Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7200/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7200/2022 (Açar sözlər: öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri, 15 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İlk iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi” və qarşılıqlı iddia tələbi üzrə iddiaçı “Gilan" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İlk iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə öhdəliyin icra edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzili müqavilə ilə nəzərdə tutulmuş vaxtda istifadəsinə təhvil verilmədiyinə görə dəymiş 38.400,00 (otuz səkkiz min dörd yüz) manat mələğində maddi ziyanın, müqavilə üzrə mənzilin az olan 20,14 kv.m- ibarət sahəsinin əvəzi olaraq 20.654,79 (iyirmi min altı yüz əlli dörd manat, 79 qəpik) manat və dövlət büdcəsinə ödənilmiş 267,17 (iki yüz altmış yeddi manat, 17 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 59.054,79 (əlli doqquz min əlli dörd manat 79 qəpik) manat məbləğində pulun onun xeyrinə tutulması və istifadəsinə təhvil verilmiş 31 saylı mənzilin hazırkı pəncərlərinin 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVCdən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələrin dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İlk iddia tələbi üzrə İddiaçı ilə cavabdeh “X8" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında (cavabdeh “Gilan" Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 sentyabr 2011-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında) 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı Müqavilənin 1-ci bəndinə əsasən ünvan 2 ünvanda tikintisi həyata keçirildiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda ona satılmasından, onun isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun tərəfindən qrafika əsasən ödənilməsindən ibarət olmuşdur. Həmin Müqavilənin 2-ci bəndinə əsasən onun cavabdeh ilə tikintisi razılaşdığı yer, 23 mərtəbəli, 1 bloklu bina, "A" bloku 11-ci mərtəbə, 31 nömrəli mənzildə yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 195.000,00 (bir yüz doxsan beş) manat ümumi satış sahəsi 190,14 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olması nəzərdə tutulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, onunla Cavabdeh1 arasında bağlanmış Müqavilənin 2-ci bəndinə əsasən cavabdehlər 1 ədəd 4 (dörd) otaqlı ümumi sahəsi 190,14 kv.m-dən ibarət mənzil ona təhvil verilməli idi. Cavabdehlərin açarı ona təhvil vermiş olduğu mənzilin ümumi sahəsi isə 170 kv.m təşkil edir. Bu isə cavabdehlərin öhdəliyinin icrası üzrə verməli olduğu sahədən 20,14 kv.m azdır.Bu səbəbdən hesab edilir ki, cavabdehlər həmin Müqavilə üzrə verilməyən 20,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq hər bir kv.m üçün 195.000,00 manat/190, 14 kv.m x 1.025,56 (bir min iyirmi beş manat, 56 qəpik ) manat, kvadrata uyğun olaraq 20,14 kv.m x 1.025,56 (bir min iyirmi beş manat, 56 qəpik )=20.654,79 (iyirmi min altı yüz əlli dörd manat, 79 qəpik) manat olan məbləğində vəsaiti mənə geri ödəməlidir.Onunla Cavabdeh1 arasında (Cavabdeh2 13 sentyabr 2011-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında) 27 iyun 2012-ci il tarixdə bağlanmış GMPA-31/2012 saylı Müqavilənin 3.1 -ci bəndinə əsasən İcraçı yəni cavabdehlər Müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq A blokunda olan mənzili 30 dekabr 2013-cü il tarixədək tikib onun istifadəsinə verməli idi.Bununla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, cavabdehlər tərəfindən mənzil ona 2017-ci ilin dekabrında istifadəsinə verilmiş, cavabdehlərin Müqavilə üzrə nəzərdə tutulan öhdəliyinin icra etməməsi səbəbindən o ailəsi ilə birlikdə 4 il müddətdində kirayədə qalmaq məcburiyyətinə qalmışdır. Bunun nəticəsində 4 (dörd) il x2 (on iki) ay x hər ay 800,00 (səkkiz yüz) manat olmaqla ümumilikdə ona 38.400,00 (otuz səkkiz min dörd yüz) manat maddi ziyan dəymişdir. Bundan əlavə cavabdehlər tərəfindən istifadəsinə verilməli olan mənzil 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq ona təhvil verilməli idi. Lakin mənzil onun istifadəsinə pəncərələri keyfiyyətsiz PVC-dən hazırlanaraq, ona təhvil verilmişdir. Bununla bağlı cavabdehlərə dəfələrlə etmiş olduğu müraciətlər cavabsız qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərdən ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzili müqavilə ilə nəzərdə tutulmuş iddiaçıya vaxtında istifadəsinə təhvil verilməsinə görə dəymiş 43.230,00 (qırx üç min iki yüz otuz) manat mələğində maddi ziyanın, müqavilə üzrə mənzilin az olan 6,71 kv.mibarət sahəsinin əvəzi olaraq 6.881,50 (altı min səkkiz yüz səksən bir manat, 50 qəpik) manat, iddiaçının istifadəsinə təhvil verilmiş 31 saylı mənzilin hazırkı pəncərlərinin 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVC-dən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələri olan 8.500,00 (səkkiz min beş yüz) manat dəyərinin iddiaçıya ödənilməsi və dövlət büdcəsinə ödənilmiş 265,83 (iki yüz altmış beş manat, 83 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 36810 manat, sahə fərqindən yaranmış 2051 manat, dövlət rüsumu 207 manat olmaqla, ümumilikdə 39.068 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-nin etibarnaməsi əsasında Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında 27 iyun 2012-ci il tarixli, GMPA-31/2012 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi məbləği 195 000 (bir yüz doxsan beş min) manat müəyyən edilmiş və tərəflər bu barədə tam şəkildə razılığa gəlmişdir. Müqavilə şərtlərinə uyğun olaraq vətəndaş İddiaçı 50 000 (əlli min) manat ilkin ödəniş etdikdən sonra, ödəniş qrafikinə uyğun olaraq 36 ay ərzində hissə-hissə ödəyəcəyin öhdəsinə götürmüşdür. Vətəndaş tərəfindən ən son ödəniş 2014-cü ilin sentyabr ayında həyata keçirilmişdir. Artıq 7 (yeddi) ildən çoxdur ki, vətəndaş tərəfindən hər hansı ödəniş həyata keçirilmir və halhazırda müqavilə üzrə 36 810 (otuz doqquz min səkkiz yüz on) manat borcu vardır. Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının habelə, balkonların məhəccərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Mənzillərin sahəsinin hesablanması (əmsallaşdırılması) qaydası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07nömrəli qərarında daha açıq və aydın şəkildə göstərilmişdir. Həmin qərara görə mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Həmçinin, yaşayış binasında olan divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, mənzillərin sahəsi hesablanan zaman bayır və mənzilin daxilində olan divarlar, otaqların və digər istifadə yerlərinin ölçüsü plintuslar nəzərə alınmadan ölçülməlidir. Bununla yanaşı mənzillərin ümumi sahəsi hesablanan zaman balkon və terrasların sahələri - 0,3 azaltma əmsalı ilə hesablanmalıdır. Vətəndaş İddiaçı satılmış mənzil ünvan 3 ünvanında yerləşir. Bu ünvanda analoji mənzillərə ƏMDX-nin DƏDRX-i tərəfindən verilmiş çıxarışların sahəsi, bütün normalar və qaydalar nəzərə alınmaqla 193,2 kv.m. təşkil edir. Yəni vətəndaşa müqavilə üzrə öhdəliyindən daha artıq mənzil sahəsi Cəmiyyət tərəfindən təqdim edilmişdir. Vətəndaş isə ona 170 kv.m. mənzil sahəsi təqdim edildiyini iddia etməkdədir, bu isə həqiqətə uyğun deyildir. Əslində vətəndaşın Cəmiyyətimizə 2 kv.m.-lik sahə üzrə borcu yaranmışdır. Vətəndaşın ümumilikdə cəmiyyətə 39.068 manat borcu vardır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (Hakim: Gülnar Babazadə).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Həmin qətnamədən narazı qalan iddiaçı X4 və Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə ilkin iddia üzrə iddiaçının “müqavilə üzrə mənzilin az olan 6,71 kv.m-dən ibarət sahəsinin əvəzi olaraq 6.881,50 manat məbləğində vəsaitin ödənilməsi” hissəsinə münasibətdə iddiasının rədd edərkən qanuni səhv təfsir etməklə maddi hüquq normaların pozuntusuna yol verməklə yanlış hüquqi nəticəyə gəlmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən cavabdehlər 1 ədəd 4 otaqlı ümumi sahəsi 190,14 kv.m-dən ibarət mənzili iddiaçıya təhvil verməli idi. Mübahisənin həlli istiqamətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında iki sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli Ekspert rəyinə əsasən 1ci sual üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli yaşayış binasının, A bloku, 11-ci mərtəbə, 31 saylı mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici davarlar nəzərə alınmaqla) 190.14 kv.m müəyyən edilmiş, 2-ci sual üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli yaşayış binasının, A bloku, 11-ci mərtəbə, 31 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalam və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” qaydasının tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla həmin mənzilin ümumi sahəsi 183,43 kv.m və müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə iddiaçının iddiasının həmin tələbini rədd edərkən Azərbaycan Respublikası Şəhərsalam və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr2012-ci il tarixli “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” qaydasının tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinad etsə də, mübahisə edilən mənzil üzrə ümumi sahənin ekspert tərəfindən müəyyən edilmiş faktiki sahə üzrə (daxili arakəsmələr, şaxta və xarici davarlar nəzərə alınmaqla) 190.14 kv.m kimi götürmüşdür. Mənzillərin ümumi sahəsinin hesablanmasının müəyyən edilməsi ümumi faktiki sahənin ölçüləri ilə deyil, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndinin tələbləri nəzərə alınmaqla müəyyən olunur. Qaydalarının həmin bəndi nəzərə alınmaqla isə ekspert tərəfindən verilmiş rəyə əsasən mübahisəli mənzilin ümumi sahə 183,43 kv.m təşkil etmişdir. Bu isə cavabdehlərin öhdəliyinin icrası üzrə verməli olduğu sahədən 6,71 kv.m azdır. Bu isə cavabdeh tərəfindən öhdəliklərin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, ilkin iddia üzrə qarşı tərəf olan Cavabdeh2 MMC-nin məhkəməyə təqdim etmiş olduğu qarşılıqlı iddia ərizəsində mübahisəli mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” qaydasının tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq hesablanmalı olduğunu etiraf etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə ilkin iddia üzrə iddiaçının “istifadəsinə təhvil verilmiş 31 saylı mənzilin hazırkı pəncərlərinin 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVC-dən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələri olan 8.500,00 manat dəyərinin iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə iddiasını rədd edərkən tətbiq etməli olan maddi hüquq normasını tətbiq etməməklə maddi hüquq normasının pozuntusuna yol verməklə yanlış hüquqi nəticəyə gəlmişdir. Birinci instasiya məhkəməsi belə gənahətə gəlmişdir ki, iddiaçı mənzili təhvil alarkən bu halları görmüşvə ya görməli idi. Mənzili həmin pəncərələrlə birlikdə təhvil alması onun hazırda belə tələblə çıxış etmə imkanı vermir. Mübahisəli mənzil iddiaçıya hansı tarixdə təhvil verildiyi məhkəmə belə qətnaməsində iddiaçının digər tələbini rədd edərkən qeyd etmişdir ki, mübahisəli mənzilin nə zaman iddiaçıya təhvil verildiyi müəyyən olunmur, lakin iddiaçı həmin mənzilin 2017-ci il tarixdə, Cavabdeh2 MMC-nin nümayəndəsi isə 2016ci il tarixdə təhvil verildiyini qeyd edir. Mənzil iddiaçının istifadəsinə 2017-ci ilin sonunda təhvil verilsə də həmin qüsur təmir aparılan zaman müəyyən edilmiş həmin müddətdən etibarən iddiaçı tərəfdən cavabdehlərə qüsurun aradan qaldırılması məsələsi qaldırılmış cavadehlər isə həmin qüsuru aradan qaldıracaqları vədini vermişlər. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə ilkin iddia üzrə iddiaçının “ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzili müqavilə ilə mərtəbəsinin 31 saylı mənzili müqavilə ilə nəzərdə tutulmuş iddiaçıya vaxtında istifadəsinə təhvil verilməsinə görə dəymiş 43.230,00 manat mələğində maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə iddiasını rədd edərkən maddi hüquq normaların pozuntusuna yol verməklə yanlış hüquqi nəticəyə gəlmişdir. Birinci instasniya məhkəməsi qeyd etmişdir ki, mənzilin hansı vaxtda təhvil verilməsi məhkəmə zamanı sübuta yetirilməsə də ilkin iddiaçı mənzilin gec təhvil verildiyi vaxt ərzində kirayədə yaşaması, bununla əlaqədar ona ziyan dəyməsi və dəyən ziyanla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəməyə əldə çıxmış fayda ilə bağlı dəymiş ziyanın məbləğinə dair məhkəməyə lazımı sübutlar təqdim olunmuşdur. Həmin subutlardan olan "xxxx" MMC-nin 05 avqust 2022-ci iltarixli “X5”na əsasən iddiaçı 4 il ərizində yəni 2014-cü il üçün 9.870,00 manat, 2015-ci il üçün 10.440,00 manat, 2016-ci il üçün 11.040,00 manat və 2017-ci il üçün 11.880,00 manat qazanc əldə edə biləci öz təsdiqini tapmışdır. Digər tərəfdən, mənzil təhvil verilməsi öhdəliyi müqavilə üzrə ilkin iddia üzrə iddiaçının vəzifəsinə deyil, ilkin iddia üzrə cavabdehlərin vəzifəsinə daxil edilmişdir. Həmin mənzil isə cavabdehlər tərəfindən 30 dekabr 2013-cü il tarixdə ilkin iddia üzrə iddiaçıya təhvil verilməli idi. Bu halda isə mənzil məhz həmin tarixdə verilməsini sübut etmə yükü iddiaçının deyil, kimin vəzifəsinə öhdəlik daxil edilmişdirsə, həmin şəxsin üzərinə düşür. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında mübahisəli mənzilin 2016-cı il tarixdə təhvil verildiyini, bununlada öhdəliyin pozuntusu cavabdehin nümayəndəsi öz izahatı ilə təsdiq etmişdir.
9. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh2 MMC-nin etibarnaməsi əsasında Cavabdeh1 MMC ilə vətəndaş İddiaçıarasında 27 iyun 2012-ci il tarixli, GMPA-31/2012 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin ümumi məbləği 195 000 manat müəyyən edilmiş və tərəflər bu barədə tam şəkildə razılığa gəlmişdir. Müqavilə şərtlərinə uyğun olaraq vətəndaş İddiaçı 50 000 manat ilkin ödəniş etdikdən sonra, ödəniş qrafikinə uyğun olaraq 36 hissədə, hissəhissə ödəyəcəyin öhdəsinə götürmüşdür. Hal-hazırda müqavilə üzrə 36 810 manat borcu vardır. Şəhərsalma və Tikinti Məcəlləsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının habelə, balkonların məhəccərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Mənzillərin sahəsinin hesablanması (əmsallaşdırılması) qaydası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07nömrəli qərarında daha açıq və aydın şəkildə göstərilmişdir. Həmin qərara görə mənzillərin sahəsi bayır divarlarının daxilindən ölçülür. Həmçinin, yaşayış binasında olan divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, mənzillərin sahəsi hesablanan zaman bayır və mənzilin daxilində o la n divarlar, otaqların və digər istifadə yerlərinin ölçüsü plintuslar nəzərə alınmadan ölçülməlidir. Bununla yanaşı mənzillərin ümumi sahəsi hesablanan zaman balkon və terrasların sahələri - 0,3 azaltma əmsalı ilə hesablanmalıdır. Vətəndaş HüseynovAnar Məhərrəm oğluna satılmış mənzil: ünvan 4 ünvanında yerləşir. Bu ünvana aid mənzilə dair ƏMDX-nin DƏDRX-i tərəfindən verilmiş çıxarışın sahəsi, bütün normalar və qaydalar nəzərə alınmaqla 193,2 kv.m. təşkil edir. Yəni vətəndaşa müqavilə üzrə öhdəliyimizdən daha artıq mənzil sahəsi Cəmiyyətimiz tərəfindən təqdim edilmişdir. Əslində vətəndaşın Cəmiyyətimizə 2 kv.m.-lik sahə üzrə əlavə borcu yaranmışdır. Vətəndaşın ümumilikdə cəmiyyətimizə 39 068 manat borcu vardır. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh qeyd etmişdir ki, aramızda olan müqavilə 36 ay müddətinə bağlanılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, bizim aramızda bağlanmış müqavilənin müddəti olmamışdır. İddiaçı müqavilə üzrə icra etməli olduğu öhdəlik 36 hissəyə bölünmüş və onun üçün vaxt müəyyən edilməmişdir. Hazırda İddiaçı isə həmin vəziyyətdən öz xeyrinə yararlanmaq üçün pulu ödəməkdən imtina edir. Müqavilə üzrə öhdəlik onun tərəfindən pozulduğuhalda, yəni mənzilin pulunu tam ödəmədiyi halda, şirkətə qarşı öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı iddia irəli sürmüşdür. Halbuki aramızda olan müqavilədən də göründüyükimi həmin müqavilə üzrə öhdəliklər qarşılıqlı olmuşdur. Yəni İddiaçı mənzil üzrə pulu tam ödəməli idi ki, şirkət mənzili ona təhvil versin. Lakin Şirkətpul tam ödənilmədiyi halda İddiaçı güzəştə gedərək mənzili təmir etmək üçün ona icazə vermişdir. Bu gün İddiaçı öhədliklərini icra etmədiyi halda üstəlik sahə ilə bağlımübahisə açmışdır. Təqdim edilmiş arayışdan da göründüyü kimi İddiaçı mənzil 2014cü ildə təhvil verilmişdir. İddiaçı tərəfindən isə mənzilin sahəsi ilə bağlı mübahisə 2022-ci ildə məhkəmədə qaldırılmışdır. Beləliklə İddiaçı daşınmaz əmlakla bağlı mübahisə qaldırmaq üçün 6 illik iddia müddətini də ötürmüşdür. Eyni zamanda nəzərə alsaq ki, aramızda podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur, bu halda da iddiaçı binaya dair etirazlarını irəli sürmək üçün iddia müddətini ötürmüşdür. AR Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. KOMTEC ödəniş sistemində İddiaçı məxsus ödənişlərin tam siyahısını vaxtını təyin etmək mümkün olmamışdır. Ödəyici kodu: 100309, bu məsələ müvafiq qaydada araşdırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin vəkili Z.Quliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.
11. Kollegiya iclasının vaxtı və yeri barədə ilkin iddiaçıya və Cavabdeh1 MMC-yə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
15. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
16. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;
17. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
18. 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
19. 752.3-cü maddəsinə əsasən, podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
20. 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
24. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
26. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. İş materiallarında olan Cavabdeh2 MMC-nin etibarnaməsi əsasında Cavabdeh1 MMC ilə vətəndaş İddiaçı arasında 27 iyun 2012-ci il tarixli, GMPA-31/2012 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 MMC-nin Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı, 1 bloklu bina, “A” bloku, 11-ci mərtəbə, 31 saylı mənzili (190.14 m2, 1 ədəd 4 otaq) İddiaçı satır, satıcı inşa etdiyi binanı xx.xx.2013-cü il tarixədək təhvil verməyi, alıcı isə 195.000 manat ödəməyi öz öhdəsinə götürür.
31. İş materiallarında olan pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MMC-ə və Cavabdeh2 MMC-ə istifadəsi və mülkiyyətində olan mənzilin tərəflərindən gec verilməsi səbəbindən kirayədə qaldığından ona dəyən maddi ziyanın, mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulduğundan az olması və keyfiyyətsiz pəncərələrin quraşdırılması ilə əlaqədar ona dəyən ziyanın 5 iş günü ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir.
32. İş materiallarında olan 2 saylı əlavədən görünür ki, tərəflər arssındakı razılaşmaya əsasn mübahisəli mənzillə bağlı alıcı sonuncu ay 3950 manat olmaqla 36 ay müddətinə hər ay 4030 manat ödəniş etməyi öz üzərinə götürmüşdür.
33. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı X8 MMC-yə xx.xx.2012-ci il tarixdə 50.000 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 4030 manat, xx.xx.2012-ci il tarixdə 1200 manat, xx.xx.2012-ci il tarixdə 2850 manat, xx.xx.2012-ci il tarixdə 4350 manat, xx.xx.2012-ci il tarixdə 52.390 manat, xx.xx.2014-cü il tarixdə 4030 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4030 manat, xx.xx.2014-cü i tarixdə 4050 manat, xx.xx.2014cü il tarixdə 4000 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat, xx.xx.2014-cü il tarixdə 4050 manat məbləğində ödənişlər etmişdir.
34. İş materiallarında olan “X1” MMC-nin xx.xx.2022-ci il tarixli X5nda qeyd olunur ki, 2013 və 2017-ci illərdə Mənzilin Bakı şəhəri Ə.Ələkbərov küçəsi 89, 31 saylı orta təmirli mənzili üzrə zonaya görə anoloji mənzilə uyğun aylıq kirayə haqqı məbləği 800-900 manat müəyyən edilir.
35. İş materialarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1862 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzilin ümumi sahəsi 190.14 kv.metr təşkil edir. (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərər alınmaqla həmin mənzilin ümumi sahəsi 183.43 m2 təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
36. Kollegiya qeyd edilənləri nəzərə alıb vurğulayır ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2012-ci il tarixli, GMPA-31/2012 saylı podrat müqaviləsi üzrə ilkin iddia tələbi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmamışdır. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi ilə üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 190.14 kv.metr müəyyən edilmişdir. Cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzili təhvil vermişdir.
37. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan-binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
38. Kollegiya qeyd olunan maddi hüquq normalarının tələblərinə, işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən hesab edir ki, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
39. Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilkin iddia tələbi üzrə Cavabdeh1 MMC-ya qarşı müqavilə üzrə mənzilin az olan 6,71 kv.m-ibarət sahəsinin əvəzi olaraq 6.881,50 manat məbləğində pul tələbi hissəsinə münasibətdə müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahə üst-üstə düşdüyündən iddia tələbinin bu hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
40. Kollegiya ilkin iddia tələbinin və apellyasiya şikayətinin mənzilin vaxtında istifadəyə təhvil verilməməsinə görə dəymiş 43.230,00 manat məbləğində maddi ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, mənzilin hansı vaxtda təhvil verilməsi iş materiallarına əsasən sübuta yetirilməsə də ilkin iddiaçı mənzilin gec təhvil verildiyi vaxt ərzində kirayədə yaşaması, bununla əlaqədar ona ziyan dəyməsi və dəyən ziyanla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materiallarında aşkar edilməmişdir.
41. Kollegiya ilkin iddianın və apellyasiya şikayətinin mənzilin hazırkı pəncərlərinin 27 iyun 2012-ci il tarixli müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulmuş yəni çərçivələri keyfiyyətli və estetik görünüşə malik PVC-dən hazırlanmış və iki qat şüşə ilə əhatə olunmuş pəncərələr ilə əvəzlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadığı halda həmin pəncərələri olan 8.500,00 manat dəyərinin iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı mənzili təhvil alarkən bu halları görmüş və ya görməli idi. Mənzili həmin pəncərələrlə birlikdə təhvil alması onun hazırda belə tələblə çıxış etmə imkanı vermir.
42. Kollegiya qarşılıqlı iddia ərizəsinə və cavabdehin apellyasiya şikayətinə münasibətdə bildirir ki, "xxxx" MMC cavabdeh İddiaçı satmış olduğu ünvan 1 ünvanda yerləşən 23 mərtəbəli binanın "A" bloklunun 11-ci mərtəbəsinin 31 saylı mənzilin mənzilin 193,2 kv.m. sahəsi olduğunu iddia etsə də mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsindən üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 190.14 kv.metr müəyyən edilmişdir. Odur ki, "xxxx" MMC sahə fərqindən yaranmış 2051 manat pulu tələb etməsinə dair iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
43. Kollegiya qarşılıqlı iddia ərizəsinin müqavilə üzrə ödənilməmiş 36810 manat məbləğində borcu ilə bağlı aşağıdakıları qeyd edir: iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən olunmuşdur ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 27 iyun 2012-ci il tarixli müqavilə üzrə ümumilikdə 155190 manat ödəniş edilmişdir. Göründüyü kimi müqavilə üzrə mənzilin dəyəri tam ödənilməmişdir. Belə olduğu halda, qarşılıqlı iddia ərizəsi müqavilə üzrə borc tələbi hissəsində iddia tələbini əsaslı olsa da, kollegiya bildirir ki, ilk iddia üzrə iddiaçı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan və ödəniş qəbzlərindən də görünür ki, ilkin iddia üzrə İddiaçı 7 ildən artıq müddətdir ki, müqavilə üzrə hər hansı ödəniş etməmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər.
45. Yuxarıda qeyd edilən normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
46. Mülki Məcəllənin 377.1.-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
47. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vaxtaşırı ödəmələr üzrə 3 (üç) illik iddia müddəti keçdiyindən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı müqavilə üzrə 36810 manat pul vəsaitin tutulması barədə iddiasının rədd edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
48. Kollegiya ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, ilkin iddia tələbləri əsassız olduğundan iddia müddətinin tətbiqi barədə ərizənin tətbiq edilməməsinə dair məhkəmənin mövqeyi əsaslı olmuşdur.
49. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
50. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, KOMTEC ödəniş sistemində İddiaçı məxsus ödənişlərin tam siyahısını vaxtını təyin etmək mümkün olmamışdır. Ödəyici kodu: 100309, bu məsələ müvafiq qaydada araşdırılmalıdır.
51. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının ödənişlərini təsdiq edən ödəniş qəbzləri iş materiallarına əlavə edildiyindən, kollegiya ödənişin sistem vasitəsilə araşdırılmasına zərurət görməmişdir. Cavabdeh qeyd edilən məsələnin müvafiq qaydada araşdıırlmasını bildirsə də, nümayəndəsi kollegiya iclasında verdiyi izahatında buna aydınlıq gətirə bilməmişdir. Bu səbəbdən də, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.
52. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələblərinin təmin edilməməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirlmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
55. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev