Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7202/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı “Xalq Bank ASC-nin nümayəndəsi və vəkili X4, üçüncü şəxs «X3» Firması MMC-nin vəkili X5 iştirakı ilə, İddiaçı “Xalq Bank ASC-nin Cavabdeh1 Cavabdeh2 qarşı”ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqaında” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(004)-45/2019 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs “X3” Firması MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Xalq» Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs «X3» Firması MMC-yə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 25.08.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənziliə ("1-ci Əmlak”) və 31.07.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2-ci Əmlak”) tutmanın yönəldilməsi və 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X3” Firması-in iddiaçı ASC "Xalq” Bankı qarşısında 410000 (dörd yüz on min) manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 05.05.2017-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 19816,67 (on doqquz min səkkiz yüz on altı manat 67 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 05.05.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 53828,67 (əlli üç min səkkiz yüz iyirmi səkkiz manat 67 qəpik) manat məbləğində penya, cəmi 483645,34 (dörd yüz səksən üç min altı yüz qırx beş manat 34 qəpik) manat və 05.05.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka predmetlərinin müvafiq İpoteka müqavilələrinin 2,1-ci bəndində qeyd olunmuş dəyərləri məbləğində - 1-ci Əmlak üzrə 95000 (doxsan beş min) manat və 2-ci Əmlak üzrə 700000 (yeddi yüz min) manat məbləğində olan qiymətlərlə təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «Xalq» Bankın nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1ci Əmlak”) və 31.07.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2- ci Əmlak”) tutmanın yönəldilməsi, 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X3” Firmasının iddiaçı ASC “Xalq” Bankı qarşısında 410000 manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 24.09.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 42708,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 10.04.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 111057,84 manat məbləğində penya, cəmi 563766,17 manat və 10.04.2018ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq” Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan dövrdə iddiaçı ASC «Xalq» Bankın nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1-ci Əmlak”) və 31.07.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2-ci Əmlak”) tutmanın yönəldilməsi və 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X3” Firmasının iddiaçı ASC “Xalq” Bankı qarşısında 410000 manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 24.09.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 53915 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 24.09.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 139074,51 manat məbləğində penya, cəmi 602989,51 manat və 24.09.2018-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı AsC "Xalq” Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ASC «Xalq» Bankın nümayəndəsi iddia tələbinin birinci bəndinin həcminin artırılmasına dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə ("1ci Əmlak”) və 31.07.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına (Qennadı sexi) ("2ci Əmlak”) tutmanın yönəldilməsi və 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan "X3” Firması-in iddiaçı ASC “Xalq” Bankı qarşısında 410000 manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanmış 84.118,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 16.12.2019-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 214582,84 manat məbləğində penya, cəmi 708701,17 manat və 16.12.2019-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6 % (altı faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "Xalq” Bankının xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(004)- 45/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 25.08.2009-cu il tarixli 004003/0059/09/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilə və 31.07.2009-cu il tarixli 004003/0043/09/10 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasına tutmanın yönəldilməsi,ipoteka predmetlərinin açıq hərracda satılmaları və əldə olunmuş vəsait hesabına 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi (Kredit müqaviləsinə 25.08.2009cu il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) üzrə borc alan “X3” Firmasının iddiaçı qarşısında 410000 (dörd yüz on min) manat məbləğində əsas borcu, 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 70097 (yetmiş min doxsan yeddi) manat məbləğində zərər (əldən çıxmış fayda), 25000 (iyirmi beş min) manat məbləğində penya, cəmi 505097 (beş yüz beş min doxsan yeddi) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 60 (altmış) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 26 (iyirmi altı) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması,ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin ilkin satış məbləği 95000 (doxsan beş min) manat, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının ilkin satış məbləğinin 750000 (yeddi yüz əlli min) manat müəyyən edilməsi,ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti müvafiq olaraq, Cavabdeh1 və Cavabdeh2 verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.70 %-i, yəni 8 (səkkiz) manat 60 (altmış) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 71.30 %-i, yəni 21 (iyirmi bir) manat 40 (on) qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ASC «Xalq» Banka ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 550 (beş yüz əlli) manat ekspertiza xərcinin 28.70 %-i, yəni 158 (bir yüz əlli səkkiz) manatı iddiaçıdan, qalan 71.30 %-i, yəni 392 (üç yüz doxsan iki) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs «X3» Firması MMC apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilmiş əsas borcun və faiz borcunun məbləği həddindən artıq yüksəkdir və iddia məbləği reallığı əks etdirmir. Məhkəmə də bunu nəzərə almayaraq işə birtərəfli yanaşmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş üçüncü şəxsə münasibətdə əsas və faiz borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. İddiaçı və cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 31.07.2009-cu il tarixli **********09 №-li Kredit müqaviləsi ilə iddiaçı tərəfindən borc alan “X3” Firmasına 60 ay müddətinə, illik 7 % ödəmək şərtilə 3.000.000 manat məbləğində kredit verilmişdir.31.07.2009-cu il tarixli **********09 saylı kredit müqaviləsinə 25.08.2009-cu il tarixli 01 saylı Əlavə sazişdən görünür ki, kredit müqaviləsinin 1.5ci bəndinə: "1.5. Bu müqavilə üzrə Borc alanın öhdəliklərinin icrasının təminatı qismində, 31.07.2009-cu il tarixli 004003/0043/09/10 saylı, 31.07.2009-cu il tarixli 004003/0042/09/10 saylı, 25.08.2009-cu il tarixli 004003/0059/09/09 saylı, 25.08.2009-cu il tarixli 004003/0060/09/09 saylı, 25.08.2009-cu il tarixli 004003/0061/09/09 saylı ipoteka müqavilələrində göstərilmiş əmlakın ipotekası çıxış edir” kimi redaksiya verilmişdir.25.08.2009-cu il tarixli, 004003/0059/09/09 №-li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzili ASC «Xalq» Banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsasən ipoteka predmetinin dəyəri 95000 manat məbləğində müəyyən edilmişdir.31.07.2009-cu il tarixli, 004003/0043/09/10 №-li İpoteka müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasını ASC «Xalq» Banka ipotekaya qoymuşdur. Həmin müqavilənin 2.1ci bəndinə əsasən 22.07.2009-cu il tarixli "Expert-Audit” MMC tərəfindən Əmlakın Qiymətləndirilməsi Barədə Hesabata əsasən ipoteka predmetinin dəyəri 700.000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13969 nömrəli, 12.06.2018-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X3» Firmasının ASC “Xalq” Bankına 30.07.2014-cü il tarixə əsas borcu 787746,89 manat, faiz borcu 9190,38 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27922 nömrəli, 23.05.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X3» Firmasının ASC “Xalq” Bankına 30.07.2014-cü il tarixə əsas borcu 787746,89 manat, faiz borcu 9190,38 manat; 15.07.2016-cı il tarixə əsas borcu 0,00 manat, faiz borcu 0,00 manat, artıq ödəniş isə 190496,91 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17901 nömrəli, 18.11.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə «X3» Firmasının ASC “Xalq” Bankına 30.07.2014-cü il tarixə əsas borcu 1.031.418,81 manat, faiz borcu 15394,21 manat, cərimə borcu 22709,97 manat; 05.05.2017-ci il tarixə əsas borcu 410 000 manat, faiz borcu 19816,67 manat, cərimə borcu 53828,67 manat təşkil edir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2020-ci il tarixli 9/2088 saylı ekspert rəyinə əsasən, 17 dekabr 2019cu il tarixə (qətnamə qəbul olunan tarixə) “X3” Firmasının banka olan əsas borcu 410.000 manat, faiz borcu 84.118,33 manat, cərimə borcu 214.852.84 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 106/E nömrəli, 06.08.2018-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində istifadədə olan 0,0764 ha torpaq sahəsində yerləşən 30a nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 59 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 5 nömrəli mənzilin bazar dəyəri 95000 (doxsan beş min) manat, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsində yerləşən 0,35825ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1542,6 kv.m ümumi, 1217,3 kv.m əsas, 325,3 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 20 nömrəli qeyri yaşayış binasının bazar dəyəri 750000 (yeddi yüz əlli min) manat təşkil edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, borcalan isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın borcun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17901 nömrəli, 18.11.2019-cu il tarixli ekspert rəyiəsaslanaraq əsas borcu müyyən etmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş rəydə də, əsas borcun məbləği həmin məbləğdə, yəni, 410.000 manat məbləğində müəyyn edilmişdir. Kollegiya apellyasiya şikayətinin faiz borcunun tutulması hissəsində qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən faiz borcunun tutulmasını tələb etməmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Kollegiya qeyd edir ki, apellyator tərəfindən cərimə borcu mübahisələndirilməsə də, iddia tələbinə həmin hissədə qiymət verilməsini zəruri hesab etmişdir. Göründüyü kimi apellyatorun dəlilləri formal xarakter daşıyır və apellyatorun mülahizələrinə əsaslanır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat təşkil etdiyindən, həmin məbləğ üçüncü şəxs “X3” Firması MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli qərarında özünün mövqeyi kimi qeyd etdiklərinə münasibət bildirməyi zəruri hesab edir: Ali Məhkəmənin Mülki Kollegiyası qeyd edir ki, “İş msateriallarından görünür ki, 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcun, faiuzlərin və cərimənin müəyyənləşdirilməsi üçün dörd dəfə ekspertiza keçirilmişdir. 12.06.2018-ci il tarixli ekspert rəyində əsas borc 787746,89 manat, faiz borcu 9190,38 manat, 18.11.2019-cu il tarixli ekspert rəyində əsas borc 410 000 manat, faiz borcu 19816,67 manat, cərimə borcu 53828,67 manat, 19 avqust 2020-ci il tarixli ekspert rəyində əsas borcu 410.000 manat, faiz borcu 84.118,33 manat, cərimə borcu 214.852.84 manat müəyyən edilmişdir. Bundan başqa 23.05.2019-cu il tarixli ekspert rəyi ilə «X3» Firması MMC-nin ASC “Xalq” Bankına borcunun olmadığı və 190496,91 manat məbləğində artıq ödəməsinin olduğu müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə keçirilmiş ekspertizalarla əsas borcun, faiz borcunun və cərimənin məbləğləri arasında kəskin fərqlər mövcuddur və bu rəylərdən biri ilə «X3» Firması MMC-nin 31.07.2009-cu il tarixli kredit müqaviləsi üzrə ümumiyyətlə borcunun olmadığı və borcdan artıq məbləğdə ödəmələrin edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertizaların nəticələri arasındaki bu ziddiyyətə hüquqi qiymət verməmiş, həmin ziddiyyətin səbəblərini araşdırmamış və hansı əsasa görə qəbul etdiyi qətnaməni iş üzrə keçirilmiş sonuncu ekspertizaya (19 avqust 2020-ci il tarixli ekspert rəyinə) istinadla əsaslandırdığını göstərməmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyləri arasında fərqlərin olması nəzərə çarpsa da, bunun səbəbi rəylərin özündə əks olunduğuna görə aydın və başa düşüləndir.. Belə ki, 12 iyun 2018-ci il tarixli rəydə ekspert belə nəticəyə gəlmişdir ki, "xxxx" ASC ilə cavabdeh “X3” Firması arasında bağlanmış 31 iyul 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “X3” Firmasının "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən, 30 iyul 2014-cü il tarixə əsas borc üzrə-------------------- 787746, 89 manat, faiz borcu üzrə-------------------9190,38 manat. Rəydə həmçinin qeyd olunur ki, “məhkəmənin 26 aprel 2018-ci il tarixli qərardadında ekspertiza qarşısında qoyulmuş sualda "xxxx" Firmasının banka olan borcun 30.07.2014-cü il tarixinə soruşulduğundan hazırkı ekspertiza tədqiqatı ilə 30.07. 2014-cü il tarixdən sonrakı 1.062.000.00 manat məbləğində ödənişlər nəzərə alınmadı” (bax: ikinci cild. s. 264-265) 23 may 2019-cu il tarixli rydə qeyd olunur ki, “ iş materiallarında olan hesabdan çıxarış və 31.07.2009-cu il tarixli **********09 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “X3” Firması”nın "xxxx" ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: 30 iyul 2014-cü il tarixə əsas borc üzrə-------------------- 787.746, 89 manat, faiz borcu üzrə-------------------9190,38 manat. 15 iyul 2016-cü il tarixə əsas borc üzrə-------------------- 0,00 manat, faiz borcu üzrə-------------------0,00 manat artıq ödəniş ----------------------190.496,92 manat (bax:ikinci cild s. 311). 18 noyabr 2019-cu il tarixli üçüncü ekspert rəyi Yasamal rayon məhkəməsindən ekspertizaya təqdim olunmuş yeni məlumatlar əsasında aparılmışdır. Rəydə qeyd olunur ki, “Məhkəmə Ekspertizsası Mərkəzinə 06 noyabr 2019-cu il tarixdöə Yasamal rayon Məhkəməsindən daxil oilmuş 04 noyabr 2019-cu il tarixli məktubla rəy verilərkən nəzərə alınması üçün Azərbaycan Respublikası Sahibkarlıq Fondunun ASC "xxxx"-a ünvanladığı 25.10.2019-cu il tarixli məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2018-ci il tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindəb istifadə Qaydasının 1.5-ci bəndinə uyğun olaraq “X3” Firmasının investisiya layihələrinin müəyyənləşdirilməsi üçün ASC "xxxx" vasitəsilə 29.07.2009-cu il tarixinə ayrılmış 3.000.000 manat güzəştli kredit vəsaiti üzrə əsas borc 25.07.2014-cü il, faiz borcu 25.09.2014-cü il tarixində bank tərəfindən tam şəkildə ödənilmişdir. 31 iyul 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsinin qeyd olunsan şərtləri, həmçinin Azərbaycan Respublikasının Sahibkarlıq Fondunun ASC "xxxx"-a ünvanladığı 25.10.2019-cu il tarixli məktubu nəzərə alınmaqla hazırkı ekspertiza tədqiqatı ilə iş materiallarında olan hesabdan çıxarışlar üzrə cavabdeh “X3” Firmasının iddiaçı "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 30 iyul 2014-cü il tarixə əsas borc üzrə-------------------- 1. 031. 418, 81 manat, faiz borcu üzrə-------------------15.394,21 manat, cərimə üzrə----------------------22.709,97 manat 05 may 2017-ci il tarixə əsas borc üzrə-------------------- 410.000, 00 manat, faiz borcu üzrə-------------------19.816,67 ,38 manat. cərimə üzrə----------------------53.828,67 manat (bax: ikinci cild. s. 388-390). Beləlilklə ekspert tərəfindən yeni daxil olmuş məlumat əsasında tədqiqat aparılmış və əvvəlki rəylər ilə üçüncü rəy arasında fərq yaranmışdır. Nəhayət 19 avqust 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “ 31 iyul 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" Firmasının "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 30 iyul 2014-cü il tarixə əsas borc üzrə-------------------- 1. 031. 418, 81 manat, faiz borcu üzrə-------------------15.394,21 manat, cərimə üzrə----------------------22.709,97 manat 05 may 2019-ci il tarixə əsas borc üzrə-------------------- 410.000, 00 manat, faiz borcu üzrə-------------------84.118 ,33 manat. cərimə üzrə----------------------214.852,84 manat (bax: üçüncü cild s. 270). Həmin rəy ilə də müəuyyən edilir ki, ekspertin 31 iyul 2014-cü il tarixə müəyyən etdiyi əsas borc, faiz borcu və cərimənin məbləği əvvəlki 18 noyabr 2019-cu iul tarixli rəydən fərqlənmir. Rəydə 17 dekabr 2019-cu tarixə hesablanmış əsas borc arasında fərq olmasa da, faiz borcu və cərimə üzrə məbləğin artımı müşayiət olunur. Bu da 05 may 2017-ci ildən 17 dekabr 2019-cu ilə kimi müəyyən zamanın ötməsi ötməsi, faiz və cərimə üzrə borcun zamana görə artması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “X3” Firmasından "xxxx" ASC-nin xeyrinə borcu tutarkən ekspertin sonuncu rəyini (19 avqust 2020-ci il tarixli) əsas götürməmişdir. Belə ki, sonuncu ekspertiza apellyasiya məhkəməsi tərəfindən, üçüncü ekspertiza birinci instansiya məhkəməsi tərəfindən keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla əslində 18 noyabr 2019-cu il tarixdə keçirilmiş ekspert rəyi ilə razılaşmışdır. Bir daha qeyd olunmalıdır ki, həm 18 noyabr 2019-cu il tarixli, həm də 19 avqust 2020-ci il tarixdə keçirilmiş ekspert rəylərində əsas borcun məbləği 410.000,00 manat müəyyən edilməklə bu məbləğdə heç bir fərq və ziddiyyət yoxdur. Məhkəmə ekspert rəylərindən yalnız əsas borcun məbləği ilə bağlı məbləğə istinad etmişdir. Faiz və cərimə ilə bağlı məbləğlər məhkəmə tərəfindən müəyyən edilmişdir. Ali Məhkəmənin mülki kollegiyasının qərarında həmçinin qeyd olunur ki, “iddiaçı iddia tələbində verilmiş kredit üzrə faizləri deyil müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi ilə hesablanan əldən çıxmış faydanı tələb etdiyi halda verilmiş ekspert rəylərində kredit müqaviləsi üzrə faiz borcu hesablanmış, əldən çıxmış fayda ilə bağlı heç bir araşdırma aparılmamış və müvafiq rəy verilməmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 6 faiz dərəcəsi ilə hesablanmış 84.118,33 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 214.582,84 manat məbləğində peniyanın “X3” Firmsasından tutulmasını tələb etsə də, birinci instansiya məhkəməsi “X3” Firmasından 410000 (dörd yüz on min) manat məbləğində əsas borc, 15.07.2016-cı il tarixdən 16.12.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 70097 (yetmiş min doxsan yeddi) manat məbləğində zərər (əldən çıxmış fayda), 25000 (iyirmi beş min) manat məbləğində penya, cəmi 505097 (beş yüz beş min doxsan yeddi) manat məbləğində pul vəsaiti tutulmasını qət etmişdir. Bu isə əldən çıxmış fayda ilə bağlı birinci instansiya məhkəməsində araşdırmanın aparılmasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qərar qəbuıl edilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxs «X3» Firması MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs «X3» Firması MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli, 2(004)-45/2019 nömrəli qətnaməsi cavabdeh «X3» Firması MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat üçüncü şəxs «X3» Firması MMC tutularaq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7202/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7202/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver