Məhkəmə qərarları › İş №2(103)-7299/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7299/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7299/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının vəkili Nümayəndə, X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/2019 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı - cavabehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 (3-cü şəxs qismində Cavabdeh4 göstərilməklə) “müqavilənin etibarsız hesab edilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı “iddianın təmin edilməsi tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş, Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-2257/2018 saylı qərardadına əsasən ərizə təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 (3-cü şəxs qismində Cavabdeh4 göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin2(103)-3050/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət etmiş və göstərmişdir ki, iş üzrə artıq yekun məhkəmə aktı qəbul edilmişdir. Bu səbəbdən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/2019 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə X1 «həbsin götürülməsi» barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan X3 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/2019 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən xx.xx.2020ci il tarixdə kassasiya şikayəti verilmiş və yekun məhkəmə aktı çıxarılmamışdır. Ona görə də hazırki vəziyyətdə ərizə təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 şikayəti təmin edilməsini qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/2019 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci və 157.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 157-ci maddəsinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə yekun məhkəmə aktı hesab edilən apellyasiya məhkəməsinin qətnaməsini İddiaçı tərəfindən mübahisələndirilmiş və xx.xx.2020-ci il tarixdə qətnamədən kassasiya şikayəti verilmişdir. Buna görə də kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək əmlakın üzərinə qoyulmuş həbsin götürülməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddianın təmini tədbiri müvəqqəti xarakter daşıyır, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi müəyyən edilir və işi mahiyyəti üzrə həll etmir. Ona görə də məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/2019 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2214/2019 saylı, xx xxxxxx 2020-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar