Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7327/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(005)-886/2023 nömrəli qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71.25 kv.m ölçüdə mənzilin ona təhvil verilməsinin və mənzilindən istifadə etməsinə, giriş-çıxışına törədilən maneələrə son qoyulmasının Cavabdeh MTK-ya həvalə edilməsi, eləcə də hüquqi yardıma görə ödənilmiş 221 manat və dövlət rüsumu olaraq ödənilmiş 101 manat məbləğində pul vəsaitlərinin Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-886/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m ölçüdə mənzilin İddiaçı təhvil verilməsi və onun istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 221 manat və 101 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Üçüncü şəxs apellyasiya şikayəti, həmçinin prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarından məlumatı olmadığı, bu barədə SMS bildiriş və yaşadığı ünvana məlumat gəlmədiyi üçün iştirak etməmişdir. Qeydiyyat ünvanı Şabran rayonu olsa da Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski ünvanında yaşayır. Qətnamənin mövcudluğundan 2023-cü ilin sentyabr ayının sonlarında qətnamənin icra mərhələsində məlumatlı olmuşdur. Bu barədə şifahi olaraq MTK-dan zəng vurularaq ona məlumat verilmişdir. Mülki iş materiallarında olan qətnamənin qəbul edilməsi barədə qəbzdə soyadı qeyd edilən şəxsi tanımır. Qeydiyyatda olduğu ünvanda o və ailə üzvləri yaşamır. Qətnaməni xx.xx.2023-cü il tarixdə nümayəndəsi elektron kabinet vasitəsi ilə əldə edib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(005)- 886/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-886/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Qətnamə məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə X2 qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə göndərilmiş, xx.xx.2023-cü il tarixdə “poçt xəbərnaməsinə” “Budadı” soyadı qeyd edilmiş şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə üçüncü şəxs tərəfdən ərizə ilə məhkəməyə müraciət edilmiş, qəbul edilmiş qətnamə mənafeyinə toxunduğundan, qətnamənin rəsmi qaydada ona və ya nümayəndəsinə təqdim edilməsini, mülki işlə tanış olmaq üçün nümayəndəsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, qətnamə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə ünvanına göndərilmiş, təkrar əldə etmək üçün dövlət rüsumu ödənilməlidir. Müddətin bərpasına dair ərizəyə əlavə edilmiş arayışdan görünür ki, X1 rayonu, Xan Şuşinski 12, mənzil 5 ünvanında yaşayır. Elektron biletin qəbzindən görünür ki, X6 ölkədən çıxış tarixi olaraq xx.xx.2023-cü il, geri donuş tarixi isə xx.xx.2023-cü il qeyd olunmuşdur. Nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində mülki işə əlavə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq göstərmişdir ki, X4 ünvanlanmış poçt xəbərnaməsində qətnamənin xəbərnamənin ünvanlandığı şəxs kimi qeyd olunan “Budadi” tərəfindən qəbul olunduğu qeyd olunur və ona məxsus imza atılmışdır. Halbuki aydındır ki, poçt xəbərnaməsinin ünvanlandığı şəxs X5r, xəbərnaməyə imza atan şəxsin kimliyini müəyyən etmək mümkün deyil. Qətnamə rəsmi qaydada X4 təqdim edilməmişdir. X6 poçt zərfinin göndərildiyi ünvanda yaşamır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, üçüncü şəxsin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(005)- 886/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7327/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7327/2023
05.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver