Məhkəmə qərarları › İş №2(103)-7238/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7238/2021

24.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7238/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh, onun vəkili-nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” barədə ilkin; Cavabdeh İddiaçı qarşı “pul tələbi, pulun verilməsi ilə mənzildən çıxarılmanın eyni anda icra edilməsi” barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 2(011)-701/2021 saylı 06.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizısi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxarılması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında 30 yanvar 2020-ci il tarixdə nikah bağlanmış və tərəflərin arasındakı nikaha 14 iyul 2020-ci ildə xitam verilmişdir. Lakin nikah pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxmamışdır. Həmin mənzil iddiaçının ilk həyat yoldaşı mərhum X4 məxsus olmuşdur. O, 17 noyabr 2019-cu ildə vəfat etmişdir. Bundan sonra isə mənzil 01 sentyabr 2020-ci il tarixdə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququ barədə hər hansı razılaşma yoxdur. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 11 saylı mənzildən çıxarılması, Cavabdeh kirayə haqqı borcu kimi 3.400 manat vəsaitin İddiaçı xeyrinə tutulması, Cavabdeh İddiaçı məxsus olan televizor, paltaryuyan maşın, soyuducu, mebel əşyalarının ümumi dəyəri olan 1.000 manat vəsaitin İddiaçı xeyrinə tutulması, Cavabdeh İddiaçı məxsus olan qızıl üzüyün dəyəri olan 1000 manat vəsaitin İddiaçı xeyrinə tutulması, İddiaçı və onun mərhum ilk həyat yoldaşı X4 məxsus iki əmək kitabçası, mənzilin mülkiyyət çıxarışı, nikah şəhadətnaməsi, valideynlərinin ölüm şəhadətnamələri, valideynlərinin medallarının Cavabdeh alınaraq İddiaçı verilməsi, Xətai rayon İcra şöbəsinin icra məmuru Ülvi Əkbərlinin 05 avqust 2020-ci il tarixli qərarına və Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli icra sənədinə əsasən, 1.375 manat ziyana görə pul vəsaitinin, 20 manat dövlət rüsumunun, 100 manat ekspertiza dəyərinin və Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 250 manat pul vəsaitinin, 20 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında ünvan 2 ünvanına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bu mümkün olmadığı halda cavabdeh və mərhum arvadı X4 həmin mənzilə dair ödədiyi 36.000 manatın İddiaçı alınıb iddiaçıya verilməsi, pulun ona verilməsi ilə onun mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilin keçmiş mülkiyyətçisi Tatyana Əliyevanı uşaqlıq illərindən tanımışdır. Onlar eyni məktəbdə oxumuşlar. 2011-ci ilin aprel ayında söhbət əsnasında iddiaçı uyğun qiymətə torpaq sahəsi alıb ev tikdirmək fikrində olduğunu bildirdikdə Tatyana Əliyeva ona valideynlərindən qalmış mənzili satmaq istədiyini bildirmiş, iddiaçıya həmin mənzili almağı məsləhət görmüşdür. Tatyana həmin mənzili iddiaçıya 36.000 manata nisyə satmağa razılaşmışdır. İddiaçı 2011-ci ilin aprel ayından mənzilə köçüb yaşamağa başlamış, oktyabr ayında ilkin ödəniş olaraq 5.000 manat vermişdir. Bütün danışıq və razılaşmalarda İddiaçı də iştirak etmişdir. Həmin vaxtdan başlayaraq onlar hər il oktyabr-noyabr aylarında Bakıya gələndə iddiaçı onlara razılaşdıqları kimi 4.000 manat vermişdir.13 noyabr 2018ci il tarixdə onlar Bakıda olarkən iddiaçı yenə 4.000 manat pul vermişdir. Bundan sonra onun ödəniləcək 3.000 manat borcu qalmışdır. Həmin vaxt Tatyana iddiaçıya etibarnamə verərək növbəti il gələrkən alğı-satqını rəsmiləşdirəcəklərini bildirmişdir. 13 oktyabr 2019-cu il tarixdə onlar yenidən Bakıya gəlmişlər. 20 oktyabr 2019-cu il tarixdə Tatyana iddiaçını cavabdeh İddiaçı iştirakı ilə mənzilə qeydiyyata saldırmışdır. İddiaçı qalan 3.000 manat pulu da ödəmişdir. Bununla da o, razılaşdıqları 36.000 manat pulu Tatyanaya tam olaraq ödəmişdir. Tatyana iddiaçıya müalicə olunacağını, daha sonra alğı-satqını rəsmiləşdirəcəklərini bildirmişdir. İddiaçı Tatyananı xəstəxanaya aparmışdır. O, Tibb Universitetinin Tədris Mərkəzində müalicə olunmuş, daha sonra əməliyyat olunması üçün Əfəndiyev Xəstəxanasına köçürülmüşdür. Tatyana Əliyeva 17 noyabr 2019-cu ildə xəstəxanada vəfat etmişdir. Bu səbəbdən onlar mənzilə dair alğı-satqını rəsmiləşdirə bilməmişlər. Bundan sonra iddiaçı yenə həmin mənzildə yaşamağa davam etmişdir. Cavabdeh İddiaçıya 16 yanvar 2020-ci ildə vəsiyyətnamə və etibarnamə vermişdir. Onlar 30 yanvar 2020-ci ildə nikaha daxil olmuşlar. Cavabdehin bacısı onların münasibətindən xəbər tutan kimi gəlib onu özü ilə məcburi apararaq nikahın pozulmasına nail olmuşdur. Cavabdeh yaxşı bilir ki, razılaşma ilə Tatyana mənzili nisyə iddiaçıya satmışdır və iddiaçı mənzilin pulunu tam şəkildə ödəmişdir. İddiaçı 2011-ci ildən həmin mənzildə yaşayır. Cavabdeh və X9 Respublikasında yaşamışlar və hər ilin oktyabr-noyabr aylarında Bakıya gəldikdə iddiaçı pulu onlara ödəmişdir. Tatyana bunları dəftərdə qeyd etmişdir və hər ikisi tərəfindən imzalanmaqla dəftər iddiaçının evində saxlanılmışdır. Cavabdeh İddiaçı sonuncu dəfə bacısı ilə evdən gedərkən həmin dəftəri də özü ilə aparmışdır. Cavabdeh bacısının təzyiqi ilə mənzilə dair alğı-satqını rəsmiləşdirməkdən imtina edir. Eyni zamanda cavabdeh iddiaçının mənzilə görə ödədiyi 36.000 manatı da qaytarmır. Daha sonra Əliyeva X2 Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına dair cavabdeh İddiaçı və X7 ilə aralarında olan razılaşmaya əsasən mənzilin nisyə satışı ilə əlaqədar onlara ödədiyi 36.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, pulun verilməsi ilə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 2(011)-701/2021 saylı 06.05.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 1, 11 saylı mənzildən çıxarılması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı-ünvan 2 ünvanına dair cavabdeh İddiaçı və X7 ilə aralarında olan razılaşmaya əsasən mənzilin nisyə satışı ilə əlaqədar onlara ödədiyi 36.000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, pulun verilməsi ilə mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun mübahisələndirilən ünvanda hansı əsaslarla 10 ildən artıq müddətə yaşamasını, 2011-ci ildə cavabdehin ev əşyalarını qonşulara paylamaqla mənzili ona nə üçün boşaldıb təhvil vermələrini, mənzilin keçmiş mülkiyyətçisi tərəfindən cavabdehin razılığı ilə mənzilə daimi qeydiyyata alınmasının səbəbini, həm keçmiş mülkiyyətçinin həm də cavabdehin nə səbəbə ona etibarnamələr verdiklərini, cavabdehin ona vəsiyyətnamə hansı əsasla verməsinin səbəbini aydınlaşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, əgər doğrudan da o, cavabdehin dediyi kimi mübahisəli mənzildə kirayəçi qismində yaşayıbsa keçmiş mülkiyyətçi və cavabdeh onu mənzilə nə üçün qeydiyyata salıblar?. Tatyana onu mənzilə daimi qeydiyyata öz təşəbbüsü ilə salmışdır. Məhkəmədə Eldar özü də bu faktı təsdiq etmişdir. Kirayə yaşayanı heç vaxt mənzilə qeydiyyata salmazlar. Tatyana onun onlara qalıq borcu olan 3.000 manatı ondan aldıqdan sonra onu mənzilə qeydiyyata saldı və bildirdi ki, narahat olmasın. Tatyananın ölümündən sonra peyda olub mənzili ələ keçirmək niyətinə düşən cavabdehin ögey bacısı Beraşvili Svetlananın təkidi ilə onun mənzildən çıxarılması barədə iddia qaldırılmışdır. Halbu ki, o, 2011-ci ilin aprelindən çətinliklə qazandığı pulları Tatyana ilə cavabdehə vermişdir. Yaşadığı müddətdə mənzildə təmir işləri görmüşdür. Hazırda onun yaşamağa nə başqa mənzili var, nə də yeni mənzil almağa pulu var.Onun məhkəmə qətnaməsi ilə mənzildən çıxarılması ona, himayəsində olan xəstə qızına və azyaşlı nəvəsinə qarşı ədalətsizlikdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili-nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəsinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinin təmin edilmiş, qarşılıqlı iddia tələbinin isə rədd edilmiş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 1, 11 saylı mənzil mərhum X4 məxsus olmuşdur. Tatyana Əliyeva 17 noyabr 2019-cu ildə vəfat etmiş, mübahisəli mənzil vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Mənzilin İddiaçı mülkiyyətində olmasına dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən daşınmaz əmlakın Dövlət reyestrindən 01 sentyabr 2020-ci ildə Çıxarış verilmişdir. Cavabdeh mübahisəli mənzilə qeydiyyatadır. İddiaçı ilə Cavabdeh 30 yanvar 2020-ci il tarixdə nikaha daxil olmuşlar, 14 iyul 2020-ci il tarixdə onların arasındakı nikah pozulmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildə qeydiyyatının qalması və mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Cavabdeh mübahisəli evi nisyə alğı-satqı qaydasında əldə etdiyini, evin keçmiş mülkiyyətçisinin onun uşaqlıqdan tanıdığı rəfiqəsi olduğunu, verilən və alınan məbləğləri kitaba yazdıqlarını qeyd etmiş, istinad etdiyi halları sübuta yetirmək üçün məhkəməyə şahidlər dəvət etmişdir. İddiaçı Cavabdeh istinad etdiyi pulun alınıb verilməsini əks etdirən hesablamaların yazıldığı kitabı (dəftəri) məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər 30.01.2020-ci il tarixdə nikaha daxil olmuş, lakin, tərəflər arasında bağlanmış nikah 12.06.2020-ci ildə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən cavabdehin mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, cavabdeh mübahisəli mənzilə pasport qeydiyyatına düşərkən həmin mənzil mərhum T.Əliyevanın mülkiyyətində olmuşdur. 12.06.2020-ci il tərəflər arasında bağlanmış nikah pozulduğundan, Cavabdeh İddiaçı ailə üzvü hesab edilmir. Göründüyü kimi cavabdehin həmin mənzildən istifadə hüququ olmadığından o mübahisəli mənzildən çıxarılmalıdır. Belə ki, onun həmin mənzildə yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Cavabdeh mübahisəli mənzili mərhum T.Əliyevadan nisyə alğı-satqı müqaviləsi əsasında almasına istinad etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, kollegiya qeyd edir ki, cavabdehin ona etibarnamələr və vəsiyyətnamə verməsi, mübahisəli mənzilə qeydiyyata düşməsi həmin mənzilin alğı-satqısının aparılmasına dəlalət edə bilməz. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində göstərmişdir ki, mərhum T.Əliyevaya pulun verilməsi dəftərdə qeyd olunmuşdur. Lakin həmin dəftər iddiaçı və bacısı tərəfindən götürülmüşdür. Cavabdehin bu dəlilləri inandırıcı sayılmır. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh öz izahatında bildirmişdir ki, o, 2011-ci il tarixdən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Belə olan halda İddiaçı bacısı ilə birlikdə mübahisəli mənzilə gələrək dəftəri götürməsi ağlabatan deyil. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 2(011)-701/2021 saylı 06.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsisinin 2(011)-701/2021 saylı 06.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar