Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7266/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-127/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12600 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2018-ci il tarixdə o, satmaq üçün özünə məxsus 5250, 7000 və 5831 manat dəyərində tekstil və geyim əşyaları və digər mallar vermişdir. Ümumi ondan götürdüyü malların dəyəri 15600 manat təşkil edir. Cavabdeh vaxtında ona pullarını vermədiyinə görə dəfələrlə aralarında mübahisə yaranmışdır. Nəhayət məcbur qalıb Binəqədi Rayon Polis İdarəsinəərizə ilə müraciət etmiş və həmin vaxt cavabdeh tərəfindən ona borclu olduğu puldan 3000 manat qaytarmışdır. Hal-hazırda 12600 manat borcu qalmışdır. Ona görə də məhkəməyə müraciət etmə qərarına gəlmişdir. Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 6821 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun etdiyi ödənişləri nəzərə almamış, onun hazırda iddiaçıya 3346 manat borcu qalmışdır. Həmçinin, məhkəmə əsassız olaraq onun iş üzrə ekspertiza təyin edilməsi vəsatətini təmin etməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasını yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbələri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10.09.2018-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5250 manat dəyərində geyim və cehizlik mal götürmüşdür. Qızı Aygün isə 765 manatlıq mal götürüb, ayda o, 200 manat, qızı isə 100 manat ödəməklə borcunu başa çatdıracaqdır. İş materiallarında olan 07.09.2019-cu il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 7000 manat dəyərində tekstil və geyim əşyaları götürmüşdür. Hər ayın axırı məbləğ qurtarana kimi 400 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.02.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında görünür ki, birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddia tələbini qismən qəbul etməklə izahatında bildirmişdir ki, o, satmaq üçün iddiaçıdan tekstil və geyim əşyaları və digər mallar götürmüşdür.O, iddiaçı ilə 2018-ci ildən işləyir. O, müxtəlif vaxtlarda iddiaçıdan satmaq üçün əşyalar götürmüş və pulunu hissə-hissə iddiaçıya ödəmişdir. O, etiraf edir ki, öz imzası ilə yazdığı qəbzdə 7000 və 5250 manatlıq malları iddiaçıdan almışdır. O, 2018-2019-cu illərdə iddiaçıdan götürdüyü həmin malların dəyərindən hər ay 300 manat ödəniş etmişdir. Onun iddiaçıya ümumilikdə 9821,0 manat borcu olmuşdur ki, həmin borcdan 3000,0 manatını Binəqədi rayon polis bölməsində iddiaçıya qaytarmışdır. Hazırda onun malların dəyərinə görə iddiaçıya 6821,0 manat borcu vardır. Həmçinin qeyd edir ki, iddiaçıdan götürdüyü tekstil və geyim əşyalarından sata bilmədiyi üçün 3375,0 manat dəyərində olan hissəsi onun evindədir. O, iddiaçıya mallarını gəlib aparmasını bildirsə də, iddiaçı həmin malları aparmamışdır. O, iddiaçıya olan borcundan hissə-hissə qaytardığı zaman yenidən ondan satmaq üçün mal götürmüşdür. Həmçinin o iddiayaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləği cavabdehdən tutmuşdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin hallarından görünür ki, həqiqətən də tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuş, Cavabdeh İddiaçı borc aldığı pulu hazırki vaxtadək tam qaytara bilməmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, borc verilmiş pulun məbləği haqqında tərəflər arasında fikir ayrılığı mövcuddur. Belə ki, İddiaçı cavabdehə satmaq üçün müxtəlif vaxtlarda 5250+7000+5831+816 manat dəyərində olmaqla, ümumilikdə 18897,0 manat məbləğində əşyalar verdiyini, həmin malların dəyərindən ayrı-ayrı vaxtlarda cavabdehin ümumilikdə 3297,0 manat məbləğində pulu, daha sonra isə cavabdehin həmin borcdan 3000 manat məbləğində pulu polis idarəsində ödəniş etdiyini, hazırda cavabdehin ona 12600 manat borcunun olduğunu iddia edir. Cavabdeh isə iddiaçıdan müxtəlif vaxtlarda geyim və tekstil mallarını müxtəlif vaxtlarda götürdüyünü, iddiaçıya həmin borcdan ayrıayrı vaxtlarda ödənişlər etdikdən sonra onun iddiaçıya ümumilikdə 9821,0 manat borcunun olduğunu, həmin borcdan 3000,0 manat məbləğində pulu Binəqədi rayon polis bölməsində iddiaçıya qaytardığını, hazırda onun malların dəyərinə görə cavabdehə 6821,0 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində borcunun düzgün müəyyən olunmadığını qeyd etsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbimi təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-127/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7266/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7266/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver