Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7315/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı «əmək münasibətləri üzrə mübahisələr» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-3989/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı «əmək münasibətləri üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən faktiki gördüyü iş, səlahiyyətləri və əməyinin mühafizəsi barədə yazılı izahat alınaraq onun sübütlarına əlavə olunmasını, attestasiya sualları və digər sənədləri ilə birlikdə işin ətraflı araşdırılaraq qanuna uyğun hüquqi qiymət verilməsini, əgər məhkəmə tərəfindən sübutların az olduğuna qərar verilərsə, lazım olan əlavə sübutların toplanmasında qanuna müvafiq olaraq işin ətraflı araşdırılması üçün məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 3989/2020 saylı qərardadı ilə (hakim Ceyhin Tağıyev) iddia ərizəsinin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət verərək onun ləğv edilməsi xahiş etmiş, şikayət təmin olunmamış baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 133.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib şikayəti iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı «işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qətolunmuş,həmin qətnamə ilə yuxarıda qeyd olunan attestasiya nəticələrinə hüquqi qiymət verilmiş və iddiaçı attestasiyadan keçmədiyi üçün işdən azad edilməsi qanuni hesab edilmişdir. İş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2402/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 9252/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, sonradan isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 5946/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 9252/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı «attestasiya suallarının uyğunluğunun yoxlanılması və s.» tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməklə, düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri onu ləğv etmək üçün əsas deyildir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı «əmək münasibətləri üzrə mübahisələr» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-3989/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 3989/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-7315/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7315/2020
22.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver