Məhkəmə qərarları › İş №2(103)-7188/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7188/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7188/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə X1katibliyiilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh QSC-nə qarşı hesablanmış artıq pul vəsaitinin silinməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/20 saylıxx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/20 saylıxx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X2 müştərək qaydada 021R********** saylı kredit razılaşması üzrə 8910,15 manat əsas borc, 701,02 manat faiz borcu və 52 manat cərimə borcu olmaqla, ümumilikdə 9663,17 (doqquz min altı yüz altmış üç manat, on yeddi qəpik) manat borcun tutularaq, Cavabdeh QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. lkin iddia üzrə İddiaçı Cavabdeh QSC-nə qarşı hesablanmış artıq pul vəsaitinin geri qaytarılması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdr Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/20 saylıxx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti vermişdir. Mülki iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kollegiya iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki işin materiallarından görünürki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 165/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi rəsmi qaydada cavabdehin ünvanına göndərilmiş və xəbərnaməyə xx xxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qəbul edilmişdir (səh.130). Qətnamə icra olunması Nizami rayon İcra və Prpobasiya Şöbəsinə göndərilmişdir.Sonradan ilkin iddia üzrə İddiaçı məhkəməyə ərizə ilə müracəit edərək, Yasamal RayonMəhkəməsinin2(004)-165/20 saylı xx xxxxxx 2020-ci iltarixliqətnaməsinin ona verilməsini xahiş etmişdir.Məhkəmə tərəfindən qətnamə təkrar ona göndərilmiş və İddiaçı xəbərnaməyəxx xxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qəbul edilmişdir (səh.161). İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə Xətai rayon məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin rəsmi qaydada cavabdehin ünvanına göndərilməsi və xəbərnaməyə xx xxxx 2020-ci il tarixdə şəxsən imza etməklə qəbul edilməsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı madəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmişolur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxslərə qaytarılır. İş materiallaından görünürki, ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikyəti verilərkən prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, kollegiya hesab edir ki, hazırki mülki işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 363.1.3, 363.3, 366, 400 və405.0.2-cimaddələrinirəhbərtutaraq, kollegiya qərara aldı: HazırkiişüzrəBakışəhəriYasamalRayonMəhkəməsinin2(004)-165/20 saylıxx xxxxxx 2020-ci iltarixliqətnaməsindənilkin iddia üzrə İddiaçı tərəfindənverilmişapellyasiyaşikayətinəapellyasiyaqaydasındabaxılmasıqeyrimümkünhesabedilsin. Qərardaddan 10 günmüddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar