Məhkəmə qərarları › İş №2(103)-7266/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7266/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7266/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi Abdullayev Adil Qılınc oğlunun, iddiaçının vəkili X3, müstəqil tələb irəli sürməyən 3-cü şəxs N.İsmayılovanın nümayəndəsi Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7795/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində baxılması üçün ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsini, İddiaçı 104282,6 manat və həmin məbləğin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 10428 manat, cəmi 114710,6 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-4536/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-5091/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində ləğv edilmiş və iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə, yəni ilk iddia tələbinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə verərək, cavabdehlə barışdığı üçün iş üzrə iddiadan imtina etdiyini, iddianın nəticələrinin ona məlum olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, tərəflər arasında barışıq sazişi imzalandığını, buna görə sözügedən mülk iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Qeyd edilməlidir ki, apellyasiya icraatının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müəyyən edilən (yəni qarşılıqlı iddia tələbinin təmin edilən) hissələrində baxılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 262-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, mübahisə edilən (baxılan) hissədə tərəfin iddiadanimtinaetməsi qanunaziddolmadığındanvəyahərhansıbirşəxsinhüquqlarınıvəqanunlaqorunanmənafeyinip ozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığındanmülki işin baxılan hissədə icraatına xitam verilməli, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərclərinin onları ödəyən şəxslərə aid edilməlidir.Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə baxılması müəyyən edilən hissədə) iddiadan imtina barədə ərizələri qəbul edilsin.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7795/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixliqətnaməsi baxılan hissədə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar