Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-73/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sairə tələbinə") hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iştirakı ilə,İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1154/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı (MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə) məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021ci il tarixli, 592-K saylı əmrinin ləğv edilərək işə bərpa edilməsi, işə bərpa edilməsinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, aldığı əmək haqqının qeyri-rəsmi hissəsindən olan məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yayınaraq yaranan fərqin 25000 manat məbləğində vəsaitin büdcəyə ödənilməsinin təmin edilməsi, istifadə edilməmiş əmək məzuniyyəti 134 gün üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi, hüquqi şəxsin yenidən təşkil edilərkən hüquq varisi olduğu “X14” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən son iki ay üzrə ödənilməyən əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyəti 118 gün üçün kompensasiya və son haqqhesabın hesablanaraq ona ödənilməsi, ona ödəniləcək məbləğlərin gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğin hesablanaraq ödənilməsi, 50000 manat dəyərində maddi və mənəvi zərərin, əmək haqqları üzrə bank hesabından çıxarışların alınması üçün 60 manat xidmət haqqının, həmçinin mediatora ödənilmiş 51 manat məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X14» MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən gəlirlər üzrə mühasib vəzifəsinə qəbul olmuşdur. «X14» MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilməsi (bununla bağlı reyesterdən çıxarış iddia ərizəsinə əlavə edilmişdir) səbəbi ilə orda fəaliyyət göstərən bütün işçilər kimi onunla olan əmək münasibətlərinə hüquqi baxımdan xx.xx.2017-ci il tarixdə xitam verilsə də, təsisçisi eyni şəxs olan, yəni, X6 məxsus "xxxx" MMC-də işçi kimi rəsmi qeydiyyata alınmış, lakin faktiki olaraq Cavabdeh MMC-də əmək funksiyalarını icra etmişdir. Daha sonra xx.xx.2019-cu ildə isə Cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə hüquqi baxımdan rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə isə onunla olan əmək münasibətlərinə xitam verilmişdir. Əmək münasibətlərinə xitam verilməsinə dair əmr hal-hazıradək ona təqdim edilməmiş, əmək haqqı tam hesablanmadan, yalnız rəsmi hissəsi nəzərə alınmaqla, qeyri-rəsmi hissəsi nəzərə alınmadan Gəlir Vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin) işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları, həmçinin son haqq-hesab düzgün hesablanaraq ona ödənilməmişdir. Cavabdeh MMC-də işlədiyi dövrdə ona hesablanmış əmək haqqı Gəlir Vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə və digər ödəmələrə cəlb olunan məbləğlər də nəzərə alınmaqla 1150-1200 manat məbləğində olmuşdur. Bu məbləğdən Gəlir Vergisi, DSMF və sair ödəmələr çıxıldıqdan sonra onun (əmək haqqı) aldığı məbləğ 1000-1100 manat məbləğində təqdim edilirdi. Əmək haqqı 625 manat rəsmi və 445 manat isə qeyri-rəsmi hissələrlə ödənilmişdir. Əmək haqqı üzrə gəlir vergisi və məcburi dövlət sosial sığorta bu və ya digər ödənişlərin olduğunu, müvafiq orqanlarla da (qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlarla) dəqiqləşdirərkən müəyyən olunmuşdur ki, əmək haqqından istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməmişdir və ya düzgün ödənişlər ödənilməmişdir. Bu səbəbdən əmək haqqının rəsmi və qeyri-rəsmi hissələrlə ödənilməsi təsdiqlənmişdir. Qeyd edilənləri nəzərə alaraq o, işlədiyi müddət ərzində dəfələrlə rəhbərlikdən əmək haqqının rəsmi qaydada verilməsini, gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının düzgün hesablanaraq ödənilməsini, həmçinin ona əvvəlcədən vəd edildiyi kimi ölkədə gedən inflyasiyanın nəzərə alınmasını tələb etsə də, bu tələbi işəgötürən tərəfindən təmin edilməmişdir. Əksinə, rəhbərlik ona bildirmişdir ki, burda əmək haqqının qeyri-rəsmi qaydada verilən, həmçinin qeyd edilən problemlərlə üzləşən tək o deyil, şirkətin daxili siyasəti bu istiqamətdə formalaşmışdır. Həmin ərizəni imzalamayacağı halda onunla olan əmək münasibətlərinə kobud pozuntu ilə xitam verəcəklərini bildirərək onu həmin ərizəni imza etməyə vadar etmişlər. İşlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməmişdir və ya düzgün ödənilməyərək əmək hüquqları pozulmuşdur. Bunu nəzərə alaraq əmək haqqı üzrə ödənilən vergilərin müvafiq orqanlarla dəqiqləşdirilməsi üçün məcburi dövlət sosial müdafiə və sosial sığorta bu və ya digər vergi ödənişlərinin təsdiqi barədə ödəniş sənədlərinin (əsli ilə düzdür Cavabdeh MMC-nin rəhbərinin və ya bu hüquqa səlahiyyəti olan şəxsin imzası ilə və möhürlə təsdiqlənmiş qaydada) nüsxələrinin ona təqdim edilməsini xahiş edir. Eyni zamanda əsas tələbi qeyri-rəsmi əmək haqqı məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan fərqin ödənilməsinin təmin edilməsidir. Bir daha bildirir ki, kölgə iqtisadiyyatı əlavə yayınmalardır, vergi, dsmf və digər sahələrə ödəniş etməməkdir, həm də Azərbaycan iqtisadiyyatına çox böyük ziyandır. Buna görə də, kölgə iqtisadiyyatı ilə və qeyri-formal məşğulluqla mübarizə kompleks şəkildə aparılmalıdır. Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, pərakəndə satış və xidmət sektorunda göstərir. Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından, konkret olaraq işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və sair kimi hüquqlardan məhrum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Ona görə də, hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, bu kimi addımlar ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə yanaşı, əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin də bir göstəricisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh MMC tərəfindən nümayəndələri vasitəsi ilə məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuşdur. İddiaya etirazda və iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd olunmuşdur ki iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, tərəflərin imzası ilə təsdiqlənmiş və iddiaçı öz imzası ilə müqavilənin nüsxəsinin ona təqdim olunmasını təsdiq etmişdir. Bundan sonra 3 ilə yaxın müddətdə işçi ilə işəgötürən arasında əmək münasibətləri davam etmiş və əmək haqqının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə müqaviləyə əlavə edilməmişdir. İddiaçının iddia etdiyi tələblər tamamilə əsassız olduğu kimi, eyni zamanda onun tərəfindən iddia müddəti ötürülərək məhkəməyə müraciət olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsində əmək haqqının məbləğinin 625 manat olduğu öz əksini tapmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinin nüsxəsini alaraq onun şərtləri ilə tanış olmuş və iddia etdiyi hüquqlarının pozulmasından xəbərdar olmuşdur. Belə olan halda, iddiaçı hüquqlarının pozulduğunu hesab edirdisə indi məhkəməyə müraciət etdiyi kimi məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı işlədiyi və işdən öz ərizəsi ilə çıxdığı vaxtdan 3 ildən çox keçdikdən sonra məhkəməyə müraciət etmiş və iddiasının əsası kimi kobud əmək pozuntusu ilə işdən çıxarılmaqdan qorxduğu üçün işdən azad olma barədə ərizə yazdığını bildirmişdir. İşə bərpa barədə iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və digər tələblər üzrə iddia müddətinin axımı isə xx.xx.2019-cu il tarixdən başlamışdır. Qanunvericiliyin normalarına əsasən iddia müddəti işə bərpa barədə 1 ay, vurulmuş zərərlə bağlı 1 il müəyyən edilib. Beləliklə, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddətinin ötürüldüyü aşkardır və mübahisəsizdir. Göstərilənlərə əsasən, məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbləri barədə iddiasına iddia müddəti tətbiq edilməsi, İddiaçı «işə bərpa və s.» tələbinə dair iddiasının rədd edilməsi xahiş olunmuşdur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1154/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və s.” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə; 7-ci maddəsinin 2-ci hissəsinə; 42-ci maddəsinin 1-ci və 2-ci hissələrinə; 44-cü maddəsinin 1-ci hissəsinə, 296; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 377.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı «X15» MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən gəlirlər üzrə mühasib vəzifəsinə qəbul olmaqla, «X14» MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilməsi səbəbi ilə orda fəaliyyət göstərən bütün işçilər kimi onunla olan əmək münasibətlərinə hüquqi baxımdan xx.xx.2017-ci il tarixdə xitam verilsə də, təsisçisi eyni şəxs olan, yəni, X6 məxsus "xxxx" MMCdə işçi kimi rəsmi qeydiyyata alınmış, lakin faktiki olaraq Cavabdeh MMC-də əmək funksiyalarını icra etməsini göstərsə də, işin materiallarında olan əmək kitabçasından görünür ki, onunla «X15» MMC arasında olan xx.xx.2014-cü il tarixdən yaranmış əmək münasibətlərinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, xx.xx.2019-cu ildə isə onun öz ərizəsinə əsasən Cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə qəbul edilməsinə dair tərəflər arasında əmək müqaviləsi bağlanılmaqla bu barədə müvafiq əmr verilmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin əmək münasibətləri xx.xx.2019-cu ildən yaranmış və xx.xx.2021-ci il tarixdə isə onunla olan əmək münasibətlərinə yenə də öz ərizəsi əsasında xitam verilmişdir. İddiaçı işdən azad olunmasına dair ərizənin ona yazdırılma səbəbi kimi, işlədiyi müddət ərzində dəfələrlə rəhbərlikdən əmək haqqının rəsmi qaydada verilməsini, gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının düzgün hesablanaraq ödənilməsini, həmçinin ona əvvəlcədən vəd edildiyi kimi ölkədə gedən inflyasiyanın nəzərə alınmasını tələb etsə də, bu tələbinin işəgötürən tərəfindən təmin edilməməsini , cavabdehin işdən azad edilməsinə dair ərizəni onun imzalamayacağı halda onunla olan əmək münasibətlərinə kobud pozuntu ilə xitam verəcəklərini bildirərək onu həmin ərizəni imza etməyə vadar etmələrini göstərsə də, bu halları təsdiq edə biləcək hər hansı sübutları da məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona əmək haqqının 625 manat rəsmi və 445 manat isə qeyri-rəsmi hissələrlə ödənilməsini, eləcə də ona hesablanmış əmək haqqının Gəlir Vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə və digər ödəmələrə cəlb olunan məbləğlər də nəzərə alınmaqla 1150-1200 manat məbləğində olmasını göstərsə də, iş materiallarında olan, tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın görünür ki, iddiaçıya verilən əmək haqqının məbləğinin 625 manat olması nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı ona müqavilədə nəzərdə tutulmuş əmək haqqından əlavə qeyri-rəsmi 445 manat ödənilməsinə, eləcə də işlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməməsinə və ya düzgün ödənilməyərək əmək hüquqlarının pozulmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, X5 cavabdeh şirkətdə işlədiyi dövrdə 1500 manat əmək haqqı almaqla bunun bir hissəsini rəsmi - 625 manat, digər hissəsini isə qeyri-rəsmi - 875 manat, X3 isə MMC-də işlədiyi müddətdə son iki aydan başqa digər ayların əmək haqqını iki formada rəsmi (725 manat) və qeyri-rəsmi (390-420 manat) almalarını göstərmələri iddiaçının qeyri-rəsmi əmək haqqı almasına dair dəlillərinin təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Şahidlər vaxtilə cavabdeh şirkətdə işləməklə əmək münasibətlərinə xitam verildiyindən və iddiaçının tanışı olmaqla verdikləri ifadələr sonuncunun maraq və mənafeyinə uyğun formada verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, istər iddiaçının izahatı, istərsə də şahidlərin ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz və iddiaçının izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilibedilmədiyi əsaslandırılmalıdır. İddiaçı iddia ərizəsində və izahatlarında əsas tələbinin qeyrirəsmi əmək haqqı məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan fərqin ödənilməsinin təmin edilməsini göstərsə də, məhkəmə hesab edir ki, qeyd edilən halın mövcudluğu iddiaçı tərəfindən sübut edilmədiyi üçün və əmək qanunvericiliyində işçi ilə işəgötürən arasında əmək münasibətləri qüvvədə olan dövrdə əmək müqaviləsindən kənar qeyri-rəsmi əmək haqqı ödənilməsi nəzərdə tutulmadığından bu tələblər əsassızdır. Beləliklə də, işin faktiki hallarından göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Başqa sözlə, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən, iddiaçının qanunla qorunan hüquqlarının pozulması, eləcə də işlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqqhesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməməsi və ya düzgün ödənilməyərək əmək hüquqları pozulması halları müəyyən edilməmiş, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar barədə rəsmi sübut növləri təqdim etməsə də belə yalnız subyektiv mülahizə formasında çıxış etməklə kifayətlənmiş, ən azından ilkin məlumat xarakterli formasında da olsa müvafiq sənəd təqdim etmədiyindən onun vəsatətləri əsasında hər hansı ekspertizanın keçirilməsi məqbul sayılmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının Cavabdeh MMC-nin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrin ləğv edilərək işə bərpa edilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın digər hissələrinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, həmin arqumentlərin əlavə araşdırılmasına lüzum görməyərək məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Bundan başqa, iddiaçı tərəfindən işə bərpa ilə bağlı iddia müddətini də ötürülmüşdür. Belə ki, iddiaçı əmək münasibətlərinə xitam verilməsinə dair əmrin hal-hazıradək ona təqdim edilməməsini göstərsə də, işin araşdırılmış hallarından məlum olur ki, o tutduğu vəzifəsindən azad edilməsi barədə son haqq hesabını və əmək kitabçasını alması ilə tam məlumatlı olmuş, xx.xx.2021-ci il tarixdə qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra öncə mediasiya təşkilatına (arayışa (səh. 16) əsasən “mediasiyanın tətbiqi barədə təklifin tarixi – xx.xx.2022-ci il; İMS üçün ərizənin tarixi – xx.xx.2023-cü il”), daha sonra 23 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəyə qiymət verərək hesab edir ki, iddianın “işə bərpa” hissəsi istisna olmaqla digər hissələr üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə iddiaçının cavabdeh barəsində qanunsuz hərəkətlərində cinayət əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikasının Baş Prokuorluğuna məlumat verilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsinin tələbinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında belə bir hallar aşkara çıxmadığından məhkəmə hesab edir ki, qeyd edilən ərizə təmin edilməməlidir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər; - şahid X5 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-də 2020-ci ilin avqust ayından hüquq şöbəsinin hüquqşünası vəzifəsində işə başlamışdır. 09 avqust 2022-ci il tarixdə müddətin bitməsinə görə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçını tanıyır. İddiaçı şirkətin maliyyə direktorluğunda çalışmışdır. İşlədiyi dövrdə 1500 manat əmək haqqı almışdır. Əmək haqqının bir hissəsini rəsmi - 625 manat, digər hissəsini isə qeyrirəsmi - 875 manat almışdır. Əmək haqqının alınması barədə əmək haqqı açıqlamaları mail vasitəsilə göndərilirdi. Əmək haqqının qeyri-rəsmi verilməsiylə bağlı dəfələrlə rəhbərliyə müraciət etmişdir. Cavabında ona bildirmişlər ki, əmək haqqını bu formada verirlər; - X1 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Cavabdeh MMC-də 2020-ci ilin aprel ayından 2022ci ilin sentyabr ayınadək işləmişdir. İşlədiyi müddətdə son iki aydan başqa digər ayların əmək haqqını iki formada rəsmi (725 manat) və qeyri-rəsmi (390-420 manat) almışdır. Yalnız 2022-ci ilin avqust və sentyabr aylarının əmək haqqını rəsmi almışdır. Əmək haqqını "xxxx" MMC-nin maliyyə idarəsindən götürürdü. Ona əmək haqqı ilə bağlı maillər gəlirdi. Əmək haqqını tam almışdır; - 27 avqust 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə maliyyə direktorluğu – xəzinədarlıq bölməsi – əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin gün işə başlayan iddiaçının aylıq əmək haqqı məbləği müqavilənin 4.2-ci bəndinə əsasən 625 manat müəyyən edilmişdir; - İddiaçı 24 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh MMC-nin idarə heyətinin sədrinə müraciət edərək, 24 dekabr 2021-ci il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir; - 21 dekabr 2021-ci il tarixdə elektron poçt qutusuna göndərilmiş (saat 10:44) məktubdan görünür ki, İddiaçı Solmaz Məlikovaya rəsmi şəkildə müraciət edərək, dekabr ayının son iş günü işdən çıxdığı barədə məlumat vermiş və bununla əlaqədar işlədiyi dövrdə, ona çatası son haqq-hesabın, əmək haqqı və istifadə edilməyən məzuniyyət pulunun hesablanması qaydası və məbləği barədə ətraflı məlumat verilməsini xahiş etmişdir; - 24 dekabr 2021-ci il tarixli 592-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin maliyyə departamenti xəzinə əməliyyatları bölməsinin əməliyyatlar üzrə mütəxəssisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilmişdir. Əsas: İşçinin ərizəsi; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı DOST Mərkəzi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» altsisteminə əsasən işaxtaran kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir; - 19 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/18-00023 saylı arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1154/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılaraq pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 60, 71, 125; “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6; Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 3, 4, 18, 99, 111, 112; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 172; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 4.2, 5.1, 8.1, 9.2, 9.3, 14.1, 78.2, 357.1, 358.0.1, 360, 372.6, 372.7, 385.1, 386, 387.1, 388, 389, 390-cı maddələrinə, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688- İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, mülki iş materiallarından da göründüyü kimi, məhkəmə həqiqəti müəyyən etmək vəzifəsi olmasına baxmayaraq bunu etməmişdir. Həqiqət isə ondan ibarətdir ki, işəgötürənin təzyiqi nəticəsində əmək münasibətlərinə xitam verilməsi barədə ərizə yazmaq məcburiyyətində qalmışdır. Həmçinin işəgötürən əmək haqqını rəsmi hissəsi ilə yanaşı qeyri-rəsmi qaydada verir. Cavabdehin bu əməli, işçilərinə əmək haqqının qeyri-rəsmi qaydada verilməsi kölgə iqtisadiyyatının əsas hissəsindən biri olmaqla qeyri-formal məşğulluq kimi qəbul edilir. İşəgötürən Cavabdeh MMC tərəfindən aldığı əmək haqqısının qeyri-rəsmi hissəsindən ödənilməyən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı (DSMF ayırmaları), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə rəsmi ödənişlərindən, yaranan fərqin 25000 AZN məbləğində vəsaitin, fərdi hesabının sığorta hissəsinə ödənilən pensiya kapitalı məbləğini, vergidən yayındırmaqla, büdcəyə ödənilməli olan haqlarını ödəməkdən yayınması səbəbindən, gələcəkdə yaşa görə əmək pensiyası təyinatından istifadə hüquqları məhdudlaşdırılır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərində öz əksini göstərir. Hazırda şikayət olunan qətnamənin mövcudluğu “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının ədalətli məhkəmə baxışını nəzərdə tutan 6-cı maddəsinin tələblərinin pozulmasına xidmət edir. İş üzrə mülki mühakimə icraatından qanun və məhkəmə qarşısında bərabərlik prinsipi məhkəmənin baxdığı və həll etdiyi mülki işin hər hansı mərhələsində prosessual hüquq münasibətlərinin bütün subyektlərinin hüquq və vəzifələrinin bərabərliyini nəzərdə tutduğu halda, məhkəmə öz hərəkəti ilə onu pozmaq fəaliyyətilə ilə məşğul olaraq qətnamə çıxarmışdır. xx.xx.2019-cu il tarixindən cavabdehlə aralarında rəsmi əmək kontraktı rəsmiləşdirilsə də təsisçisi eyni şəxs olan X6 məxsus "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən rəsmi əmək münasibətləri rəsmiləşdirildiyi vaxtdan "xxxx" MMC-nin işlərini görməklə yanaşı cavabdehlə aralarında rəsmi əmək kontraktı bağlanmış olmasa da xx.xx.2018 ci il – xx.xx.2019 cu il tarix aralığında cavabdehlə aralarında qeyri-rəsmi əmək münasibətləri olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən əlavə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Habelə əməyi istismar olunmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilməmiş hallarda, əlavə işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməklə, Cavabdeh MMC ilə aralarında qeyri-rəsmi əmək münasibətləri olmuşdur. Bunun da sübutu kimi mülki iş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli, F-449 saylı, "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış, xx.xx.2018 ci il tarixli, F-450 saylı, "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış, xx.xx.2018-ci il tarixli, F-451 saylı, "xxxx" QSC-nin rəhbərliyinə ünvanlanmış və xx.xx.2019-cu ili tarixli, FD – 932 saylı dövlət orqanlarına, banklara ünvanlanmış məktubda və xx.xx.2018 - xx.xx.2019 ci il tarixlər aralığında şirkətdaxili rəhbərlərin və digər əməkdaşların elektron poçt ünvanlarına göndərilən məktubda görünür ki, onunla Cavabdeh MMC arasında rəsmi əmək müqaviləsi bağlanılmasa da Cavabdeh MMC-nin müvafiq işləri üzrə əmək funksiyalarının icrası ona həvalə edilmiş və onun Cavabdeh MMC-nin əməkdaşı olması barədə dövlət orqanlarına və banklara bununla bağlı rəsmi məlumat verilmişdir. xx.xx.2019 – xx.xx.2021-ci il tarix aralığı dövründə icra etdiyi əmək funksiyalarından əlavə iş olaraq Cavabdeh MMC ilə müqavilə əsasında fəaliyyətdə olan 260 nəfərdən çox olan Françayzinq sahibkarların bank hesablarının idarə olunması ilə bağlı Cavabdeh MMC sahibkarlardan aldığı (elektron məhkəmə sisteminə az hissəsi əlavə edilmişdir) etibarnamələrdəki səlahiyyətləri ona etibarnamə əsasında ötürməklə, qeyd olunan dövrdə bütün Françayzinqlərin bank hesabları üzrə aparılan əməliyyatların icrası ona həvalə edilmişdir. Bu əlavə işin yerinə yetirilməsi (xidmətin göstərilməsinə) ilə bağlı ona vəd edilmiş əlavə aylıq əmək haqqı da verilməmişdir. Cavabdehlə aralarında əmək münasibətləri tərəflər arasında əmək kontraktı bağlanmazdan əvvəl Cavabdeh MMC-də əmək funksiyalarını icra etmişdir. Lakin halhazıradək əmək funksiyalarının icrası ilə bağlı ona əmək haqqı ödənişləri edilməmişdir. Buna görə də işəgötürənin təqsiri üzündən ödənilməmiş əmək haqqı məbləği, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin icra edilməsi üçün məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməklə təmin edilməlidir. Göründüyü kimi işəgötürən əmək haqqı ödəməsindən, işçi qarşısında digər öhdəliklərdən də yayınmaq məqsədi ilə öz hüquqlarından sui-istifadə edərək həmin müddətlərdə onunla rəsmi əmək kontraktı bağlamadan onu əmək funksiyalarının icrasına cəlb etmişdir. Lakin bu hal da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, xx.xx.2019 – xx.xx.2019 cu il tarixlərdə işlədiyi 5 (beş) iş günü üzrə işəgötürənin təqsiri üzündən ona əmək haqqı ödənilməmişdir. Eyni zamanda cavabdehin təqsiri üzündən, hüquqi şəxs yenidən təşkil edilərkən hüquq varisi olduğu “X14” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən 2017-ci ilin noyabr və dekabr ayları üzrə ödənilməyən əmək haqqısının, istifadə edilməmiş əmək məzuniyyəti 118 gün üçün kompensasiya və son haqq-hesabda ona ödənilməmişdir. Bunların təsdiqi barədə, məhkəmədəki mülki iş materiallarına əlavə olunması üçün xx.xx.2023 cü il tarixində elektron məhkəmə sisteminə əlavə edilmiş, kifayət qədər əsaslı sənədlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim olunan Sosial arayışa və Bank hesabından çıxarışlara əsasən qeyd olunan müddətlərdə icra etdiyi əmək funksiyalarının icrasına münasibətdə ona əmək haqqı, kompensasiya və son haqq-hesabın ödənilməməsi işin mübahisəsiz tərəflərindən biridir. Həmin günlər üzrə əmək haqqının ona ödənilməsi ilə bağlı işəgötürən tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Lakin buna baxmayaraq bu hissədə də, məhkəmə qərəzli olaraq iddia tələbini təmin etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsinin maddi hüquqi əsası kimi 1 illik iddia müddətinin ötürülməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü hissələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə istinad etmişdir. Halbuki, iş materialları ilə iddia müddətinin ötürülməsi öz təsdiqini tapmır. Bununla da birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmaqla tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məlum olduğu kimi məhkəmə ədalətli məhkəmə hüququnu təmin etməmişdir. Belə ki, məhkəmə prosesi zamanı məhkəməyə təqdim etdiyi 2020-ci ilin aprel ayı üzrə əmək haqqının qeyri-rəsmi qaydada ödənilməsinə dair cədvəllərdəki 300 nəfər şirkətin işçilərinə, o cümlədən ona və şahid Bəxtiyar Bədəlov da daxil olmaqla əmək haqqının bir hissəsinin qeyri-rəsmi qaydada verilməsi cədvəllərdə adları göstərilən şəxslərin də imzası ilə öz təsdiqini tapsa da, bu fakt qərəzli məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla yanaşı məhkəmə əmək haqqının qeyrirəsmi qaydada verilməsi barədə ifadə verən şahidlərin ifadələrinin digər sübutlarla əhatə edilməməsini, şahidlərin cavabdehə qarşı iddia qaldırdığını göstərərək sübut kimi qəbul etmədiyinə istinad etsə də, 2020-ci ilin aprel ayı üzrə əmək haqqının qeyri-rəsmi qaydada verilməsi barədə cədvəllərə şahidlərin ifadələri ilə müqayisəli təhlil edərək nəzərə almamış, həmin cədvəllərə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa şahidlər verilən suallara cavab olaraq bildirmişlər ki, 2020-ci ilin aprel ayı üzrə əmək haqqının qeyrirəsmi qaydada verilməsi barədə cədvəli, həmçinin həmin cədvəllərdən hər ay əmək haqqını qeyri-rəsmi hissəsini alarkən imza etməklərini, eləcə də, əmək haqqının qeyri-rəsmi qaydada verilməsi barədə e-mail vasitəsilə şirkətdaxili rəhbərlərin və işçilərin elektron poçt ünvanlarına göndərilən məktubların mətnindəki yazışmalarından, məktuba əlavə olunan qoşmaların adından göründüyü kimi işçilərə qeyri-rəsmi əmək haqqının ödənilməsi öz təsdiqini tapır və aylıq əmək haqqı məbləği barədə haqq-hesab sənədlərinin işəgötürən tərəfindən onlara təqdim edildiyini göstərərək, şahidlər onlara ünvanlanmış həmin e-mail yazışmaları məhkəməyə təqdim etsələr də, məhkəmə həmin sənədləri qərəzli olaraq qəbul etməyərək işə qeyri-obyektiv yanaşaraq Konvensiyanın 6-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi məhkəmə işin faktiki hallarını tam araşdırmadan, əmək kontraktı olmadan əmək funksiyalarının icrasına cəlb edilməsini, əmək haqqısının tam ödənilməməsini, son haqq-hesabın düzgün hesablanaraq ödənilməməsini, təzyiq nəticəsində əmək münasibətlərinə xitam verilməsi barədə ərizə yazmaq məcburiyyətində qalmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla işini itirdiyi üçün ailəsinin pis vəziyyətdə olmasını, şirkətdə qeyri-rəsmi əmək haqqı verilməklə işçilərin sosial təminatının əhəmiyyətli dərəcədə pozulmasını, gələcəkdə pensiya almaq və sair kimi hüquqlardan məhrum edilməsini, vergilərin dövlət büdcəsinə düzgün ödənilməməsi nəticəsində müharibə vəziyyətində və pandemiya dövründə dövlətin iqtisadi baxımdan zəifləməsinə rəvac verilməsi kimi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamaqla ədalətsiz məhkəmə aktı çıxarmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamaqla, yəni əmək haqqının qeyri-rəsmi verilməsi ilə bağlı 2020-ci ilin aprel ayı üzrə məhkəməyə təqdim etdiyi cədvəllərdə adları çəkilən şəxsləri şahid qismində dindirmədən, həmin cədvəllər ilə bağlı çıxardığı məhkəmə aktında heç bir hüquqi dəyərləndirmə aparmadan, son haqq-hesabın düzgün hesablanıb-hesablanmamasının dəqiqləşdirilməsi, şahidlərin işə şahid qismində cəlb edilərək dindirilmələri, həmçinin verdiyi digər vəsatətləri təmin etməməklə, həqiqəti öz qanunsuz aktı ilə ört basdır etmişdir. Ekspertiza təyin edilməsi ilə bağlı verdiyi vəsatət, eləcə də bütün işlədiyi müddət ərzində rəsmi və qeyri-rəsmi əmək haqqının verilməsi barədə işəgötürəndə olan cədvəllərin məcburi qaydada götürülməsi, əmək haqqının qeyri-rəsmi qaydada verilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi 2020-ci ilin aprel ayı üzrə cədvəllərdə olan, şirkətdaxili rəhbərlərin və işçilərin elektron poçt ünvanlarına göndərilən məktublarda (adları, soyadları, ata adları və FİN kodların) göstərilən şəxslərin məhkəməyə şahid qismində çağrılaraq ifadələri alınmaqla, işə cəlb edilərək məhkəmə baxışında məcburi qaydada iştiraklarının təmin edilmələri ilə bağlı olan sübutların məhkəmə tərəfindən əldə edilməsinin təmin edilməsini tələb etsə də, məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq həmin vəsatətlərini təmin etməmişdir. İşin mübahisəsiz tərəfidir ki, işdən azad olduğu vaxtdan hal-hazıradək digər işəgötürənlə əmək münasibətlərinə girməmişdir, hal-hazıradək isə işsizdir. Digər işəgötürənlə əmək münasibətlərinə girmədiyi halda təzyiq olmadan əmək münasibətlərinə xitam verilməsinə dair ərizə ilə işəgötürənə müraciəti inandırıcı deyil. Bu isə həmin ərizəni öz iradəsi əleyhinə icra etməsinin göstəricisidir. Əmək haqqının yalnız rəsmi qaydada verilməsi, ona bütün əmək haqqının tam ödənilməsi, son haqq-hesabın düzgün hesablanması (sanki məhkəmə son haqq-hesabın düzgün hesablanıb-hesablanmasına malik xüsusi biliyə malik imiş), əmək münasibətlərinə xitam verilməsi tam iradəsi əsasında, yəni heç bir təzyiq olmadan icra etməsinə dair gəldiyi nəticə sübuta yetirilməsə də, məhkəmə bu halların sübuta yetirilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-262/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Ekspertlər qarşısında İddiaçı Cavabdeh MMC-də (və cavabdehin qoşulma nəticəsində varis olduğu digər təşkilatlarla) əmək müqaviləsi (o cümlədən xidmət və digər müqavilələr) üzrə işlədiyi müddət ərzində, habelə ayrıayrı xidmətlər üzrə münasibətlərin səciyyəsi (cədvəldə vəzifə, tarixlər, vergilər və digər məcburi ödənclər) göstərilməklə, ödənilməyən əmək haqqı və sair pul vəsaitləri, o cümlədən gecikmələrin mövcudluğu, səbəbləri, gecikdirilmə tarixləri (müddəti), gecikmələrlə ödənilən əmək haqqının ödənilən günə gündəlik 1 faizi, istifadə edilməmiş əmək məzuniyyəti üçün pul əvəzi məbləğləri və sair müəyyən edilsin. 2. İddia, apellyasiya şikayəti və işin hallarına dair (xüsusi biliyə malik olan şəxs tərəfindən aşkar edilən) zəruri ola bilən digər xüsusatların araşdırılması ilə bağlı sualları qoyulmuşdur.
7. xx.xx.2024-cü il tarixdə ekspert rəyi Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (əmək müqaviləsi, əmək haqqı hesablanması barədə tabel uçot barədə məlumatları, bank hesabından çıxarışlar və s) əsasən İddiaçı 27 avqust 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixədək olan dövr üzrə 17319,81 manat məbləğində əmək haqqının hesablanaraq ödənilməsi müəyyən edilir.
8. Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçı Cavabdeh MMC-də (və cavabdehin qoşulma nəticəsində varis olduğu digər təşkilatlarla) əmək müqaviləsi (o cümlədən xidmət və digər müqavilələr) üzrə işlədiyi müddət ərzində, habelə ayrı-ayrı xidmətlər üzrə münasibətlərin səciyyəsi göstərilməklə, ödənilməyən əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyəti üçün pul əvəzi, son haqq-hesab və sair pul vəsaitləri, o cümlədən gecikmələrin mövcudluğu və ya ödənilməməsi müəyyən edilsin və cədvəl tərtib edilərək vəzifə(lər) üzrə, vergilər və digər məcburi ödənclər çıxılmaqla, ödənişlərin və borcların məbləğləri tarixi-xronoloji ardıcıllıqla təsbit edilsin. 2. Gecikmələr mövcud olduğu təqdirdə səbəbləri, gecikdirilmə tarixləri (müddəti), habelə gecikmələrlə ödənilən əmək haqqının ödənilən günə gündəlik 1 faizi hesablansın.3. İddia, apellyasiya şikayəti və işin hallarına dair (xüsusi biliyə malik olan şəxs tərəfindən aşkar edilən) zəruri ola bilən digər xüsusatlar müəyyən edilsin.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mülki iş üzrə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyində qeyd edilmişdir ki, Rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarını nəzərə alaraq, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə bildirilir ki, işçinin əlavə işə və ya digər vəzifəyə keçirilməsi, əmək haqqına olan dəyişikliklər əmək müqaviləsinə əlavələr və əmrlərlə tənzimlənir. Həmçinin qeyd edilir ki, işçinin əlavə işə cəlb edilməsi və əlavə əmək haqqının hesablanmasına dair məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Təqdim edilmiş iş materiallarından göründüyü kimi, İddiaçı əlavə işə cəlb edilmə barədə hər hansı məlumat öz əksini tapmamışdır. Bununla da iş materiallarında olan sənədlərə (əmək müqaviləsi, əmək haqqı hesablanması barədə tabel uçot barədə məlumatları, bank hesabından çıxarışlar və s.) əsasən İddiaçı 27 avqust 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixdək olan dövr üzrə 17319, 81 manat məbləğində əmək haqqının hesablanaraq ödənilmısi müəyyən edilir.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, mülki iş üzrə 2 dəfə ekspertiza keçirilsə də, cavabdeh tərəfindən qəsdən ekspertizanın obyektiv keçirilməsinin qarşısını almaq məqsədilə müvafiq sənədlərin təqdim edilmədiyini, onun özü tərəfindən hətta cavabdehin səlahiyyətli nümayəndəsinə müraciət edilərək sənədlərin ona rəsmi qaydada verilməsini tələb etdiyini, lakin cavabdeh tərəfindən heç bir müsbət addım atılmadığını, mülki iş üzrə ekspert ryəi ilə razı olmadığını, rəydə ekspert qarşısında qoyulmuş suallara tam cavab verilmədiyini və hesablamanın da düzgün aparılmadığını, cavabdehin onu məcburi əməyə cəlb etməsi ilə bağlı müvafiq cinayət təqibi orqanına da müraciət etdiyini, ümumiyyətlə onun əlavə işə cəlb edilməsi ilə bağlı rəsmiləşdirmənin aparılmasının cavabdehin-işəgötürən kimi vəzifəsi olduğunu, lakin cavabdeh tərəfindən bu vəzifəyə əməl edilmədiyini qeyd etmiş, mülki iş üzrə elektron məhkəmə infromasiya sistemi vasitəsi ilə verdiyi vəsatətlərinin təmin edilməsini, apellyasiya şikayətinə münasibətdə isə apellyasiya şikayətinin əsaslı olduğundan təmin ediməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçı tərəf israrla cavabdehin müvafiq sənədləri təqdim etmədiyini iddia etsə də, cavabdehin əlində olan bütün sənədlərin məhkəməyə təqdim edildiyini, mövcud olmayan sənədlərin təqdim edilməsinin də qeyri mümkün olduğunu, iddiaçının vəsatətlərinin və apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
12. Mülki Prosessual Məcəllənin 376-cı maddəsinə əsasən məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 48- 51, 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir. 15.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35.1 Əmək fərdi və ictimai rifahın əsasıdır. 35.2 Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35.3. Heç kəs zorla işlədilə bilməz. 35.4 Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35.5. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. 35.6 Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması;c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);d) tərəflərin iradəsindən asılı olmayan hallar;e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 99.1 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 99. 5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. 296.1 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.44. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Göründüyü kimi, iddiaçı işəgötürən tərəfindən artıq iş saatlarında əməyə cəlb edildiyini, işəgötürən tərəfindən ona artıq iş saatlarında əməyə cəlb edilməsi ilə əlaqədar əmək haqqının ödənilmədiyini, bununla bağlı işəgötürən iradını bildirdikdə müxtəlif növ təzyiqlərə məruz qaldığını bildirsə də, bununla bağlı mötbər sübutlar təqdim edə bilməmişdir. Öncəliklə fərz edilsə ki, iddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işə cəlb olunub, o zaman işəgötürəndən əlavə müqavilə bağlamasını və müvafiq rəsmiləşdirmə aparılmasını tələb etmək hüququ var idi. Belə bir rəsmiləşdirmənin olmadığı təqdirdə iddiaçı israrla cavabdehin müvafiq sənədləri gizlətdiyini, məhkəməyə təqdim etmədiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Maddə 81. Sübutların mümkünlüyü) tələbinə əsasən: Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki icraat qaydasında tərəflərin təqdim etdikləri (və ya vəsatətlər əsasında təmin edilən) sübutlar əsasında araşdırma zamanı məhkəmənin özü tərəfindən yalnız ekspertiza keçirilməsi mümkündür ki, bunun da təyin edilməsi iddianın uğurluğuna müsbət töhfə verməmişdir. İddiaçının müraciətində qeyd etdiyi kölgə iqtisadiyyatı, vergi, dsmf və digər sahələrdə ödənişlərdən yayınmalar və qeyri-formal məşğulluqla məcburi əməyə cəlb etmə mülki icraatın deyil cinayət təqibinin araşdırma predmeti olduğundan, iddiaçının müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları məhdudlaşdırılmamışdır.
19. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385- 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər mülki icraat qaydasında öz təsdiqini tapmır və sübuta yetirilmir, habelə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. 20.Apellyasiya şikayəti təmin olunmadığından mülki iş üzrə keçirilmiş ekspertiza xərcləri iddiaçının özünə aid edilməlidir. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1154/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 ( yüz əlli manat) məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.