Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7262/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2858/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 manat məbləğində pulun alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin sentyabr ayında tanışı X1 təklifi ilə saxlanılmasını və satışını təşkil etmək məqsədilə, hamam aksesuarlarını sonuncunun Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən anbarına təhvil vermişdir. Məhəmməd Qafarovun anbarında tanışı Cavabdeh məxsus divar kağızı və digər əşyalar olduğundan, onun təklifi ilə hamam aksesuarları ilə divar kağızını barter edib satmaq qərarına gəlmiş və Məhəmməd Qafarovun malların dəyişdirilməsi tələbi ilə razılaşmışdır. Bundan sonra o, Cavabdeh ilə ilk dəfə anbardan 345 ədəd, 2020-ci ilin iyul-avqust aylarında 435 ədəd divar kağızı ilə hamam aksesuarlarını barter etmişdir. Cavabdeh həmin malları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən emalatxanasına aparıb satsa da, müxtəlif bəhanələr gətirərək, ondan alıb satdığı malların pulunu ona qaytarmamışdır. Cavabdeh tərəfindən aldadıldığından, pulu qaytarılmadığından, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 25.12.2020-ci il tarixdə müstəntiq Çingiz Seyidov tərəfindən cinayət işinin başlanması rədd edilərək, ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(008)- 2858/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 16.210 (on altı min iki yüz on) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçıya borcu olması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən X2 Böllməsində şahid kimi ifadəsinə əsaslanmışdır. Məhəmməd Qafarovun izahatına əsasən onun iddiaçıya 16.210 manat borcu vardır, bununla bağlı heç bir sübut mövcud mövcud deyildir. Polis Bölməsində araşdırılma aparılsa da, cinayət işinin rədd edilməsi haqqında qərarda onun iddiaçıya borcu olması faktı təsdiq edilmir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etdi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(008)-2858/2021 saylı qətnaməsi ilə razı olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində Polis Bölməsində araşdırılma aparılsa da, cinayət işinin rədd edilməsi haqqında qərarda onun iddiaçıya borcu olması faktı təsdiq edilmədiyini bildirsə də, cavabdehin iddiaçıya borcu olması faktı təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin 25.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı polis idarəsinə ərizə ilə müraciət edərək, Elçin adlı şəxsin 2020-ci ilin mart ayının ortalarında hissə-hissə olmaqla, ona məxsus ümumi dəyəri 26.000 manat olan müxtəlif adda tikinti materiallarını ələ keçirməsi barədə məlumat vermişdir. İzahatı alınmış Cavabdeh da Məhəmməd Qafarovun anbarından 3 dəfəyə 25.000-26.000 manat dəyərində divar kağızlarını və dəmir qapıları götürüb Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən emalatxanasına gətirməsini, hazırda həmin mallar üzrə İddiaçı 16.210 manat məbləğində borcu yarandığını təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2858/2021 saylı mülki iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7262/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7262/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver