Məhkəmə qərarları › İş №2(103)-7301/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7301/2020

12.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7301/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-644/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 376/06 saylı, xx.xx.2006-cı il tarixli Buzovna bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılmaları və qanuni tikilinin onların hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarın surətinə əsasən, İddiaçı ərizəsi əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanılması rədd edilmişdir (səh.10); Azərbaycan Respublikası Prezidentinin X13 Təsərrüfatı müəssisəsinin xx.xx.2017-ci il tarixli, 133 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X3 adına Azərbaycan Respublikas Drezidentinin X13 Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilk-Südçülü sovxozu) tərəfindən xx xxxxx 1991-ci il tarixli 34/K nömrəli əmrində siyahıda adı 2-ci olan çıxarışa əsasən müəssisənin balansından 0,10 ha hesabı ilə fərdi yaşayış sahəsi üçün torpaq sahəsi ayrılmışdır. Lakin sözügedən ərazi həmin sənədə uyğun deyildir. Mehz bununla əlaqədar vətəndaş X4 müəssisə tərəfindən verilmiş 618 saylı xx xxxxx 2017-ci il tarixli arayış və torpaq sahəsinin sxemi etibarsız sayılır. Belə ki, həmin ərazi müəssisənin ərazisinin hüdudları xaricindədir (səh.13); Azərbaycan Respublikası Abşeron rayon X8 xx xxxxx 1991-ci il tarixli qərarı ilə X7 Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozu ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir (səh.20); X1 xx.xx.2017-ci il tarixli, 110 nömrəli tərəvəzçilik-südçülük sovxozu üzrə əmrdən çıxarışa əsasən, Abşeron XDS İcraiyə Komitəsinin xx.xx.1990-cı il tarixli 249 saylı və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1990-cı il tarixli 600 saylı qərara əsasən Tərəvəzçilik-Südçülük sovxozunun Həmkarlar İttifaqı Komitəsi və X10 xx.xx.1991-ci il tarixli birgə iclasının 7 nömrəli protokoluna əsasən Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 34/K nömrəli xx xxxxx 1991-ci il tarixli əmrindən siyahıda adı 2-ci olan X4 fərdi ev tikintisi üçün 0,10 ha. torpaq sahəsi ayrılmışdır (səh.21); Buzovna bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 376/06 nömrəli müqavilədən görünür ki, İddiaçı 50 il müddətinə 2500 m2 torpaq sahəsi icarəyə verilmişdir (səh.9); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********66 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 376/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə üzrə İddiaçı icarəyə verilmiş 0,25 ha. torpaq sahesinin sxemi və eyni zamanda Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxx 1991-cı il tarixli, 64 nömrəli qərarı ilə X6 ayrılmış 0,10 ha. torpaq sahesinin sxemi resmi olaraq təqdim olunmaması səbəbindən üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı lakin mübahisəli torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən edildi ki, dövlət mülkiyyətidir (səh.76). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-644/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Məcəllləsinin (MM) 139.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin (MPM) 4, 14.2, 77, 21-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Mübahisəli torpaq sahəsi naturada bələdiyyə tərəfindən iddiaçıya ayrılmış sahəsinə aid deyil, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti hesab olunur. Hazırkı halda isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu aşkar edilmişdir, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçı yox, dövlətin müstəsna səlahiyyətindədir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. İddiaçı Namazov X11 bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin ayrılmış olduğunu iddia etsə də, ayrılmış olan torpaq sahəsinə dair hüququ dövlət reyestrində qeydə alınmamış və torpaq sahəsinin texniki sənədi verilməmişdir. Cavabdeh İddiaçıapellyasiya şikayəti verərək, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 2(003)-644/2020 saylı xx xxxx 2020- ci il tarixli qətnaməsini ləğv edib və onun iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 152, 157, 158, 180; Azərbaycan Respublikası MPM-nin 385.1, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bir müdət Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu zaman torpaq sahəsinin tanımadığı şəxs tərəfindən zəbt olunmasını müəyyən etdi. Həmin şəxs torpaq sahəsini misar daşları ilə hasara alınmışdır. Sonradan ona məlum oldu ki, həmin şəxs Buzovna qəsəbəsi, Albalı bağlar massivində yaşayan Cavabdeh1dur. O, bu faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin 2-ci bölməsinə ərizə ilə müraciət etdi və ərizəsi üzrə araşdırılma aparıldıqdan sonra xx.xx.2017-ci ildə cinayət işinin başlanması rədd edilmiş, Naxçıvan MR, Şərur rayonu, Dərəkəndində qeydiyyatda olan, Buzovna qəsəbəsi, Albalı bağlar massivində yaşayan Cavabdeh1 əməlində İXM-in 385.1-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində inzibati tədbirlər görülməsi üçün qərarın surəti Xəzər rayon RPİ-nin 2-ci PB-nə verilmişdir. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 bildirir ki, xx xxxxx 1991-ci il tarixdə Abşeron rayon XDS icrayyə komitəsinin 64 saylı qərar ilə Cavabdeh2 Əyyub qızına Buzovna qəsəbəsində fərdi ev tikmək üçün). 10 ha torpaq sahəsi ayrılmışdır. 2000ci ildə Cavabdeh2 həmin torpaq sahəsini ona etibarnamə ilə satmış, bir müddət maddi imkanı olmadığından torpaq sahəsidə tikinti işləri aparılmamışdır. xx.xx.2017-ci ildə etibarnamənin müddəti keçdiyinə görə yenilənmişdir. xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin X13 Təsərrüfatı Müəssisəsinə müraciət etmişdir, Kənd Təsərrüfatı müəssisəsinin baş mütəxəssisi N.Qarayeva torpaq sahəsinə baxış keçirərək qeyd edilən torpaq sahəsinin guya ona məxsus olmasını, torpaq sahəsinin sxemini çəkərək torpaq sahəsinin faktiki 0,1328 ha təşkil etməsinə dair arayış verilmişdir. Halbuki, material üzrə araşdırma zamanı Azərbaycan Respublikası Prezidenti X13 təsərrüfatı müəssəsinin rəhbərliyinə təhqiqat zərurəti ilə əlaqədar olaraq X3 adına Azərbaycan Respublikası Prezidenti X13 təsərrüfatı müəssisəsi tərəfindən torpaq sahəsinin ayrılıbayrılmamasını və adı göstərilən şəxsə məxsus torpaq sahəsinin yerini müəyyən edib həmin torpaq sahəsinə baxış keçirilməsi üçün mütəxəssis ayrılmasını bildirmişdir. xx.xx.2017-ci il tarixdə Kənd Təsərüfatı müəssisəsinin 13 saylı məktubunda qeyd edilir ki, X3 adına Azərbaycan Respublikası Prezidentinin X13 Təsərrüfatı Müəssəsinin (Buzovna Tərəvəzçilik-südçülük sovxozu) tərəfindən xx xxxxx 1991-ci il tarixli, 34/K nömrəli əmrində siyahıda adı 2-ci olan çıxarışa əsasən müəssisənin balansından 0,10 hesabı ilə fərdi yaşayış sahəsi ayrılmışdır. Lakin göstərilən ərazi həmin sənədə uyğun deyildir. Məhz bununla əlaqədar vət.X4 müəssisə tərəfindən verilmiş, 618 saylı, xx xxxxx 2017-ci il tarixli arayış və torpaq sahəsinin sxemi etibarsız sayılır. Belə ki, hərmin ərazi müəssisənin ərazisinin hüdudlarından xaricdədir. Məhkəmə işə baxarkən qeyri-obyektivliyə yol vermişdir. Belə ki, işə baxarkən işdə marağı olan X5 3-cü şəxs kimi prosesə cəlb etməmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, guya onun cavabdehləri torpaq sahəsindən çıxarılmaları və qanunsuz tikintinin sökülməsinə dair sübyektiv hüququ yoxdur. Çünki qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir. O, Buzovna bələdiyyəsinə müraciət etmiş, torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüş və icarə haqqını ödəmişdir. O, vicdanlı icarəçi və istifadəçidir. Torpaq sahəsi ona icarəyə verilən anda, yəni 2006-cı ildə torpaq sahələri bələdiyələrə aid idi. Həmin ərəfədə bələdiyyə və dövlət torpaqlarının sərhədləri müəyyən edilməmişdir. Bələdiyyə və dövlət torpaqlarının sərhədlərinin müəyyən edilməsi vətəndaşların səlahiyyətlərinə aid deyil, o, həmin torpaq sahəsinin hətta dövlətə aid olub-olmamasını bilə bilməzdi. O, torpaq sahəsini icarəyə götürərkən həmin ərəfədə mövcud olan qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Beləliklə,o, vicdanlı icarəçi və istifadəçidir. Cavabdehlərin isə qeyd edilən torpaq sahəsinə dair ümumiyyətlə heç bir sənədləri yoxdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə baxışı zamanı məhkəmə maddi hüquq normalarını və prossesual hüquq normaların pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Belə ki, məhkəmənin xx xxxx 2020-ci il tarixdə və hansı vaxtda keçrilməsi barədə nə ona, nə də onun vəkilinə məlumat verilməmiş və bunun nəticəsində qeyriobyektiv qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və H.B.Saqib küçəsində yerləşən 2500 kv.m torpaq sahəsinin Buzovna Bələdiyyəsinin inzibati ərazisinin hüdudları daxilində yerləşməsi barədə xx.xx.2020-ci il tarixli, İddiaçı icarəyə verilmiş torpaq sahəsinin sxemini təqdim edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yenidən araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; MM-nin 139- 158,170-176; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 65, 82, 103; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-73 79; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, iddia edilən torpaq sahəsinin və onun üzərində olan hüquqların müvafiq qeydiyyatının və ünvanının olmaması araşdırmanın belə aparılmasına imkan vermir. Belə ki, iddiaçı ilk olaraq torpağın dövlət reyestrində qeydə alınması və ünvanın verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və torpaq sahəsinin koordinatları üzrə hüquqlar əldə edib torpağın ünvanı müəyyən edilməlidir. Diqqətə çatdırılmalıdır ki, ünvanın mövcud olmaması iddianın araşdırılması ilə bərabər gələcəkdə məhkəmə qərarının mükəmməl icrasını da mümkünsüz edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-644/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar