Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7284/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2406/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətinə(iş səh.63) qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamış, 33 manat məbləğində dövlət rüsumu ödənilmişdır. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 112.1.5-ci və 12.5-ci maddələrinə əsasən: iddianın qiyməti, müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialardaödəmələrin 3 illik məcmusu ilə, iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 361.3-cü və “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddələrinə uyğun olaraq dövlət rüsumu ödənilməli, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2, 8.1.3-cü maddələrinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiz məbləğində müəyyən edilmiş, Qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Tələbin xx.xx.20210-ci tarixdən hər ay 500 manat icarə haqqının cavabdehdən icra edilən günə kimi olduğunu nəzərə alaraq, rüsumun hansı qaydada hesablandığı müəyyən edilmir. Apellyasiya şikayətində isə “rüsumun adı” qrafasında “iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məcəllənin 3.1-cı maddəsinə əsasən Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Yəni, məcəllədə edilmiş dəyişikliklərdən sonra həyata keçirilən prosessual hərəkətlər, münasibətlərin başlanğıc tarixindən asılı olmayaraq ötən zamana deyil, məhz hazırki zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılmalıdır. Bu mənada, habelə “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin dispozitiv şərtinə əsasən, iddianın və işin baxılması üzrə nəticənin tarixindən asılı olmayaraq apellyasiya şikayəti verilən zaman Qanunun müvafiq maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və hüquqdan suiistifadəyə məruz qalaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360- 366, 402 və “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2406/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7284/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7284/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver