Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7255/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh firmasına qarşı Cavabdeh firmasının kredit borcuna görə “xxxxxxxxx” ASC-yə ödədiyi 1 171 378 manatın, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2 500 000 manatın, 3 faizlik bank uçot faiz dərəcəsinə uyğun olaraq 687 712,12 manatın, ekspertiza xərci qismində 2000 manatın və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100 000 manatın ödənilməsi”, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 Cavabdeh firmasına qarşı “2 500 000 manatın xeyrinə tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən Cavabdeh firmasının nümayəndəsi və Abbas Səfərov tərəfindənverilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına (Firma) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Firmanın kredit borcu hesabına “xxxxxxxx“ ASC-yə ödədiyi cəmi 1 171 378 (bir milyon yüz yetmiş bir min üç yüz yetmiş səkkiz) manatın, mülkiyyətində olan Nəsimi rayonu, F.Qasımzadə küçəsi 9 ünvanında yerləşən 1387,2 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2 500 000 (iki milyon beş yüz min) manatın, Avropa Bankının 3%-lik bank uçot faiz dərəcəsinə uyğun olaraq əlavə 687 712,12 (altı yüz səksən yeddi min yeddi yüz on iki manat on iki qəpik) manatın, “xxxxxxxxxxx“-yə ödədiyi 2000 (iki min) manatın, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100 000 (yüz min) manatın Firmadan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Firma ilə “xxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə edilmiş xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli əlavələrə əsasən bank Firmaya 770 000 (yeddi yüz yetmiş min) manat məbləğində kredit vermiş, kreditin təminatı olaraq xx.xx.2005-ci il tarixli və xx.xx.2007-ci il tarixli ipoteka müqavilələrı bağlanmış, ipoteka müqavilələrinə əsasən digər əmlaklarla yanaşı, onun yaxın tanışı X4 məxsus Bakı şəhəri, İnşaatçılar prospekti 44 saylı evin 29 saylı və 2 saylı mənzilləri ipotekaya qoyulmuş, şəxsi münasibətlərinin təsdiqi kimi xx.xx.2011-ci il tarixdə 12 saylı dövlət notariat kontorunda X8 bütün əmlak hüquqları ilə bağlı ona etibarnamə vermişdir. Firma tərəfindən götürülmüş kreditlər vaxtlı-vaxtnda qaytarılmadığı üçün o, xx.xx.2007-ci il tarixdə 30 000 (otuz min) manat, xx.xx.2008-ci il tarixdə 68 500 (altmış səkkiz min beş yüz) manat, xx.xx.2008-ci il tarixdə 22 059 (iyirmi iki min əlli doqquz) manat, xx.xx.2009-cu il tarixdə 765 000 (yeddi yüz altmış beş min) manat, xx.xx.2010-cu il tarixdə 255 230 (iki yüz əlli beş min iki yüz otuz) manat, xx.xx.2010-cu il tarixdə isə 30 589 (otuz min beş yüz səksən doqquz) manat, yəni cəmi 1 171 378 (bir milyon yüz yetmiş bir min üç yüz yetmiş səkkiz) manat məbləğində kredit ödənişini banka şəxsən öz vəsaiti hesabına ödəmiş, həmin ödənişləri cəmiyyətin müflis olma həddinə çatdığı və əmlakların itirilməsi təhlükəsi yarandığı vaxtda həyata keçirmişdir. Çünki Firma kredit borcunu qaytara bilmədiyi üçün tutmanın T.Mirzəyevanın mənzillərinə yönəlməsi təhlükəsi yaranmış, o da həmin məbləği ödəməklə mənzilləri təhlükədən qurtarmışdır. Bundan əlavə, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2004-cü il tarixli 115 saylı “İcarə əsasında yaşayış evinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən Firmanın xx.xx.2004-cü il tarixli İ-27 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, A.Səhhət, F.Qasımzadə, S.Rüstəm və X.Şuşinski küçələrinin əhatə etdiyi 964-cü məhəllədə yerləşən şəxsi yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi şərtilə, ümumi sahəsi 0,69 ha ərazi icarə əsasında yaşayış evinin layihələndirilməsi üçün Cavabdeh MTK-ya ayrılmış, həmin sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitlərin ödənilməsi və sakinlərin köçürülməsi Firmaya tapşırılmış, Firmanın Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində apardığı bina tikintisi zamanı ona məxsus F.Qasımzadə küçəsi 9 ünvanında yerləşən 1387,2 kv.m. qeyri-yaşayış sahəsi sökülərək məhv edilmiş, bununla bağlı ona Firma tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Firma xüsusi mülkiyyətində olan daşınmaz əmlakı özbaşına sökməklə ona külli miqdarda zərər vurmuşdur. Məhv edilmiş həmin əmlakın bazar dəyəri 2 500 000 manat təşkil edir və tərəfindən əmlakın qiymətləndirilməsi üçün “xxxxxxxxxxx“ müəssisəsinə 2000 (iki min) manat ekspert haqqı ödənilmişdir. Beləliklə Firma tərəfindən, xərclədiyi pullar və mülkiyyətindən məhrum edilməsi ilə əlaqədar ona ödənilməli kompensasiya illərdir ki, ödənilməmişdir və buna görə də həmin vəsaitə Avropa Bankının 3 %-lik bank uçot faiz dərəjəsi tətbiq edilməklə, həmin məbləğ cəmi 687 712,12 manat müəyyən edilməlidir. Bundan başqa, Firmanın etdiyi əməllər nəticəsində ona mənəvi ziyan dəymişdir və bu ziyanı 100 000 (yüz min) manat məbləğində qiymətləndirir. X15 da Cavabdeh firmasına qarşı müstəqil tələb irəli sürərək, Firmanın əvəzinə kredit borcu kimi “xxxxxxxxx” ASC-yə ödənilmiş ona məxsus 1 171 378 manat da daxil olmaqla ümumilikdə 2 500 000 manatın Firmadan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abbas Səfərov iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərdiyi kredit müqaviləsi, onun Cavabdeh firmasının direktoru olduğu dövrdə bağlanılmış, həmin vaxt və bundan sonrakı dövrdən 2011-ci ilədək Fırmanın yeganə təsisçisi özü olmuş və İddiaçı Cavabdeh firmasının adından “xxxxxxxxx” ASC-yə ödədiyi pul vəsaitləri ona məxsus olmuşdur. Hazırda Cavabdeh firması ona məxsus olmasa da, əvvəllər həmin Firmanın mövcud olması və fəaliyyət göstərməsi üçün tərəfindən kifayət qədər vəsaitlər sərf edilmişdir. İddiaçı ondan fərqli olaraq heç vaxt Cavabdeh firmasının taleyi ilə maraqlanmamış, Firmanın tərəqqisi və inkişafı üçün heç bir vəsait sərf etməmiş, əksinə, direktor olduğu dövrdə 800 000 manata yaxın pul vəsaitini mənimsəmiş və dələduzluq yolu ilə ələ keçirmiş, bununla da Firmaya külli miqdarda ziyan vurmuşdur. İddiaçı barəsində olan cinayət işinin məhkəmə araşdırması zamanı qeyd edilən vəsaitdən 400 000 manatı onun müdafiəçisi tərəfindən ödənilsə də, mənimsənilmiş pul vəsaitlərinin əhəmiyyətli hissəsi Firmaya qaytarılmamışdır. Buna görə də İddiaçı iddia tələbi rədd edilməli, Cavabdeh firmasının əvəzinə kredit borcu kimi “xxxxxxxxx” ASC-yə ödənilmiş ona məxsus olan 1 171 378 manat məbləğində pul da daxil olmaqla ümumilikdə 2 500 000 manat Firmadan tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh firmasının kredit borcuna görə “xxxxxxxxx” ASC-yə ödədiyi 1 141 378 (bir milyon yüz qırx bir min üç yüz yetmiş səkkiz) manatın, ona məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2 500 000 (iki milyon beş yüz min) manatın, ekspertiza xərcinə görə 2000 (iki min) manatın və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manatın, yəni cəmi 3 643 398 (üç milyon altı yüz qırx üç min üç yüz doxsan səkkiz) manatın Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi, onun iddia tələblərinin qalan hissədə, həmçinin X10 iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin müvafiq olaraq Cavabdeh firmasına və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh fırmasının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və İddiaçı iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh firmasının nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, İddiaçı 2003-2008-ci illərdə Fırmanın direktoru olmuş, onun Fırmanın adından ödədiyi pul vəsaitləri isə İddiaçı direktor olduğu dövrdə Firmanın təsisçisi, İddiaçı direktor vəzifəsindən azad edildikdən sonra isə 2008-2011-ci illərdə Fırmanın direktoru olmuş X12 məxsus olmuş, İddiaçı sadəcə Abbas Səfərova ("Cavabdeh" fırmasına) məxsus pul vəsaitlərini Firmanın adından “xxxxxxxxx" ASC-nə ödəmişdir. Ümumiyyətlə, Cavabdeh fırmasına aidiyyatı olan və olmayan çoxsaylı şəxslər Fırmanın adından fırmaya məxsus pul vəsaitlərini banklara, eləcə də digər aidiyyatı orqanlara ödəmişlər ki, bu da həmin şəxslərə Firmaya qarşı iddia qaldırıb, həmin pulların tələb edilməsi hüququnu vermir.İddiaçıhansı səbəbdən Fırmanın öhdəliyini yerinə yetirdiyini nə iddia ərizəsində, nə də məhkəmə araşdırması zamanı izah edə bilməmiş, onun iddia etdiyi “həmin məbləği cəmiyyətin müflis olma həddinə çatdığı və əmlakların itirilməsi təhlükəsi yarandığı vaxtda ödəmişdir. Çünki cəmiyyət kredit borcunu qaytara bilmədiyi üçün T.Mirzəyevanın girov qoyulmuş mənzillərinə borcun qaytarılması üçün tutmanın yönəldilməsi təhlükəsi yaranmış, göstərilən məbləği ödəməklə mənzilləri həmin təhlükədən qurtarmışdır"kimi hər hansı bir hal yaranmamışdır. İddiaçı sadəcə irəli sürdüyü iddianın “ağlabatan" olması üçün həmin versiyanı irəli sürmüşdür - hansı ki, T.Mirzəyevaya məxsus mənzilin, eləcə də “Cavabdeh" Firması ilə “xxxx" Bank ASC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli H-022 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş digər əmlakların itirilməsi təhlükəsi olmamışdır. Sözügedən öhdəliklə bağlı ipoteka edilmiş əmlakların böyük hissəsi də Firmanın təsisçisi və direktoru A.Səfərova məxsus olmuşdur. İkincisi isə, sözügedən 1387,2 kv.m qeyri-yaşayış sahəsi (mebel sexi) X9 və X6 məxsus olmaqla “Cavabdeh" fırmasının (A.Səfərovun) vəsaiti hesabına alınmışdır ki, həmin ərazidə yeni tikililər tikilsin. Həmin dövrdə İddiaçı “Cavabdeh" fırmasının direktoru olduğundan alqı-satqıda o iştirak etmiş və qeyri-yaşayış sahələri onun adına rəsmişləşdirilmişdir. X13 və X11 ilə də razılşama belə olmuşdur ki, qeyri-yaşayış sahələrinin sökülməsi onların özləri tərəfindən həyata keçiriləcək və söküntü zamanı əldə edilmiş materialları onlar götürüb aparacaqlar. Buna görə də söküntü Aslanzadələr tərəfindən həyata keçirilmiş və onlar söküntü nəticəsində əldə edilən mal-materialı yaşadıqları Hökməli kəndinə aparmışlar. Adı çəkilən şəxslər məhkəmədə də bildirmişlər ki, qeyri-yaşayış sahəsinə görə ödənilməli məbləğin kiçik bir hissəsi nəğd qaydada onlara ödənilmiş, qalan hissəsinə görə isə həmin ərazidə tikiləcək yaşayış mənzillərindən A.N.Aslanzadəyə və onun ailə üzvlərinə mənzillər və qeyri-yaşayış sahəsi veriləcəyi barədə razılığa gəlinmişdir. İddiaçı 2003-2008-ci illərdə Cavabdeh firmasının direktoru olduğundan həmin dövrdə firma tərəfindən yol verilmiş pozuntuya görə bilavasitə özü məsuliyyət daşıyır. X3 da apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini, İddiaçı iddia tələblərinin rədd, özünün iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abbas Səfərov apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh firmasına qarşı külli miqdarda dələduzluq və mənimsəmə cinayətləri törətdiyinə görə məhkum edilmiş İddiaçı öz şəxsi vəsaiti hesabına Firmanın öhdəliyini icra etməsi inandırıcı olmadığı halda birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, Firmanın kredit öhdəliklərinə görə bir neçə daşınmaz əmlakın ipoteka ilə yüklü edildiyini və T. Zülfüqarovanın iki mənzilinin ümumilikdə dəyərinin firmanın borcunun yarısını belə təşkil etmədiyini nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən həmin halları ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda məhkəmə, onun iddiasının Cavabdeh firması tərəfindən etiraf edilməsini də qanunsuz olaraq təsdiq etməmişdir. Məhkəmə həmçinin İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv. metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi qiymətləndirmiş və onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını göstərmişdir; halbuki, iş materiallarından aşkar şəkildə görünür ki, İddiaçı həmin qeyri- yaşayış sahəsi ilə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 115 saylı xx.xx.2004-cüil tarixli sərəncamı ilə ünvan 1 invanında yerləşən sahəsi 1387,2 kv. metr olan qeyri yaşayış sahəsinin yerləşdiyi ərazi icarə əsasında yaşayış evinin layihələşdirilməsi üçün Cavabdeh fırmasına ayrılmış, həmin qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququ haqqında şəhadətnamə isə İddiaçıxx.xx.2005-ci il tarixdə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixə qədər Cavabdeh firmasının direktoru vəzifəsində işləmiş, xx.xx.2004-cü il tarixdə, yəni müvafiq sərəncamınn verildiyi tarixdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə direktoru olduğu Firma tərəfindən söküntü işlərinin aparılacağını bilmiş, buna baxmayaraq həmin ərazidə daşınmaz əmlak əldə etmişdir. Bu hal birbaşa təsdiq edir ki, qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı heç bir zərər dəyməmişdir. Ümumiyyətlə məhkəmə İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə nə qədər xərc çəkdiyini aydınlaşdırmamış, yalnız iş materiallarında olan “Ekpert” LTD müəssisəsinin qiymətləndirmə aktına istinad edərək məbləği müəyyənləşdirmişdir. Həmin aktda isə qeyri-yaşayış sahəsinin qiyməti həm 2005-2006-cı, həm də 2013-cü il üçün 2 500 000 manat göstərilmişdir. Nəzərə almaq lazımdır ki, həmin qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmuşdur və məhkəmə mütləq şəkildə onun İddiaçı hansı məbləğdə satılmasını müəyyənləşdirlməli idi. Digər tərəfdən məhkəmə bu qiymətin mübahisələndirilmədiyini göstərsə də, iş materiallarından görünür ki, “Cavabdeh" firması tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, vəsatətdə Firmanın “Ekpert” LTD müəssisəsinin qiymətləndirmə aktı ilə razı olmadığı göstərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual və maddi hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr ziddiyyətli olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi “ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2 500 000 (iki milyon beş min) manatın Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmuş, ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2 219 520 (iki milyon iki yüz on doqquz min beş yüz iyirmi) manatın Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmış, qətnamənin 3 643 398 manat cəmi məbləğin Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək cəmi məbləğin 3 362 918 (üç milyon üç yüz altmış iki min doqquz yüz on səkkiz) manat müəyyən olunması, qalan hissələrdə dəyişdirilmədən saxlanılması, mütəxəssisə ödənilməli olan 200 manatın Cavabdeh firmasına aid edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh firmasının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh firmasının nümayəndəsi (vəkili) Vəkil və müstəqil tələb irəli sürən üçüncü şəxs Abbas Səfərov apellyasiya şikayətlərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətlərin təmin olunmasını xahiş etmiş, İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan “xxxxxxxxx” ASC-nin, “xxxxxxxxx” ASC-nin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri isə məhkəməyə gəlməmişlər. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı şahid qismində dindirilməsi təmin olunmuş X13 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 1387,2 kv.m. qeyri-yaşayış sahəsi ona və ailə üzvlərinə məxsus olmuş, orada mebel sexi fəaliyyət göstərmiş, Abbas Səfərov həmin ünvanda tikinti işləri aparacağından özlərinə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi barədə razılaşmışlar. Razılaşma belə olmuşdur ki, qeyri-yaşayış sahələrinin sökülməsi onların özləri tərəfindən həyata keçiriləcək və söküntü zamanı əldə edilmiş materialları götürüb aparacaqlar. Qeyri-yaşayış sahəsinə görə həmin ərazidə tikilən binadan onlara 4 mənzil və bir qaraj verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin İddiaçı iddia tələblərinin qismən təmin, Abbas Səfərovun iddia tələblərinin isə rədd olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq İddiaçı qətnamədən şikayət verməmişdir; Cavabdeh firması və Abbas Səfərovun apellyasiya şikayətlərinin dəlilləri isə məhz İddiaçı iddiasının təmin olunan hissəsinin, habelə Abbas Səfərovun iddiasının təmin olunmaması ilə bağlı hissənin qanunsuz olmasına yönəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşaıdakı kimi olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə aşağıdakı iki mübahisələndirilən halın olduğunu müəyyən etmişdir: ünvan 2 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh firması tərəfindən alınmış, lakin alqı-satqı İddiaçı tərəfindən həyata keçirildiyi üçün formal olaraq İddiaçı adına rəsmiləşdirilsə də, faktiki Cavabdeh firmasına məxsus olmuşdur. İddiaçı Cavabdeh firmasının əvəzinə “xxxxxxxx” ASC-yə ödədiyi pullar onun deyil, “Cavabdeh firmasının olmuşdur. Birinci halla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Cavabdeh firmasına ayrılmış ərazidə olan digər yaşayış sahələrinin alqı-satqısı Cavabdeh firmasının adına bağlandığından, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin formal olaraq İddiaçı adına rəsmiləşdirilməsi ağlabatan deyildir. Bu halla bağlı məhkəmə kolegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət, F.Qasımzadə, S.Rüstəm və X.Şuşinski küçələrinin əhatə etdiyi 964-cü məhəllədə yerləşən şəxsi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi şərti ilə, ümumi sahəsi 0,69 ha ərazi icarə əsasında yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasının istifadəsinə verilmiş və bunun əsasında Cavabdeh firması ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsi də daxil olmaqla qeyd edilən sərancamla ayrılmış ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin müqavilə əsasında mülkiyyətçilərdən əldə olunması və sökülməsi ilə bağlı qərar qəbul etmişdir. Yəni İddiaçı Cavabdeh firmasının direktoru olduğu dövrdə qeyd olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin alınması və sökülməsi ilə bağlı firma tərəfindən qərar qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin mübahisələndirilən birinci halına qiymət verərkən ünvan 1 ünvanında yerləşən 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı Cavabdeh firmasının direktoru İddiaçı hərərkətlərində sui-istifadə hallarının olub-olmamasını araşdırmamışdır. Halbuki, iş materiallarından görünür ki, İddiaçı qeyd edilən ərazidə direktoru olduğu Cavabdeh firması tərəfindən daşınmaz əmlakların mülkiyyətə əldə edilməsini və bundan sonra həmin əmlakların söküləcəyini bilmiş, firmanın direktoru olaraq həmin ərazidə yerləşən daşınmaz əmlakların əldə edilməsinə və sökülməsinə rəhbərlik etmişdir. Lakin bu məsələni bildiyi və onlara rəhbərlik etdiyi halda İddiaçı firmanın adına əldə etmək əvəzinə, firmanın maraqlarına zidd olaraq öz adına həmin ərazidə qeyri-yaşayış sahəsi əldə etmiş, həmin əmlakın sökülməsi zamanı buna hər hansı bir etiraz bildirməmiş, firmanın direktoru vəzifəsindən azad ediləndən bir müddət sonra qeyd edilən əmlakın sökülməsi nəticəsində ona ziyan dəydiyini göstərərək hazırkı iddianı vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmçinin iş özrə əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hansı tarixdə sökülməsini, həmin qeyri-yaşayış sahəsinin sökülməsinin hansı qaydada əvəzləşdirilməsini araşdırmamışdır. Bundan başqa cavabdehlər kasasiya şikayətlərində göstərmişlər ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi Əmlak Komitəsinə məxsus olmaqla X7 və X1 olmuşdur və Cavabdeh firması tərəfindən həmin şəxslərə kompensasiya olaraq nağd şəkildə kiçik bir məbləğ və inşa olunacaq binada yaşayış və qeyri-yaşayış sahələri verilmişdir. Apelyasiya instansiyası məhkəməsi X9 və X6 həqiqətən kompensasiya verilib-verilməməsini, o cümlədən firma tərəfindən inşa edilən binada yaşayış və ya qeyri-yaşayış sahələrinin ayrılıb-ayrılmamasını araşdırmamış, həmin şəxslərin məhkəmədə dindrilməsi tərəflərə təklif olunmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, mübahisə predmeti olan əmlak dövlət mülkiyyətində olmuş və özəlləşdirilməklə İddiaçı mülkiyyətinə keçmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin əmlakın əldə edilməsi ilə bağlı müraciətin müvafiq dövlət orqanına kim tərəfindən, yəni Cavabdeh firması və yaxud fiziki şəxs statusu ilə İddiaçı tərəfindən edilməsi, o cümlədən əmakın əldə edilməsi üçün ödənilmiş məbləğin Cavabdeh firmasının vəsaiti hesabına aparılıb-aparılmamasını araşdırılmamışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi birinci halla bağlı iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, araşdırılmış hallara isə düzgün hüquqi qiymət verməmişdir. İkinci halla bağlı apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh firması kredit borcuna görə “xxxxxxxx” ASC-yə İddiaçı tərəfindən ödənilən pul vəsaitinin Cavabdeh firmasına məxsus olmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh firmasının direktoru olmadığı bir vaxtda firma tərəfindən İddiaçı hər hansı pul vəsaitinin verilməsi inandırıcı və ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, bu hissədə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh firması ilə üçüncü şəxs “xxxx” Bank ASC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə edilmiş xx.xx.2007-ci il tarixli, xx.xx.2007- ci il tarixli əlavələrə əsasən bank cavabdehə 770.000 (yeddi yüz yetmiş min) manat məbləğində kredit vermiş, kreditin təminatı olaraq xx.xx.2005-ci il tarixli və xx.xx.2007-ci il tarixli ipoteka müqavilələri bağlanmış, ipoteka müqavilələrinə əsasən digər əmlaklarla yanaşı, onun yaxın tanışı X4 məxsus Bakı şəhəri, İnşaatçılar prospekti 44 saylı evin, 29 saylı və 2 saylı mənzilləri onun TMirzəyeva ilə şəxsi münasibətlərinə əsasən onun xahişi ilə T. Mirzəyeva tərəfindən ipotekaya qoyulmuş, Cavabdeh firması tərəfindən götürülmüş kreditlər vaxtlıvaxtnda qaytarılmadığına görə tutmanın T.Mirzəyevanın mənzillərinə yönəldilməsi təhlükəsi yaranmış, o da ümumilikdə 1.171.378 (bir milyon yüz yetmiş bir min üç yüz yetmiş səkkiz) manat məbləğində kredit ödənişini banka şəxsən öz vəsaiti hesabına ödəməklə mənzilləri təhlükədən qurtarmışdır. Bununla bağlı cavabdehlərin dəlili ondan ibarətdir ki, İddiaçı rəsmi olaraq xx.xx.2008-ci il tarixində Cavabdeh firmasının direktoru vəzifəsindən çıxsa da, 2010-cu ilin sonuna qədər bankda Cavabdeh firmasının adına imza nümunələri İddiaçı adına olmuş, ona görə də direktor vəzifəsindən çıxdıqdan sonra müəyyən müddət ərzində bütün ödəmələr onun vasitəsi ilə həyata keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixində Cavabdeh firmasının direktoru vəzifəsindən çıxsa da, İddiaçı bir müddət faktiki olaraq direktor kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2011-ci il tarixli ittiham aktı ilə müəyyən edilir ki, 2008-ci ilin iyul ayında İddiaçı Cavabdeh firmasının inşa etdirdiyi mənzillə bağlı X17 ilə razılığa gəlmiş və xx xxxxxx 2008-ci il tarixli müqavilə ilə firmanın direktoru kimi ona mənzil satmışdır. “xxxxxxxx” ASC-yə edilən kredit ödənişlərin də əksər hissəsi İddiaçı rəsmi olaraq direktor vəzifəsindən çıxdığı dövrə düşdüyündən iş üçün əhəmiyyət kəsb etdiyi halda apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və İddiaçı tərəfindən “xxxxxxxx” ASC-yə edilən kredit ödənişlərinin özünü Cavabdeh firmasının direktoru kimi təqdim etməklə, Cavabdeh firmasının vəsaiti kimi ödəyib-ödəməməsini araşdırmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, T.Mirzəyevanın xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsi ilə cəmi 220 000 manat məbləğində qiymətləndirilmiş mənzillərinin hərraca çıxarılmasının qarşısını almaq üçün İddiaçı banka 1 171 378 manat pul ödəməsi, o cümlədən Cavabdeh firması tərəfindən ona məxsus qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində 2 500 000 manat ziyan dəydiyi halda, ona ziyan vurmuş şəxsin borcuna görə 1 171 378 manat pul ödəməsi barədə İddiaçı dəlilləri inandırıcı olmamaqla sağlam məntiqə və ağlabatan mühakiməyə uyğun gəlmir.” Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin faktiki hallarını təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini qismən təmin etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki,hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiyanın qənaətinə görə, İddiaçı iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və “mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 431.1-ci və 431.3-cü maddələrinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, hər iki halda sübutetmə yükü, yəni borclunun əvəzinə kredit öhdəliyini icra etmiş olmasını, habelə məhz özünə məxsus əmlaka cavabdeh tərəfindən ziyan yetirildiyini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür və kollegiya hesab edir ki, o, həmin halları sübuta yetirə bilməmişdir. Əksinə, Ali Məhkəmənin qərarında da vurğulandığı kimi, işin halları nə əmlakın İddiaçı məxsus olması, nə də onun, T. Mirzəyevanın xx xxxxxx 2005-ci il tarixli ipoteka müqaviləsi əsasında cəmi 220 000 manat məbləğində qiymətləndirilmiş mənzillərinin hərraca çıxarılmasının qarşısını almaq üçün, həm də məhz özünə 2 500 000 manat ziyan vurduğunu iddia etdiyi firmanın borcunun ödənilməsi məqsədilə banka 1 171 378 manat pul ödəməsi ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığı qənaətinə gəlmək mümkün deyildir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin İddiaçı iddiasının qismən təmin olunması ilə bağlı hissədə ləğvi üçün əsas təşkil edir. Bununla yanaşı kollegiya, Abbas Səfərovun iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür; belə ki, Abbas Səfərov iddia tələbinin əsaslı hesab olunmasına imkan verəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir və Cavabdeh firmasının onun iddiasını etiraf etməsi Firmanın maraqlarına zidd olduğundan qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə görə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh firmasının apellyasiya şikayəti tam, X10 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-56/2013 saylı iş üzrə xx xxxx 2013-cü il tarixli qətnaməsi İddiaçı iddia tələblərinin qismən təmin olunması hissəsində, yəni “İddiaçı Cavabdeh firmasının kredit borcuna görə “xxxxxxxxx” ASC-yə ödədiyi 1 141 378 (bir milyon yüz qırx bir min üç yüz yetmiş səkkiz) manatın, ona məxsus ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2 500 000 (iki milyon beş yüz min) manatın, ekspertiza xərcinə görə 2000 (iki min) manatın və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manatın, yəni cəmi 3 643 398 (üç milyon altı yüz qırx üç min üç yüz doxsan səkkiz) manatın Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. İddiaçı iddia tələbləri həmin hissələrdə də təmin olunmasın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Əmlakın qiymətləndirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq “X20 MMC-nin hesabına (VÖEN:**********, hesab №:AZ30GUNA********************, Bank: “xxxxxxxxx”ASC,VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7255/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7255/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver