Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-73/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı Bakı şəhəri, Pirallahı rayonu, 233 saylı Dübəndi bağ sahəsinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydin ləğv olunması, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və tərpaq sahəsinin boşaldılaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında onun adına 229 və 231 saylı bağ sahələri göstərilmiş və həmin siyahıya əsasən ona 7-ci cənub küçəsində 229 və və 231 saylı bağ sahələri ayrılmışdır. Onunla bağ qonşusu olan Cavabdeh2 öz bağ sahəsinə hasar çəkərkən ona məxsus torpaq sahəni zəbt edərək daş hasara almaqla özbağ sahəsinə qatmışdır. Cavabdeh2 könüllü şəkildə torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsə də, həmin torpaq sahəsini boşaltmamış, üstəlik həmin hissədə bağ evi tikmişdir. Ona ayrılmış 229 və 231 saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən **********32 saylı 29.10.2016-ci il tarixli məktubla bildirilmişdir ki, ona ayrılmış torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş ərazi ilə üst-üstə düşür. Faktiki həmin sahə qonşu hasarın daxilindədir və həmin sahənin üstündə bağ evi tikilib. Ona verilən cavabdan da bir daha görünür ki, Cavabdeh2 ona məxsus torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də bağ torpaq sahəsinə dair plan ölçü sənədi və çıxarış verilməmişdir. İş üzrə ədalətli araşdırma aparılması üçün 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texnikası ekspertizası təyin olunmuş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Həmin suallardan birinə əsasən bağ sahələrinin koordinatları Cavabdeh2 istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları ilə hansı hissədə üstə-üstə düşür? Eyni zamanda Cavabdeh2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? Üstüüstə düşdüyü təqdirdə həmin sahənin ölçüsü müəyyənləşdirilsin? Həmin suala cavab olaraq müəyyən edilmişdir ki, Cavabdeh2 Zeynal qızı tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 755,0 kv.m təşkil edir. İddiaçı qeyd edərək bildirir ki,, o, Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması barədə iddia tələbi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində ona məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda Cavabdeh2 tərəfindən zəbt edilmiş 755,0 kv.m torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən qətnaməsində ona istinad etmişdir ki, tərəflərin mülkiyyətində olan reyestrin məzmunu mübahisələndirilmədiyindən, mübahisəyə səbəb olmuş qeyridəqiqləyin hansı reyestr məlumatından əmələ gəldiyi müəyyən olunmadan qeyd edilən iddia təmin edilə bilməz. Göründüyü kimi, ona məxsus torpaq sahəsini zəbt etmiş və təyinatı üzrə onun istifadəsini mümkünsüz etmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 0841716 saylı çıxarışa əsasən Cavabdeh2 adna Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi 233 saylı bağ evi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Buna görə də sözügedən torpaq sahəsinə Cavabdeh2 aid Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi 233 saylı bağ evi mülkiyyət hüququ üzrə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarış verilərkən qanunsuz olmuş, onun mülkiyyət hüquqlarını pozmuş, çıxarış qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. X1 tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə onun iddia etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşdüyündən, dövlət reyestrində mülkiyyət hüququ üzrə aparılmış qeyd ona məxsus torpaq sahəsinin yerinə münasibətdə düzgün olmadığından həmin RX seriyalı ******* seriyalı çıxarış etibarsız hesab olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Pirallahı rayonu, 233 saylı Dübəndi bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmış icra qeydinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və tərpaq sahəsinin boşaldılaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsində qeyd ləğv olunmuş, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilmiş, Cavabdeh2 Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinin zəbt olunmuş 450,0 kv.m torğaq sahəsindən çıxarılmaları, Cavabdeh2 50 (əlli) manat məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, Cavabdeh2 174 (yüz yetmiş dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin hesabına ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, 09.12.2019-cu il tarixli qətnamədən iş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, birinci istansiya məhkəməsi maddi hüquq normalarını pozub, düzgün tətbiq etməyib, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınılaşdırmamış, iş üçün əhəmiyyəti olan halları sübut etməyib. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticə işin faktik hallarına uyğun gəlmir. Məhkəmə qətnamədə güya Cavabdeh2 tərəfindən İddiaçı məxsus torpaq sahəsinin zəbt olunmasını göstərib. Məhkəmə bununla bağlı bir-birinə zidd olan 12 aprel 2018-ci il tarixli və 11 aprel 2019-cu il tarixli ekspert rəylərinə istinad edib. Hər iki ekspert rəyi müvafiq mütəxəssis rəyləri əsasında yazılıb. Birinci ekspert rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumu tərəfindən imzalanmış mütəxəssis rəyi əsasında verilib. Lakin ikinci ekspert rəyi isə "xxxx" MMC-nin rəyi əsasında verilib. Birinci mütəxəssis rəyində zəruri olan suallara ayrıc aktı ilə bölgü sxemi arasında uyğunsuzluq olduğundan cavab verilməyib. Belə ki, burada əsas məsələ iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi olub. İkinci ekspert rəyində mütəxəssis Cavabdeh2 məxsus 233 saylı bağın 0,06 ha (600 kvadrat metr) torpaq sahəsi olduğu müəyyən olunub. Bundan başqa mütəxəssis qeyd edib ki, RX seriyalı ******* nömrəli çıxarışda bağın torpaq sahəsinin 0,0066 ha olduğu göstərilsə də həmin bağ sahəsinin texniki pasportunda faktiki istifadədə olan torpq sahəsi 0,12 ha qeyd edilmişdir. Lakin nəzərə alınmayıb ki, həqiqəən də 233 və 235 saylı bağlar hər biri 0,6 ha olmaqla 0,12 ha torpaq sahəsində yerləşir. Həmin texniki pasportda da göstərilən 0,12 ha 233 və 235 saylı bağların ümumi torpaq sahəsidir. Bu arqument Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya BM 000208 nömrəli Qeydiyyat Vəsiqəsində öz əksini tapıb. Tərəfindən İddiaçı məxsus torpaq sahəsi zəbt olunmamış. Zəbt olunmuş torpaq sahəsi varsa da belə bu onun çıxarışışnın ləğv olunmasına əsas ola bilmədiyini qeyd etmişdir. Çünki məhkəmə qətnaməsi ilə ləğv olunmuş Seriya RX ******* nömrəli çıxarış onun bağ evinə verilmişdir. Həmin evin ümumi sahəsi 89,2 kv metr olmaqla 0,0066 ha torpaq sahəsində yerləşir ki, həmin torpaq sahəsi də 233 saylı bağın ümumi sahəsidir. Qeyd olunanlara əsasən Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia üzrə Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə Cavabdeh2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərininqeydlərinin mübahisələndirilməsi hissəsində xitam verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 330/2018 saylı, 25.09.2018-ci il tarixli qətnamənin surətindən göründüyü kimi, idiaçı İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət su Təsərrüfatı obyektlərinin Layihə-X14 Komitəsi ilə Meliorator bağçılıq-yoldaşlıq üzvlərinin birgə iclasının 21 aprel 1999-cu il tarixli 2 saylı Protokolundan Çıxarışa əsasən, Bakı şəhər Yaşıllaşdırma İdarəsinə təqdim etdilməsi üçün Meliarotor bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin və onlara təhkim edilmiş torpaq sahələrinin yekun siyasına əsasən 7-ci Cənub küçəsi, 229 və 231 nömrəli 1200 m2 olan bağ bağ sahələri İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2018-ci il tarixli, 26520 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsinə əsasən, qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış 15.01,2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, ümumi hasar daxilində 2055,0 kv.m. torpaq sahəsi var, onun 1200,0 v.m. torpaq sahəsinə X17 iddia edir, iddia edilən torpaq ahəsində 417,1 kv.m. sahəsi olan tövlə tikilisi və 6,6 kv.m. hovuz tikilisi olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, orpəq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış 15.01.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, həmin torpaq sahəsinin 0,12 ha hissəsinə istifadə hüququ tanınmışdır və Cavabdeh2 adındadır. Qərardadın üçüncü sualı üzrə:Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış 15.01,2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, verilmiş koordinatlara əsasən istifadə olunan torpaq sahəsi 0,0850 ha təşkil edir. Qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış 15.01.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, bağçılıq-yoldaşlığının ayrıc aktı ilə bağçılıq- yoldaşlığının bölgü sxemi arasında uyğunsuzluq olduğundan, eləcə də yeni bağların bölgüsü bağçılıq-yoldaşlığının ayrıc aktına uyğun aparılmadığından bu sualların cavablandırılması mümkün olmadı. Qərardadın yeddinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış 15.01.2018-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən Cavabdeh2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 755,0 kv.m təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 nömrəli, 26.02.2019-cu il tarixli məktubdan göründüyü kimi, Bakı şəhər X15 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri göstərilmişdir. Bağ sahəsinə dair üzvlük kitabçası və digər sənədlər arxiv qovluğunda aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Bağ sahəsi 233 saylı bağ evi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233/235 saylı bağ evini X11 almışdır. İş materiallarında olan **********15-11301 reyestr nömrəli bağ evinin planından göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu Dübəndi Bağ sahəsi, 233 saylı evi X2 adına dövlət reyestrində qeydiyyata alınmış və torpağın fakitki sahəsi 0.12 (ha), tikinti altı sahə 0.00756 (ha və digər sahələr 0.11244 (ha) təşkil edir. İş materiallarında olan 31 oktyabr 2000-ci il tarixli, 083778 nömrəli müqavilənin surətindən göründüyü kimi, X19 Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233/235 saylı bağ evini X5 almışdır. İş materiallarında olan Hüquq və X20 Məsuliyyətli Cəmiyyətinin 19 iyun 2019-cu il tarixli, 60 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, Cavabdeh2 Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Araşdırmanın nəticəsi olaraq, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ massivində rləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Cavabdeh2 məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi isna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0,17 ha təşkil edir. Cavabdeh2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən çoxdur. Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X10 iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855, 9 m2 torpaq sahəsi mövcuddur. Cavabdeh2 rəsmi sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi qismən üst-üstə düşür. Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsi də iaxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, X12 iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 12373 nömrəli rəyindən göründüyü kimi, "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri. Xəzər rayonu, Pirailahı qəsəbəsi, Dübəndi bağ massivində yerləşən “Meliorator” bağçılıq təsərrüfatının 1:2000 miqyasında olan baş planına əsasən 7-ci cənub küçəsində yerləşən Cavabdeh2 Zeynal qızına məxsus 233 saylı bağın qanuni istifadəsində 600 kv.metr torpaq sahəsi vardır. Həmin torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan artıq torpaq sahəsi 0.17 ha təşkil edir. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 80 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh2 sənədlərə əsasən mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür, belə ki onun faktiki istifadəsində olan torpaq sahəsi sənət olan torpaq sahəsindən çoxdur. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imza təsdiq edilmiş 19 iyun 2019-cu il tarixli 60 saylı məktubla göndərilmiş, "xxxx" MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib mütəxəssis rəyində göstərilmişdir ki, X3 istifadəsində olan torpaq sahəsi də daxil olmaqla faktiki istifadə etdiyi ümumi torpaq sahəsi, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə cənub-şərq hissədə üst-üstə düşür. İş materiallarında olan Bakı şəhər X15 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri ayrılmışdır. İş materiallarında olan X9 notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, “Azərdövlətsutəslayihə” LAB-da xadimə işləyən İddiaçı Bağçılıq cəmiyyətinin 21 aprel 1999-cu il tarixli, 2 nömrəli protokoluna əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsi, 7-ci Cənub küçəsində yerləşən Bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və onun həmin ərazidə sahəsi 1200 kv.m olan 229 və 231 nömrəli bağ sahələri daimi istifadəsinə verilmişdir. İş materialarına əlavə edilmiş “X21 və Ekspertiza Mərkəzi” MMC-nin 15 fevral 2022ci il tarixli, 46 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə məktuba əlavə edilmiş sənədlərə əsasən yerində araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə ərazinin bağ torpaq sahələrinin sxeminə və Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin 1000 (min) kv.metri iddiaçının 229 və 231 saylı bağ torpaq sahələri ilə 200 (iki yüz) kv.metri isə 227 saylı bağ torpaq sahəsinin ərazisi ilə üst-üstə düşür. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. X10 iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Piraliahı qəsəbəsi, Dübəndi bağ massivinin 7-ci cənub küçəsində yerləşən 229 və 231 saylı bağ sahələrinin koordinatları bağ torpaq sahələrinin bölgü sxeminə uyğundur və həmin bağ sahələri Cavabdeh2 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı 26.04.2016-cı il qeydiyyat tarixli çıxarışda və bu çıxarışa əsasən tərtib olunmuşTorpaq sahəsinin planında qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. 2. X13 məxsus 229 və 231 saylı torpaq sahələri cavabdehə məxsus çıxarış və onunla bağlı planda əks olunmuş torpaq sahələri ilə üst- üstə düşür. Cavabdehin istifadəsində olan 1000 (min) kv.metr ölçüdə torpaq sahələri üst-üstə düşür, yerləşmə vəziyyəti və koordınata əlavə edilmiş sxemdə qeyd edilir. Beləliklə, iş materiallarında olan ekspert və mütəxəssis rəylərindən, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş **********79 nömrəli, 31 iyul 2019-cu il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsi istisna olmaqla faktiki olaraq istifadəsində olan torpaq sahəsi 2055,9 m2, sənəd üzrə 1200,0 m2, əlavə istifadədə 855, 9 m2 torpaq sahəsi mövcuddur.Həmçinin, Cavabdeh2 Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsidir. Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh2 Zeynal qızının 233 saylı bağ sahəsinin 0.06 hektar torpaq sahəsi artıq istifadə etdiyi və heç bir əsas olmadan DƏDRX tərəfindən onun texniki pasportuna işlənmiş torpaq sahəsinin 0.12 hektarı bağçılıq təsərrüfatının baş planına əsasən Həmzəyeva Solmaz Sabir qızının iddia etdiyi 229 və 231 saylı bağların torpaq sahəsi olması müəyyən edildiyindən, yəni iddiaçının cavabdeh tərəfindən zəbt etdiyini iddia etdiyi torpaq sahəsi texniki pasport əsasında Cavabdeh2 Zeynal qızının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən, texniki pasportun verilməsi ilə bağlı inzibati orqanın hərəkətlərinin-qeydlərin mübahisələndirilməsi inzibati icraat qaydasında mümkün olduğundan, həmçinin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışdan göründüyü kimi, həmin çıxarış torpaq sahəsinin deyil, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Bağ sahəsi 233 saylı bağ evinin mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olduğundan iddia tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməlidir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə Cavabdeh2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı qeydlərin inzibati qaydada mübahisələndirilməsi uğurlu olarsa iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasına dair yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. (Bakı Apellyasiya Məhkəməsinin 12.05.2012-ci il tarixli Qərardadı ilə iddia tələbinin Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə Cavabdeh2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı qeydlərin-faktiki xarakterli hərəkətlərin mübahisələndirilməsi hissəsində inzibati mübahisə olmaqla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il “Q Ə R A R İ”nın 17-ci bəndinin yeni redaksiyasında mübahisələrin inzibati yaxud mülki məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılı olmaqla şərtləndirilmişdir.İddia tələblərinin hüquqi təbiətinin müəyyənləşdirilməsi isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməli olması ilə şərtləndirilmişdir. Qərarın 17-ci bəndinin yeni redaksiyasında iddia tələblərinin hüquqi təbiətinin inzibati mübahisə olmasına baxmayaraq, mülki icraat qaydasında yalnız inzibati orqan Reyestr xidməti cavabdeh kimi göstərildiyi halda inzibati mübahisə olaraq işin icraatına xitam verilməli olması şərt kimi göstərilməmişdir. Belə ki, mülki icraat qaydasında inzibati orqan Reyestr xidməti cavabdeh kimi göstərildiyi və ya göstərilmədiyi halda iddianın hüquqi təbiəti, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olması dəyişmir.İddia tələblərinin hüquqi təbiəti isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməklə müəyyənləşdirilir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.(Məsələn alqı-satqı müqaviləsi əsasında alınmış torpaq sahəsinin üzərində müvafiq norma və tələblərə əməl etmədən aparılmış tikintiyə vahid əmlak kimi qeydiyyat aparılaraq reyestrdən çıxarış verilmişdir.)Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməlidir. Həmçinin, MPM-in 119-cu maddəsinə əsasən Cavabdeh2 50 (əlli) manat məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Həmzəyeva Solmaz Sabir qızından 174 (yüz yetmiş dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilsin. (Bakı Apellyasiya Məhkəməsinin 12.05.2012-ci il tarixli Qərardadı ilə iddia tələbinin Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsinə Cavabdeh2 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı hərəkətlərin-qeydlərin mübahisələndirilməsi hissəsində inzibati mübahisə olmaqla iş üzrə icraata xitam verilməsi qərara alınmışdır) Cavabdeh2 50 (əlli) manat məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Həmzəyeva Solmaz Sabir qızından 174 (yüz yetmiş dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində ekspertiza xərcinin dəyəri tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-73/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-73/2022
12.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver