Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7200/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızının, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağının onun istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 2-ci Bünyadzadə küçəsi 10 saylı evin 3 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 ilə nikaha girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X6 adlı iki uşaqları var. Aralarında narazılıq olduğuna görə xx xxxxxx 2020-ci il tarixdə ayrılmışlar. O, cavabdehlə nikaha daxil olduqdan sonra Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilinə gəlin köçərək, özünə məxsus cehiz əşyaları da həmin mənzildə yerləşdirmişdir. O, həmin mənzildə cavabdehlə 2009-cu ildən 2019-cu ilin noyabr ayına kimi ər-arvad kimi birgə yaşayaraq ümurni təsərrüfat aparmışdır. Cavabdehlərlə münasibətləri pozulduğu üçün onu məcbur etmişlər ki, uşaqlarını da götürüb mənzildən çıxsın. Bir müddət atası evində yaşamış, uşaqların təhsil aldıqları məktəb Lökbatan qəsəbəsində olduğu üçün o, hər gün Korgöz qəsəbəsindən uşaqları məktəbə aparıb-gətirə bilmədiyindən məcbur olub Lökbatan qəsəbəsində kirayə ev tutub orada yaşayır. Ona məxsus əmlakları mübahisəli mənzildə olmaqla, həmin mənzil yeganə yaşayış yeridir. Sonradan, İddiaçı iddia tələbinin həcmini artıraraq, Cavabdeh2 cavabdehlər siyahısına əlavə edilərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilin istifadəsində olmuş və hal-hazırda əşyalarının yerləşdiyi otağına istifadə qaydalarının müəyyən edilməklə, həmin otağın onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcmini azaldaraq, istifadə hüququnun tanınması barədə hissəsini iddiadan çıxarmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağının onun istifadəsinə verilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilinin əşyalarının yerləşdiyi otağına köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-277/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxxxx 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 662 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər İH X3 tərəfindən verilmiş xx xxxxxx 1993-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 2-ci Bünyadzadə döngəsi 10 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh2 adına 4 saylı reyestr kitabının 470 saylı səhifəsində 966 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan 150 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 2-ci Bünyadzadə döngəsi 10 saylı evin 3 saylı mənzilində mülkiyətçi ilə yanaşı mülkiyyətçinin oğlu Cavabdeh1, gəlini İddiaçı, nəvələri S.Y.məmmədzadə və M.Y.Məmmədzadə qeydiyyatdadırlar. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 2-ci Bünyadzadə döngəsi 10 saylı evin 3 saylı mənzilə köçmüşlər. Birgə nikahlarından 2 uşaqları olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-277/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırki mübahisəli hüquq münasibəti iddiaçının mübahisəli mənzilə gəlin köçmüş olduğu xx xxxxxx 2009-cu il tarixdə yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmişdir. Ona görə də, hazırki mübahisənin həll edilməsi Mənzil Məcəlləsinin normaları ilə deyil, Mülki Məcəllənin normaları baxımından həll edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, hazırki iddia tələbi üzrə İddiaçı xx xxxxxx 2009-cu il tarixdə nikaha daxil olaraq keçmiş həyat yoldaşının anası olan Cavabdeh2 mülkiyyətində olanBakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilinə köçmüş və orada pasport qeydiyyata alındığından, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarılarına uyğun olaraq hazırki mübahisə üzrə onun istifadə hüququna malik olub-olmaması və qeyd olunan mənzilə köçməsi əsasının olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı xx xxxxxx 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını rəhbər tutaraq hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə, İddiaçı Cavabdeh2 digər ailə üzvü olmuş İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənizlində qeydiyyatda olsa da, o, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qazanmamışdır. Belə ki, iddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçi olan Cavabdeh2 arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta iddiaçının mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan Cavabdeh2 rəsmi razılığı olmuşdursa və o, həmin mənzildə bir müddət yaşamışdırsa belə, bu razılıq və faktiki yaşama özlüyündə iddiaçıya sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ və ya sonradan mənzilə köçüb yaşaması hüququnu qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, onun həmin mənzilə istifadə hüququ yaranmamışdır və hal-hazırda onun mübahisəli mənzilə köçürülməsi üçün əsas yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmiş, mövcud olmayan hüququ itirilmiş hesab etməklə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə çıxarmışdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana köçüb yaşamasına zəmin yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması və mənzilə köçməsi məqsədini daşımır. Əksinə, İddiaçı mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 10 saylı evin 3 saylı mənzilindən yeni ünvana köçüb getdikdən sonrayeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasənşəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Beləliklə,məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağının onun istifadəsinə verilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə, mənzildən istifadə qaydalarının müəyyən olunması, həmin mənzilin əşyalarının yerləşdiyi otağının onun istifadəsinə verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7200/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7200/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver