Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7280/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, iddiaçının nümayəndəsi X11, İddiaçı Sevindir qızı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4584/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqları 2005-ci il təvəllüdlü X10 və 2011-ci il təvəllüdlü X2 mənzildən çıxarılması və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4584/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M8, m3) dair Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 və onun ailə üzvlərinin Cavabdeh2, Cavabdeh3, X10 və X7 ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M8, m3) çıxarılması və mənzilin boşaldılması qət edilmişdir (Hakim: Lalə Rəhmli). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10712/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (Sədrlik edən: Elnur Həsənov). Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-1598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən: Elşad Şamayev). Hazırda Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Q.Sadıqov, nümayəndəsi O.Abdullayev, iddiaçı A,Şükürova şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər G.Fərəməzova, E.Fərəməzov və Cavabdeh3 şükayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, cavabdeh X9 tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə barəsində apellyasiya şikayəti verilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4584/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi daha əvvəl digər cavabdeh X6 tərəfindən apellyasiya və kassasiya instansiyalarında mübahisələndirildiyindən və iş üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan həmin qərarlarda araşdırılmış və təsdiqini tapmış xüsusatların hazırki apellyasiya sikayətində yenidən araşdırılması istənildiyindən kollegiya qeyd edir ki, həmin hallar yenidən digər cavabdeh tərəfindən mübahisələndirilə bilməz. Çünki, məhkəmə aktları şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanıldığından, digər cavabdeh X1 apellyasiya və kassasiya şikayəti əsasında yoxlanılmış hissələrin, hazırda digər cavabdeh X3 şikayəti üzrə həmin hallar təkrarən apellyasiya qaydasında yoxlanıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair №02/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadında aşağıdakılar qeyd edilir: “Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddesinə əsasən qeyri-mümkün hesab edilməlidir...” Kollegiya işə daha əvvəl cavabdeh Fərəməzova Gülnarənin apellyasiya şikayəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə nəzər salaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və bütünlükdə dəyişdirilmədən saxlamışdır. Həmçinin qətnamə Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır ki, bu da hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması deməkdir. Belə olan halda, məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən yoxlamaq səlahiyyəti mövcud deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, hazırki apellyator Fərəməzov Elşadın apellyasiya şikayətinə baxılması qətnamənin yenidən həmin hallar üzrə yoxlanılmasına səbəb olur ki, bu da həm Mülki Prosessual Məcəllənin tələblərinə, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair №02/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadında formalaşdırılan hüquqi mövqeyə zidddir. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4584/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün sayılmalı və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 01 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibatiiqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 403, 405, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4584/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7280/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7280/2022
22.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver