Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7241/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququ tanınmaqla mənzilə köçürürülmə» tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1270/21 saylı işi üzrə 18.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1270/21 saylı işi üzrə 18.03.2021-ci il tarixli qətnaməsi iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, mühasibatlığda araşdırma nəticəsində 05.05.2021-ci il tarixli 13854 saylı qəbzin etaxes.gov.az saytının Bakı Apellyasiya Məhkəməsinin dövlət rüsumu üzrə vərəqəsində olmadığı müəyyən edilmişdir. Diqqətə çatdırılmalıdır ki, qətnamədən şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, apellyasiya şikayətinin məzmun tələblərinə riayyət edilməyərək şikayəti verən şəxsin iş yeri, yaşayış yeri, yaxud olduğu yer göstərilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 361-366, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1270/21 saylı işi üzrə 18.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7241/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7241/2021
07.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver