Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7297/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Cabbarlı Sahib Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı binanın və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı binanın yerləşdiyi yerdə inşa olunmaqda olan tikintinin sökülməsi; Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzilin, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilin Cavabdeh hesabına əvvəlki vəziyyətdə bərpa edilməsi; Cavabdehndən mənəvi zərərə görə 200 000 (iki yüz min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 nömrəli mülki işi üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli maraqlı va analoqu olmayan qətnaməsi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair və Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair çıxarışlar ləğv edildiyinə görə, həmin qətnamə qeyd olunan mənzillərə münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilər. Lakin iddiaçının tələbi yalnız həmin iki mənzil deyil, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzili ilə də bağlıdır. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında vaxtı və yeri barədə iddiaçıya və üçüncü şəxsə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar kollegiya iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)121/2021 nömrəli, 08.05.2021-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər X2 və İddiaçı qarşı daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi tələbinə dair ilk və X1 Cavabdeh MMC-nə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə üzrə ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 nömrəli mülki iş üzrə çıxarılacaq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı hazırki mülki işin nəticəsinə bilavasitə təsir edir, belə ki həmin mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı hazırki iddia tələbinin “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinə” münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 nömrəli mülki iş üzrə çıxarılacaq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının hazırki mülki işin nəticəsinə bilavasitə təsir etməsi, həmin mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarının hazırki iddia tələbinin “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzilinə” münasibətdə preyudisial əhəmiyyət kəsb etməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı deyil. Belə ki, iddiaçının hazırki iş üzrə iddia tələbi yalnız Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 saylı evin 4 nömrəli mənzili ilə bağlı, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 saylı evin 7 nömrəli mənzili ilə bağlıdır. Kollegiya həmçinin qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh MMCnin cavabdehlər X2 və İddiaçı qarşı daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi tələbinə dair ilk və X1 Cavabdeh MMC-nə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(005)-121/2021 saylı mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair 2(005)-839/2021 saylı mülki işin dayandırılması üçün əsas deyildir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nin cavabdehlər X2 və İddiaçı qarşı daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi tələbinə dair ilk və X1 Cavabdeh MMC-nə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(005)-121/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılmadan Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi, mülkiyyətin əvvəlki vəziyyətdə cavabdehin hesabına bərpa edilməsi və mənəvi ziyan” tələbinə dair 2(005)- 839/2021 saylı mülki iş baxılmasının qeyri-mümkünlüyü iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2021 saylı, 03.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7297/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7297/2021
16.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver