Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7239/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil4, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4147/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduqları evlə bağlı cavabdehlər tərəfindən onlara qarşı törədilən manelərin aradan qaldırılması, X1 və İddiaçı, sonuncunun yetkinlik yaşına çatmayan qızı xx.xx.2008-ci il təvəllüdlü X3 ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4-də yerləşən, 3 otaqlı, 2 saylı evə (X2 adına tərtib edilmiş "xxxx" ASC-nin abunə kodu **********X002A olan abunə haqqında sənədin, “Azəriqaz” İB-nin abonent kodu **********0000 olan abonentin saldosunun və "xxxx" ASC-nin abonent kodu ********************6 olan ödənişlərin siyahısının aid olduğu) köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4147/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 12 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4147/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən eyni zamanda Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil4, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4147/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4147/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-7239/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7239/2023
12.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver