Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7257/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı1, İddiaçıların nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2610/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, X12 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Mübahisə predmeti olan - Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv, 24B saylı (yeni nömrə 1) ev X6 məxsus olmaqla, bu hüquq xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, habelə o, 1963-cü il tarixdən şəxsi mülkiyyət hüququ əsasında həmin evin sahibi qismində çıxış etmişdir (1963-cü il tarixli texniki inventarizasiya və qiymətləndirməyə dair pasporta və kartoçkaya əsasən). X13 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan əmlak miras əmlak qismində çıxış edir, iddiaçı onun oğlu və sonuncunun ailə üzvləri oğlu, arvadı və qızıdır. X5 adına vərəsəlik işi açılmış, lakin miras əmlaka dair vərəsələrin payları müəyyən edilməmişdir. İddiaçı1, İddiaçı3 2000-ci ildən, İddiaçı2 2002-ci ildən, X12 2004-cü ildən, Cavabdeh2 1959-cu ildən, Cavabdeh1 1970-cı ildən həmin evə pasport qeydiyyatına düşmüş, həmin evdə yaşamışlar. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 , İddiaçı3 və az yaşlı ailə üzvü X7 Bakı şəhəri Qaradağ rayonu Sənğəçal qəsəbəsi 1-ci massiv, 24B (yeni nömrə 1 ) evə köçürülməyini, evdən istifdə qaydasının müəyyən edilməsi, onların- İddiaçı1 , İddiaçı3, X12 və İddiaçı2 həmin evin sahəsi 21.1 kv.m, 20.1 kv.m. sahəsinə və bacıları-cavabdehlər Cavabdeh2, Cavabdeh1 isə həmin evin sahəsi 17.7 kv.m, 18.7 kv.m. sahəsi olan otaqlara köçürülməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946cı ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən X17 Əvəz (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır.1951-ci ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşması və qiymətləndirilməsinə dair” Pasportunda qeyd edilmişdir.Valideynləri vəfat edəndən sonra yaşadığı evə X1nun adına sənədləşdirilməsi həyata keçirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın reyestr nömrəsi **********78-10301,qeydiyyat nömrəsi **********9,qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli Seriya RX N:1368700 saylı Çıxarış verilmişdir.O özü atadan qalmış evin X1nu adına sənədləşdirmiş və bununla əlaqədar bütün xərcləri o çəkmişdir.O zaman atası xəstə olanda bütün evdə yaşayanları yanına çağırmış və evi onun oğlu-nəvəsi İddiaçı2 vəsiyyət etmişdir.Azərbaycan Respubliaksı Əmlak X11 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərazilərin invertarlaşması keçirilmiş və yaşadığı ünvana-Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi 1-ci massiv,ev 24B (yeni nömrə 1) ünvan kimi göstərilmişdir. Ailədə 12 övlad olmuş və onlar hamısı həmin evdə böyüyüb başa çatmış və sonradan bacı qardaşları çoxu ailə quraraq başqa ev və ya mənzil sahəsinə köçmüşlər və ya aldıqları torpaq sahəsində ev tikərək orada yaşayırlar.X1 xx.xx.2009-cu ildə və anası X9 2013-cü ilin aprel ayında vəfat etmişdir.Hazırda həmin ünvanda 4 nəfərdən ibarət ailə üzvləri-arvadı İddiaçı3,qızı X12 və oğlu İddiaçı2 və iki bacısı-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə yaşayır.O ailə quranda həmin evdə yaşasa da,lakin sonradan valideynləri ilə evdə yaşayanların sayının çox olduğunu əsas gətirərək,həyətda yardımçı bir sahə tikilərək onu ailəsi ilə birlikdə sahəyə köçürmüşlər.Ailə üzvləri çox olduğundan mənzil sahəsi isə 3 otaqdan ibarət olduğundan, onu ailəsilə birlikdə həyətdə yardımçı sahə kimi inşa edilmiş sahəyə köçürmüşlər və mübahisəli evin bir otağı valideyinlərinin, bir otaq qonaq otağı kimi və digər bir otaqları isə bacılarının istifadəsinə verilmişdir. Sonradan valideyinləri vəfat etdiyindən bacıları-cavabdehlər onu ailəsilə birlikdə evdə boş otaqlarda yaşamaqlarına imkan verməmişlər. Belə ki, hazırda onun dəfələrlə cavabdehlərə müraciətlərinə və xahişlərinə baxmayaraq, bacıları onu və ailəsi həmin otaqlarda yaşamağına üsyankar formada mane olurlar. Hazırda onu bacıları-cavabdehlərlə münasibətlərinin nizama salınması ehtimalı yoxdur, onunla cavabdehlərin bir evdə normal yaşamağına imkan vermirlər və daimi söz-söhbət , mübahisə yaradırlar. Son zamanlar cavabdehlər onu və ailə üzvlərini söyüb təhqir etdiyindən və yaşayış şəraitinin ağır olması səbəbindən həyat yoldaşı və övladları uzun müddətdir ki, yoldaşının böyük qardaşı gildə bir otaqda qısılıb qalıblar. Cavabdehlər onunla mübahisə edərkən polis orqanlarına müraciət etməkdən çəkinmirlər. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Övladlarının hər ikisi yetkinlik yaşına çatıblar. Oğlu travmalı doğulub və o səbəbdən epilepsiya xəstəliyindən əziyyət çəkir və stressli vəziyyətlərdən uzaq olmalıdır, vaxt aşırı epilepsiya tutmaları olur və ona ayrıca otaq lazımdır ki, həkimin maneəsiz yardımını alsın, digər övladı da xəstədir. Lakin cavabdehlər onun xəstə övladlarının və ailəsinin normal yaşamasına imkan vermirlər. Yaşadığı yardımçı mənzil sahəsi bərbad vəziyyətdədir və həmin sahədə əvvəllər yanğın olmuşdur. Sonradan o həmin sahəni qismən bərpa edib orada yaşasa da, lakin hazırda uçulmuş və sökülmüş vəziyyətdədir və bir neçə yerindən çat vermişdir.O ailəsi başqa mənzil sahəsi ilə təmin olunmağı barədə Azərbaycan Respubliaksı 1-ci Vitse Prezidentə xahişlə müraciət etsə də, lakin onu evlə təmin etməmişlər. Yaşadığı Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi 1-ci massiv 24B (yeni nömrə 1) ev,Texniki Pasporta əsasən otaqlar aşağıdakı kimi ölçülərdədir.1-ci otaq 21.1 kv.m,2-ci otaq sahəsi 20.1 kv.m,3-cü otaq sahəsi 17.7 kv.m,4-cü otaq sahəsi 18.7 kv.m-dir. Eyni zamanda sahəsi 30 kv.m yardımçı sahə və sahəsi 16 kv.m olan mətbəxdən ibarətdir. Bakı şəhəri Qaradağ rayonu Sənqəçal qəsəbəsi 1ci massiv 24B(yeni nömrə 1) evə köçürülməli və evdən istifadə qaydası müəyyən edilməlidir. O və arvadı İddiaçı3, qızı X12 və oğlu İddiaçı2 və iki bacısıcavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırda boş olan həmin evin sahəsi 21.1 kv. m. və 20.1 kv.m. sahəsi olan otaqlara köçürülməklə onların birlikdə həmin evdən istifadə qaydası müəyyən edilməlidir. Yaşadığı iki hissəyə ayrılmaqla, onların ayrı-ayrı otaqlarda yaşamağı təmin edilməlidir. Atadan qalmış evə iki istiqamətdə giriş-çıxış vardır. Əgər evin bölgüsü keçirilirsə o zaman hər iki tərəf evə ayrı-ayrı girişlərdən istifadə edəcək və bir-birinə heç bir maneəçilik yaratmayacaqlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(002)- 2610/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi miras əmlakla bağlı olduğundan, indiki halda qeyd edilən əmlaka dair vərəsələrin payı müəyyən edilmədiyindən, vərəsələr miras şəriki qismində çıxış edirlər. Belə olan halda isə həmin əmlakın hüquqi rejimi MM-nin 1157-1.1-ci maddəsinin təsiri altına düşür (mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir). İndiki halda qeyd edilən hal vərəsələrin əmlak hüquqlarına toxunduğundan, ilk növbədə miras əmlaka dair vərəsələrin əmlak üzrə pay hüququ müəyyən edilməlidir. Hətta tərəflərin miras əmlakla bağlı istifadə hüququ yaranmış olsa belə (hazırki mülki iş üzrə miras əmlaka dair pay hüququ müəyyən edilmədiyindən, həmin halın araşdırılması zərurəti hazırki məqamda aradan qalxmış olur), indiki halda qeyd edilən əmlak miras əmlak qismində çıxış etdiyindən, ilk növbədə miras əmlaka dair vərəsələrin payı müəyyən edilməlidir (əmlakın paylı mülkiyyətçiləri müəyyən edilməlidir.) Bu halın nəzərə alınmaması isə digər vərəsələrin paya dair mülkiyyət hüquqlarının əsassız yerə məhdudlaşdırlması ilə nəticələnə bilər ki, bu hal da özlüyündə konstitusion norma və prinsiplərə ziddir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 164.1, 164.2, 165.1, 1133.1, 1133.2, 1151.1, 1157, 1157-1.1, 1157-1.2, 1157-1.3, 1274-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdr. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş ona münasibətdə apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2176/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2610/2022 saylı iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən - İddiaçı1 evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv, 24B saylı (yeni nömrə 1) evə köçürülməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat İddiaçılar İddiaçı2, İddiaçı3 və X12 birgə apellyasiya şikayəti verərək, qətnaməninl ləğv edilməsi, evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən etmək iddia tələbi olduğu halda, məhkəmə İddiaçı1 və iddiaçılar İddiaçı3, İddiaçı2nın və iddia verildiyi tarixdə yetkinlik yaşına çatmayan Nərmin Məmmədovanın tələbini miras əmlakla bağlamasına və vərəsələrin payların müəyyən edilməsinə çevirib, mübahisə predmetinin hüquqi rejimi dəyişdirərək MM-nin 1157-1.1 maddəsinin təsiri altına düşməsini qeyd edir. Halbuki, MMnin 1243.2 maddəsinə əsasən həmin hallar mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçılar da həmin evdə yaşayırdılar. İddiaçı1 və cavabdehlərin atası X.İddiaçı2 xx.xx.2009-cu ildə və anası Z.E.Məmmədova 2013-cü ilin aprel ayında vəfat etmişlər. 1959-cu ildə tikilən evin nə 2009-cu ildə, nə də 2013-cü ildə, yəni miras açılan zamanda hüquqi rejimi təsdiq edən sənədlər də yox idi. Valedeyinlər vəfat etdikdən sonra İddiaçı1 tərəfindən arxivdən toplanmış sənədlərə əsaslanaraq həmin evə mülkiyyət hüququnun təsdiqlənməsi barədə X1nun adına 2018-ci ildə çıxarış almışdır. Faktiki olaraq mirasın bir hissəsi 2009-cü ildən, tam 2013 ildən açılmışdır. Lakin 12 nəfər vərəsələrdən (miras goyanların övladları) heç biri bu günə kimi miras əmlakından öz paylarını müəyyən etməklə miras şəriki qismində çıxış etməmişdirlər. 1972-ci ildən başlayaraq 9 nəfər tərəflərin bacıları və qardaşları ailə qurub xaricdə öz evlərində yaşayırlar, yaşayış sahəsinə eytiyacları yoxdur və vərəsələr kimi çıxış etmirlər. İddiaçı1 ailə quran vaxtdan öz ailə tərkibi ilə atasının evində yaşayırdı və bu günkü gündə iki nəfər cavabdehlərlə (bacılarla) həmin miras əmlakı təşkil edən evdə yaşayır. Eyni zamanda, miras əmlakı təşkil edən həmin evə miras açılmamış əvvəl İddiaçı3 İddiaçı1 ilə rəsmi nikah bağlayıb və ailə qurub həmin evə xx.xx.2001-ci il tarixdə gəlin köçmüşdür. Nikahdan iki uşaq, xx.xx.2002-ci il təvəlüdlü oğlu İddiaçı2 və xx.xx.2004-cü il təvəlüdlü qızı X12 doğulmuşdurlar. İddiaçıların dörd nəfər ailə tərkibi ilə 2001-ci ildən həmin evdə yaşaması, həmin vaxtdan onların həmin evdən istifadə hüququnun yaranması, miras açılan vaxtdan əmlaka sahiblik və faktiki idarə etmə hallar və 2001 ildən 2018-ci illər arasında həmin əmlakın hüquqi növü məhkəmənin diqqətindən kənarda qalmışdır. İddiaçıların həmin evdə yaşayıb istifadə hüququ 2001-ci ildən olduğu halda cavabdehlər boş olan otağa iddiaçılarının köçməsinə maneəçilik törədirdilər. Üç otağdan ibarət evin bir otağına qardaşının ailə tərkibi ilə köçüb yaşamasına bacılar bu günə kimi etiraz edirlər. Hazırki qətnamə həmin ziddiyyəti dəstəkləyir. Bundan başqa, iddiaçılar yaşadığı yardımçı otağın yaxınlığında normativ qaydaların tələblərinə zidd olaraq 6000 KV-luq elektrik yarımstansiyasının yerləşməsi və hava elektrik xətlərin keçməsi nəticəsində şualanma təsiri olduğundan iddiaçıların (övladların) səhhətinə təsir edirdi. Belə bir şəraitdə böyüyən və hazırki iş üzrə iddiaçı olan İddiaçı2 səhhətində problemlər yaranmış, onda idiopatik epilepsiya və epileptik sindromlar aşkar edilmişdir. Hal-hazırda İddiaçı2 3-cü dərəcəli əlildir. Yaşadığı yardımçı otağda baş verən yanğından sonra tərəflər arasında mübahisə yaranmış. Boş olan otağa ailə tərkibi ilə qardaşının və onun ailəsinin köçməsinə cavabdehlər tərəfindən maneəçilik törədirlməsi və yuxarıda göstərilən halların nəticəsində idiaçılar İddiaçı1 və Gülnar Həsənovanın arasında bağlanmış hikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən iddiaçılar İddiaçı3, İddiaçı2 və N.İddiaçı1 məcburiyyət qarşısında yaşadığları və pasport qeydiyyatında olduqları ünvandan çıxaraq kirayə mənzildə yaşamaq məcburiyyətində qalmışdırlar. Belə olduğu halda görünür ki, cavabdehlərin xeyrinə qətnaməni qəbul edərkən məhkəmə tərəfindən iddiaçıların hüquqlarını kobudcasına pozmaqla cavabdehlərin maraqlarına üstünlük verməsi müəyyən olunur. Qəbul edilmiş qətnamədə Azərbaycan Respublikası Mülki Məcələsinin 157; 164; 165-ci maddələrə istinad etməklə, mülkiyyətçinin və sahibin hüquqları izah edilir. Eyni zamanda məhkəmə tərəfindən qeyd olunmur ki, həmin maddələrlə qorunan hüquqlar hazırki mübahisədə iki tərəfə bərabər şamil olunur. Hazırki vəziyyətdə iddiaçıların və cavabdehlərin mübahisə predmetinə qarşı hüquqları bərabərdir. Əlavə olaraq da iddiaçılar İddiaçı3, Əkrəm İddiaçı1 və Nərmin İddiaçı1nın istifadə hüquqların pozulmasına yol verilir. Həmin evə nə iddiaçıların, nə də cavabdehlərin mülkiyyət hüquqları Daşınmaz əmlakın reyestrdə qeydiyyata alınmamışdır, 2018-ci ildə qeydə almaq üçün iddiaçıların razılıq ərizələri verilmişdir. Qaldı ki, iddiaçıların istifadə hüquqların yaranmasına dair - iddiaçının ailə münasibətləri xx.xx.2001-ci ildə yarandığına, həmin tarixdən İddiaçı3 gəlin kimi faktiki olaraq mübahisəli ünvanda yaşaması, orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi və vərəsələri ilə bərabər istifadə etməsi İddiaçı3 2001-ci ildən, iddiaçılar İddiaçı2 və N.İddiaçı1 doğulduğu tarixindən istifadə hüquqları yaranmışdır. Yəni ailə üzvü olaraq iddiaçıların mübahisəli evdən istifadə hüququ 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcələsinə əsasən yaranmışdır. Qayınatası vəfat etdiyi 2009-cu ildən, qaynana vəfat etdiyi 2013-cü ildən açılmış miras əmlaka vərəsə olan İddiaçı1la iddiaçılar İddiaçı3, İddiaçı2 və N.İddiaçı1 ailə üzvü kimi birgə yaşamaqla, sahiblik göstərməklə və faktiki idarə etməklə mirası bərabər qəbul etmişdirlər və onların evdən istifadə hüquqlarına həmin hal təsir etmir. Bununla da, evin yaşayış sahəsinə tərəflərin hüquqlarının bərabərliyi bir də subuta yetirilir. Belə olduğu halda qeyd olunan münasibətlərə AR Mülki Məcələnin 228.1-ci və 228.2 maddələrin tələbləri şamil olunmalıdır. Hazırda iddiaçıların yaşayış sahəsinə ehtiyacları var və cavabdehlər tərəfindən həmin evdə iddiaçıların yaşamasına maneələr törətmək hüquqları yox. Cavabdehlər tərəfindən evin boş olan otağına köçüb yaşamaqda iddiaçılara maneəçilik törətməklə, iddiaçıların onlara qarşı “evdən istifadə qaydasının müəyyən etməsinə dair iddia tələblə məhkəməyə muraciət edilməsinə subyektiv hüququ yaradır və məhkəməyə müraciət etməsinə əsas verir. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-2176/2023 saylı, 14 mart 2023 cü il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi, 1-ci massiv, 24B saylı (yeni nömrə 1) evə İddiaçı1 köçürülməsi qət edilmişdir. Hazırki “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən etmək” iddia tələbi miras əmlaka və vərəsələrin paylarının müəyyən edilməsinə aidiyyəti yoxdur. Hətta, guya ortalıqda olan və miras əmlakı təşkil edən ev 2013-cü ildə vərəsələr arasında faktiki olaraq bölünmüş və miras evdən kənarda, özlərinə məxsus olan evlərdə yaşayan qalan 9 nəfər vərəsələrdən heç biri 10 il ərzində miras və vərəsəlik məsələləri ilə əlaqəli hər hansı tələb irəli sürülməmişlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil3 qız ayrı-ayrılıqda izahat verərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin mənzilə köçürülmə hissəsində təmin olunmasına etiraz etmədiyini bildirdi, digər hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçılar İddiaçı2, X12 və İddiaçı3 mübahisələndirmişlər, eləcə də, həmin qətnamədən digər İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş ona münasibətdə apellyasiya qaydasında baxılmış və 2(103)-2176/2023 nömrəli, 14 mart 2023-cü il tarilxli qətnamə qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı3 və yetkinlik yaşına çataraq apellyasiya şikayəti vermiş X10 münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Mülki Məcəllə:
157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləüv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı2, İddiaçı3 və X10 aid hissədə qismən ləğv edilməli, onlara aid hissədə iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 və cavabdehlər bacıqardaşdır. İddiaçılardan İddiaçı3 digər İddiaçı1 arvadı, İddiaçı2 və X12 isə övladlarıdır. X13 (İddiaçı1 atası) 1963-cü il tarixdən şəxsi mülkiyyət hüququ əsasında mübahisəli evin sahibi qismində çıxış etmiş, xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X2 adına xx.xx.2018ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Həyətdə həmçinin 1980-cı illərin əvvəllərində “B” tikilisi inşa edilmiş, həmin tikilidə yanğın baş vermiş və 1987-1989cu illərdə həmin tikili yenidən bərpa edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı3 nikah bağladıqdan sonra 2001-ci ildən qaynatası və onların digər ailə üzvləri ilə birlikdə mübahisəli həyətdə yaşamışdır. İddiaçı1la Gülnar Həsənova arasında bağlanmış hikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçılar köçürülmələrin tələb etdikləri evdə yaşamış, həmçinin apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 iddiaçıların yaşayarkən evin quruluşunun dəyişdirilməməsi şərti ilə evə köçürülməsinə etirazının olmamasını bildirmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 artıq mübahisəli mənzilə köçürülmüş və məhkəmə kollegiyasının iclasında İddiaçı3 və övladlarının həmin mənzilə köçürülməsini xahiş etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı2 və X12 evə köçürülməsi hissəsində tələbləri əsaslı olduğundan təmin edilməlidir. İddiaçılar İddiaçı1la və Gülər Həsən qızının arasında bağlanmış hikah xx.xx.2022-ci il tarixdə pozulmasına baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, sonuncu mübahisəli evdə yaşamaqla ora istifadə hüququ əldə etdiyindən həmin evə köçürülməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həm cavabdehin iddianın təmin olunmasına etirazının olmamasını, həm də X12 və İddiaçı2 ataları, İddiaçı3 keçmiş həyat yoldaşı İddiaçı1 iddiaçı Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv, 24B saylı (yeni nömrə 1) evə köçürülməsinə dair qanuni qüvvəsini almış apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcudluğunu da nəzərə alır. Evdən istifadə qaydasının müəyyən edilməsi hissəsində isə məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə iddiaçılar İddiaçı2, X12 və İddiaçı3 mübahisəli evə dair hər hansı mülkiyyət hüquqları olmadığından evdən istifadə qaydasını tələb edə bilməzlər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı2, X12 və İddiaçı3 aid hissədə qismən ləğv edilməli, onlara aid hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apelyatorlara aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2610/2022 saylı iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən - iddiaçılar İddiaçı2, X12 və İddiaçı3 evə köçürülmələrinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı2, X12 və İddiaçı3 Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv, 24B saylı (yeni nömrə 1) evə köçürülsünlər. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə