Məhkəmə qərarları › İş №2(103)-7250/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7250/2023

30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7250/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliəkbər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı Əliəkbər oğluna, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrlü hesab olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə İddiaçı Əliəkbər oğlunun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmaları, ona vurduqları 15 000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25 000,0 əldən çıxmış faydanın və 30,0 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 İddiaçı Əliəkbər oğluna, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin İddiaçı Əliəkbər oğlunun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 üzərinə qoyulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 və X4 hüquq varisi X11 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı Əliəkbər oğlu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmaları, ona vurduqları 15 000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25 000,0 əldən çıxmış faydanın və 30,0 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Ziyabi Əliəkbər oğluna, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı evin yaxınlığında inşa edilmiş yarımçıq tikilidən və onun yerləşdiyi torpaq sahəsindən sahiblik və istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin İddiaçı Əliəkbər oğlunun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə akt(lar)ı

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Əliəkbər oğlunun və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 (X4 hüquqi varisi) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

4. İddiaçı Əliəkbər oğlu həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.

5. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmuşdur.

6. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, İddiaçı adından X2 vermiş olduğu apellyasiya şikayəti xx.xx.2023-cü il tarixli qərardadla səlahiyyətli şəxs tərəfindənn verildiyindən geri qaytarılmış, bundan sonra həmin qərardaddan verilən şikayət də geri qaytarıldığından müəyyən müddət keçmişdir. Prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində şəxsin apellyasiya şikayətinə apellyasiya məhkəməsində baxılması və geri qaytarılması səbəbindən prosessual müddətin ötürülməsi üzürlü səbəb kimi qəbul edilməlidir.

7. Həmin qərardaddan X8 və X4 hüquq varisi X11 tərəfindən verilmiş şikayətlər təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

8. Şikayətlərə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

12. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

13. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.

Apellyasiya baxışının həddi

14. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

15. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı çatdırılmış, xx.xx.2023-cü il tarixdə onun nümayəndəsinin imzaladığı apellyasiya şikayəti elektron sistemə yerləşdirilmiş, lakin bu şikayət həmin nümayəndənin İddiaçı yaxın qohumu, yaxud vəkil olduğunu təsdiq edən sənəd əlavə edilmədiyindən xx.xx.2023-cü il tarixli qərardadla geri qaytarılmış, çoxsaylı şikayətlərindən sonra İddiaçı xx.xx.2023-cü il tarixdə növbəti dəfə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir.

16. Kollegiya hesab edir ki, İddiaçı ilk dəfə vaxtında verdiyi şikayətin geri qaytarılması prosessual qanunvericiliyin nümayəndəliklə bağlı müddəalarının mənasına uyğun olmadığından, onun sonradan verdiyi şikayət üzrə müddətin bərpa edilməsi məhkəmə müdafiəsi hüququnu reallaşdıra bilməsi üçün məqsədəuyğun sayılmalıdır.

17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayətlər təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 saylı iş üzrə 12 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar