Məhkəmə qərarları › İş №2(103)-7223/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7223/2020

22.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7223/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X2 və “xxxxxxxxxxxx” Kompani Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon X3 və “xxxxxxxxxxxx” Kompani Şirkətinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması” dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-174/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon X3 və “xxxxxxxxxxxx” Kompani Şirkətinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon X3 və “xxxxxxxxxxxx” Kompani Şirkətinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri Binəqədi rayobu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsinin boşaldılaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən alqı-satqı yolu ilə iddiaçıya bələdiyyə ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Bir müddət sonra torpaq sahəsinə baxış keçirmək üçün getdiyində həmin torpaq sahəsində kənar şəxslərin olduğunu görmüş və ona bildirilmişdir ki, həmin torpaq sahəsində 200 kv.m sahə fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 ayrılmış və bu barədə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarına təqdim etmişlər. Həmin sənədlərə əsasən X5 istifadəsində olan 1550 kv.m torpaq sahəsində ayrıldığını, lakin R.Quliyev Cavabdeh1 tanımadığını və belə bir razılığın olmadığını bildirmişdir. Cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi iddiaçıya mənsub olduğu əmlka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunması xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, torpaq sahəsinin Cavabdeh1 tərəfindən etibarnamə əsasında başqa şəxsə satıldığı müəyyən olunduğundan, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətə etiraz edərək təmin olunmamasını xahiş edən üçüncü şəxslərin nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan və sərəncamdan görünür ki, xx.xx.2005-ci il tarixdə alqı-satqı yolu ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, 300 kv.m torpaq sahəsifərdi yaşayış evinin tikintisi üçün İddiaçı Fəxrəddin oğlunun mülkiyyətinə ayrılmış, sonuncu isə torpağın dəyəri olan 1.200.000 (bir milyon iki yüz min) manatı 2005-ci ilin dekabr ayında X3 ödəmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 2011ci il tarixli qərarının surətindən görünür ki, X6 məxsus 1550 kv.m torpaq sahəsinin 200 kv.m-i fərdi yaşayış evinin tikintisi üçün sahiblik və ondan istifadə hüquqları Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 269 nömrəli arayışından görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 1587/1 saylı sərəncamı ilə İddiaçı 300 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və o rəyə əsasən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyindən məlum olur ki, İddiaçı Fəxrəddin oğluna və Cavabdeh1 ayrılmış torpaq sahəsiləri “xxxxxxxxxxxx” əməliyyat şirkətinin ərazisi olub, məqsədli təyinatına görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aiddir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, iddiaçının anasıdır. 2005-ci ildə torpağı yoldaşı ilə alıblar. 2017-ci il həmin torpaqda ev tikmək istəyərkən müəyyən olunmuşdur ki, cavabdeh qonşuluqdakı torpağı alıb və aralarında münaqişə yarandığından orada heç bir tikinti işləri apara bilməmişlər. Hazırkı iddia tələbindən görünür ki, İddiaçı torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək cavabdehin sahibliyi qanunsuz olduğundan onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını və cavabdehin ona məxsus sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Hazırkı işdən İddiaçı mübahisəli yaşayış sahəsinə dair digər əmlak hüquqlarının olması da müəyyən olunmur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. İşin hallarından mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyində də olmadığı müəyyən edilir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından və bununla tələbin təmin olunması üçün kifayət edən qanuni əsaslar mövcud olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar