Məhkəmə qərarları › İş №2(103)-7317/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7317/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7317/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon İcra Şöbəsinə və Azərbaycan Respublkası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7317/2022 (Açar sözlər: “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması”) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(004)- 2852/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı evin ipotekaya qoyulmasma dair “Nikoyl” 1KB ilə xx.xx.2007-ci i tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC adından çıxış edən direktoru X2 və “Nikoyl” X5 adından çıxış edən 3 saylı filialının müdiri E.X.Gözəlov arasında bağlanmış xx.xx.2007-ci il tarixli 45/03/07 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən "xxxx" MMC-yə illik 22 % ödəmək və 18 ay müddətinə qaytarılması şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit ayrılmışdır. İpoteka qoyan İddiaçı, borclu "xxxx" MMC adından çıxış edən direktoru X2 və ipoteka saxlayan “Nikoyl” İKB adından çıxış edən 3 saylı filialının müdiri E.X.Gözəlov arasında bağlanmış xx.xx.2007-ci il tarixli 45/03/07 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyanın mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən “Nikoyl” İKB kredit müqaviləsində yaranan borcun və hesablanmış cərimənin ipoteka qoyulmuş əmlak hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunan qətnamədən borclu "xxxx" MMC-nin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2- 1(103)- 147/10 saylı qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə kredit müqaviləsinə xitam verilməsi, "xxxx" MMC-dən “Nikoyl” İKB-nin xeyrinə cəmi 54.612,36 manat borcun tutulması və borcun ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi, iddia üzrə ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən “Nikoyl” İKB-nin xeyrinə tutulması hissilərində dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi bağlanılarkən və iddiaçının razılığı alınarkən Mülki Məcəllənin müvafiq maddələrinin dispozitiv şərtlərinə uyğun olmayan halların (əqdin bağlanması üçün müəyyənləşdirilmiş şərtlərin pozulması halları) təsdiqi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh “Nikoyl” X1rşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin həbsdən azad edilməsi tələbinə dair” iddiası rədd olunmalıdır.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-968/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh “Nikoyl” X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi və mənzilin həbsdən azad edilməsi tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri haqqında iddiaçının ərizəsi təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin satılması məqsədilə keçiriləcək hərrac, eyni zamanda həmin mənzilin satılması, həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)- 147/2010 saylı qətnaməsi üzrə icra tədbirlərinin dayandırılması qərara alınmışdır.

4. Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 17/64- 3273/2010-6F saylı məktubun surətindən görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2- (103)-147/2010 saylı xx.xx.2010- cu il tarixli icra sənədi xx.xx.2010-cıı il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır.

5. Səbail rayon icra şöbəsinə daxil olmuş 756 saylı xx.xx.2011-ci il tarixli ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən girov qoyulmuş İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi 35.000,0 manat məbləğində qiymətləndirilmişdir.

6. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədində göstərilən borcun girov qoyulmuş ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün məktubla "xxxx" MMC-yə müraciət edilmişdir.

7. Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/2010 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır.

8. Səbail rayon məhkəməsinin 2(009)-300/2012 saylı xx.xx.2014-ci il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı və həmin qərardad əsasında ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin satılması məqsədilə keçiriləcək hərracın, eyni zamanda həmin mənzilin satılmasının, həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-1(103)-147/2010 saylı icra sənədi üzrə icra tədbirlərinin dayandırılması ləğv edilmişdir.

9. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 756 saylı xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətləri "xxxx" MMC-yə göndərilərək mənzilin açıq hərrac yolu ilə satılmasının davam etdirilməsi xahiş olunmuşdur.

10. "xxxx" MMC-nin 16.12. 2014-cü il tarixli, 01/2 saylı bildirişinin surətindən görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10.00-13.00 və 14.00- 17.00-da ünvan 6 ünvanında ünvan 7 barədə məlumat verilmişdir.

11. Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-147/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası məqsədi ilə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün “X8 Azerbaijan” MMC-dən qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır.

12. Səbail rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 4534/2010- 16-15 saylı məktubunun surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin qiymətləndirilməsinin təmin edilməsi “X8 Azerbaijan” MMC-dən xahiş olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon icra Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl” İKB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 4 saylı özəl tikili evin ipoteka yüklülüyündən azad olunması, əmlakın ipoteka yüklülüyündən azad olunmasının icra öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi idarəsinin və Səbail Rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, xx.xx.2007-ci il tarixdə "xxxx" MMC ilə “Nikoyl” İKB arasında 45/03/07-saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi əsasında onunla ipoteka müqaviləsi bağlanmışdır. İpoteka və kredit müqavilələri “Nikoyl” İKB-nin 3 saylı filial müdüri E.X. Gözəlov ilə bağlanmışdır. Həmin müqavilələrdən göründüyü kimi ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, F.Mirzəyev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin "xxxx" MMC kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirə bilmədiyi üçün, ‘'Nikoyl" İKB tərəfindən məhkəməyə verilmiş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/10 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən cəmi 54612,36 manat məbləğində borcun tutulması, girov qoyulmuş ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamə qanunu güvvəsini alaraq, naməlum səbəblərə görə yalnız 4 il sonra, Səbail Rayon İcra və Probasiya şöbəsinin vasitəsi ilə həraca göndərilmişdir. Həmin hərrac Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. 01/3702 xx.xx.2014-cü il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildiriş qəbul olunsa da, rəsmi olaraq heç bir hərracın nəticəsi barəsində protokolu qəbul etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.4-43.8-ci maddələrin tələblərinə əsasən hərrac baş tutmadıqda, təkrar hərrac keçirilir, təkrar hərracda baş tutmazsa, tələbkara 30 təqvim günü ərzində əmlakı ilkin satış qiymətindən 25% aşağı qiymətə alması təklif olunur. İpoteka saxlayan təkrar hərrac baç tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin bildiriş tərəfindən qəbul olunandan sonra, başqa heç bir bildiriş və ya hərracın protokolu və ya hər hansı bir hərracın sənədi tərəfindən qəbul olunmamışdır. Bundan başqa İpoteka haqqında qanunun 43.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; və s., hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bundan başqa İpoteka haqqında qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Hərracın keçirilməsi barəsində bildirişi alarkən, ilkin hərracın keçirilməsi barəsində yazılı protokol olmalı və ona rəsmi göndərilməli idi. Lakin ona rəsmi olaraq heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa ikinci hərrac birinci hərracın keçirilməsindən 45 gün keçməmək şərti ilə olmalı idi, halbu ki, ikinci hərrac barəsində də heç bir məlumat gəlməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən nəticəyə gəlmək olar ki, hərracın keçirilməsi zamanı qanuna zidd əməllər həyata keçirilmiş və ikinci hərracın keçirilmə müddəti ötürülmüşdür. Belə bir halda hərracın müddəti ötürülmüş və əmlak ipoteka yüklülüyündən azad olunmalıdır.

15. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, hazırkı mülki işin yekunlaşması üçün bir sıra əlavə sübutlar gərəkdir ki, hazırda tərəfindən həmin sübutların toplanması istiqamətində bir sıra hərəkətlər icra edilməkdədir. Prosessual qanunvericiliyə edilmiş son dəyişikliklər isə sübutların hazırlıq mərhələsində təqdim edilməsini tələb edir. Hazırkı iş isə baxış mərhələsində olduğundan yeni sübutları təqdim etmək imkanından məhrum olunur. Bu da özünü müdafiə hüququna müəyyən mənada maneələr yaradır. Ona görə də hazırkı işin baxılmamış saxlanılması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmədən mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barəsində qərar çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(004)- 2852/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon icra Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə araşdırılması zamanı araşdırılmış sübutlarla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəsiz hallarna görə, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-147/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2010-cıı il tarixdə Səbail rayon icra şöbəsində başlanılmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə girov qoyulmuş ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)- 3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/2010 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır. Səbail rayon məhkəməsinin 2(009)- 300/2012 saylı xx.xx.2014-cii il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin 2(009)- 3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ləğv edilmişdir. Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 756 saylı xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətləri "xxxx" MMC-yə göndərilərək mənzilin açıq hərrac yolu ilə satılmasının davam etdirilməsi xahiş olunmuşdur. "xxxx" MMC xx.xx.2014-cü il tarixli, 01/2 saylı bildirişlə Bakı Apellyasiya məhkəməsinin 2-1(103)- 14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10.00-13.00 və 14.00-17.00-da ünvan 6 ünvanında ünvan 7 barədə məlumat vermişdir. Bundan sonra, Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən xx.xx.2022-ci il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilərək, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)- 147/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası məqsədi ilə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün “X8 Azerbaijan” MMC-dən qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır.

19. Hazırda İddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə (İpoteka saxlayan təkrar hərrac baç tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.) əsaslanmaqla, “Nikoyl” İKB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad olunması, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbi ilə məhkəməyə müraciət etsə də, ikinci hərracın keçirilməsi, baş tutmaması və ipoteka predmetinin ipoteka saxlayana təklif olunması barədə mülahizələrini heç bir mötəbər sübutla əsaslandırmamışdır. Həmçinin məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilməsini və digər tələbləri məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün qanunvericilklə nəzərdə tutulmuş heç bir əsas müəyyən edilməmişdir. Odur ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz hesab edilərək, rədd edilməlidir.

20. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə, həmin qanunun 42.1-ci maddəsinə, 43.4-cü maddəsinə, 43.7-ci maddəsinə, 43.8-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsinə, 48.1.1.-ci, 48.1.2.-ci, 48.1.3-cü, 48.1.4-cü, 48.1.5ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, 9-cu maddəsinə, 421.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin l hissəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(004)-2852/2022 nömrəli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalı və idda tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul olunmalıdır. İş materiallarından göründüyü kimi, ipoteka predmeti ilk dəfə hərraca çıxarılmış və sonradan tərəflərə hərracın keçirilməsi barədə məktub göndərilmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində də qeyd edir ki,"xxxx"MMC-nin xx.xx.2014-cü il tarixli, 01/2 saylı bildirişinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10:00-13:00 və 14:00-17:00-da ünvan 8 ünvanında ünvan 9ləcək hərrac barədə məlumat verilmişdir. Göründüyü kimi sonuncu hərracın keçirilməsindən 7 ildən artıq vaxt keçmişdir. Qanunun tələbinə görə ipoteka saxlayan tərəfindən ipoteka predmeti əldə olunmadığına görə ipotekaya xitam verilməlidir. Məhkəmə qanunun bu normasının obyektiv ədalətli həll edilməsi üçün mühim əhəmiyyət kəsb edən qanunun tələbini nəzərə almamış və obyektiv araşdırma aparmamışdır. Məhkəmə sübutları təqdim etməyə şərait yaratmayıb. İddiaçı bununla bağlı məhkəməyə ərizə versə belə, məhkəmə işin baxılmasına davam etdirib.

b) Apellyasiya şikayətinə yazılı etiraz

23. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

25. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı və onun vəkili Vəkil məhkəməyə teleqramla müraciət edərək təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. (xx.xx.2018-ci il tarixinədək qüvvədə olmuş əvvəlki redaksiyada deyilirdi: 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.)

27. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir... (əvvəlki redaksiyada deyilirdi: 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir...)

28. 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

29. 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

30. 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

31. 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarı:

32. 1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.”

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi:

33. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarı:

34. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır

37. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam yoxlanılır.

48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

50. Belə ki, işin birinci instansiya məhkəməsi zamanı araşdırılmış sübutlarla və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəsiz hallarna görə, Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-147/2010 saylı xx.xx.2010cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2010-cu il tarixdə Səbail rayon icra şöbəsində başlanılmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə girov qoyulmuş ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün "xxxx" MMC-yə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 2(009)-3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-147/2010 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icra tədbirləri dayandırılmışdır. Səbail rayon məhkəməsinin 2(009)- 300/2012 saylı xx.xx.2014-cii il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin 2(009)- 3621/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ləğv edilmişdir. Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 756 saylı xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin və icra sənədinin surətləri "xxxx" MMC-yə göndərilərək mənzilin açıq hərrac yolu ilə satılmasının davam etdirilməsi xahiş olunmuşdur. "xxxx" MMC xx.xx.2014-cü il tarixli, 01/2 saylı bildirişlə Bakı Apellyasiya məhkəməsinin 2-1(103)- 14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10.00-13.00 və 14.00-17.00-da ünvan 6 ünvanında ünvan 7 barədə məlumat vermişdir. Bundan sonra, Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən xx.xx.2022-ci il tarixdə “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilərək, Bakı Apellyasiya məhkəməsinin 2-1(103)- 147/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası məqsədi ilə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün “X8 Azerbaijan” MMC-dən qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır.

51. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, İş materiallarından göründüyü kimi, ipoteka predmeti ilk dəfə hərraca çıxarılmış və sonradan tərəflərə hərracın keçirilməsi barədə məktub göndərilmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində də qeyd edir ki,"xxxx"MMC-nin xx.xx.2014cü il tarixli, 01/2 saylı bildirişinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-14/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə, saat 10:00-13:00 və 14:00-17:00-da ünvan 8 ünvanında ünvan 9ləcək hərrac barədə məlumat verilmişdir. Göründüyü kimi sonuncu hərracın keçirilməsindən 7 ildən artıq vaxt keçmişdir. Qanunun tələbinə görə ipoteka saxlayan tərəfindən ipoteka predmeti əldə olunmadığına görə ipotekaya xitam verilməlidir.

52. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə də şikayətində istinad etdiyi halları sübut edə bilməmişdir.

53. Əksinə, iddiaçı əsassız iddia qaldırmaqla icra hərəkətlərinin qarşısını almışdır.

54. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı evin ipotekaya qoyulmasma dair “Nikoyl” 1KB ilə xx.xx.2007-ci i tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir və iddiası rədd olunmuşdur.

55. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-968/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 369/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

56. Hazırda İddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə (İpoteka saxlayan təkrar hərrac baç tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.) əsaslanmaqla, “Nikoyl” İKB ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 45/03/07 saylı ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad olunması, əmlakın ipoteka yüklülüyündən azad olunması tələbi ilə məhkəməyə müraciət etsə də, ikinci hərracın keçirilməsi, baş tutmaması və ipoteka predmetinin ipoteka saxlayana təklif olunması barədə mülahizələrini heç bir mötəbər sübutla əsaslandırmamışdır. Həmçinin məhkəmə, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə xitam verilməsini və digər tələbləri məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün qanunvericilklə nəzərdə tutulmuş heç bir əsas müəyyən edilməmişdir. Odur ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz hesab edilərək, rədd edilməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, Səbail rayon icra Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

58. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(004)- 2852/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar