Məhkəmə qərarları › İş №2(103)-7192/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7192/2022

07.12.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7192/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı “fiziki şəxsin sağlamlığına vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7192/2022 Açar sözlər:(zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun vəkili Vəkil X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(006)-921/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC-də sürücü işləyən iddiaçı 19 oktyabr 2017-ci il tarixdə, saat 00-35 radələrində Bakı- Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X5” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, cavabdehlərdən Cavabdeh4 mülkiyyətində olan, Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X5” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi İddiaçı xəsarət almışdır. Aldığı xəsarət az ağır kimi qiymətləndirilsə də, cinayət işinin başlanılması Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş zərər tam ödənildiyindən, ona qarşı heç bir şikayəti olmadığından Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin xx.xx.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. 2.Daha sonra ekspert-həkimin xx.xx.2018-ci il tarixli rəyinə əsasən İddiaçı 1800 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. Həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, müayinə zamanı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olduğu müəyyən edilmiş, növbəti müayinənin vaxtı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3-cü qrup üzrə əlillik təyin olunduğu xx.xx.2018ci il tarixdən hesablanmaqla, hər ay 800 manat məbləğində pulun İddiaçı pensiya yaşına çatanadək cavabdehlər hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, "xxxx" ASC-də sürücü işləyən İddiaçı, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X5” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, cavabdehlərdən Cavabdeh4 mülkiyyətində olan, Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X5” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi İddiaçı xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-nin işçisi İddiaçı ağır xəsarətlər almışdır, ilkin halda onun xəsarətləri az ağır xəsarətlər kimi qiymətləndirilmişdir. Lakin İddiaçı həkimlərə müraciətləri davam etmişdir, çünki aldığı xəsarətlər onu mütamadi narahat etmişdir. Nəticədə, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3-cü qrup üzrə əlillik verilmişdir. Əlilliyin verilməsinə səbəb, İddiaçı Cavabdeh4 mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh3 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətlər olmuşdur. İddiaçı "xxxx" ASC-də işlədiyi dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Lakin onun aldığı xəsarətlər ilk öncə az ağır xəsarətlər kimi qiymətləndirildiyindən, ona cəmi 1800 (min səkkiz yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. Halbuki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmək qabiliyyətini 50% həcmində itirmişdir və bu ona əlilliyin verilməsi ilə də birbaşa təsdiq edilir. Yolnəqliyyat hadisəsi İddiaçı öz əmək funksiyalarını yerinə yetirərkən baş verdiyi üçün, həmin yolnəqliyyat hadisəsi istehsalatda baş vermiş bədbəxt hadisə sayılır. Tərəflərindən, Dövlət Sığorta Kommersiya Şirkətinə və "xxxx" ASC-yə baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsinə sağlamlığına ziyan vurulmuş İddiaçı ödənilməli olan sığorta ödənişinin onun əlilliyinə uyğun hesablanaraq, ödənilməsi barədə müraciət olunsa da onların müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 1118 və 1119-cu maddələri ilə müəyyən edilmiş həddə sığorta ödənişi ödənilir. Lakin sığorta ödənişi İddiaçı sağlamlığına vurulmuş zərərin tam ödənilməsini təmin etmir. Bu səbəbdən də iddia ərizəsində Cavabdeh3 və Cavabdeh4 da iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı "xxxx" ASC-də işlədiyi son bir il ərzində əmək haqqısı 800 (səkkiz yüz) manat təşkil etmişdir. Bu səbəbdən də İddiaçı iş vaxtı baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığını itirdiyindən və əmək qabiliyyətindən məhrum olduğundan, pensiya yaşına çatanadək Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən onun aylıq əmək haqqısı cavabdehlərdən hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3-cü qrup üzrə əlillik təyin olunduğu xx.xx.2018ci il tarixdən hesablanmaqla, hər ay 800 manat məbləğində pulun İddiaçı pensiya yaşına çatanadək cavabdehlər - hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 2(006)-921/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın Cavabdeh3 münasibətdə qismən təmin edilməsi, İddiaçı orta aylıq əmək haqqının 50 faizi miqdarında pulun xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək hər ay Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, iddianın Cavabdeh3 münasibətdə digər hissədə rədd edilməsi və iddianın cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC və Cavabdeh4 münasibətdə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan: 6.63812 saylı, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Avro-Asiya İnşaat” Korporasiyası "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Beynəlxalq Bankın Xaçmaz filialı vasitəsilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adına 10000 manat məbləğində pul köçürülmüşdür. 7.İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 47 nömrəli aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 8 dərəcəli sürücü vəzifəsində işləyən İddiaçı qapalı kəllə beyin travması, hər iki almacıq sümüyünün, burun sümüklərinin və əngin gəlpəli yerini dəyişən sınıqlar, sol oynaq başının yerini dəyişən sınığı diaqnozu ilə xx.xx.2017-ci il tarixindən işdən azad edilmişdir. Əmək qanunvericiliyin pozulmasına yol verilməmişdir. 8.Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarından görünür ki, xx.xx.2017-ci ildə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində İddiaçı idarə etdiyi “X5” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan Cavabdeh3 idarə etdiyi “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X5” yük markalı avtomobilin sürücüsü İddiaçı xəsarət almışdır. Müstəntiq İddiaçı dəymiş ziyanın tam ödənildiyini, sonuncu tərəfindən Cavabdeh3 qarşı şikayət olmadığını nəzərə alaraq Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, qarşı yola çıxmaqla manevr qaydasını pozub toqquşmaya səbəb olduğundan barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi qərarına gəlmişdir. Şərh edilənlərə əsasən Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh3 barəsində İXMnin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ YPXAya göndərilmişdir. Qərardan aydın olur ki, iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və xx.xx.2017-ci il tarixli, 19722 saylı rəyə əsasən “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda məhkəmə tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 1318 saylı rəyinə əsasən İddiaçı az ağır, xx.xx.2017-ci il tarixli, 1302 saylı rəyi ilə Cavabdeh3 az ağır xəsarət almaları müəyyən edilmişdir. 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi X6 tərəfindən İddiaçı barəsində tərtib edilmiş epikrizdən görünür ki, o, xx.xx.2017-ci il tarixdə ağzın açılmasının, udqunmanın, tənəffüsün çətinləşməsi, sifət nahiyyəsində olan şişkinlik və ağrılar ibarət şikayətlərlə daxil olmuşdur. 10.Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 1060 nömrəli epikrizində qeyd edilmişdir ki, xəstə - İddiaçı xx.xx.2018-ci il tarixdə “Ağır qapalı kəllə-beyin travmasının, beyin silkələnməsinin davamlı nəticələnməsi. Posttravmatik ensefalepatiya, generalizə olunmuş toniklonik tutmalar” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. 11.Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “Şəfa” Dövlət Tibbi Sığorta filialının həkim-eksperti İddiaçı barəsində xx.xx.2018-ci il tarixli rəydən görünür ki, onun aldığı zədə əsas verir ki, 18% miqdarında sığorta məbləğinin verilməsi qərara alınmışdır. 12.Şəxsi Sığorta Departamenti tərəfindən Xaçmaz rayon filialının direktoruna ünvanlanmış 03- 06/65 saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, şirkətin ekspert həkiminin xx.xx.3018-ci il tarixli rəyinə əsasən qüvvədə olan sığorta yardımlarının və sığorta məbləğinin ödənilməsinə dair metodiki göstərişinə əsasən ona sığorta məbləğinin 3a maddəsi üzrə 3%, 37 qeyd 2 maddəsi üzrə 5%, 25 maddəsi üzrə 5%, 81a maddəsi üzrə 5%, cəmi 18% yəni 1800 manat müəyyən edilmişdir. Odur ki, sənədlər geri qaytarılaraq həmin məbləğin İddiaçı ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. 13.xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə İddiaçı hesabına 1800 (min səkkiz yüz) manat məbləğində pul köçürülmüşdür. 14.xx.xx.2018-ci il tarixli, KYP 117020 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, sürücü Cavabdeh3 Bakı-Quba-Dağıstan sərhədi yolunun 141ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasına pozmuşdur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. 15.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı müayinə zamanı İİİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcı kontrakturası sağ yuxarı ətrafın əlin funksiyasının kəskin pozulması, oynaqda ağrı, daimi kəskin ağrı sindromu ilə əlin funksiyasının kəskin pozulması Kəllədaxili travmaların nəticələri, ağır kəllə beyin travmasının qalıq əlamətləri Əl barmağının (barmaqlarının) dırnaq lövhəciyinin zədələnməsi ilə açıq yarası, əlin arxa səthinin trotfkanes pozulması yumşaq toxm defisiti sağalmayan yaradır. Əmək qabiliyyətinin itirilmə faizi 50%-dir. Əlillik müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. 16.“Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-nin 666/18 saylı, xx.xx.2018-ci il tarixli məktubla İddiaçı bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona vurulmuş zərərin səbəbkarı şirkət deyil, qarşı tərəf olduğundan ödənişlərin “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən icra edilməsi mümkün deyildir. 17.“Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-yə sürücü işinə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi əmək qabiliyyətinin olmaması vərəqələrini təqdim etmişdir. xx.xx.2018-ci il tarixdən AR ƏM 74-cü maddəsinin “c” bəndinə əsasən (əlillik alması ilə əlaqədar) işdən azad olunmuşdur. İşlədiyi xx.xx.2017-xx.xx.2017-ci il dövr üçün orta aylıq əmək haqqı vergilər daxil olmaqla 510,03 manat təşkil edir. 18.Məhkəmə işin mübahisələndirilməyən hallarına əsasən müəyyən etmişdir ki, "xxxx" ASC-də sürücü işləyən iddiaçı 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X5” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, cavabdehlərdən Cavabdeh4 mülkiyyətində olan, Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X5” yük markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi İddiaçı xəsarət almışdır. Aldığı xəsarət az ağır kimi qiymətləndirilsə də, cinayət işinin başlanılması Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş zərər tam ödənildiyindən, ona qarşı heç bir şikayəti olmadığından Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin xx.xx.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. Daha sonra ekspert-həkimin xx.xx.2018-ci il tarixli rəyinə əsasən İddiaçı 1800 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. Həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatdan görünür ki, müayinə zamanı xx.xx.1968-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olduğu müəyyən edilmiş, növbəti müayinə zamanı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. 19.Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə barəsində bəhs edilən yol-nəqliyyat hadisəsi, iddiaçıya az ağır xəsarətin yetirilməsi Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş verdiyi, onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olduğu müəyyən edilmişdir. 20.Məhkəmə hesab etmişdir ki, maddi məsuliyyətin yaranmasının vacib şərti işəgötürənin təqsirli olması halı iş materialları ilə öz təsdiqini tapmadığından, icbari sığorta müqaviləsi əsasında müəyyən edilmiş qaydada və məbləğdə isə sığorta ödənişi iddiaçıya ödənildiyindən iddia cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə rədd edilməlidir. 21.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi işin mübahisələndirilməyən halıdır. Beləliklə, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və həmin hadisənin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh4 qarşı iddia rədd edilməlidir. 22.Məhkəmə hesab etmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulduğundan, ona itirdiyi ümumi əmək qabiliyyətinin (əmək qabiliyyətinin itirilməsi 50 faiz müəyyən olunmuşdur) dərəcəsində aylıq ödənişlər verilməlidir. Ödənişlərin həyata keçirilməsinin hesablanması İddiaçı əmək qabiliyyətinin itirildiyi təsdiq olunduğu gündən – xx.xx.2018-ci il tarixdən başlanmalıdır. İddiaçıya təyin edilmiş əlilliyin vaxtı xx.xx.2023-cü il tarixədək müəyyən edildiyindən cavabdehdən pulun tutulması məhz bu tarixədək həyata keçirilməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195, 239.1, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096 və 1097.1, 1108.1, 1118, 1119.1-ci və 1119.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1, 2.1, 3.2-ci bəndlərinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 24.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamənin iddianın təmin olunmaması hissəsində ləğv edilməsi üçün birinci əsas odur ki, birinci instansiya məhkəməsi, əsassız olaraq, cavabdehlər "xxxx" ASC-ni və Cavabdeh4 İddiaçı sağlamlığına dəyən və onu əmək qabiliyyətindən məhrum edən zərərə görə məsuliyyətdən azad etmişdir. Halbuki, sadalanan cavabdehlər baş vermiş istehsalat qəzasına görə ayrı-ayrılıqda məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi, İddiaçı işəgötürəni olan "xxxx" ASC-ni məsuliyyətdən azad edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli qərarında deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarını iş üzrə düzgün tətbiq etməmişdir. İşəgötürən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən öz işçilərini istehsalatda bədbəxt hadisələrdən sığortalamağa borcludur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə əsasən Sığortalının aşağıdakı vəzifələri vardır: 7.2.1. bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; 7.2.2. icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək; 7.2.4. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə təhlükəsiz əmək şəraitini təmin elmək; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 907.1-ci maddəsinə əsasən icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman müəyyən edilmişdir ki, "xxxx" ASC İddiaçı Gliş oğlunu bu növ sığorta ilə sığortalamamışdır. Onlar, yalnız İddiaçı idarə etdiyi "xxxx" ASC-yə məxsus, “X5” yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalamışlar. Məhkəmənin öz qətnaməsində istinad etdiyi və İddiaçı ödənmiş olan 1800 (bir min səkkiz yüz) manat məbləğində sığorta ödənişi də məhz bu sığorta növünə görə ödənilmiş sığorta ödənişidir. Lakin birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin göstərilən halla bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasi” növü üzrə sığortalanması barədə açıq-aşkar ifadə verməsinə baxmayaraq, və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında və öz yazılı izahatında İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü ilə deyil, könüllü sığorta növü ilə sığortalandığını etiraf etməsinə baxmayaraq, iddia tələblərini cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin etməmişdir. Halbuki, iş üzrə cavabdeh olan "xxxx" ASC İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamadığı üçün, baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması nəticəsində itirmiş olduğu qazancına görə tam məsuliyyət daşıyır. "xxxx" ASC İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamadığı səbəbindən İddiaçı sağlamlığını itirməsi nəticəsində dəymiş zərəri ödəməli və sonradan özünün subroqasiya hüququndan istifadə etməlidir. "xxxx"-nin ASC İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdiyi halda, həmin sığorta şirkətinin İddiaçı sağlamlığını itirməsi nəticəsində dəymiş zərəri ödəyərək, subroqasiya qaydasında hadisənin baş verməsində günahkar olan şəxsdən ödənilən məbləği tələb etmək hüququ yaranacaqdı. Bundan əlavə, məhkəmə bir halı da gözdən qaçırmışdır ki, hadisə "xxxx" ASC-nin məsul şəxslərinin tapşırığına əsasən, İddiaçı öz əmək funksiyalarını icra edərək, "xxxx" ASC tərəfindən qanuna müvafiq qaydada verilmiş yol vərəqəsi əsasında idarə etdiyi “X5” yük markalı, **-JX-*** cövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quba rayonundan yük (çınqıl məmulatı) götürərək, Salyan rayonuna daşımaq üçün Quba rayonuna gedən zaman, gecə saat 00:35-də baş vermişdir. Göründüyü kimi, hadisə Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş iş vaxtı olmayan saatda baş vermişdir. Bu hal isə, o deməkdir ki, "xxxx" ASC Əmək Qanunvericiliyinin tələblərini pozmuşdur və məhkəmənin "xxxx" ASC-ni məsuliyyətdən azad etmək üçün istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli qərarı "xxxx" ASC-ni nəinki məsuliyyətdən azad edir, əksinə həmin Qərarla da müəyyən olunur ki, "xxxx" ASC İddiaçı baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması nəticəsində sağlamlığına dəymiş zərərə görə tam məsuliyyət daşıyır. Çünki, həmin Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Birinci instansiya məhkəməsi, cavabdehlərdən Cavabdeh4 İddiaçı sağlamlığına dəyən və onu əmək qabiliyyətindən məhrum edən zərərə görə məsuliyyətdən azad edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsi törədərkən, nəqliyyat vasitəsini qanuni əsaslarla, yəni Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyindən, nəqliyat vasitəsinin mülkiyyətçisi Cavabdeh4 onun törətmiş olduğu hüquq pozuntusunu görə məsuliyyət daşımır. Qanunverici yüksək təhlükə mənbəyinin sahibinin həmin yüksək təhlükə mənbəyinin vurmuş olduğu zərərə görə məsuliyyətdən azad edilməsini, yalnız yüksək təhlükə mənbəyinin digər şəxslərin qanuna zidd əməlləri nəticəsində onun sahibliyindən çıxmasını sübut etməsi ilə şərtləndirir. Yəni, Cavabdeh4 özünün mülkiyyətində olan “HOWO ZZ33İ7N3867V” markalı, 99- CZ-103 dövlət qeydiyyat nişanlı yük avtomobilinin törətmiş olduğu hüquq pozuntusu nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımaqdan yalnız o zaman azad ola bilərdi ki, həmin yük avtomobili Cavabdeh3 sahibliyinə üçüncü şəxslərin hansısa hüquqazidd əməli nəticəsində keçmiş olardı. Lakin məlum olduğu kimi, hazırkı halda Cavabdeh4, özünün mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hansısa üçüncü şəxsin qanuna zidd əməlləri nəticəsində sahibliyindən çıxmasını sübut etməmişdir. Cavabdeh4 öz mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin idarə edilməsi üçün Cavabdeh3 öz iradəsi ilə etibarnamə verməsi onu Cavabdeh3 törətdiyi qəza nəticəsində İddiaçı sağlamlığına vurulmuş ziyana görə məsuliyyətdən azad etmir. Çünki, Qanunverici birmənalı olaraq yüksək təhlükə mənbəyinin sahibinin yalnız həmin mənbəyin qanunazidd əməl nəticəsində onun sahibliyindən çıxması halında vurulmuş ziyana görə məsuliyyətdən azad edir. Hazırkı halda isə, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə sahiblik edən iki şəxs vardır - Cavabdeh4 həmin yük avtomobilinə mülkiyyətçi hüququ ilə sahiblik edir, Cavabdeh3 isə, bu avtomobilə istifadə hüququ ilə sahiblik edir. Bu səbəbdən də Cavabdeh4 da digər cavabdehlər kimi Cavabdeh3 onun mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığına vurulmuş ziyana görə tam maddi məsuliyyət daşıyır. Qətnamənin ləğv edilməsi üçün digər əsas odur ki, birinci instansiya məhkəməsi, İddiaçı sağlamlığına vurulmuş ziyana görə ödənilməli olan məbləğin həcmini müəyyən edərkən də səhvə yol vermişdir. Belə ki, iş materiallarında, İddiaçı "xxxx" ASC-nin Abşeron filialına müraciət edərək, işlədiyi son 2 ay ərzində ona köçürülmüş əmək haqqının məbləği barədə Arayış mövcuddur. Həmin arayış əsasında müəyyən edilmişdir ki, 2017-ci ilin avqust və sentyabr ayları üçün İddiaçı 1052 (bir min əlli iki) manat 28 qəpik məbləğində əmək haqqı köçürülmüşdür. Köçürülən əmək haqqının üzərinə məcburi tutmaları əlavə etməklə və alman məbləği 2 aya bölməklə - aşağıda göstərilən qaydada hesablama aparmaqla İddiaçı orta aylıq əmək haqqı məbləğini müəyyən etmək olar: 1052,28+14% gəlir vergisi+3% sosial tutma+0,5% işsizlikdən sıgorla: 2 - 618,2145 manat. Beləliklə, Fizuli Xudiyvə təqdim edilmiş bank çıxarışı əsasında aparılan təxmini hesablamalar əsasında İddiaçı orta aylıq əmək haqqının 618,2145 manat olduğu müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi işin nəticəsində maraqlı olan cavabdeh "xxxx" ASC-nin arayışını əsas götürərək iddiaçının aylıq qazancı barədə nəticəyə gəlmişdir. Halbuki, iş materiallarında daha mötəbər sübut növü olan "xxxx" ASC-nin Abşeron filialının son 2 ay ərzində İddiaçı köçürülmüş əmək haqqının məbləği barədə Arayış mövcuddur. Lakin bu arayış məlikəmə tərəfindən sübutlar toplusundan kənarda saxlanılmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin ödənilməli olan məbləğin həcmini təyin edərkən yol vermiş olduğu digər səhv İddiaçı orta aylıq əmək haqqının 50 %-i həcmində ödənişin təyin olunmasıdır. Birinci instansiya məhkəməsi, bununla bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı əmək qabiliyyətini 50% həcmində itirmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmırıq. Belə ki, iş materiallarında olan sənədlərdən məlumdur ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı İİİ qrup əlillik verilmişdir. Lakin biz, əlillik qrupunun verilməsinə səbəb olmuş əmək qabiliyyətinin 50 % itirilməsi meyarının İddiaçı ödənilməli olan ödənclərə tətbiq edilməsini əsassız sayırıq. Belə ki, İddiaçı xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verənədək sürücü işləmiş və kifayət qədər yüksək əmək haqqı almışdır. Lakin baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq əlil olması səbəbindən o, artıq əvvəlki kimi böyük şirkətlərdə sürücü işləyərək, həmin səviyyədə əmək haqqı ala bilmir. Belə ki, bu şirkətlər onun qəzada xəsarət alaraq əlillik almasını gördükdə İddiaçı işə qəbul etməkdən imtina edirlər. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq əlil olması səbəbindən İddiaçı faktiki olaraq öz qazancından tam məhrum olmuşdur. Bu səbəbdən də hesab edirik ki, İddiaçı sağlam vaxtı işlədiyi dövrdə əldə etdiyi qazancın 50 %-i həcmində deyil, 100 %-i həcmində ziyan ödənilməlidir. 26.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3305/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-921/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin "xxxx" ASC-yə münasibətdə qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixindən etibarən 5 il müddətində hər ay İddiaçı maaşının 50% həcmində, yəni 378,18 (üç yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Cavabdeh "xxxx" ASC apellyasiya şikayətinə etiraz və etiraza əlavə təqdim edərək, iddiaçının baş vermiş qəzanın istehsalat qəzası olmasına dair heç bir sübut təqdim etmədiyini, baş vermiş qəzanın “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 28 fevral 2000-ci il tarixli, 27 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi üçün əsas olmadığını bildirmiş, apellyasiya şikayətinin onlara münasibətdə təmin edilməməsini xahiş etmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 28.Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğvedilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 29.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli, 2(102)-3917/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3305/2021 nömrəli iş üzrə 10 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi, apellyasiya şikayəti və hazırkı apellyasiya mərhələsində təqdim etdikləri apellyasiya şikayətinə əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etdilər. 31.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə etiraz və etiraza əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, qeyd etmişdir ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uşota alınması Qaydalarının təsdiq edilməsi haqqında” 28 fevral 2000-ci il tarixli, 27 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, baş vermiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Həmin vaxtı cinayət hadisəsi baş vermişdir. Buna görə də, apellyasiya şikayəti təmin edilə bilməz. 32.Cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 33.Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 34.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 35.Maddələr 1096 və 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 36.Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 37.Maddə 1118.1 Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 38.Maddələr 1119.1-ci və 1119.3.Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 39.Maddə 195-ci maddəsinin “c” bəndi. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 40.Həmin Məcəllənin 239.1 və 239.2-ci maddələrinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 44.Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlığının istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirərkən həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin tələblərini nəzərə almamış və gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Əmək Məcəlləsinin 239.1-ci maddəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının sağlamlığını bilavasitə pozmuş şəxsi məsuliyyətdən tam kənarda qoyub, məsuliyyəti təqsirini müəyyən etmədiyi işəgötürənin üzərinə qoymaqla gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. 49.Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin: -1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, dəyən zərərin əvəzi ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir; -2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir; -3.2-ci bəndinə əsasən aylıq ödənclər zərər çəkmiş işçilərə istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 50.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. 51.Konstitusiya Məhkəməsinin müvafiq Qərarında əks olunan hüquqi mövqeyə görə ... əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. 52.Göründüyü kimi işəgötürənin işçiyə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürənin maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. 53.İddiaçı iddia tələblərinin qanuni əsası kimi “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarının 1.1 və 2.1-ci bəndlərinə əsaslanaraq 19 oktyabr 2017-ci il tarixdə onun xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin istehsalatda baş vermiş bədbəxt hadisə kimi nəzərə alınmaqla istehsalatda əmək xəsarəti nəticəsində itirdiyi sağlamlığının pozulması ilə bağlı xərclərin ödənilməsini xahiş edir. 54.Kollegiya qeyd edir ki, İddiaçı səhhətinə zərərin vurulmasında işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə cavabdeh "xxxx" ASC müvafiq maddi məsuliyyətə cəlb edilməli olacaqdır. Belə olan halda məhkəmənin müəyyən etməli olduğu məsələ bədbəxt hadisəsinin baş verməsinin məhz işəgötürən tərəfindən əmək mühafizəsi normalarının pozulması nəticəsi olub-olmadığından ibarətdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi hazırki işdə barəsində bəhs edilən yol-nəqliyyat hadisəsi, iddiaçıya az ağır xəsarətin yetirilməsi Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş verdiyi, onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu müəyyən edilmişdir. 55.Həmçinin iş materiallarından göründüyü kimi, İddiaçı 1800 manat məbləğində sığorta ödənişinin verilməsi müəyyən edilmiş, həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə onun hesabına köçürülmüşdür. Belə ki, sığorta hadisəsi hesab edilən yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş xəsarət az ağır xəsarət kimi müəyyən edildiyindən ona 18% miqdarında sığorta məbləğinin verilməsi qərara alınmışdır. 56.Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyət daşıdığından, hazırkı halda işəgötürənin təqsirli olması halı iş materialları ilə öz təsdiqini tapmır. 57.Kollegiya qeyd edir ki, iddiaçının xəsarət alması istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. 58.Belə ki, Azərbaycan Rsepublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilsmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: -təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, dəniz istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; -texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoqol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikrin dumanlanması səbəblərindən baş vermiş bədbəxt hadisələr. 59.Göründüyü kimi, iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində xəsarət alaraq, əmək qabiliyyətinin 50%-ni itirmişdir. 60.Kollegiya qeyd olunanlara əsasən apellyatorun baş vermiş hadisəni “istehsalatda baş verən bədbəxt hadisə” kimi qiymətləndirməsi ilə bağlı dəlilini əsassız hesab edir. 61.Buna görə də, məhkəmə haqlı olaraq cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. 62.Məhkəmə iddia tələblərinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə MM-nin 1108.1, 1118-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh3 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. 63.Belə ki, xx.xx.2018-ci il tarixli, KYP 117020 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, sürücü Cavabdeh3 Bakı-Quba-Dağıstan sərhədi yolunun 141-ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasına pozmuşdur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. 64.Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 65.Cavabdeh3 yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi işin mübahisələndirilməyən halıdır. 66.Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsini törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etdiyindən və həmin hadisənin törədilməsində təqsirli olduğundan, digər cavabdeh nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh4 qarşı iddia rədd etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. 67.Kollegiya apellyatorun apellyasiya şikayətinə əlavəsində olan dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, Cavabdeh3 mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olması, mülkiyyətçi Cavabdeh4 tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsi halları məhkəmə araşdırması zamanı müəyyən olunmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 68.Məhkəmə MM-nin 1119.1, 1119.3-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı pozulduğundan, ona itirdiyi ümumi əmək qabiliyyətinin (əmək qabiliyyətinin itirilməsi 50 faiz müəyyən olunmuşdur) dərəcəsində aylıq ödənişlər verilməlidir. Ödənişlərin həyata keçirilməsinin hesablanması İddiaçı əmək qabiliyyətinin itirildiyi təsdiq olunduğu gündən – xx.xx.2018-ci il tarixdən başlanmalıdır. 69.Məhkəmə iddiaçıya təyin edilmiş əlilliyin xx.xx.2023-cü il tarixədək müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən pulun tutulması məhz bu tarixədək həyata keçirilməlidir. Bu zaman Mülki Məcəllənin 1118.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya digər cavabdehlər tərəfindən verilmiş 1800 manat məbləğində sığorta ödənişi nəzərə alınmamalıdır. 70.Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzinin tutulmalı olduğu subyekt və zərərin əvəzinin hesablanması qaydası məhkəmə tərəfindən düzgün müəyyən edilsə də, iddiaçının orta aylıq qazancın (gəlirinin) nədə ifadə olduğu, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. 71.Məhkəmə kollegiyası tərəfindən bununla bağlı qeyri-müəyyənliyin aradan qaldırılması üçün mütəxəssis rəyi alınmışdır. 72.Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" MMC-nin mütəxəsisi X3 yazılı şərhində qeyd etdi ki, İddiaçı orta aylıq əmək haqqı bütün vergi və sosial ayırmalar daxil olmaqla 778,80 manat, ələ çatası məbləğ 691,55 manat təşkil edir. 73.Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(006)- 921/2020 saylı qətnaməsi İddiaçı orta aylıq əmək haqqı ilə bağlı hissədə dəyişdirilməli, orta aylıq əmək haqqı 778,80 manat miqdarında müəyyən edilməlidir. 74.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(006)-921/2020 saylı qətnaməsi İddiaçı orta aylıq əmək haqqı ilə bağlı hissədə dəyişdirilsin. Orta aylıq əmək haqqı 778,80 (yeddi yüz yetmiş səkkiz manat səksən qəpik) manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar