Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7268/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfayel qızının katibliyi İddiaçı, onun vəkili Vəkil1 iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 14 kv.m fərdi yaşayış evinə daşınmaz Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxxxxx 2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh qəsəbəsi ərazisində H.Z.Tağıyev küçəsində yerləşən 780 kv.metr torpaq sahəsinin alqı-satqısına dair İddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi arasında bağlanmış xx xxxxxxxx 2007-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 1037/2020 №-li qərardadına əsasən Cavabdeh1 İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1037/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəsatət təqdim edərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşən Kazımovun icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi”tələbinə dair mülki işin icraatı hazırki mülki işlə əlaqədar dayandırılmışdır. Odur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)- 55/2017 saylı, xx xxxxxxxx 2107-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinin digər hakimi E.Kazımovun icraatında olduğunu və hazırkı mülki işlə əlaqəli olması səbəbindən onların bir icraatda birləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-196/2020 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi”tələbinə dair mülki iş üzrə icraat hazırkı işə baxılıb həll edilənədək dayandırılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı mülki iş əlaqəli olan “iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi” iddia tələbi ilə bağlı 2(103)-196/2020 saylı mülki iş”lə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinin dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-7268/2020 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “sökülmüş əmlakın bərpa edilməsi, cavabdehin torpaq sahəsindən evdən çıxarılması və onun ailəsi ilə birlikdə mənzilə köçürülməsi” iddia tələbi ilə bağlı 2(103)-196/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tofiq Səmədov Hakimlər: İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7268/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7268/2020
22.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver