Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7226/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verdiyi şikayətə Bakı Apellyasiya məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 113 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin cavabdeh X2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən X3 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 51 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 300 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 103 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 30 kv.metr sahəsi olan qarajın Cavabdeh1 mülkiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan, Cavabdeh2 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 2(006)- 579/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)- 579/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Ardınca, Cavabdeh2 apelyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(006)- 579/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)- 579/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş “buraxılmış müddətin bərpasına” dair ərizənin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(006)-579/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Kollegiya, əvvəla qeyd edir ki, məhkəmə tərəfindən hazırki iş üzrə 13 sentyabr 2022-ci il tarixdə iki ayrı-ayrılıqda qərardad qəbul edilmişdir. Hazırki şikayət ərizəsi ilə Cavabdeh2 “buraxılmış müddətin bərpasına” dair ərizənin rədd edilməsi ilə əlaqədar məhkəmənin qəbul etdiyi qərardadı mübahisələndirir. Məhkəmə 13 sentyabr 2022-ci il tarixli, 2(006)-579/2022 saylı qərardadında qeyd etmişdir ki, mülki işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, qətnamə 29 iyul 2022-ci il tarixdə Cavabdeh2, eləcə də onun nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qətnamə 29 iyul 2022-ci il tarixdə Cavabdeh2 məxsus elektron kabinetə yerləşdirilməklə, rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır. Apelyasiya şikayəti isə 02 sentyabr 2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət keçdikdən sonra verilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(006)- 579/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7226/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7226/2022
28.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver