Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7243/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Mehdi qızının Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı Mehdi qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı Mehdi qızı Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-yə əvvəlki işinə bərpa olunması və keçən müddət üçün məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı Mehdi qızı tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan ötürülmüş müddətin bərpası barədə ərizə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və iddiaçının apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı Mehdi qızı şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi şikayətə heç bir münasibət bildirmədən işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; 267.3-ci maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir; 269.1-ci maddəsinə əsasən şkayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir; İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı Mehdi qızı tərəfindən şikayət verilmişdir. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2 və 269.3-cü maddələrinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, MPM-in imperativ tələbinə əsasən birinci instansiya məhkəməsinin qərardadından şikayət verildiyi zaman şikayətə ilkin olaraq, qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmalı, işə baxan hakim şikayətin əsaslı olmaması qənaətinə gəldikdə şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. Hazırkı işdə isə birinci istansiya məhkəməsi tərəfindən verilmiş şikayətə MPM-nin 269-cu maddənin tələblərinə riayət edilməklə baxılmamış, şikayət birbaşa baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı Mehdi qızı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1631/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı Mehdi qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayətə baxılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7243/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7243/2023
30.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver