Məhkəmə qərarları › İş №2(103)-7233/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7233/2020

16.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7233/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Məmmədov Elnur akif oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyan ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3659/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqı və mənəvi ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli K/3 562 saylı əmrin ləğv edilməsi, əvvəlki tutduğu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X2 Xidmətləri şöbəsinin çağrı mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə bərpa olunması, işdən azad edilərkən ödənilməmiş son haqq hesab və məzuniyyət pulunun, məcburi buraxdığı günlərin pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X2 Xidmətləri Şöbəsinin çagrı Mərkəzi sektoruna çagrı nərkəzi üzrə təmsilçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixədək işləmişdir. xx xxxxxxx 2018-ci il tarixdə tam iş vaxtını işlədikdən sonra, evə gedən zaman səhhətində problemlər yarandığından təcili tibbi yardıma müraciət etmiş və xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək hipertoniya diaqnozu ilə bülleten açdırmışdır. Lakin xx xxxxxxx 2018-ci il tarixdə işə gələn zaman ona bildirilmişdir ki, o, artıq xx.xx.2018-ci il tarixdən işdən azad olunmuşdur. Lakin onun iş qrafiki bir gün iş günü, bir gün istirahət günü olmaqla, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarix olmalı olduğu halda, onu “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın xx xxxxxxx 2018-ci il tarixli K/3 562 saylı əmri ilə işdən azad etmişlər. Əmək kitabçasını alanda Azərbaycan Respublikası ƏməK Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən əsasları ilə işdən azad olunmağını bilmişdir. Bu barədə əmrin surətini almaq üçün dəfələrlə ərizə ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-yə müraciət edərək, əmrin surətinin ona verilməsini xahiş etsə də, əmrin surəti ona təqdim edilməmiş, lakin əmək kitabçasında qeydlərdən müəyyən edilir ki, əmr qəbul edən və imzalayan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilova olmuşdur ki, onun belə bir əmr qəbul etməkdə subyektiv hüququ olmamışdır. Onun işdən azad olunmağı barədə əmr xx xxxxxxx 2018-ci il tarixdə qəbul edilsə də, o xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək bülletendə olmuş və bunu təsdiq edən tibbi sənədi iş yerinə təqdim etmişdir. 2018-ci ildən 2020-ci ilədək qanunsuz olaraq işdən azad olunmağı barədə müxtəlif dövlət orqanlarına, məhkəməyə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək, qanunsuz işdən çıxarılmağının səbəbinin araşdırılmasını və işə bərpa olunmağını xahiş etsə də, hüquqi sayadı olmadığından o hüquqi yardım almaq üçün maddi vəsaitə malik olmadığından vaxtında məhkəməyə qanunvercilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilməmişdir. Onun xəstəliyi ilə əlaqədar bülleteni olduğu halda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın xx.xx.2018-ci il tarixli K/3 562 saylı əmrlə, qanunsuz və əsassız olaraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsəsən işdən azad etməsi barədə əmr qəbul etmişdir. Şərh olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsininmüdiri Şəhla Əbilova onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad etməzdən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmisdir. Belə ki, xx xxxxxxx 2018- ci il tarixli K/3 562 saylı əmri qəbul edərkən, işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” və “ç” bəndi ilə ləğv etməzdən əvvəl bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, heç bir mötəbər sübut olmadan, araşdırmanın nəticəsini gözləməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın onun, Azərbavean Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad etməyi barədə xx xxxxxxx 2018-ci il tarixli K/3 562 saylı əmri ləğv edilməi, onun əvvəlki tutduğu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-nin X2 Xidmətləri Şöbəsinin çağrı Mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilci vəzifəsinə bərpa olunmalı və məcburi buraxdığı günlərin pulu Azərbaycan Respublikası Nəqlivvat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC tərəfindən ona ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci 1 tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq yə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hesab edir ki, cavabdeh mənəvi zərərə görə məsuliyyətdən azad edilməməli və ona vurduğu mənəvi zərərə görə də məsuliyyət daşımalıdır. Belə ki, o, cavebdehin qəbul etdivi qanunsuz əmr 2018-ci ildən halhazırkı vaxtadək heç bir işlə təmin olunmamışdır. İşdən azad olunduğu vaxtdan Nizami rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış və heç bir işlə təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC tərətindən ona dəymiş mənəvi zərərə görə 80000 manat tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyi barədə xx.xx.2018-ci il tarixli K/3 562 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki tutduğu Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X2 Xidmətləri Şöbəsinin çağrı Mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə bərpa olunmağı, işdən azad edilərkən ona ödənilməmiş son haqq hesab və məzuniyyət pulunun, məcburi buraxdığı günlərin pulunun Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-dən tutularaq öna ödənilməsi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC tərəfindən ona dəymiş mənəvi zərərə görə 80000 (səksən min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3659/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3659/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X2 Xidmətləri Şöbəsinin çagrı Mərkəzi sektoruna çagrı mərkəzi üzrə təmsilçi vəzifəsinə işə qəbul edilərək xx.xx.2018-ci il tarixədək himin vəzifədə işləmişdir. 11 oktyabr 2018-ci il tarixdə tam iş vaxtını işlədikdən sonra, evə gedən zaman səhhətində problemlər yarandığından təcili tibbi yardıma müraciət etmiş və 12 oktyabr 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək hipertoniya diaqnozu ilə bülleten açdırmışdır. Lakin xx xxxxxxx 2018-ci il tarixdə işə gedən zaman ona bildirilmişdir ki, o artıq xx.xx.2018-ci il tarixdən işdən azad olunmuşdur. Lakin iddiaçının iş qrafiki bir gün iş günü, bir gün istirahət günü olmaqla, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarix olmalı olduğu halda, onu “xxxxxxxxx” MMC-nin X1 işə qəbul və sənədləşdirmə şöbəsinin müdiri Şəhla Əbilovanın xx xxxxxxx 2018-ci il tarixli K/3 562 saylı əmri ilə işdən azad etmişlər. Əmək kitabçasını alanda Azərbaycan Respublikası ƏməK Məcəlləsinin 70ci maddəsinin "Ç" bəndinə əsasən əsasları ilə işdən azad olunmasını bilmişdir. Onun işdən azad olunmağı barədə əmr xx xxxxxxx 2018-ci il tarixdə qəbul edilsə də, o, xx xxxxxxx 2018- ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək bülletendə olmuş və bunu təsdiq edən tibbi sənədi iş yerinə təqdim etmişdir. 2018-ci ildən 2020-ci ilədək qanunsuz olaraq işdən azad olunmağı barədə müxtəlif dövlət orqanlarına, məhkəməyə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək, qanunsuz işdən çıxarılmasının səbəbinin araşdırılmasını və işə bərpa olunmağını xahiş etsəm də, hüquqi savadının olmamasından və hüquqi yardım almaq üçün maddi vəsaitə malik olmadığından vaxtında məhkəməyə qanunvercilikdə nəzərdə tutulmuş qaydada müraciət edə bilməmişdir. Məhkəmə iclasında şəxsən işdirak edərək bu halları məhkəmənin diqqətinə catdəraraq, izahatında işdən çıxarılmağına səbəb kimi idarəyə zəng vurmuş abunəçinin ondan rus dilində deyil Azərbaycan dilində danışmağını tələb edərək, onunla mübahisə etməyinin gödərildiyini, halbuki, onun abunəçi ilə mübahisə etməməyi, həmin an telefonu arxamda dayanmış söbə rəisinə uzatmağı və abunəçi ilə danışığı onun davam etdirməsini bildirmişdir. Abunəçinin şikayəti əsasında iddiaçının izahatı da, alınmışdır. Daha sonra həmkarların iclasında da iddiaçının kobud danışılaraq ondan rus dilində deyil, azərbaycan dilində danışmağını tələb etmiş, iddiaçının göstərdiyi billütenə heç baxmamışlar. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmiş və bu səbbədən də, iki ildir ki, heç bir yerdə iş tapa bilmir. Bu səbəbdən də maddi çətinliklər çəkir. İddiaçı dəfələrlə müxtəlif qurumlara, o cümlədəndə Əmək və X4 Nazirliyinə də, şikayət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Verilmiş tələblə bağlı iddia müddətinin ötürülməsinə dair məhkəmənin əsaslandırması ilə bağlı isə iddiaçı bildirir ki, o, bu barədə xəbərsiz olmuş və hesab etmişdir ki, ilk növbədə bu barədə aidiyyəti qurumlara müraciət etməli idi. Əmək kitabçasında işdən çıxarılmasının əsası kimi 70-ci maddənin “Ç” bəndi yazıldığından iddiaçını heç bir yerdə işə götürmürlər. İddiaçının banklara xeyli miqdarda borcları var. Himayəsində ailəsi vardır. Odur ki, ən azından əmrə heç olmasa bu hissədə düzəliş edilməlidir ki, iddiaçı başqa bir yerdə işə düzələ bilsin. İşə baxan məhkmə isə işin bu hallarına heç bir qiymət verməmiş, iddiaçının hazırki maddi vəziyyətinin nə qədər ağır olmasını nəzərə almamış və iddia müddəti təqbiq edərək iddianı rədd etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərk iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Məmmədov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan ******* nömrəli, İT-İ seriyalı Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin X2 xidmətləri şöbəsinin Çağrımərkəzi sektorunun çağrı mərkəzi üzrə təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 562 saylı əmrindən görünür ki, X2 xidmətləri şöbəsinin Çağrımərkəzi sektorunun çağrı mərkəzi üzrə təmsilçisi İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) vəzifəsindən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və axırıncı haqq-hesabının ödənilməsi, istifadə etmədiyi məzuniyyət günləri üçün 3 təqvim günü kompensasiyanın ödənilməsi əmr edilmişdir. İddiaçı müvafiq əmri xx.xx.2018-ci il tarixdə imza edərək rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Əmək Qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı hipertoniya diaqnozu qoyulmuş və sonuncu xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli müracət vərəqəsindən görünür ki, sonuncu özünün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-dən əsassız, qeyri-qanuni işdən azad edildiyini, əmək haqqının tam ödənilmədiyini və ona köməlik edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin halları ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və bu ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 562 saylı əmrini xx.xx.2018-ci il tarixdə müvafiq sənədə imza etməklə almışdır. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Kollegiya hesab edir ki, iddia müddətinin ödütülməsi ilə bağlı birinci instansniya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMCnin X2 xidmətləri şöbəsinin Çağrı mərkəzi sektorunun çağrı mərkəzi üzrə təmsilçisi vəzifəsinə işə qəbul edilmiş və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «xxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli 562 saylı əmri ilə işdən azad edilmişdir. İddiaçı müvafiq əmri xx.xx.2018-ci il tarixdə imza edərək rəsmi qaydada qəbul etmişdir. Eyni zamanda, iddiaçı apellyasiya şikayətində də xx xxxxxxx 2018-ci il tarixdə işə gələn zaman ona xx.xx.2018-ci ildə işdən azad olunmasının bildirildiyini qeyd etmişdir. Odur ki, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixində müraciət etməklə hüquqlarının pozulduğunu aşkar etdiyi xx.xx.2018-ci il tarixindən məhkəməyə müraciət etmək üçün 1 aylıq müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı apellyasiya şikayətində əmək kitabçasında onun işdən çıxarılmasının əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndi yazıldığıdan onun heç yerdə işə götürülməməsini bildirməklə, əmrin həmin hissəsində düzəliş edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikaytinin həmin dəlilinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından heç biri qanunvericilikdə işə qəbul olmaq üçün maneə kimi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində belə bir tələb irəli sürmədiyindən apellyasiya instasniyası məhkəməsində bu tələbə baxılması Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Həmin Məcəllənin 372.5-ci maddəsinə əsasən, tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsinə əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. Kollegiya iddiaçının mənəvi zərərlə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalması barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən mənəvi zərərlə bağlı iddia tələbinin rədd edilməsi ilə bağlı birinci intansiya məhkəməsinin mövqeyi əsaslıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3659/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar