Məhkəmə qərarları › İş №2(103)-7182/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7182/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7182/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçünücü şəxsVeisalov Maqamedin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Veisalov Maqamedin müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edildiyi “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş şikəyətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun azyaşlı qızı Mədinə Əmrahlı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 23A saylı evin 36 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin, iddianın təmin tədbiri haqqında ərizə verərək, cavabdehin mülkiyyətində olan sözügedən mənzilin üzərinə həbs qoyulmasını və mənzilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 23A saylı evin 36 saylı mənzilinin üzərinə həbs qoyulmuş və Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin qərardadda buraxılmış yanlışlıq düzəldilmiş, Bakı şəhəri, 7-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 23 A saylı evin 36 saylı mənzili” ifadəsində “7-ci mikrorayon” ifadəsinin “8-ci mikrorayon” kimi oxunması qərara alınmışdır. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Veisalov Maqamed, ayrıayrılıqda şikayət verərək, xx xxxx 2020-ci il tarixli qərardadın ləğv, ərizənin rədd olunmasını xahiş etmişlər. Şikayətlər, eyni məzmunda olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə artıq başqa şəxsin sahibliyində və istifadəsində olan mülkiyyətə dair iddianın təmin tədbiri görərək, mənzili alan şəxsin mülkiyyət hüququna dair çıxarış almasını məhdudlaşdırmışdır. Belə ki, mənzil xx.xx.2020-ci il tarixli ilkin müqaviləyə əsasən 39.000 manata Veysalov Maqamedə satılmış, xx.xx.2020-ci il tarixdə isə yekun alqı-satqı müqaviləsi bağlanaraq, əlavə 60.000 manat ödənilmişdir. Bu halda isə, iddiaçının mübahisəli mənzilə köçürülməsi absurddur. Binəqədi Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətləri rədd edərək, işlə birlikdə baxılmaları üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, notarial qaydada təsdiqlənmiş barışıq sazişi təqdim edərək, iddiaçı ilə barışığa gəldiklərini, buna görə də, hazırkı iddianın təmin tədbiri haqqında ərizəyə baxılmasına ehtiyac qalmadığını bildirir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, ərizə təqdim edərək, bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında notarial qaydada barışıq sazişi bağladığından iddiaçı G.Əhmədova iddiadan imtina etmiş və iddianın təmin tədbiri barədə ərizəsini geri götürmüşdür. Həmçinin, cavabdeh də Binəqədi Rayon Məhkəməsinin mənzilin üzərinə həbs qoyulması barədə qərardadından verdiyi şikayəti geri götürmüşdür. Həmin barışıq sazişi onun maraqlarına uyğundur. Buna görə də, şikayətini geri götürür və sözügedən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı da, ərizə təqdim edərək, cavabdehlə aralarında barışıq sazişinin bağlandığı nəzərə alınaraq, Binqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Kollegiya, iclas iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətlər qismən təmin olunmalıdır. Belə ki, Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri Hazırda iddiaçı, qızı Mədinə Əmrahlı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 23Asaylı evin 36 saylı mənzilinə köçürülmələri tələb edir. İddiaçı, işə baxılıb qurtaranadək həmin mənzilin üzərinə həbs qoyulmasını və mənzilin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsini xahiş edir. İşdə olan, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişində qeyd olunmuşdur ki, İddiaçı 10.000 manat kompensasiya məbləğinin 2000 manatının əvvəlcədən ona ödənilməsini təsdiq edərək, hazırda Cavabdeh tərəfindən ona ödənilən 4500 manatı qəbul edir və qalan 3500 manatı 9 ay müddətinə ödənilməsinə dair öhdəlik götürməsi ilə razılaşır. Bunun qarşılığında İddiaçı Cavabdeh qarşı Binəqədi Rayon Məhkəməsində “mənzilə köçürülmə” tələbinə dair iddia tələbindən imtina edir, Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, ev 23A, 36 saylı mənzilin üzərinə həbs qoyulması barədə iddianın təmin tədbirinə dair ərizəsini geri götürür. Həmin mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazı yoxdur və mülki işin icraatına xitam verilməsinə razıdır. Bununla bağlı ona iddiadan imtinanın və işin icraatına xitam verilməsinin hüquqi nəticələri izah edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası, qeyd olunan barışıq sazişini və tərəflərin məhkəmə iclasında təqdim etdikləri ərizələri nəzərə alaraq hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilməklə, iddianın təmin tədbirinə dair ərizəyə yuxarıda göstərilən hallar nəzərə alınmaqla yenidən baxılması (zəruri olduqda tərəflərin iştirakı ilə) və müvafiq qərarın qəbul olunması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçünücü şəxs Veisalov Maqamedin şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4056/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar