Məhkəmə qərarları › İş №2(103)-7291/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7291/2022

01.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7291/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olmadığından geri qaytarılması, iddiaçıya hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını ləğv edərək, tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadla məhkəmə aidiyyatının səhv seçilməsi əsas gətirilərək iddia ərizəsi geri qaytarılmışdır. Belə ki, tərəflərindən cavabdehin hüquqi ünvanı kimi Bakı şəhəri, Nizami rayonu göstərilmiş, lakin məhkəmə hesab etmişdir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu olduğundan müraciət də həmin məhkəməyə olmalıdır. Lakin Məhkəmə cavabdehin ünvanın Bakı şəhəri, Nəsimi rayonu olması barədə hansı məlumata istinad etməsini göstərməmişdir. Cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış və hüquqi ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181A göstərilmişdir. AR İN yanında Dövlət Vergi Xidmətinin saytında Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi üçün müraciət etdikdə də cavabdehin hüquqi ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181A göstərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvanı ünvan 9akı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmiş və aidiyyət qaydalarının pozulmasına yol vermişdir. Buna görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmışdır. Məhkəmə şikayətçinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınması və hüquqi ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181 A göstərilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətə əlavə edilmiş elektron çıxarışda qeyd edilmiş Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181A ünvanı Cavabdeh vergi ödəyicisi kimi ona xidmət göstərən vergi uçotu orqanının ünvanı, yəni AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yerləşdiyi ünvan olduğundan məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmalıdır. İddiaçı şikayətində cavabdehin hüquqi ünvanının AR İN yanında Dövlət Vergi Xidmətinin saytında Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən hüquqi ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 181A göstərilməsini göstərsə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bu ünvan cavabdehin vergi ödəyicisi kimi ona xidmət göstərən vergi uçotu orqanı olan AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yerləşdiyi ünvandır. Elektron Portaldan çıxarışdan görünür ki, Cavabdeh ünvanı ünvan 14 halda birinji instansiya məhkəməsinin cavabdehin ünvanı barədə Elektron Portaldan çıxarışda göstərilən məlumatlara istinad etməsi ilə məhkəmə kollegiyası razılaşır. Şikayətin dəlillərinə əsasən birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadda cavabdehin ünvanın Bakı şəhəri, Nəsimi rayonu olması barədə hansı məlumata istinad etməsini göstərməsə də, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həmin qərardaddan verilmiş şikayət əsasında qəbul etdiyi digər, xx.xx.2022-ci il tarixli qərardadda cavabdehin ünvanın Elektron Portaldan çıxarışa əsasən Cavabdeh ünvanı ünvan 16 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ünvanı ünvan 17 ünvanının olduğu yer Bakı şəhəri, Nəsimi rayonu olduğundan hazırki mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçının qərardaddan verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3083/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar