Məhkəmə qərarları › İş №2(103)-7183/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7183/2025

06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7183/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan ## ###### 2022-ci il tarixli anbara yüklərin təhvil- təsliminə dair №***, №****, №***, №****, №****, №**** saylı, ## ###### 2022-ci il tarixli №**** saylı təhvil-təslim aktlarındakı əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi və əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC şirkətinə 26.762,4 manat məbləğində edilmiş aylıq ödənişlərin və həmin əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanədək saxlanılması üçün ediləcək ödənişlərin və 170,29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ## ###### 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 25 faizlə 60 ay müddətinə 78.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh və Ələkbərzadə Gülsurə İldırım qızının ümumi mülkiyyətindəki ünvan 1ndə yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət ** saylı ev ## ###### 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutulmanın Cavabdeh və Ələkbərzadə Gülsurə İldırım qızının ümumi mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi qismən təmin edilərək, ## ###### 2014-cü il tarixdə “xxxx” İnvestisiya Kommersiya Bankı ilə cavabdeh Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, Cavabdeh “xxxx” İKB-nin qarşısında ## ###### 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn 68.609,32 manat əsas borc, 40.705,73 manat faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 111.315,05 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, kredit müqaviləsinin təminatı kimi ## ###### 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh və Ələkbərzadə Gülsurə İldırım qızına məxsus ünvan 1ndə yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət ** saylı evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin ## ### 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Ali Məhkəmənin *(***)-****/**** saylı, ## ### 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh və Ələkbərzadə Gülsurə İldırım qızının mülkiyyətində olmuş ünvan 1ndə yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət ** saylı evinə Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2018-ci il tarixli qətnaməsi ilə tələb yönəldilmişdir. ##.##.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC (əvvəlki adı “xxxx” İKB ASC olan) ünvan 1ndə yerləşən, ** saylı evi əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı “xxxx” İKB ASC olan) mülkiyyət hüquqları ##.##.2022-ci il tarixdə 1122005772 qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış verilmişdir. ##.##.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsi tərəfindən Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 1ndə yerləşən, 11 otaqlı, 498.90 kv.m ümumi sahədən ibarət ** saylı evin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə olan əşyalar saxlanılması üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2022ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Cavabdeh məxsus olan əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC şirkətinə aylıq ödənişlər edilir. Həmin əşyaların təhvil alınması barədə Bank tərəfindən ƏləkbərX1 xəbərdarlıq olunmasına baxmayaraq, Cavabdeh əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Göründüyü kimi Cavabdeh əşyaları götürməyərək onlardan imtina etmişdir. Odur ki, Cavabdeh məxsus ## ###### 2022-ci il tarixli anbara yüklərin təhvil-təsliminə dair №***, №****, №***, №****, №****, №**** saylı, ## ###### 2022-ci il tarixli №**** saylı təhviltəslim aktlarındakı əşyaların sahibsiz elan edilərək, həmin əşyalara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa, qeyd edilən əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC şirkətinə hal-hazıradək edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək çəkiləcək xərclər və ödənişlər Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyeva) iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, əşyaların mülkiyyətçisi mövcuddur, onun şəxsiyyəti məlumdur və onun mülkiyyətdən imtina etməsi sübut edilməmişdir. Əşyaların mənzildən çıxarılması zamanı Cavabdeh məlumat verilməmiş, onun iştirakı təmin olunmamış və münasibəti öyrənilməmişdir. Təhvil-təslim aktlarında qeyd olunan əşyaların cavabdehə məxsus olubolmaması müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, əşyaları sahibsiz elan etmək və İddiaçı ASC-nin mülkiyyətinə vermək tələbi hüquqi əsaslardan məhrum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə yalnız əmlakın hərracda satılması qət edilmiş, lakin iddia tələbində olmasına baxmayaraq, mənzilin boşaldılması və əşyaların çıxardılması hissəsində təmin edilməmişdir və bu qətnamə ilə mənzilin boşaldılması və əşyaların çıxarılması nəzərdə tutulmamışdır. Bu qətnamə əsasında iddiaçının icra məmuru vasitəsilə evin boşaldılmasını həyata keçirmək hüququ olmamışdır. Sözügedən ev İddiaçı ASC-nin mülkiyyətinə keçdikdən sonra bank evin boşaldılmasını məhkəmə qaydasında tələb edə bilərdi, lakin bank bunu etməmişdir. Beləliklə, bankın əşyaları saxlanca vermək və saxlanc xərclərini cavabdehdən tələb etmək kimi heç bir subyektiv hüququ olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş iş üzrə qəbul olunmuş qətnamələrdən və qərardan göründüyü kimi iş üzrə borclu və ipoteka qoyan kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, yekunda borc məbləği cavabdehdən tutulmuş və həmin borc ipoteka əmlakına yönəldilmiş, həmin əmlak açıq hərracdan satılaraq bankın mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin edilməmişdir. ##.##.2022-ci il tarixli Akta birtərəfli qaydada, hüquqa deyil, formal mülahizəyə uyğun olaraq qiymət verilmişdir. Belə ki, aktda həmin əşyaların iddiaçının nümayəndəsinə hansı məqsədlə verilməsi, aktın məzmununda açıq və konkret şəkildə qeyd edilməsinə baxmayaraq, məhkəmə bunun əksini qətnamədə qeyd etmişdir. İddiaçıla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında “Saxlayıcı” (Cəmiyyət) sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində saxlama haqqını ödəməyi öhdələrinə götürmüşlər. Belə ki, sözügedən müqavilə çərçivəsində İddiaçı ASC-nin borclusu olan Cavabdeh evində yerləşən əşyalar şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistralı 12 A ünvanında yerləşən anbar sahəsinin 90 kv.m-lik hissəsinə yerləşdirilmişdir. Tərəflər arası 1 kv.m görə saxlama xərci 12 manat məbləğində müəyyən edilmiş və aylıq saxlama xərci 1080 manat təşkil etmişdir. Qeyd edilən əmlakın saxlanılmasına görə ## ### 2024-cü il tarixə qədər İddiaçı ASC tərəfindən Cəmiyyətə toplamda 26.762,4 (ƏDV daxil) məbləğində saxlanc xərci ödənilmişdir. İddiaçı məhkəməyə müraciət edərkən borcun mövcud olması, borclu Cavabdeh yazılı qaydada göndərilmiş xəbərdarlıq məktubunu, icra aktını və həmçinin işlə əlaqəli olaraq zəruri sənədləri təqdim etmişdir. Lakin nəticədə tərəflərindən tədqim edilmiş sübutlara qanunauyğun və obyektiv qiymət verilməmişdir.

7. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması tələbinə dair iş üzrə mübahisədə iddiadan qismən əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi hissəsində imtina edərək, əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə icraata götürülmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçının nümayəndəsi nümayəndə2 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, borclu ilə bank arasında kredit və ipoteka müqavilələri bağlanılmışdır. Məhkəmə qətnaməsi əsasında borc məbləğinin tutulması ipoteka predmetinə yönəldilmişdir. İpoteka predmeti olan əmlak bununla bağlı boşaldıqdan sonra, içərisindəki əşyaların saxlanılması üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə bank arasında müqavilə bağlanılmış və müqaviləyə əsasən, bank tərəfindən aylıq ödənişlər ödənilmişdir. Bank tərəfindən ödənilən məbləğlərə dair maliyyə arayışı təqdim edilmişdir. Belə ki, aylıq ödəniş məbləği 1080 manat təşkil etmişdir. Borcluya əşyaların saxlanca verilməsi barədə xəbərdarlıq olunsa da, o, əşyalarını götürməmişdir. Təqdim olunmuş aktdan göründüyü kimi, mübahisəli əşyalar cavabdehin əmisinə təhvil verilmişdir. Məhkəməyə təqdim olunan Forma 2 arayışından da Ələsgər Ələkbərzadənin cavabdehin əmisi olduğu məlum olur. Məhkəmədən iddia tələbinin həcminin azaldılması barədə ərizənin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi nümayəndə3 məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsindəki icraat davam etdiyi dövrdə bütün əşyalar bank tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən aparılmışdır. O 2023-cü ilin oktyabr ayında telefon vasitəsilə əlaqə yaratmaqla, əşyaları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən birinci instansiya məhkəməsinin qətnaməsi əsasında əldə etmək istəsə də, MMC-nin nümayəndəsi ona əşyaların artıq orada olmadığını və 4-5 ay əvvəl əşyaların aparıldığını bildirmişdir. O əşyaların saxlanca verilməsi barədə aktı əşyaların daşınması prosesi başa çatdıqdan sonra, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin ofisində imzalayıb. 3 il ərzində əşyaları götürməməyinin səbəbi həmin əşyaları yerləşdirmək üçün hər hansı yer tapılmaması ilə bağlı olmuşdur. Akta əsasən əşyaları təhvil aldığı görünən şəxs onun qardaşı deyil və o həmin şəxsi tanımır. Eyni zamanda, hər hansı etibarnamə təqdim edilmədən əşyaların cavabdehin qohumu olduğu iddia edildiyi şəxsə təhvil verilməsi yolverilməzdir. Bundan əlavə, təqdim olunmuş aktın hansı tarixdə və kim tərəfindən tərtib edildiyi də məlum deyil. Məzahir Ələkbərov qardaşı oğludur, onun atası, yəni qardaşı isə Ələkbər Ələkbərovdur. Əşyalar onun iştirakı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə təhvil verilsə də, sonradan həmin əşyaları götürmək istəsə də, etibarnamə olmadığından əşyalar ona təhvil verilməmişdir. Cavabdeh olan oğlu ölkə xaricində yaşadığından, ondan etibarnaməni bir müddət sonra əldə edə bilib. Etibarnamə əldə etdikdən sonra əşyaların təhvil alınması üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə qeyri-rəsmi müraciət etsə də, bankın buna imkan vermədiyi ona bildirilmişdir. Mübahisəli əşyalar faktiki olaraq ona məxsusdur. Odur ki, əşyaların götürülməsi barədə aktı imzalayan digər şəxslər əşyalar onlara aid olmadığından, həmin aktı tərəddüdsüz imzalamışlar. İddiaçı tərəfindən təqdim olunmuş əşyaların təhvil alınması barədə aktda qeyd olunanlar həqiqəti əks etdirmir. Məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 823.3. Tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir. Maddə 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 825.1. Saxlayıcı şərtləşdirilmiş saxlama növünü dəyişdirmək hüququna o halda malikdir ki, tapşıranın vəziyyəti bildikdən sonra buna razı olacağını şəraiti nəzərə almaqla ehtimal edə bilsin. Buna qədər isə saxlayıcı dəyişiklik barəsində tapşırana bildiriş verməli və əgər ləngimə risklə bağlı deyildirsə, onun qərarını gözləməlidir. 825.2. Əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Maddə 829.1. Anbar sahibi malların saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır. 829.2. Anbar sahibi malın məruz qaldığı və saxlama xidmətlərindən əlavə tədbirlər görülməsinə yol verən dəyişikliklər barəsində tapşırana dərhal bildiriş göndərməlidir. 829.3. Anbar sahibi anbarın adi iş vaxtında tapşıranın malı gözdən keçirməsinə və nümunələr götürməsinə yol verməlidir. Bundan başqa, anbar sahibi tapşıranın malın salamatlığı üçün tədbirlər görməsinə bunun zəruri olduğu hər bir vaxt yol verməlidir. 829.4. Anbar sahibinin əvəz edilən əşyaları eyni növlü və keyfiyyətli başqa əşyalarla qarışdırmasına yalnız tapşıranın ona qabaqcadan birbaşa icazə verdiyi hallarda yol verilir. Qarışıq saxlama halında anbar sahibi hər hansı tapşıranın xahişi ilə həmin tapşıranın saxlamaya verdiyi miqdara uyğun miqdarda mal verməlidir. 829.5. Anbar sahibi malı saxlayıcı kimi qaytarmalıdır. Gözlənilməz hallar nəticəsində adi saxlayıcının şərtləşdirilmiş müddət bitənədək əşyanı qaytarmaq hüququna malik ola bildiyi halda da anbar sahibi şərtləşdirilmiş saxlama müddəti ilə bağlı qalır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə (iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınaraq) yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

17. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı “xxxx” İKB ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2014-cü il tarixli, **- G-*-*-**-* saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh 68.609,32 manat əsas, 40.705,73 manat faiz, 2000 manat cərimə borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat və 20 manat xidmət haqqının tutularaq iddiaçı “xxxx” İKB-nə ödənilməsi, müvafiq ödənişin cavabdeh Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən tərdi yaşayış evinin ilkin satış qiyməti 180.000 manat qiymətləndirilməklə açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 498.90 kv.m. olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsinin ölçüsü 0.034270 ha olan dövlət istifadə hüququ ilə ona məxsus olan- yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla İddiaçı ASC (Qeydiyyat tarixi: ##.##.2022-ci il) hüquq sahibidir.

19. İddiaçı ASC-nin ƏləkbərX1 oğlu, X13 və X10 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən ünvan 2-un boşaldılması zamanı İddiaçı ASC-yə müvəqqəti saxlanılması üçün verilmiş əşyaların təhvil alınması xahiş olunmuş və əks halda qanunvericiliyin tələbinə əsasən onlara məxsus olan əşyaların sahibsiz elan edilməsi və həmin əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ödənilmiş pul məbləğinin tutulması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir.

20. İş materialları ilə həmçinin müəyyən edilir ki, “Tapşıran” adlandırılacaq İddiaçı ASC ilə “Saxlayıcı” adlandırılacaq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2022-ci il tarixli **/** saylı malların anbarda saxlama müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər bu Müqavilə üzrə saxlanca verilmiş malları “Saxlayıcı”nın Abşeron rayonu, Xirdalan şəhəri, Bakı-Quba maqistral-12A avtomobil satış salonu, 5000 kv.m. ünvanında yerləşən saxlanc anbarında saxlamaq barədə razılığa gəlirlər.

21. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması tələbinə dair iş üzrə mübahisədə iddiadan qismən əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi hissəsində imtina edərək, əşyaların saxlanılmasına ödənilmiş xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Hazırkı iddia tələbində iddiaçı İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2022-ci il tarixli, **/** saylı malların anbarda saxlama müqaviləsi əsasında edilmiş ödənişlərin ƏləkbərX1 oğlundan tutulmasını xahiş edir.

23. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığına qiymət verərkən ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə icra işinin materialları sorğu əsasında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən əldə edilmişdir. İcra işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə sifariş göndərilmişdir.

24. İcra işinin materiallarına əlavə edilmiş ##.##.2022-ci il tarixli Aktdan müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri tam həyata keçirilmiş, fərdi yaşayış evi açıq hərracda satılmış, ƏləkbərX1 oğlu və onun ailə üzvləri fərdi yaşayış evini tərk etmişlər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2022-ci il tarixli, **/** saylı malların anbarda saxlama müqaviləsi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təhvil verilmiş əşyaların cavabdeh ƏləkbərX1 məxsus olması işin mübahisələndirilməyən halıdır.

26. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsi nümayəndə3 izahatında bildirmişdir ki, əşyalar onun iştirakı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə təhvil verilsə də, sonradan həmin əşyaları götürmək istəsə də, ƏləkbərX1 adından etibarnamə olmadığından əşyalar ona təhvil verilməmişdir, mübahisəli əşyalar faktiki olaraq ona məxsusdur.

27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bank tərəfindən edilmiş ödənişlər üçün pulun cavabdeh ƏləkbərX1 oğlundan tələb edilməsi ilə bağlı subyektiv hüququ mövcuddur.

28. Anbara yüklərin №***, №****, №***, №****, №****, №**** saylı, ##.##.2022-ci il tarixli və ## ###### 2022-ci il tarixli №**** və ##.##.2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, siyahıya alınmış daşınar əşyalar Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin əməkdaşlarına təhvil verilmişdir. Malların sahibi (təhvil verən şəxs) qismində nümayəndə3 qeyd olunmuşdur.

29. İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2022-ci il tarixli, **/** saylı malların anbarda saxlama müqaviləsi üzrə edilmiş ödənişlərin məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASCnin ##.##.2024-cü il tarixli, KBD**** nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh əşyaları 1080 manat xidmət haqqı (aylıq) müqabilində saxlanmağa verilmişdir.

30. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli, **/** nömrəli “malların anbarda saxlama” müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 498.90 kv.m olan 11 otaqlı ** saylı fərdi yaşayış evində Cavabdeh məxsus olan və saxlanılması üçün təhvil alınan əşyaların siyahısı, o cümlədən, həmin əşyaların kim tərəfindən, harada və hansı müddətə (və ya hazırki vaxtadək) saxlanıldığı, habelə əşyalar təhvil verildiyi təqdirdə, onların nə zaman, harada və kimə təhvil verilməsi ilə bağlı bütün sənədlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülməsi ilə bağlı qərardad qəbul edilmiş, qərardadın icrası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

31. Qərardadın icrası ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixli, **/** nömrəli məktubla İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli, **/** nömrəli “malların anbarda saxlama” müqaviləsi, ## ###### 2022-ci il tarixli, **** nömrəli təhvil-təslim aktı, ## ###### 2022-ci il tarixli, **** nömrəli təhvil-təslim aktı, ## ###### 2022-ci il tarixli, *** nömrəli təhvil-təslim aktı, ## ###### 2022-ci il tarixli, *** nömrəli təhvil-təslim aktı, ## ###### 2022-ci il tarixli, **** nömrəli təhvil-təslim aktı, ## ###### 2022-ci il tarixli, **** nömrəli təhvil-təslim aktı, ## ###### 2022-ci il tarixli, **** nömrəli təhvil-təslim aktı təqdim edilmişdir.

32. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixli, **/** nömrəli məktuba əlavə edilmiş ##.##.2025-ci tarixli Aktda qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən evdən götürülmüş əşyalar tam şəkildə anbardan bankın nümayəndəsi X4 tərəfindən təhvil alınaraq X13 təhvil verilmişdir. Akt Bankın nümayəndəsi X4, yükün sahibi X13, 166 Yükdaşıma Şirkətinin Masazır anbarının anbardarı X3 tərəfindən imzalanaraq təsdiq edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ##.##.2022-ci il tarixli, **/** saylı malların anbarda saxlama müqaviləsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC “Tapşıran” tərəfindən ona verilmiş daşınar əşyaları Abşeron rayonu, Xirdalan şəhəri, Bakı-Quba maqistral-12A avtomobil satış salonu ünvanında yerləşən saxlanc anbarında saxlamağı öhdəsinə götürmüşdür.

34. Həmçinin qeyd edilməlidir ki, bankın iddia tələbinə görə əmlakın saxlanılmasına görə ## ### 2024-cü il tarixə qədər İddiaçı ASC tərəfindən Cəmiyyətə toplamda 26.762,4 (ƏDV daxil) məbləğində saxlanc xərci ödənilmişdir, bu səbəbdən 26.762,4 manat məbləğində ödənişin cavabdehdən tutulması xahiş edilir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına ödəniş tapşırıqları və xidmətlərin təhvil verilməsi haqqında aktları əlavə edilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il, ##.##.2022-ci, ##.##.2022-ci il tarixli ödəniş tapşırıqları üzrə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, sözügedən ödəniş tapşırıqlarının əlaqəli olduğu aktlardan görünür ki, bu ödənişlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC Dərnəgül anbarı üzrə edilmiş ödənişlərdir. İddiaçı bank ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında imzalanmış müqaviləyə əsasən isə əşyalar Abşeron rayonunda yerləşən anbarda saxlanılmalı idi. Belə olan halda Dərnəgül anbarında yerləşən əşyaların cavabdehə məxsus olması işin halları ilə müəyyən edilmir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli ödəniş tapşırıqlarının hazırkı mübahisə predmeti olan müqavilə ilə əlaqəsi müəyyən edilmir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, saxlama müqaviləsinin tələblərinə uyğun gələn ##.##.2022-ci il tarixli ödəniş tapşırığı, ##.##.2023-cü il tarixli 2 ödəniş tapşırığı (****** nömrəli və ****** nömrəli aktlar üzrə), ##.##.2023-cü il, ##.##.2023-cü il tarixli 2 ödəniş tapşırığı (****** nömrəli və ****** nömrəli aktlar üzrə), ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli ödəniş tapşırıqları üzrə edilmiş ödənişlər cavabdehdən tutulmalıdır.

39. Belə ki, sadalanan ödəniş tapşırıqlarına əsasən müqavilənin tələbinə uyğun olaraq Bank tərəfindən 1080 manat və ƏDV olaraq 194,40 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 1080 x 17 + 194,40 x 17 = 21 664,80 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır, tələb edilən qalan məbləğlə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bank tərəfindən ## ### 2024-cü il tarixə qədər edilmiş ödənişlər üzrə pulun ödənilməsi tələb edildiyindən ##.##.2024-cü il tarixli ödəniş tapşırığı üzrə edilmiş ödənişin cavabdehdən tutulmasının hüquqi əsası yoxdur.

41. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh məxsus olan ## ###### 2022-ci il tarixli anbara yüklərin təhvil-təsliminə dair №***, №****, №***, №****, №****, №**** saylı, ## ###### 2022-ci il tarixli №**** saylı təhvil-təslim aktlarındakı əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə edilmiş aylıq ödənişlərin əvəzi olaraq 21.664,80 (iyirmi bir min altı yüz altmış dörd manat səksən qəpik) manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh məxsus olan ## ###### 2022-ci il tarixli anbara yüklərin təhvil- təsliminə dair №***, №****, №***, №****, №****, №**** saylı, ## ###### 2022-ci il tarixli №**** saylı təhvil-təslim aktlarındakı əşyaların müvəqqəti saxlanılması üçün İddiaçı ASC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC şirkətinə edilmiş aylıq ödənişlərin əvəzi olaraq 21.664,80 (iyirmi bir min altı yüz altmış dörd manat səksən qəpik) manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar