.000 (iki yüz min) manat pul ödəyəcəkdir.

2. Razılaşdırılmış 200.000 (iki yüz min) manat pul vəsaitindən ilkin olaraq Cavabdeh MMC 20.000 (iyirmi min) manat ödəyəcəkdir.

3. Qalan 180.000 (bir yüz səksən min) manat pul vəsaiti iddiaçıya təklif vedilmiş mənzil satılarsa, mənzilin satışından sonra dərhal, mənzil satılmadıqda isə 10 ay müddətində tam olaraq ödəniləcəkdir.

4. Tərəflər razılaşırlar ki, Cavabdeh MMC 10 ay müddətində pulu tam ödəməsə, ödənilməli olan pul vəsaitinin 5 faizi məbləğində gecikdirilmiş günlər üçün dəbbə pulu ödəyəcəkdir.

5. Tərəflər bu saziş məhkəmə tərəfindən təstiq olunduğu andan etibarən bir- birinə qarşı mübahisəli mənzillə bağlı olan bütün iddialarından imtina etməyi öhdələrinə götürürlər.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(006)-160/2022 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar