Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7205/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh28-nın nümayəndəsi X6, Cavabdeh10 və nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9232/2016 saylı, 13 oktyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh10 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti məhkəmədə Cavabdeh10 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə, M.H.ünvan 1 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh6, Cavabdeh9, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15, Cavabdeh20 və Cavabdeh26 ünvan 2 ünvanda yerləşən mənzillərin sahibləri Sevda Xələfova, ünvan 3 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh10 və Dilşad Yəhyazadənin yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri, cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının Cavabdeh28 tərəfindən cavabdehlərə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh26 isə məhkəmədə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia verərək, ünvan 4 ünvanda yerləşən evin mənzil olmaması, fərdi yaşayış evinin xüsusi mülkiyyətində olması səbəbilə ona 104 kv.metr olan tikilinin hər kv.metrinə görə 3.500 manat məbləğin verilməsi, qanuni mülkiyyətində olan evin tikinti altındakı 96,7 kv.metrdən ibarət torpaq sahəsinin mövcud bazar qiymətləri əsasında hər kv.metrinə görə 2.500 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.F.Babayev, iş № (004)-9232/2016) ilk iddia təmin, qarşılıqlı iddia rədd olunaraq, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə, M.H.ünvan 1 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh6, Cavabdeh9, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15, Cavabdeh20 və Cavabdeh26, ünvan 2 ünvanda yerləşən mənzillərin sahibləri Sevda Xələfova, ünvan 3 ünvanlarda yerləşən mənzillərin sahibləri Cavabdeh10 və Dilşad Yəhyazadənin yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri, cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayədə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının Cavabdeh28 tərəfindən cavabdehlərə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh26, Sevda Xələfova, Cavabdeh15, Cavabdeh14 və Dilşad Yəhyazadə qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qərardadı ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, C.İ.Səfiyeva və N.Ş.Cəfərov, iş N 2(103)-6774/2017) iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh20 və Cavabdeh17 qarşı iddia tələblərindən imtinası qəbul edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi onlara aid hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdehlər Cavabdeh26, Sevda Xələfova, Cavabdeh15, Cavabdeh14 və Dilşad Yəhyazadəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh26 və Cavabdeh15 qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev-sədrlik edən və məruzəçi, Q.Allahverdiyev və İ.Xələfov) kasasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 04 mart 2020-ci il tarixdə Cavabdeh10 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətini almış və 07 aprel 2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir İşin halları: İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu yaşayış binaları qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olduğundan müvafiq rəylər, o cümlədən sakinlərin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarı ilə müəyyən edilən siyahıya salınmışdır. Bundan sonra, həmin ünvanda yerləşən binalara Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təhkim olunmuş mütəxəssislər tərəfindən baxış keçirilmiş, sakinləıiə danışıq aparılmışdır. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyi "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutu tərəfindən 02 may 2016-cı il tarixdə akt tərtib edilərək, binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, sakinlərin təcili olaraq binadan çıxarılması, binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması kimi tədbirlərin yerinə yetirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli müvafiq qərarını nəzərə alaraq Bakı Şəhəri, Yasamal rayonu C.Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən qəzalı binalarda, o cümlədən M.H.ünvan 6 ünvanda yerləşən binada, onun ətrafındakı binalarda yaşayan sakinlərin köçürülməsi, həmin binaların sökülməsi planlaşdırılmışdır. Qeyd olunan Qərarın icrası və məqsədinə nail olunması üçün bütün imkanlara malik olmasını, zəmanətlərini, uyğun təklifini nəzərə alaraq Cavabdeh28 ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 05 may 2016-cı il tarixli müqavilə bağlanılmışdır. Bıı müqaviləyə Cavabdeh28 Yasamal rayonu ünvan 7 ünvanında binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla, tikintisi üçün Nazirlər Kabinetinin Qərarında müəyyənləşdirilmiş öhdəlikləri yerinə yetirir və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina - yaşayış binaların və qeyri-yaşayış obyektlərinin - layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazə verilir. Bununla da Cavabdeh28 Bakı şəhəri Yasamal rayonunda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması və onların müasir tələblərə cavab verən yeni və abad mənzillərlə təmin edilməsi, eləcə də rayonun abadlaşdırılması sahəsində əməkdaşlığa cəlb olunmuşdur. 06 may 2016-cı ildə C.Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan M.Naxçıvani küç. 25 ünvanda və onun ətrafında yaşayan sakinlərin köçürülərək binalarm sökülməsi və yeni yaşayış binasınm tikintisinin layihələndirilməsi haqqında Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 129 saylı sərəncam verilmişdir. Hazırda Bakı Şəhəri, Yasamal rayonu C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Qəzalı binada yaşayan 27 mənzildən 21 mənzilin sakinləri yerində evlə təmin edilməyə dair razılıq əsasında köçürülmüşdür. Yalnız cavabdehlərin binadan köçürülməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh10 və X3 payları naturada müəyyən edilmədiyindən və özləri həmin ünvanda yaşamadıqlarından onlarla razılıq əldə edərək köçürülmələrini təmin etmək mümkün olmamışdır. Qeyd olunan ünvanda yerləşən tikililərin mülkiyyətçiləri olan cavabdehlər əmlaklarının istifadəyə tam yararsız olmasına, yaşayış üçün normal şəraitin olmamasına baxmayaraq həmin tikililəri boşaltmaqdan imtina etmişlər. Onlara yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni tikilən binalarda sökülən mənzillərinin sahəsindən 20%-dən artıq böyük sahəsi olan, orta təmirli ev və tikinti başa çatanadək yaxın ərazidə razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək təklif edilməsinə baxmayaraq, cavabdehlər tərəfindən heç bir əsası olmayan şərtlər irəli sürülür, şişirdilmiş qiymətlərlə pul tələb edilir. Halbuki, Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarında qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması öhdəliyi müəyyən edilir. Sakinlərin təhlükəsizliyi nəzərə alınaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəyi, köçürülmənin zəruriliyi, söküntü işlərinə başlamaq məqsədi ilə isə kommunal-kommunikasiya xidmətlərinin dayandırılacağı barədə bildirişlər təqdim edilmişdir.Kommunal-kommunikasiya xətlərin kəsilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəyinə və Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilmişdir. O, daha sonra göstərmişdir ki, cavadehlərin mənzillərlə təmin edilməsinə Yasamal Rayon icra Hakimiyyəti təminat verir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır kı, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 03.10.1997-ci il tarixli MH seriyalı 106673 nömrəli Qeydiyyat Vəsiqəsi ilə Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralelni, yəni hazırki Naxçıvani küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh26 paylı mülkiyyətindədir. X8 ilə sözügedən fərdi yaşayış evi Cavabdeh26 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 204 saylı Reyestr kitabında 11507 sıra nömrəli qeydəalma altında 30 NQ23556 nömrəli qeydiyyat aparılmışdır. Eyni zamanda bildirilir ki, gələcəkdə hündür mərtəbəli yaşayış binasının tikilməsi məqsədilə - ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin hazırda bütün kommunikasiya xəttləri (qaz, işıq və su) kəsilmişdir. Bundan əlavə o, bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi hasarlanmış və həmin ərazidə hündür mərtəbəli yaşayış binasının tikintisi "xxxx" MTK-ya həvalə edilmişdir. Hansı ki, 11.03.2015-ci il tarixli AN-İ NQ0479597 saylı alqı satqı müqaviləsinə əsasən, "xxxx" MTK-nın təmsilçisi olan X10 adı çəkilən mübahisəli evin qonşuluğunda olan ünvan 10 ünvanında yerləşən evin 10/25 hissəsini, yəni 80 kv. metr sahəsini 200000 AZN məbləğində pula satın almışdır. İddia tələbləri üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı tələb üzrə iddia vermək səlahiyyəti olmayan iddiaçı Yasamal Rayon İcra Hakimiyyətinin iddia tələbini qəbul edərək təmin etmişdir. Bundan başqa iddia tələbi kommersiya təşkilatı olan kooperativlə vətəndaşların xüsusi mülkiyyətində olan əmlakla bağlıdır. Burada hər hansı dövlət mənafeyinin müdafiəsi yoxdur. İkincisi, məhkəmə ona məlumat vermədən, onu məhkəmə iclasına dəvət etmədən, onun iştirakı olmadan xüsusi mülkiyyəti olan mənzili barəsində qətnamə qəbul etmişdir, işə baxan məhkəmə qətnaməsi ilə ona mənəvi zərər vurulmuşdur. Bundan başqa, işə baxan məhkəmə hesab etmişdir ki, ünvan 11 ünvanda yerləşən Cavabdeh10 məxsus olan mənzilin sahəsi 24,4 kv.m-dir. Halbuki, mənzilin sahəsi 42 kv.m olmuşdur. Məhkəmə qanunvericiliyin tələbini pozmaqla cavabdehə pul ödənilməsi, mənzil verilməsi və s. kimi tələbi təmin etmişdir. Halbuki, bu yolverilməzdir. Cavabdeh10 və nümayəndəsi (vəkili) C.Cəfərov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh28-nın nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh26, X4, Cavabdeh15, Cavabdeh14 və X5 münasibətdə yoxlanılaraq qiymət verilmiş və qanuni qüvvəsini almışdır. Hazırda qətnamə Cavabdeh10 tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni Cavabdeh10 aid hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh10 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, M.H.Naxçıvani 25 ünvanında yerləşən binanın qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyi "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutu tərəfindən 02 may 2016-cı il tarixli akt tərtib edilmişdir. Həmin aktın tələblərinə uyğun olaraq binanın kommunikasiya xətləri kəsilmiş, bina hasarlanmış və giriş məhdudlaşdırılmışdır. Həmin binanın istismarı binanın sakinləri, ətraf evlərdə yaşayan və işləyən insanlar üçün həyati təhlükə yaratdığı üçün qəzalı binada yaşayan 27 mənzildən 21 mənzilin sakinləri yerində evlə təmin edilməyə dair razılıq əsasında köçürülmüşdür. C.Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan M.Naxçıvani küç.25 ünvanda və onun ətrafında yaşayan sakinlərin köçürülərək binaların sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında Yasamal RİH-nin başçısı müvafiq sərəncam imzalamışdır. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, M.H.Naxçıvani 25 ünvanında yerləşən qəzalı binaya birləşik olan, M.Muxtarov 182 ünvanında yerləşən X1 məxsus mənzil yaşayış üçün yararsız olmuş, mənzilin yarı hissəsi isə təbii köhnəlmədən və baxımsız qalması səbəbindən uçmuşdur. Bu səbəbdən Sevda Xələfovaya 3 aylıq kirayə haqqı və köçmə xərci olaraq 300 manat verilməklə köçürülməsi təmin edilmişdir. Lakin, sonradan fikirindən daşınmış və müqavilə imzalamaqdan imtina etmişdir. Həmin ünvanda yerləşən digər 10 mənzilin sahibləri də müqavilə bağlanılmaqla tam olaraq köçürülmüş və mənzilləri sökülmüşdür. C.Cabbarlı 39 ünvanında paylı mülkiyyətdə olan mənzillərin müəyyən hissəsi De-luks MTK-ya məxsusdur. Digər hissəyə düşən mənzillərdə yaşayan sakinlər müqavilə əsasında kirayə mənzillərə köçürülmüş və yaşadıqları mənzillər sökülmüşdür. Cavabdehlər Cavabdeh10 və X3 payları naturada müəyyən edilmədiyindən və özləri həmin ünvanda yaşamadıqlarından onlarla razılıq əldə edərək köçürülmələrini təmin etmək mümkün olmamışdır.Cavabdehlərin mənzillərin əvəzi olaraq hər kv.m görə 2500 manat kompensasiya ödənilməsini, ailə üzvləri coxluq təşkil edən ailələrə əvəzində bir neçə mənzil verilməsi kimi şərtlərin irəli sürülməsi və bu səbəblərdən mənzillərini boşaltmaqdan imtina etməsi əsassızdır. Belə ki, sökülən mənzillərin sahəsindən 20%-dən artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilməsi və cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının ödənilməsi təklifi cavabdehlərin mənzil şəraitlərinin yaxşılaşdırılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsaslanaraq iddia tələbini digər cavabdehlərlə yanaşı Cavabdeh10 aid hissədə də təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 60, 71.2-ci, Mülki Məcəllənin 152.1-ci maddələri və Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli 86 saylı qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh10 aid hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni göstərilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh10 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 mart 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh10 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7205/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7205/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver