Məhkəmə qərarları › İş №2(103)-7311/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7311/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7311/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin nümayənəsi X2, Cavabdeh Qəzənfərova (Bağırova) Könül Akif qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızı və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Bağırova) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.085.00 manat əsas, 7315.90 manat faiz, ümumilikdə 26.400.90 manat kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-VP-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN PASSAT CC” minik markalı (buraxılış ili 2012, Ban-WVWZZZ3CZDE541924, rəngi-ağ) avtomobilə yönəldərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh1 tutulub “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 (Bağırova) 19.085 manat əsas, 3682.74 manat faiz, cəmi 22.767.74 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 (Bağırova) mülkiyyətində olan “Volkswagen Passat CC” minik markalı **-VP-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2012, Ban-WVWZZZ3CZDE541924, rəngi-ağ) avtomobilə tutma yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh1 (Bağırova) iddiaçıya olan borcunun ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 200 manatın Cavabdeh1 (Bağırova) dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh1 (Bağırova), apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın ona münasibətdə iddia müddəti tətbiq edilərək rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (Bağırova) nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 nömrəli Fərmanına uyğun olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, “xxxxxxxxxxx” QSC-nin idarəetməsinə vemiş və eyni zamanda, problemli şəxslərə qarşı özünün tələb hüququnu da “xxxxxxxxxxx” QSCyə güzəşt etmişdir. “xxxxxxxxxxx” QSC-nin tabeliyində adı çəkilən Fərmanla onun üçün müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştiak etmək məqsədilə hüquqi şəxs kimi İddiaçı MMC yaradılmışdır. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmaqla İddiaçı MMC-nin icraçı direktoru Süleyman Bəkirov imzalanmışdır. Həmin tarixdə Süleyman Bəkirovun “xxxxxxxxxxx” QSC-nin adından iddia ərizəsini imzalamaq səlahiyyəti olunmamışdır. Belə ki, işdə olan “xxxxxxxxxxx” QSC tərəfindən Süleyman Bəkirovun adına tərtib edilmiş etibarnamə, xx.xx.2019-cu il tarixdə, yəni iddianın məhkəməyə daxil olduğu tarixdən sonra verilmişdir. Göründüyü kimi, iddia ərizəsi, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bu baxımdan, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. İddia ərizəsi baxılmamış saxlanıldığına görə, ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci isə tərəflər arasında bərabər bölüşdürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 259, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Qəzənfərova (Bağırova) Könül Akif qızının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-145/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin cavabdehlər Qəzənfərova (Bağırova) Könül Akif qızı və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın qaldırılması və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 manatın 100 (bir yüz) manatı “xxxxxxxxxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-dən, 100 (bir yüz) manatı isə Qəzənfərova (Bağırova) Könül Akif qızı və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar