Məhkəmə qərarları › İş №2(103)-7249/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7249/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7249/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2023-cü il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4vanının ünvan 1anı ilə eyni olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə maraqlı şəxs kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi göstərilmişdir. Ərizənin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə ərizənin yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmasını qərara almışdır. Ərizəçinin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyət başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 454 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanlarına qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Araşdırılma zamanı məlum olmuşdur ki, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanında faktiki yaşayan şəxslər aşağıdakılardır: Babayev Nazim Cəmil oğlu, Babayeva Xatirə Akif qızı, Babayeva Rəhilə Nazim qızı, Babayev Gülnar Nazim qızı, Babayev Cəmil Nazim oğlu. Qəsəbə nümayəndəliyinin əməkdaşlarına Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanına dair heç bir sənəd təqdim edilməmişdir. Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanında isə faktiki yaşayan şəxslər aşağıdakılardır: Ərizəçi, Mayılov Emin Arif oğlu, Mayılova Gülnarə Xanbaba qızı, Mayılov Kamal Emin oğlu, Ərizəçi Emin oğlu və Mayılov Əzizağa Emin oğlu. Bakı Şəhəri Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Departamentinin Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 420 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanları Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına aid deyil. AZEMİS “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “digər sorğular” bölməsindən görünür ki, Babayev Nazim Cəmil oğlu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və Ərizəçi Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8, ev 4 ünvanlarında qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********03 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin Publik Hüquqi Şəxsin **********71 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanı ilə ünvan 4vanı ayrı ünvanlardır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-4032/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Mayılova Süraya Baba Əli qızının adına verilmiş 1963-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un Mayılova Sürəyyaxanım Baba Əli qızına aid olması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2(112)-7905/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddia tələbinin təmin edilməsi, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum Mayılova Sürrəyaxanım Baba Əli qızına məxsus olması haqqında arayışın Ərizəçi verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəsi olduğu mərhumun mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum Mayılova Sürəyyaxanım Baba Əli qızına məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adının və hüquq obyektinin ünvanının fərqli olduğu göstərilmişdir. Həmin qərardan həmçinin görünür ki, digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan ünvan 7 ünvanda halhazırda digər fiziki şəxslər faktiki yaşayır ki, bu da hər iki əmlakların ayrı-ayrı əmlaklar olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, ünvan 7 və ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakların ayrı-ayrı əmlaklar olduğundan, həmçinin ünvan 8 ünvanında yerləşən yaşayış sahəsində mərhum Mayılova Sürəyyaxanım Baba Əli qızı uzun müddət yaşadığından, o cümlədən həmin əmlak üzərində hər hansı fiziki şəxsin mülkiyyət hüquqları qeydə alınmadığından, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanın səhv göstərilməsi istisna olunmur. Məhkəmə bildirir ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305-ci maddəsində, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında baxdığı işlər isə MPM-in 307ci maddəsində təsbit edilmişdir. Ərizədən müəyyən olunur ki, Ərizəçi ünvan 4vanının ünvan 1anı ilə eyni olması faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin həmin tələbə xüsusi icraat qaydasında baxılmalı deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ünvan 4vanı ilə ünvan 1anı ayrı-ayrı ünvanlardır. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə və 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 310.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri). Ərizədən görünür ki, ərizəçinin hüquqi faktın müəyyən olunması barədə məhkəməyə müraciət etməkdə məqsədi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda göstərilən Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanın ona aid olmadığının, qeyd olunan sənədin məxsus olduğu faktiki ünvanın Dəmiryolçular küçəsi, döngə 4, ev 8 ünvanın olmasıdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan ünvanların eyni ünvan olmasın faktının müəyyən olunamsını xahiş etmişdir. MPM-də məhkəmələr tərəfindən belə hüquqi faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa ərizəçi ayrı-ayrı ünvanların eyni ünvan olması barədə hüquqi faktın müəyyən edilməsini xahiş etsə də, iş materiallarından müəyyən olunur ki, həmin ünvanlar ayrı-ayrı ünvanlar olmaqla hal-hazırda həmin ünvanların hər ikisi mövcud olmaqla həmin ünvanlarda qeydiyyatda olmaqla ayrı-ayrı şəxslər yaşayır. Göründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport vətəndaşa 1963-cü ildə verilmişdir. Ərizəçinin qarşılaşdığı problem sonradan sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi və ya qeydiyyat orqanın texniki səhvindən irəli gələ bilər. Bu səbəbdən də, ərizəçi tərəfindən müvafiq icra hakimiyyət orqanlarına müraciət edilərək, həmin halların aradan qaldırılması xahiş edilməli, bundan imtina olunacağı təqdirdə isə inzibati icraat qaydasında məhkəməyə müraciət etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi 3 gün müddətində həyata keçirilir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli qərarının 1.3-cü bəndinə görə, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. MPM-in 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in MPM-nin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-in 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. MPM-in MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göründüyü kimi, Rayon Məhkəməsi MPM-in 153.2.1-ci maddəsinə istinad edərək ərizənin yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 oktyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar