Məhkəmə qərarları › İş №2(103)-7253/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7253/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7253/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi və vəkili Mədətov Asif Hökümalı oğlunun, Cavabdeh1 vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3405/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, hüquq və vəzifələrinə toxunan şəxslər Rüstəmova Fidan Rövşən qızı və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlu tərəfindənverilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m və binanın 2-ci blokunun 1-ci mərtəbəsində 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektlərinin boşaldılaraq ona təhvil verilməsini və Cavabdeh2 icraata xitam verilməsi haqqında xx xxxxx 2019-cu tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh2 cavabdehlər sırasından çıxarmış və Cavabdeh1 zəbt etdiyi ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m sahədən və binanın 2-ci blokunun 1-ci mərtəbəsində 164.5 kv.m sahədən ibarət qeyriyaşayış obyektlərindən çıxarılması və ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m və binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektlərinin Cavabdeh1 alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə ünvan 1 saylı ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140.5 kv.m və 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektləri fikizi şəxs X1 müqavilələr əsasında almışdır. Qeyd olunan əmlaklar müqavilələr əsasında ona təhvil verilmişdir. Qeyri-yaşayış obyektlərinin dəyrinin tam ödənilməsinə dair ödəniş cədvəlindən görünür ki, həmin obyektlər ona məxsusdur. Cavabdeh1 tərəfindən onun əmlakları zəbt edilmiş və qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3405/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş,Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi, 2 saylı ünvanda yerləşən binanın 1-ci blokunun 1ci mərtəbəsində yerləşən 140.5 kv.m sahədən və binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektlərdən çıxarılmaları və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi, 2 saylı ünvanda yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140.5 kv.m sahədən və binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektlərinin Cavabdeh1 alınaraq İddiaçı təhvil verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 (altmış bir manat əlli iki qəpik) manat məbləğində olan ekspertiza xərcinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Cavabdeh1 təhvil verilmiş çoxmənzilli binanın tərkib hissəsi olan mübahisəli sahənin qeyri-yaşayış sahəsi kimi qəbul edən məhkəmə nəzərə almamışdır ki, həmin sahə Cavabdeh1 təhvil verilən zaman yaşayış sahəsi formasında və mənzil kimi təqdim edilmişdir. Sadəcə yuxarıda qeyd etdiyi kimi, məhkəmə qətnaməsinin icrasının pozulması məqsədilə əl atılan sonuncu vasitə kimi, həmin yaşayış sahəsi formasında tikilmiş mənzillərin konfiqurasiyası dəyişdirilərək qeyri-yaşayış sahəsinə oxşadılmışdır.Məhkəmə iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 0399 nömrəli ekspert rəyinə istinad edərək qətnaməsində “sözü gedən obyektlərə dair müqavilələrdəki imzalar və digər rekvizitlər hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa müqavilə tərəflərinin özləri tərəfindən icra edilmişdir” ifadəsini qeyd edərək əslində ekspertin səlahiyyətlərini mənimsəməklə ekspert rəyi ilə ziddiyyətli nəticəyə gəlmişdir. Əvvala, Cavabdeh1 məhkəmənin qətnaməsində qeyd etdiyi kimi, iddiaçının təqdim etdiyi qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələrin saxta olması barədə israr etməmiş, sadəcə olaraq Bakı Apellyasiya Məhkəməsinin məlum icra sənədinin 2014-cü ildən dəfələrlə icra olunmasına, bununla bağlı geniş məhkəmə mübahisələri yaranmasına baxmayaraq iddiaçının həmin mübahisələrdə maraqlı şəxs kimi iştirak etmədiyini, öz mənzil və mülkiyyət hüquqlarının qorunmasını tələb etmədiyini, uzun müddətdən sonra onun ortaya çıxaraq özünü həmin mübahisəli sahələrin mülkiyyətçisi kimi təqdim etməsini, oxşar işlər üzrə X4 müqavilələri saxtalaşdırması faktının istintaqla müəyyən edilməsini və ona görə də təqdim edilən müqavilələrin saxta olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğunu məhkəmənin diqqətinə çatdıraraq həmin müqavilələr üzrə sənədlərin texniki ekspertizasının keçirlməsi haqqında vəsatət qaldırmışdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nömrələnmənin aparılmaması, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu tərəf olan Tural Hüseynova həmin qətnamənin icrasına maneə yaratmaq üçün sahələrin nömrələri ilə manipulyasiya etməyə imkan vermişdir. Ona görə də hesab edir ki, məhkəmə bu məsələyə qanuni qüvvəyə minmiş qətnamənin məcburilik və preyudisillağı prinsipindən yanaşaraq, hazırda qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən tərəflərin əsl iradəsini nəzərə almaqla mübahisəni həll etməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X6 apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Mədətov Asif Hökümalı oğlu apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ünvan 1 saylı ünvanında yerləşən binanın 1-ci blokunun 1- ci mərtəbəsində 140.5 kv.m sahədən və binanın 2-ci blokunun 1-ci mərtəbəsində 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektlərinə pay hüquqları xx xxxxxxx 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı xeyrinə özgəninkiləşdirilmişdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən istifadə etməsi İddiaçı mülkiyyət hüquqlarını birbaşa pozan hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X5 ilə İddiaçı arasında xx xxxxxxx 2006-cı il tarixdə çoxmərtəbəli yaşayış binasında pay hüququ barədə müqavilə imzalanmış və həmin müqavilə əsasında ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci blokunun, birinci mərtəbəsində yerləşən ümumi sahəsi 140,5 kv.m olan qeyri-yaşayış obyekti, hər kv.m sahəsi üçün 1000 manat, cəmi isə 140.5 kv sahəsi üçün 140500 (yüz qırx min beş yüz) manat müəyyən edilməklə İddiaçı xeyrinə özgəninkiləşdirilmiş, həmin məbləğ xx.xx.2006-cı il tarixdə tam ödənilmişdir. xx xxxxxxx 2006-cı il tarixdə X5 ilə İddiaçı arasında bağlanmış növbəti çoxmərtəbəli yaşayış binasında pay hüququ barədə müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektinin dəyəri hər 1 kv.m sahəsi üçün 1000 manat, ümumi 164500 manat (yüz altmış dörd min beş yüz) müəyyən edilməklə İddiaçı xeyrinə özgəninkiləşdirilmiş, həmin məbləğ xx.xx.2006- cı il tarixdə tam ödənilmişdir. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsi ilə iddiaçılar Rüstəmova Fidan Rövşən qızı və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun (qanunu nümayəndələri Cavabdeh1) iddiaları təmin edilərək ünvan 5 ünvanında inşa edilmiş 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 mənzillərin cavabdeh X5 tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmiş və həmin qətnamə öz qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20399 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiq etmək üçün təqdim edilmiş X5 ilə İddiaçı arasında bağlanmış 164.6 kv.m və 140.5 kv.m sahəsi olan qeyri-yaşayış obyektlərinə dair xx xxxxxxx 2006-cı il tarixli müqavilələrdə və cizgi planlarında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiq etmək üçün təqdim edilmiş X5 ilə İddiaçı arasında bağlanmış 164.6 kv.m və 140.5 kv.m sahəsi olan qeyri-yaşayış obyektlərinə dair xx xxxxxxx 2006-cı il tarixli müqavilələrdə və cizgi planlarında olan əlyazmalar və imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa icra edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı və X5 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilələrdə mübahisə predmeti olan, ünvan 6 ünvanda yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 104.5 kv.m və binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin müvafiq dövlət orqanı tərəfindən rəsmi qeydə alınma ilə nömrələnməsini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyasıqeyd edir ki, mübahisəli əmlaklar cavabdehə məhkəmə qətnaməsinin icrası çərçivəsində Cavabdeh2 aktları əsasında verilmişdir. Həmin sənədlər ünvan 6 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasından 2 və 38 saylı mənzilin “xxxxx” MTK tərəfindən Cavabdeh1 təhvil verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasını təmin etmiş aktlardır. Məhkəmə qərarının icra məmurları tərəfindən borclu və tələbkarın razılıqları əsasında qeyd edilən formada icra edilməsi (2 və 38 nömrəli mənzil kimi mübahisə predmeti olan mənzilin təqdim və qəbul olunması) həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Odur ki, məhkəmə qətnaməsinin icrasına dair həmin aktlar ləğv olunmadan cavabdehin mənzildən məhrum edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, o cümlədən məhkəmə qətnaməsinin icrası çərçivəsində dövlət orqanının aktı əsasında təqdim və qəbul edilmiş icranın qanunla müəyyən olunmuş əsaslar olmadan etibarsız sayılmayacağından əmin olmalıdır. Heç kəs hüquqlarının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı və “xxxxx” MTK mübahisəli sahənin xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahələrinin İddiaçı satmaqla sonuncuya məxsus olmasını bildirsələr də, bu hallar iddianın təmin olunması üçün əsas deyil. Belə ki, mübahisəli mənzillər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi icra olunarkən məhz “xxxxx” MTK tərəfindən həmin sahələr 2 və 38 nömrəli mənzil kimi cavabdehə təqdim olunmuşdur. Çünki, mənzilin təhvil-təslimində MTK-nın əməkdaşı (komendantı) Cavid Seyidov iştirak etməklə, mübahisəli yaşayış sahəsinin 2 və 38 nömrəli mənzil olaraq Cavabdeh1 verilməsinə dair icra məmurları tərəfindən tərtib olunmuşxx.xx.2015-ciilvə xx.xx.2016-cı iltarixliaktlaraimzaetmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən obyektlər mənzilin hər hansı əlamətlərinə deyil, yalnız qeyri-yaşayış sahəsinin xüsusiyyətlərini özündə əks etdirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən obyektlərin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi icra olunarkən qeyri-yaşayış sahələri olması aktlarda öz əksini tapmamış və hər hansı hüquqmüəyyənedici sənədlə təsdiq olunmamışdır. Əksinə, həmin qətnamə icra olunarkən icra məmurları tərəfindən tərtib olunmuş aktlarda qeyd edilmişdir ki, mənzillər Cavabdeh1 təmirsiz, boş halda təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 435-ci maddəsinə görə, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Buqaydaicranındəyərinindaha çoxolduğuhaldadaqüvvədə qalır. Belə olan halda, borclu “xxxxx” MTK-nın mübahisəli mənzili (eyni əşyanı) bir neçə şəxsə - İddiaçı, (müqavilə əsasında) sonra Cavabdeh1 (məhkəmə qətnaməsinin icrası çərçivəsində tərtib olunmuş aktla) vermək öhdəliyini üzərinə götürmüş sayılır. Buhaldaəşyanınkimə məxsusluğuqanunvericilikdə aydın şəkildə tənzimlənmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Baxılan işin faktiki hallarından görünür ki, mübahisəli əmlaka dair İddiaçıla xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış olsa belə, əşyanın İddiaçı sahibliyinə verildiyini təsdiqləyən sübutlar təqdim olunmamışdır. Həmin yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə boş mənzil kimi Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin icrası çərçivəsində Cavabdeh1 təqdim olunduğu və onun tərəfindən bu icra qəbul edilməklə mənzil təhvil alındığı üçün həmin tarixdən etibarən cavabdehin mübahisəli yaşayış sahəsi üzərində qanuni hüquqları meydana gəlmişdir. Göstərilənlərə əsasən, kollegiya bu nəticəyə gəlir ki, mübahisə predmeti olan əmlaklar Cavabdeh1 məxsus olduğu üçün onun mənzildən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi rədd olunduğundan iş üzrə çəkilmiş ekspertiza xərci 61.52 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 Nəriman qızının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3405/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli və iş üzrə çəkilmiş ekspertiza xərci 61.52 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Nəriman qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3405/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə çəkilmiş ekspertiza xərci 61.52 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar