Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7288/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli, qətnaməsindən iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin sədri İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 15-ci mərtəbəsində yerləşən 4 otaqlı 107 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv.metr hissəsindən çıxarılması və ya həmin sahənin əvəzi olan 13.178,4 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçının rəhbərlik etdiyi kooperativ arasında xx.xx.2008-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 1-ci giriş 15-ci mərtəbəsində yerləşən 4 otaqlı 107 saylı faktiki sahəsi 139,75 kv metr olan mənzil satış üzrə menecer tərəfindən səhvən 12,38 kv.metr az göstərilməklə cavabdehin adına rəsmiləşdirilərkən 120,37 kv.metr göstərilməklə həmin sahənin, yəni 120,37 kv.metrinin dəyərinin ödənilməsi müqavilədə və maliyyə sənədlərində göstərilmişdir. Hazırda cavabdeh istifadə etdiyi mənzilin kooperativə məxsus 19,38 kv.metr artıq sahəsi bu günədək payçı tərəfindən boşaldılmır, nə də ki, qanunsuz istifadə etdiyi 19,38 kv.metr sahənin əvəzini ödəmir. Payçıdan qanunsuz istifadəsində olan sahənin boşaldılması və ya əvəzinin ödənilməsi tələb edildikdə, o sahəni boşaltmaqdan və ya artıq istifadəsindəki həmin sahənin əvəzi olan 13.178 ABŞ dollarını ödəməkdən bu günədək imtina etmişdir. 2019-cu ilin sonunda yaşayış binası istismara qəbul üçün müvafiq sənədlərlə birlikdə səlahiyyətli dövlət orqanlarına qəbul üçün təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi X2 iddianın məzmununun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 15-ci mərtəbəsində yerləşən 4 otaqlı 107 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv.metr hissəsinin əvəzi olan 13.178,4 ABŞ dollarının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “X4” MTK-nın sədri İddiaçı2 Cavabdeh qarşı “cavabdehin MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980/81-ci məhəllədə inşa olunmuş binanın 1-ci giriş 15-ci mərtəbəsində yerləşən 4 otaqlı 107 saylı mənzilin qanunsuz sahibliyində olan 19,38 kv.metr hissəsinin əvəzi olan 13.178,4 ABŞ dollarının iddiaçıya ödənilməsi” barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin sədri İddiaçı2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qanunla müəyyən edilmiş kəsici müddətin keçməsi, yəni əsassız varlanma üçün iki il müddəti ötürdüyü qənaətinə gələrək iddianı təmin etməmişdir.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi maddi-hüquq normalarının pozulması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə 210 saylı istismara icazə (qərar) ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-2981-ci məhəllədə yerləşən “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK tərəfindən tikilmiş bina (tikinti obyekti) istismara qəbul edilmişdir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması tələblərinə iddia müddəti şamil edilməsə də, iddia müddətinin başlanması MM-nin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüquqlarını bildiyi və bilməli olduğu gündən hesablanır. İddiaçı kimi hüququnun pozulduğunu 2019-cu ilin noyabr ayında sənədləri istismara qəbula təhvil verəndə bilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” Mənzil Tikinti Kooperativinin sədri İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və izahatında qeyd etdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasıbarədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh etibarnamə əsasında nümayəndəsi İlqar Mamedovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 apelyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxx” MTK ilə payçı Cavabdeh arasında bağlanmış 112 saylı, xx xxxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonnu, Gəncə prospekti 2980-81-ci məhəllədə inşa edilən binanın 1-ci giriş 15-ci mərtəbəsində 107 saylı mənzil cavabdehə satılmış, müqavilədə mənzilin ümumi sahəsi 120,37 kv.metr olduğu qeyd edilmiş, cavabdeh tərəfindən mənzilin pay dəyəri tam şəkildə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” MTK-ya ödənilmişdir. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin yaşayış binasında 19,38 kv.metr artıq yaşayış sahəsinə sahib olması və əsassız varlanması araşdırma zamanı öz təsdiqini tapmadığından, həmin sahənin əvəzi olan 13.178,4 ABŞ dollarının iddiaçıya ödəməli olmadığı vəiddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyü qənaətinə gəlməklə, iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı оlmuşdur. Belə ki, iş materiallarında olan, “xxxxxxxxxxxxxxxxxxxx” MTK ilə payçı Cavabdeh arasında bağlanmış “Koperativ mənzil tikintisi haqqında” 112 saylı, xx xxxxxxx 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” MTK Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 1-ci giriş 15-ci mərtəbə 107 saylı 4 otaqdan ibarət, ümumi sahəsi 120,37 kv.metr olan mənzilini payçıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə ünvanında inşa edilən kooperativ yaşayış binası “xxxxxxxxxxxxxxxxxxxx” MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş 15-ci mərtəbəsində, ümumi sahəsi 120,37 kv.metr yaşayış sahəsi 61,35 kv.metr olan 4 otaqlı, 107 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Göründüyü kimi müqavilə üzrə mənzilin pay dəyərini təşkil edən məbləğin Cavabdeh tərəfindən iddiaçıya tam ödənilməsini “xxxxxxxxxxxxxxxxxxxx” MTK tərəfindən verilmiş maliyyə arayışı da təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin yaşayış binasında 19,38 kv.metr artıq yaşayış sahəsinə sahib olması və əsassız varlanması araşdırma zamanı öz təsdiqini tapmamışdır. Odur ki, həmin sahənin əvəzi olan 13.178,4 ABŞ dollarının iddiaçıya ödəməli olmadığı vəiddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyü nəticəsinə gəlməkdəbirinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və ədalətli qətnamə qəbul edmişdir. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni Bakı şəhəri, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 1-ci giriş 15-ci mərtəbə 107 saylı 4 otaqdan ibarət, ümumi sahəsi 120,37 kv.metr olan mənzilini payçıya vermiş və Cavabdeh tərəfindən müqavilənin şərtləri icra edilərək pay dəyəri tam ödənilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, yaşayış binası tikilərkən binanın layihəsi və satılan mənzillərin ümumi sahəsi iddiaçı tərəfindən müəyyən edildiyindən və “X4” MTK tərəfindən aparılan tikinti işlərindən kifayət qədər uzun müddət keçdiyindən, iddiaçı mübahisə edilən artıq sahəni qaytarmaq hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsi yalnız əsassız varlanma obyektini qaytarmaq üçün müddəti özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddət kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxx 2020-ci il tarixli Qərarına əsasən, “kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kllegiyası iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTKnın sədri İddiaçı2 apelyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyasının mövqeyinə görə apelyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bеləliklə, məhkəmə kоllеgiyası, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MTK-nın sədri İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1989/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7288/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7288/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver