Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7207/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** nömrəli Cavabdeh 2 qarşı (X13 və X14mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanması və ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** nömrəli Cavabdeh 2 qarşı (X13 və X14mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) attestasiya komissiyasının qərarının və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanması və ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt orta ixtisas musiqi məktəbində 1988-ci ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 32 il 07 aydır. O cümlədən, çalışdığı yerdə əmək stajı 32 il 07 aydır. Attestasiya keçirilən zaman Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi olmuşdur. Ümumi 16 sual verilmişdir. Iş fəaliyyətinə uyğun hesab olunmayıb. 1 nəfər lehinə, 4 nəfər isə əleyhinə səs vermişdir.
2. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, ## ##### 2025 – ## ##### 2025-ci il tarixlərində işdən azad edilir. ## ##### 2025-ci il tarixində işə başlamalıdır.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə ## ##### 2025-ci il tarixli, ** nömrəli əmrdən görünür ki, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin "Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqqhesabının ödənilməsi təmin edilməsi qərara alınmışdır. Əsas: Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ## #### 2025-ci il tarixli, * nömrəli protokolu.
4. İddiaçı ## ###### 1992-ci ildə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster təyin edilmişdir. ## ##### 2025-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
5. ## ##### 2025-ci il tarixli aktın surətindən görünür ki, X12 - ** nömrəli X5 tədris işləri üzrə direktor müavini, X6 ** nömrəli Uşaq Musiqi Məktəbinin orkestr alətləri şöbəsinin müdiri, X4 ** nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə şöbəsinin müdiri bu aktı tərtib edirik ondan ötrü ki, ## #### 2025-ci il tarixində ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının ## #### 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığının qərara alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olubolmadığına dair məlumatın təqdim edilməsi təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79cu maddəsində göstərilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir.
6. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin ## ###### 2024-cü il tarixli, ** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Cavabdeh 1 ## ###### 2024-cü il tarixli, ** nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin ## ###### 2024-cü il tarixli, ** nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin fortepiano müəllimi İddiaçı ## #### 2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 16 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 6 ədədinə cavab verə bilməmiş, 9 ədədinə qismən cavab vermiş, yalnız 1 ədədinə tam cavab verə bilmişdir. Bununla yanaşı, İddiaçı praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində verilən not nümunəsini üzdən oxunması təklif edilmiş, lakin İddiaçı həmin əsəri zəif ifa etmişdir.
7. xxxxnin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, ## #### 2025-ci il tarixində İddiaçı adına “xxxx” X1n Mərkəzi Çağrı Xidmətinə “103” çağırış daxil olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının ##.##.2025-ci il tarixli qərarının və ##.##.2025-ci il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yerində və vəzifəsinə, fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsinə bərpa edilməsi; qanunsuz olaraq işdən çıxarıldığı müddətdəməcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi; hüquqi yardım üçün ödənilmiş 325 manat, notariat qaydasında tərtib olunmuş etibarnamə üçün ödənilmiş 17,25 manat, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat, ümumilikdə 402,25 məbləğindəki məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə baxışı zamanı X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 1988-ci ildə Sumqayıt orta ixtisas məktəbinin Fortepiano ixtisasını bitirmiş, ## ###### 1992-ci il tarixindən etibarən ****** saylı əmr əsasında Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Iddiaçı çalışdığı dövr ərzində pedaqoji fəaliyyətində yüksək nəticələr göstərmiş, məktəbin musiqi həyatında fəal iştirak etmişdir. O, həmçinin, məktəbin konsert və tədbirlərinin təşkilində təşəbbüskarlıq göstərmiş, peşəkarlığı və məsuliyyətli münasibəti və kollektivlə sağlam ünsiyyəti, nümunəvi davranışı ilə pedaqoji kollektivin hörmət və rəğbətini qazanmışdır. Iddiaçı bu vəzifəni 32 il 7 ay müddətində icra etmiş və həmin dövrdə zəngin pedaqoji təcrübə toplamışdır. 2025-ci il ## #### tarixində Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində müəllimlərin attestasiyası prosesi həyata keçirilmişdir. Keçirilmiş attestasiyada iddiaçı obyektiv səbəblərdən və psixoloji gərginlik şəraitində qeyri- münasib qiymətləndirməyə məruz qalmışdır. Belə ki, attestasiya zamanı komissiyanın bir neçə üzvü tərəfindən eyni anda çoxsaylı sualların verilməsi nəticəsində zalda səs-küy yaranmış, bu isə attestasiyadan keçən şəxsin psixoloji durumuna mənfi təsir göstərmiş, onun təşvişə düşməsinə və yüksək emosional gərginlik yaşamasına səbəb olmuşdur. Bu isə iddiaçının emosional durumuna təsir göstərmiş və cavab vermə qabiliyyətini xeyli zəiflətmişdir, sualların bir qismini cavablandıra bilməməsi ilə nəticələnmişdir. Lakin attestasiya komissiyası tərəfindən şəxsin sağlamlıq vəziyyəti, yaranmış qeyri-obyektiv şərait və psixoloji gərginlik nəzərə alınmadan attestasiya prosesi davam etdirilmiş və nəticə etibarilə iddiaçının fəaliyyəti qeyri-obyektiv və əsassız şəkildə mənfi qiymətləndirilmişdir. Bununla yanaşı, attestasiya başa çatdıqdan dərhal sonra iddiaçının səhhəti qəfil pisləşmiş, o, huşunu itirmişdir. Baş verən hal səbəbilə dərhal hadisə yerində əvvəlcədən cəlb edilmiş təcili tibbi yardım əməkdaşları dərhal müdaxilə edərək ona ilkin tibbi yardım göstərmişlər. Qeyd olunmalıdır ki, attestasiya prosesinin sonunda iddiaçı səhhətinin ağır vəziyyətdə olması səbəbindən attestasiya vərəqəsinin məzmunu ilə tanış olmadan sənədi imzalamışdır. Daha sonra attestasiya vərəqəsi ilə tanış olduqda məlum olmuşdur ki, sənəddə cavab verdiyi sualların cavabları təhrif olunmuş, bəzi hallarda ümumiyyətlə səsləndirilməmiş sualların qarşısında “cavab verə bilmədi” və ya “yanlış cavab verdi” qeydləri edilmişdir. Nəticədə, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin ## ##### 2025-ci il tarixli, ** nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, iddiaçı ## ##### 2025-ci il tarixindən etibarən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi yalnız işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi hallarında mümkündür. Göstərilən hüquqi əsas – “tutduğu vəzifəyə uyğun gəlməməsi”– attestasiya zamanı baş vermiş fövqəladə tibbi hal və obyektiv qiymətləndirmənin mümkün olmaması halları nəzərə alınmadan tətbiq edilmişdir. Halbuki, attestasiya nəticələrinin mənfi olması iddiaçının səhhətində qəfil yaranmış problemlərlə, habelə attestasiya prosesində obyektivliyin pozulması ilə birbaşa əlaqədar olmuşdur. Bu halda işəgötürən tərəfindən Əmək Məcəlləsinin göstərilən norması düzgün və qanuna uyğun tətbiq edilməmiş, həmin əsasdan sui-istifadə edilmiş və nəticədə işçinin əmək hüquqları pozulmuşdur. Bu səbəbdən obyektiv qiymətləndirmənin mümkün olmadığı şəraitdə verilmiş mənfi rəy hüquqi cəhətdən hesab olunmalıdır.
11. Cavabdeh Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbi məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, qeyri-münasib qiymətləndirməyə məruz qalma və obyektivliyin pozulması iddiası ilə əlaqədar iddia ərizəsində attestasiya vaxtı İddiaçı komissiyanın bir neçə üzvü tərəfindən eyni anda çoxsaylı sualların verilməsi ilə zalda səsküyün yaranması və bunun İddiaçı psixoloji durumuna mənfi təsir etməsi, onun təşvişə düşməsi və yüksək emosional gərginlik yaşaması barədə qeyd edilənlər doğru deyil. Hətta belə olsaydı belə uzun müddət müəllim işləmiş şəxsin zalda yaranmış səs-küydən təşvişə düşməsi, yüksək emosional gərginlik yaşaması onun tutduğu vəzifəyə yararsız olmasına dəlalət edir. Belə ki, illərin təcrübəsi İddiaçı gərgin vəziyyətdə möhkəm dayanmağı, özünü itirməməyi və vəziyyətdən çıxmaq bacarığını qazandırmalı idi, halbuki qeyd edilənlər bunun əksini göstərir. Əgər müəllim səs-küydən təşvişə düşərsə, özünü itirərsə, şagirdə bilik və bacarıq aşılaya bilməz, nümunə ola bilməz və beləliklə də müəllim kimi fəaliyyət göstərə bilməz. Həmçinin attestasiya vərəqəsindən görünür ki, attestasiya komissiyası İddiaçı ifa etməsi ilə bağlı 3 (üç), üzdən oxuma ilə əlaqədər 1 (bir) tapşırıq vermiş, lakin ifalar qənaətbəxş olmamış, üzdən oxu zəif olmuşdur. Habelə İddiaçı ona verilən 12 sualdan 4-nə düzgün cavab vermiş, 8-nə cavab verə bilməmişdir. Sonda attestasiya komissiyasının 5 üzvündən 4-ü İddiaçı tutduğu vəzifəyə uyğun olmaması qənaətinə gəlmişdir. Qeyd edilənlər İddiaçı bilik və bacarıqlarının düzgün qiymətləndirildiyini və obyektivliyin pozulmadığını təsdiq edir. Iddiaçının attestasiya zamanı sağlamlıq vəziyyəti ilə əlaqədar attestasiya zamanı İddiaçı komissiya üzvlərinə səhhətinin yaxşı olmaması, hər hansı formada narahatlıq keçirməsi barədə məlumat verməmiş, komissiya üzvləri də belə bir halı müşahidə etməmişlər. Eyni zamanda İddiaçı səhhəti ilə, keçirdiyi hər hansı narahatlıqla əlaqədar attestasiya prosesinin digər vaxta təxirə salınması barədə komissiyaya müraciət etməmişdir. Qeyd edilənlər isə attestasiya zamanı İddiaçı səhhətinin normal olduğunu təsdiq edir. Iddiaçının attestasiyadan sonrakı sağlamlıq vəziyyəti ilə əlaqədar ilk növbədə, qeyd edir ki, İddiaçı səhhətinin attestasiyadan bilavasitə sonrakı vəziyyəti barədə attestasiya komissiyasının və ya məktəb kollektivinin məlumatı olmamışdır. Yəqin etmək olar ki, attestasiya zamanı ifa və cavablarının qənaətbəxş olmadığını anlayan İddiaçı attestasiya komissiyasının verəcəyi qərardan və bununla əlaqədar sonrakı hadisələrdən narahat olmuş və səhhəti pisləşmişdir. Bu halın attestasiya komissiyasının qiymətləndirməsi ilə əlaqələndirilməsi qəbuledilməzdir. İddiaçı səhhətindəki sonrakı pisləşməni qiymətləndirmənin qeyri-obyektiv olması ilə əlaqələndirməyə çalışması onun vəziyyətdən haqsız olaraq faydalanmağa çalışmasına işarə edir. Attestasiya vərəqəsində sualların cavablarının təhrif olunması və iddiaçının attestasiya vərəqinin məzmunu ilə tanış olmadan onu imzalaması ilə əlaqədar attestasiya vərəqəsində attestasiya zamanı İddiaçı verilən tapşırıqlar və suallar sıra sayı ilə göstərilmiş və qarşısında müvafiq cavablar qeyd edilmişdir. Iddia ərizəsində konkret olaraq hansı sualların cavablarının təhrif edildiyi göstərilməmiş, habelə təhrif edilməsi iddia edilən cavabların əvəzində iddiaçının hansı cavabları verdiyi bildirilməmişdir. Halbuki, attestasiya vərəqəsindən görünür ki, 32 ildən artıq əmək təcrübəsi olan İddiaçı Y.Haydının və L.V.Bethovenin musiqiyə hansı yenilik gətirməsi, Azərbaycan bəstəkarlarından ballada janrının yaradıcısının kim olması barədə suallara cavab verə bilməmiş, həmçinin Azərbaycanda ilk polifonik əsər yazan bəstəkarın kim olması barədə suala yanlış cavab vermişdir. Beləliklə də, iddia ərizəsində attestasiya vərəqəsində sualların cavablarının təhrif olunması barədə qeyd edilənlər həqiqəti əks etdirmir. Attestasiya vərəqəsində attestasiya prosesi zamanı verilən tapşırıq və suallar düzgün və tam şəkildə təsvir edilmiş, İddiaçı da həmin vərəqə ilə tanış olduğunu imza atmaqla təsdiq etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar Attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarına əsasən İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi məsələsi gündəmə gəlmiş və ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən halların olması barədə məlumat verməsi təklif edilmişdir. İddiaçı sözügedən məlumatları təqdim etməkdən imtina etdikdə bu barədə ## ##### 2025-ci il tarixli akt tərtib edilmiş və ardınca ## ##### 2025-ci il tarixli, ** nömrəli əmr verilməklə İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilmişdir. Sözügedən əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin bütün tələblərinə düzgün riayət edilmişdir. Attestasiya prosesinin videoyazı ilə qeydə alınması barədə əlavə olaraq bildirir ki, İddiaçı attestasiya prosesinin videoyazısı aparılmışdır. Sözügedən videoyazı məktəbdə olmadığına görə onu məhkəməyə təqdim edə bilmirlər. Lakin məhkəmə X13nə sorğu verməklə həmin videoyazını əldə edə bilər.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2(007)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. Qətnamənin əsaslarına görə, iddiaçı İddiaçı ## ##### 2025-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş və ## ##### 2025-ci il tarixində Bakı şəhəri ** nömrəli Cavabdeh 2 təklif göndərilmişdir. ## ### 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı ## ###### 1992-ci ildə Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. ## #### 2025-ci il tarixində Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası keçirilmiş və iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə ## ##### 2025-ci il tarixli, ** nömrəli əmri ilə İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarının və ## ##### 2025-ci il tarixli, ** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və əvvəlki iş yerində fortepiano ixtisası üzrə müəllim və konsertmeyster vəzifəsinə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə, qeyd etmişdir ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Hazırki mülki iş üzrə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmək qanunvericiliyinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin normanın “qeyd” hissəsinə əsasən 70-ci maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil xxxxində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil xxxxində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilmiş, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçının attestasiya zamanı ona qarşı qərəzli münasibət göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən iddiaçıya hər hansı bir qərəzin olması müəyyən edilməmiş, verilmiş sualların cavablandırılması üçün şərait yaradılmasına baxmayaraq, iddiaçı sualları cavablandıra bilməmişdir. Bundan əlavə iddiaçı sualları cavablandıra bilməməsini həyacanlı olması, səhhətinin pisləşməsi ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən çıxması ilə bağlı əmrin qanuniliyi şübhə doğurmur və iddia tələbinin hüquqi əsası öz təsdiqini tapmır. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “keçirilmiş attestasiyada iddiaçı obyektiv səbəblərdən və psixoloji gərginlik şəraitində qeyri-münasib qiymətləndirməyə məruz qalmışdır. Belə ki, attestasiya zamanı komissiyanın bir neçə üzvü tərəfindən eyni anda çoxsaylı sualların verilməsi nəticəsində zalda səs-küy yaranmış, bu isə attestasiyadan keçən şəxsin psixoloji durumuna mənfi təsir göstərmiş, onun təşvişə düşməsinə və yüksək emosional gərginlik yaşamasına səbəb olmuşdur. Bu isə iddiaçının emosional durumuna təsir göstərmiş və cavab vermə qabiliyyətini xeyli zəiflətmişdir, sualların bir qismini cavablandıra bilməməsi ilə nəticələnmişdir. Lakin attestasiya komissiyası tərəfindən şəxsin sağlamlıq vəziyyəti, yaranmış qeyri-obyektiv şərait və psixoloji gərginlik nəzərə alınmadan attestasiya prosesi davam etdirilmiş və nəticə etibarilə iddiaçının fəaliyyəti qeyri-obyektiv və əsassız şəkildə mənfi qiymətləndirilmişdir. Bununla yanaşı, attestasiya başa çatdıqdan dərhal sonra iddiaçının səhhəti qəfil pisləşmiş, o, huşunu itirmişdir. Baş verən hal səbəbilə dərhal hadisə yerində əvvəlcədən cəlb edilmiş təcili tibbi yardım əməkdaşları dərhal müdaxilə edərək ona ilkin tibbi yardım göstərmişlər”. Lakin məhkəmə qeyd etmişdir ki, bu hallar attestasiyanın qanunsuz keçirilməsinə və iddiaçıya qarşı qərəzli münasibət göstərilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq nəzəri suallar verilmiş, həmçinin fortepianoda ifa etməsi bildirilmişdir, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərlərin ifa olunması komissiya üzvlərini qane etməmişdir, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında keçirilmiş attestasiyanın videogörüntüsünə baxış keçirilmiş və attestasiya vərəqəsində qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı, əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslarından biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə ## ##### 2025-ci il tarixli əmri qanuni olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, ## ##### 2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42, 65, 66, 68, 70, 83, 296-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı aşağıda göstərilən hüquqi xüsusatlar əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qanunazidd olduğu qənaətindədir. Iddiaçının attestasiya zamanı ona qarşı qərəzli münasibət göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən iddiaçıya hər hansı bir qərəzin olması müəyyən edilməmiş, verilmiş sualların cavablandırılması üçün şərait yaradılmasına baxmayaraq iddiaçı sualları cavablandıra bilməmişdir. Bundan əlavə, iddiaçı sualları cavablandıra bilməməsini həyacanlı olması, səhhətinin pisləşməsi ilə bağlı olduğunu bildirmişdir.” Məhkəmənin göstərilən mövqeyi ilə bağlı bildirilir ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş video-yazıya məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilməsi zamanı iddiaçıya qarşı qərəzli münasibətin olmadığı qənaətinə gəlinməsi obyektiv hallarla uzlaşmır. Belə ki, təqdim olunmuş video görüntülərdən açıq şəkildə görünür ki, iddiaçı attestasiya prosesi zamanı səhhətində yaranmış problem səbəbindən otaqdan çıxarkən yerə yıxılmış, komissiya üzvləri isə ona yardım göstərmişlər. Bu hal özüözlüyündə həmin vaxt iddiaçının səhhətinin qəfil pisləşdiyini və onun psixolojiemosional vəziyyətinin normal olmadığını sübuta yetirir. Eyni zamanda iddiaçının bəzi sualları cavablandıra bilməməsi yalnız onun fərdi bacarıqları ilə deyil, attestasiya komissiyasının üzvlərinin iclas zamanı nümayiş etdirdiyi davranışlarla da bilavasitə əlaqədardır. Belə ki, videogörüntülərdən məlum olur ki, komissiya üzvləri tərəfindən sualların ardıcıl və sistemli şəkildə verilməməsi iddiaçının çaşqın vəziyyətə düşməsinə səbəb olmuş, hətta komissiya üzvlərindən biri digər üzvlərə müraciət edərək, “bir-bir sual verək, işçini çaşdırmayaq” ifadəsini işlətmişdir. Bu hal attestasiya prosesinin özünün qeyri-normal gedişindən xəbər verir. Bundan əlavə, komissiya üzvlərindən birinin ara-sıra rus dilində danışması da iddiaçının emosional vəziyyətinə mənfi təsir göstərmiş, onun diqqətinin yayınmasına və suallara adekvat cavab vermək imkanlarının məhdudlaşmasına gətirib çıxarmışdır. Qeyd olunan bütün hallar məhkəmənin iddiaçının sualları cavablandıra bilməməsini yalnız subyektiv səbəblərlə əlaqələndirməsinin əsassız olduğunu, attestasiya prosesində obyektivlik və bərabər şərait prinsiplərinin tam təmin edilmədiyini göstərir. Bundan başqa, attestasiya vərəqəsində qeyd olunan suallardan 1, 2, 3 və 16-cı sualların mahiyyəti ifa və üzdən oxu bacarıqlarının yoxlanılmasını nəzərdə tutur. Həmin sualların cavablandırılmasının qiymətləndirilməsi isə xüsusi bilik və peşəkar səriştə tələb edən məsələdir. Lakin məhkəmə bu halları nəzərə almadan, müvafiq sahə üzrə mütəxəssis dəvət etmədən, yalnız öz subyektiv müşahidəsinə əsaslanaraq həmin sualların cavablandırılmasına qiymət vermişdir. Eyni zamanda, videogörüntülərdən müəyyən olunur ki, attestasiya aparılan otağa bitişik qonşu otaqda da paralel şəkildə digər şəxslərin attestasiyası keçirilmiş, nəticədə fortepianoda ifa zamanı kənar səslər yaranmış və səslər bir-birinə qarışmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, musiqi ifaçısının normal şəkildə ifa etməsi üçün öz ifasını aydın şəkildə eşitməsi zəruri şərtdir. Ifaçı yalnız bu halda əsərin davamını ardıcıl və düzgün şəkildə yerinə yetirə bilər. Akustik şərait – bir məkanda səsin yayılması, əks-sədasının olması, səs-küy səviyyəsi və bu vəziyyətin insanlara (eşitmə, psixoloji) və texnikaya (ünsiyyət, ölçmə) təsirini ifadə edir, yəni səs mühitinin keyfiyyətidir; yaxşı akustik şərait eşitməni asanlaşdırır, pis şərait (səs çirklənməsi) stress və eşitmə problemlərinə səbəb olur. Video-görüntülərdən göründüyü kimi, attestasiya aparılan otaqda kənar səslər mövcud olmuş, qonşu otaqda paralel şəkildə keçirilən digər attestasiya zamanı ifa edilən səslər bir-birinə qarışmışdır. Bu isə fortepianoda ifa edən iddiaçının öz ifasını tam və aydın şəkildə eşitməsinə mane olmuşdur. Musiqi ifaçısı ifa etdiyi səsi eşitmədiyi halda melodiyanı düzgün davam etdirmək, ritmi və intonasiyanı qorumaq imkanından məhrum olur. Psixoloji şərait – ifa zamanı sakitlik, diqqətin yayınmaması və daxili komfort xüsusi əhəmiyyət kəsb edir. Kənar səslər, texniki problemlər, sualların qeyri-ardıcıl verilməsi və komissiya üzvlərinin davranışları iddiaçının emosional gərginliyini artırmış, bu da onun ifa prosesinə birbaşa mənfi təsir göstərmişdir. Lakin mövcud vəziyyətdə iddiaçı üçün nə akustik, nə də psixoloji baxımdan obyektiv və əlverişli şərait yaradılmamışdır. Qeyd olunan hallar attestasiya prosesində bərabər və ədalətli şəraitin təmin olunmadığını, bunun isə iddiaçının ifa bacarıqlarının düzgün qiymətləndirilməsinə mənfi təsir göstərdiyini bir daha təsdiq edir. Video-görüntülərin təhlilindən aydın olur ki, iddiaçı attestasiya vərəqəsində qeyd edilən suallar üzrə cavablandırma səviyyəsinə görə fərqli nəticələr nümayiş etdirmişdir. Belə ki, iddiaçı 4 sual üzrə (4, 10, 11 və 14-cü suallar) suallara tam və dolğun cavab vermişdir. Bununla yanaşı, 5 sual üzrə (5, 8, 9, 12 və 13-cü suallar) sualları cavablandıra bilməmişdir. Eyni zamanda, 3 sual (6, 7 və 15-ci suallar) mahiyyət etibarilə ikihissəli olmasına baxmayaraq, iddiaçı həmin sualların bir hissəsinə cavab vermiş, digər hissəsinə isə cavab verə bilməmişdir. Lakin attestasiya vərəqəsində bu hallar düzgün əks etdirilməmiş, qeyd olunan suallar üzrə “cavab verə bilmədi” kimi ümumi və qeyridəqiq qeyd aparılmışdır ki, bu da faktiki vəziyyətlə uyğun gəlmir və qiymətləndirmənin obyektivliyinə xələl gətirir. Bundan əlavə, 1, 2, 3 və 16-cı sualların mahiyyəti ifa və üzdən oxu bacarıqlarının yoxlanılmasını nəzərdə tutduğundan, həmin suallar üzrə iddiaçının cavablandırma səviyyəsi yalnız müvafiq sahə üzrə mütəxəssisin rəyinə əsasən müəyyən edilə bilərdi. Belə ki, əgər məhkəmə tərəfindən 1, 2, 3 və 16-cı suallar üzrə ifa və üzdən oxu bacarıqlarının qiymətləndirilməsi məqsədilə mütəxəssis cəlb edilsə və mütəxəssis rəyində həmin 4 sualdan 2-sinin düzgün, digər 2- sinin isə qənaətbəxş səviyyədə ifa edildiyini göstərsəydi, bu halda müsbət qiymətləndirilən cavabların sayı mənfi qiymətləndirilən cavabların sayından çox olardı. Belə bir vəziyyətdə, attestasiya nəticələrinin qiymətləndirilməsi qaydalarına uyğun olaraq iddiaçı ümumi nəticə etibarilə müsbət nəticə əldə etmiş hesab edilməli və avtomatik olaraq attestasiyadan keçmiş sayılmalı idi. Hətta mütəxəssis tərəfindən 1 sualın düzgün, 3 sualın isə qismən (qənaətbəxş) cavablandırıldığı qeyd edilsə belə, bu halda düzgün və mənfi qiymətləndirilən cavabların sayı faktiki olaraq bərabər təşkil edərdi. Belə bir vəziyyətdə isə attestasiya prosesinin keçirilmə şəraiti, o cümlədən akustik və psixoloji amillər, eləcə də iddiaçı üçün obyektiv və bərabər şəraitin yaradılmaması nəzərə alınmaqla, iddiaçı yenə də attestasiyadan keçmiş hesab edilməli idi. Qeyd edilən ehtimallar yalnız minimum mümkün nəticələr əsasında irəli sürülür. Halbuki, məhkəmə tərəfindən mütəxəssis cəlb edildiyi təqdirdə 1, 2, 3 və 16-cı suallar üzrə 3 sualın, hətta bütün 4 sualın düzgün cavablandırılması ehtimalı da istisna edilmir. Belə bir halda isə iddiaçının müsbət qiymətləndirilən cavablarının sayı açıq şəkildə üstünlük təşkil edər, nəticə etibarilə iddiaçının attestasiyadan keçmiş hesab edilməsi ilə bağlı hər hansı mübahisə ümumiyyətlə yaranmazdı. Deməli, məhkəmənin işə mütəxəssis cəlb etməməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam və obyektiv şəkildə müəyyən edilməməsinə gətirib çıxarmış, nəticə etibarilə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə işin halları üzrə araşdırma apararkən sübutlara, qanunlara, faktlara diqqət etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbi məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində attestasiya vaxtı Məmmadova Dilbər Sabir qızına attestasiya komissiyasının üzvləri tərəfindən sualların ardıcıl və sistemli şəkildə verilməməsi, üzvlərdən kiminsə ara-sıra rus dilinda danışması ilə iddiaçının çaşqın vəziyyətə düşməsi, suallara adekvat cavab vermək imkanının məhdudlaşması arasında əlaqa yaradılmasına uğursuz cəhd edilmişdir. Məlumdur ki, attestasiya zamanı işçilərdə həyəcan və narahatlıq olur, lakin bu psixoloji durumun öhdəsindən gəlmək, onu idarə etmək çox vacibdir. Çünki belə psixoloji gərginliyin öhdəsindən gəlmək peşəkarlığa dəlalat edir. İddiaçı bu psixoloji səddi aşa bilməməsi və ona istinad edərək attestasiya prosesi zamanı öz zəif performansına haqq qazandırması onun əleyhinə yozulmalıdır. Belə ki, müəllimin çətin vəziyyatlərdə özünü ələ ala bilməməsi onun qeyri-peşəkar olmasına və şagirdlərə nümunə ola bilməməsinə dəlalət edir. Əlavə edir ki, attestasiya olunan bütün müəllimlər, o cümlədən İddiaçı ifa edəcəkləri əsərləri öncədən bilmişlər. Yəni ifa edilən əsərləri attestasiya komissiyası üzvləri bilavasitə attestasiya zamanı seçməmişlər, müəllimlər attestasiya prosesi zamanı hansı əsəri ifa edəcəklərini öncədən bildiklərinə görə hazırlaşmaq üçün kifayət qədər zamanları olmuşdur. İddiaçı öncədan bilə-bilə əsərləri zəif ifa etməsi onun attestasiya prosesinə laqeyd və başdansovdu yanaşmasını gündəmə gətirir. Belə ki, kifayət qadar zaman olduğu halda əsəri mükəmməl ifa etmək üçün daha yaxşı hazırlaşmaq olardı. Bu baxımdan otaqda lazımi akustik şəraitin yaradılmaması, otaqda kənar səslərin olması və bunun İddiaçı öz ifasını eşitməsinə mane olması barədə iradlar haqsızdır. Qeyd edilənlərə görə attestasiya zamanı ifa və üzdan oxu ilə alaqadar sualların zəif cavablandırılmasının məsuliyyəti məhz İddiaçı üzərinə düşür. Həmkarlar Ittifaqı Komitəsinin üzvü X7 istisna olmaqla, attestasiya komissiyasının digər üzvləri və İddiaçı bir-birlərini daha əvvəl tanımamışlar, aralarında ədavət, düşmənçilik, qərəzli olmaq üçün heç bir əsas və hal mövcud olmamışdır. Səsvermə zamanı İddiaçı tanıyan Lala Ahnazarova onun lehinə sas vermişdir. Attestasiya komissiyasının İddiaçı qərəzli münasibət bəsləməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Attestasiya zamanı İddiaçı komissiya üzvlərinə səhhətinin yaxşı olmaması, hər hansı formada narahatlıq, həyəcan, gərginlik keçirməsi barəda məlumat verməmiş, komissiya üzvləri də belə bir halı müşahidə etməmişlər. Eyni zamanda İddiaçı səhhəti ilə, keçirdiyi hər hansı narahatlıqla əlaqədar attestasiya prosesinin digər vaxta təxirə salınması barədə komissiyaya müraciət etməmişdir. Qeyd edilənlər isə attestasiya zamanı İddiaçı səhhətinin normal olduğunu təsdiq edir. Yəqin edilir ki, attestasiya zamanı ifa və cavablarının qənaətbəxş olmadığını anlayan İddiaçı attestasiya komissiyasının verəcəyi qərardan və bununla əlaqədar sonrakı hadisələrdən narahat olmuş və səhhəti pisləşmiş, otaqdan çıxarkan büdrəmişdir. Bu hal attestasiya prosesi bitdikdən sonra baş vermişdir. Həmin halın attestasiya prosesi zamanı suallara verilən cavablar və ifa ilə əlaqəsi yoxdur, bunun əlaqələndirilməsi qəbuledilməzdir. İddiaçı səhhətindəki sonrakı pisləşməni qiymətləndirmənin qeyri-obyektiv olması ila əlaqələndirməyə çalışması onun vəziyyətdən haqsız olaraq faydalanmağa çalışmasına işarə edir. Fortepianoda ifa etmək ila əlaqədar 1, 2, 3 və 16-cı sualları onların cavablarının mütəxəssis tərəfindən qiymətləndirilməsinin məqsədəuyğunluğu qənaəti ilə kənara qoysaq və apellyasiya şikayətində göstərilən düzgün və yanlış cavabların təhlilini düzgün qəbul etsək, bu zaman İddiaçı 4, 10, 11 və 14-cü suallara düzgün cavab vermiş, 5, 8, 9, 12 və 13-cü suallara ya cavab verə bilməmiş, ya da səhv cavab vermiş, 6, 7 və 15-ci suallara qismən cavab vermişdir (halbuki, attestasiya vərəqəsində 6 və 7-ci suallara “cavab verə bilmədi” qeydi yazılmışdır). Belə olan halda qismən cavablandırılmış 6, 7 və 15-ci sualları neytral qəbul edib, ifa ilə əlaqədar suallar kimi kənara qoysaq, İddiaçı 4 (dörd) suala düz, 5 (beş) suala səhv cavab vermişdir. Beləliklə da, səhv cavabların sayı çoxluq təşkil etdiyi üçün, hətta apellyasiya şikayətində nümayiş etdirilən mövqəyə görə da attestasiya komissiyasının qiymətləndirməsi düzgün hesab edilməlidir. Apellyasiya şikayətində bildirilir ki, xüsusi bilik tələb etdiyinə görə attestasiya vərəqəsindəki ifa ilə əlaqədar olan 1, 2, 3 və 16-cı suallara düzgün qiymət verilməsi üçün mütəxəssis rəyi alınmalı idi. Mütəxəssis dəvət etmək məhkəmənin vəzifəsi deyil, hüququdur. Ifa ilə əlaqədar suallara qiymət verilməsi üçün uyğun mütəxəssisin işə cəlb edilməsinə etiraz etmirlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Avropa Insan Hüquqları Məhkəməsinin məhkəmə aktlarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeyə istinadlar edilməklə ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğu bildirilsə də, buna dair dəlillər gətirilməmiş, ədalətli məhkəmə araşdırılması hüququnun hansı elementlərinin hansı hallara yol verilməklə pozulduğu gôstərilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssis rəyinin verilməsi xxxxna həvalə edilmiş, mütəxəssis rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.
21. “xxxx” X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim olunmuşdur. Mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, verilən 16 sualdan yalnız 2 suala düz, 2 suala qismən, 12 suala isə cavab verə bilmədi. Bütün verilən suallar və münsiflər tərəfindən deyilən iradlar düzgün idi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65.3. Işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 290.2. Işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 292.1. Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 311. Işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, qeyd olunan bütün hallar birinci instansiya məhkəməsinin iddiaçının sualları cavablandıra bilməməsini yalnız subyektiv səbəblərlə əlaqələndirməsinin əsassız olduğunu, attestasiya prosesində obyektivlik və bərabər şərait prinsiplərinin tam təmin edilmədiyini göstərir. Bundan başqa, attestasiya vərəqəsində qeyd olunan suallardan 1, 2, 3 və 16-cı sualların mahiyyəti ifa və üzdən oxu bacarıqlarının yoxlanılmasını nəzərdə tutur. Həmin sualların cavablandırılmasının qiymətləndirilməsi isə xüsusi bilik və peşəkar səriştə tələb edən məsələdir. Lakin məhkəmə bu halları nəzərə almadan, müvafiq sahə üzrə mütəxəssis dəvət etmədən, yalnız öz subyektiv müşahidəsinə əsaslanaraq həmin sualların cavablandırılmasına qiymət vermişdir. Məhkəmənin işə mütəxəssis cəlb etməməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam və obyektiv şəkildə müəyyən edilməməsinə gətirib çıxarmış, nəticə etibarilə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
27. Qeyd olunan xüsusatın araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mütəxəssis rəyinin alınması və mütəxəssis rəyinin verilməsinin xxxxna həvalə edilməsi qərara alınmışdır.
28. “xxxx” X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli mütəxəssis rəyinin nəticəsi hissəsinə əsasən müəyyən edilmişdir ki, verilən 16 sualdan yalnız 2 suala düz, 2 suala qismən, 12 suala isə cavab verə bilməmişdir, bütün verilən suallar və münsiflər tərəfindən deyilən iradlar düzgün olmuşdur.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış qiymətləndirmə və nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə Əmək Məcəlləainin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslarından biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə ## ##### 2025-ci il tarixli əmri qanuni olmuşdur.
30. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı yekun nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmişdir. Attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq nəzəri suallar verilmiş, həmçinin fortepianoda ifa etməsi bildirilmişdir, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərlərin ifa olunması komissiya üzvlərini qane etməmişdir, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.